Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ürək... Ürək...
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Frez
Frezləmə — metalların və süni materialların mexaniki emal olunmasında tətbiq olunan texnoloji əməliyyat növüdür. Bu əməliyyatı yerinə yetirmək üçün tətbiq olunan alətə frez deyilir. Frez aləti ixtira olunduğu zaman, yəni sənaye inqilabı ərəfəsində Fransada saray əyanlarının paltarlarının boynunda gəzdirdikləri yaxalığa oxşadığından ona bu adı vermişlər. Yəni frez fransızca fraise sözündən olub, mənası yaxalıq deməkdir. Torna əməliyyatından fərqli olaraq frezləmədə pəstah sərt bərkidilir. Əsas hərəkəti isə alət görür. Alət verilən həndəsəni yaratmaq üçün dəzgahın koordinat sistemində veriş alaraq eyni zamanda bir neçə ox üzrə hərəkət edir. Veriş hərəkətini dəzgahın konstruksiyasından asılı olaraq pəstah da yerinə yetirə bilər. Frezləməni aşağıdakı əlamətlərinə görə bölürlər: 1. Dəzgahın şpindelinin vəziyyətinə görə, şaquli və üfüqi olurlar.
Krez
Krez (təq. e.ə. 596 – təq. e.ə. 546, Sardı[d], Manisa vilayəti) — (İslam qaynaqlarında keçən adıyla Karun) Kiçik Asiyadakı Lidiya dövlətinin sonuncu hökmdarı (e.ə. 560–546). Krezin var-dövləti haqqında çoxlu zərbi-məsəllər qoşulmuş, əfsanələr yaranmışdır. Qədimdə hesab edirdilər ki, ilk dəfə qızıl sikkə zərb etdirən elə Krez olmuşdur. E.ə. 546-cı ildə hökmdar Kirin başçılıq etdiyi fars qoşunları tərəfindən məğlub edilmiş və əsir düşmüşdü.
Üren
Üren Xan - türk və altay mifologiyasında hasat ilahı. Məhsulların bərəkətli olmasını təmin edir. Hasat mövsümündə əkinlərin harman edilməsində mülkiyyətçilərə asanlıq və güc verir. Harman alətlərinin İyelerini (qoruyucu ruhlarını) o göndərir. == Etimologiya == (Ür) kökündən törəmişdir. "Üremek" (törəmək) felindən qaynaqlanır. Ürün (məhsul) sözüylə eyni kökdən gəlir.
Ürək
Ürək və ya qəlb[mənbə göstərin] — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Üvəz
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Ürək... Ürək... (film, 1976)
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Alp Ürək
Alp Ürək və ya Alp Ürək bəy (türk. Alp Yürek, Alp Yürek Bey; Rum Səlcuqlu dövləti – 1280) — Çobanoğullarının 3-cü bəyi (hökmdarı). == Hökmdarlığı (bəyliyi) == Hökmranlıq dövrünün qısa olduğu və bu dövrdə Bəylikdə əhəmiyyətli bir inkişaf olmadığı düşünülür. Bu susqunluğun səbəbi kimi, Çobanoğulları bəyliyinin Kösedağ Döyüşündən sonra Anadolunun yeni hakimi Elxanilərə tabe olması, heç bir problem yaratmadan və vergi ödəməyi qəbul etməsi misal kimi göstərilə bilər. Alp Ürəyin nə zaman və necə öldüyü bilinməsə də, qaynaqlarda şəhid kimi anıldığına görə savaşda öldüyü qəbul edilə bilər. Ondan sonra dövlətin başına oğlu Yavlak Arslan keçmişdir.
Bənövşəyi ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Cəsur ürək
Cəsur ürək (ing. Brave Heart) — 1995-ci ildə Dram janrında çəkilən ABŞ filmidir. Filmə Paramount Pictures və 20th Century Fox kinokompaniyaları distribüterlik etmişdir. Film Oskar mükafatının 5 kateqoriyası üzrə mükafata və digər 5 kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. Film $72 milyonluq büdcə ilə ABŞ-də $9,938,276 milyon, dünya ölkələrində $210,409,945 milyon toplamış və gəlirə görə "İlin ən gəlirli 13-cü filmi" olmuçdur. == Məzmun == Filmin hadisələri 1280-cı ildə Şotlandiyada vaqe olur. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir. XIII əsrdə ingilislər, şotlandlar üzərində suverenlik qurmuşdur. İngilis soyluları, yeni evli şotland qadınlarıyla ilk gecəni keçirmə haqqına malikdir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
Frez aləti
Frez aləti — metal və başqa materialların kəsmə ilə emalı üçün fırlanma səthinə malik olan çoxdişli kəsici alətdir. Frezlərin aşağıdakı növləri vardır: silindrik, yan səthli, disk paz və kəsici, barmaq, işgil, T-formalı, bucaq, fasonlu, sonsuzvint. Dişlərinin en kəsiyinin formasına görə iti tilli və arxa hissəsi girdələnmiş olurlar. Dişlərin formasına görə düzdişli, vint formalı, müxtəlif girişli frezlər, vint qanovlarının istiqamətinə görə sağ və sol, konstruksiyasına görə bütöv və yığılmış frezlər mövcuddur. Kəsici tillərin optimal həndəsi parametrləri üçün təscrübələr əsasında aşağıdakı qiymətlər müəyyən edilmişdir: qabaq bucaq γ=(-10)÷30°; baş dal bucaq α=10÷30°; köməkçi dal bucaqα1 = 4÷10°; baş plan bucağı φ=30÷90°; köməkçi plan bucağı φ1= 1÷10°; keçid kəsici tilin uzunluğu l = 1÷2 mm; əsas kəsən tillin meyilliyi λ=(—5)÷15°; vint qanovlarının meyillik bucağı ω=10÷45°. Frez alətinin kəsici tilinin materialı onun tətbiq sahəsindən asılı olaraq müəyyən edilir. Kəsici tillər ya bütöv, ya da lövhə şəklində hazırlanıb əsas gövdəyə bərkidilir. Kəsici material kimi tezkəsən alət poladı, bərk xəlitə, kəsici keramika, polikristallik bornitrid və almazdan istifadə edilir. Onların tətbiqi bu materialların bu və ya digər frezləmə növünə (kobud, təmiz, incə, ultraincə və s.)uyğun gəlməsindən asılı olaraq seçilir. == Istinad == Rezo Əliyev.
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. == Sağ mədəcik == Sağ mədəcik — (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. == Sol mədəcik == Sol mədəcik — (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Süni ürək
Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü. Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10–15 il müddətinə qulluq edə bilirlər. == Sistem == Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar ing. Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (lat.
Uraz (Uçalı)
Uraz (başq. Ураҙ, rus. Уразово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Uraz Kaygılaroğlu
Uraz Kaygılaroğlu (30 iyun 1987, İstanbul) — Türk aktyor və aparıcı. == Karyerası == 1987-ci ildə İstanbulda anadan olub. Orta məktəb illərində Müjdat Gezen Sənət Mərkəzində aktyorluq kurslarına qatılıb. İstanbul Bilgi Universitetinin Reklam fakültəsini bitirib. O, aktyorluq karyerasına səkkiz seriyalı Millionda Bir serialında Berke rolunu oynamaqla başlayıb. FOX TV-də yayımlanan Harem adlı serialda Feminen Ağa, "Eski Hikaye" serialında Ömər, "Yedi Güzel Adam" serialında Adil Erdem Bayazıt, Baba Candır serialında Haluk Güney, Əmioğlu Volki rolu. Show TV-də yayımlanan "Klaviaturalı oğlanlar" serialında Gediz Işıklı, Star TV-də yayımlanan Sefirin Kızı serialında rol alıb. Çəkilişləri 2021-ci ildə tamamlanan Erşan Kuneri serialında rol aldı. Aktyorluqdan əlavə, televiziya müsabiqə proqramlarının aparıcısı olub. O, TRT 1-də yayımlanan Tam Zamanı və Quyruq viktorina verilişinin və Kanal D-də yayımlanan "İzləmə" viktorina verilişinin aparıcılığını edib.
Uraz Məhəmməd
Uraz Məhəmməd (qaz. Oraz-Muhammed, Ораз-Мұхаммед (اوراز محمد); 1572 və ya XVI əsr – 22 noyabr 1610, Kaluqa) — Qasım xanlığının hakimi. == Həyatı == Kalmık hücumları sırasında Şığay xanın oğlu (Təvəkkül xanın qardaşı) Ondan sultan öldü. Qədirəli Cəlayiri atasız qalan 13 yaşındakı Uraz Məhəmmədi yanına alıb bütün kəndiylə birlikdə Sibir xanı Küçüm xanın yanın köç etdi. Küçüm xan o vaxtdan Qədirəlini özünə baş bəy olaraq təyin etdi. Kosım bəy davamlı Uraz Məhəmmədi yanında saxlayırdı və onu öz övladı kimi təlim-təhsil verib yetişdirdi. Qədirəli bəy Kosımoğlu, Uraz Məhəmməd və Seydak üçü sıx-sıx ovlanmağa çıxardılar. Belə bir ov sırasında (1588də) İrtiş çayı boyunda dolaşan bu üç qazaxı Sibir hərbi komendantı D. Çulkov pusqu qurub yaxaladı. Daha sonra üçünü ev-övladlarıyla bərabər Moskvaya "girov" olaraq Çar sarayına göndərdi. Uraz Məhəmməd isə 1590–1591-ci illərdə Krım xanlığı və isveçlilərə qarşı savaşlara hərbi mütəxəssis olaraq qatıldı və müxtəlif yararlıqlar göstərdi.
Uraz İsayev
Uraz Canzakoviç İsayev (28 may 1899, 4 nömrəli aul, Karasuu volostu, Lbişçenski rayonu, Ural bölgəsi — 29 avqust 1938) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan MSSR Xalq Komissarları Sovetinin sədri (1929–1938). SSRİ NKVD-nin xüsusi üçlüyünün üzvü idi. == Həyatı == Uraz Canzakoviç İsayev 28 may 1899-cu ildə Qarasu volostunun 4 nömrəli aulunda anadan olub. 1920-ci ildən RCP (b) üzvü idi. 1918-ci ilə qədər Çelkar regional şurasının (Ural bölgəsi) katibi vəzifəsində çalışıb. 1919. — Ural rayonu-şəhər fəhlə və kəndli milislərində, 1919 — Lbişçenski rayon inqilab komitəsinin təlimatçısı (Ural bölgəsi), 1919–1920 — kənd şurasının katibi, katibi, Çelkar volostu şurası icraiyyə komitəsinin sədr müavini, RKSM Lbişen volostu komitəsinin təşkilatçısı (Ural bölgəsi), 1920–1921 — Həmkarlar ittifaqı bürosunun komissarı, müfəttiş, və s. Cambeytinski rayon əmək şöbəsinin müdiri (Ural əyaləti), 1921 — ÇEKA-nın Cambeytin Siyasi Bürosunun komissarı, 1921–1922 — Ural Vilayət ÇEKA-sının Əməliyyat Komissarı, 1922–1923 — RCP (b) Ural Vilayət Komitəsinin məsul təlimatçısı, 1923–1924 — RCP (b) -ın Cambeytinski rayon komitəsinin məsul katibi, Avqust-Oktyabr 1924 — RCP (b) Kazak Regional Nəzarət Komissiyası sədrinin müavini, Qazax ASSR-nin Fəhlə və Kəndli Müfəttişliyi Xalq Komissarının müavini, 1924–1925 — Qazax ASSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Aprel-Oktyabr 1925 — RCP (b) Qazax Regional Nəzarət Komissiyası sədrinin müavini, Qazax ASSR-nin Fəhlə və Kəndli Müfəttişliyi Xalq Komissarının müavini, 1925–1927 — RCP (b) -VKP (b) Qazax vilayət komitəsinin təşkilati və təlimatçı şöbəsinin müdir müavini, Qazax ASSR İşçi və Kəndli Müfəttişliyi Xalq Komissarlığının inzibati və mədəniyyət şöbəsinin müdiri, 1927–1928 — Sov. İKP (b) Qazax vilayət komitəsinin təşkilati, təşkilati və paylama şöbəsinin müdiri, 1927–1928 — Sov. İKP (b) Qazax Regional Komitəsinin Katibliyinin üzvü, 1928–1929 — Sov.
Uruz bəy
Uruz bəy —Dədə Qorqud boylarında oğuz igidlərinin ən səciyyəvi nümayəndələrindən biri. O, qorxmaz, cəsur, əyilməz bir döyüşçüdür. Uruz Qazanxanın oğludur. Atası Qazanxanın uğrunda vuruşaraq onu əsirlikdən qurtarır. Özü yağıya əsir düşəndə isə oğuz elinin şərəfini uca tutur. Anasının ləyaqətinin tapdanmaması üçün tərəddüd etmədən tikə-tikə doğranmağa razı olduğunu bildirir. Uruz anasını da namusla yaşamağa çağırır.Uruz bəy mərd namuslu bir oğuz türkü idi.
Ürək (insan)
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Ürək qlikozidləri
Ürək qlikozidləri — bitki mənşəyli dərman preparatları olub, terapevtik dozada kardioton və aritmiya əleyhinə təsirlərə malikdir. Ürək qlikozidlərindən əsasən müxtəlif etiologiyalı ürək çatışmazlığında geniş istifadə edilir. Qlikazidlər ürək əzələsinin iş qabiliyyətini artırır, onun səmərəli və qənaətbəxş işləməsinə ərait yaradır. == Tərkibi == Ürək qlikozidləri qeyri şəkər və şəkər hissədən: aqlikona və qlikondan ibarətdir. Aqlikonun əsasını steroid struktur (siklopentanperhidrofenantren) təşkil edir. Qlikon isə müxtəlif cür şəkərlərlə: D-diqitoksoza, D-qlükoza, D-simaroza, D-ramonoza və s. təmsil olunur. Bəzən qlikon hissəyə sirkə turşusu qalığı birləşmiş olur. Kardiotonik effektə aqlikon hissəsinin malekulları malikdir. Ürək qlikozidləri asanlıqla fermentativ, turşu-qələvi hidrolizinə məruz qalırlar.
Ürək tutması
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölümlə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən. == Səbəbləri == Ürək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur. Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır.
Ürək çatışmazlığı
Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı. == Əmələgəlmə səbəbləri == === Anadangəlmə ürək qüsurları === Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nikahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar. Fallo tetradası Açıq arterial axacaq Qulaqcıqlararası çəpərin qüsuru Mədəciklərarası çəpərin qüsuru Ebşteyn anomaliyası === Qazanılmış ürək qüsurları === Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur. Aorta qapağının daralması Aorta qapağının çatışmazlığı İkitaylı qapağın daralması İkitaylı qapağın çatışmazlığı Perikardit Taxikardiya Arterial hipertenziya İnfarkt Kardiogen şok Ürək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da tənginəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur.