Ürək qlikozidləri

Diqitoksinin kimyəvi qurluşu

Ürək qlikozidləribitki mənşəyli dərman preparatları olub, terapevtik dozada kardioton və aritmiya əleyhinə təsirlərə malikdir. Ürək qlikozidlərindən əsasən müxtəlif etiologiyalı ürək çatışmazlığında geniş istifadə edilir. Qlikazidlər ürək əzələsinin iş qabiliyyətini artırır, onun səmərəli və qənaətbəxş işləməsinə ərait yaradır.

Ürək qlikozidləri qeyri şəkər və şəkər hissədən: aqlikona və qlikondan ibarətdir. Aqlikonun əsasını steroid struktur (siklopentanperhidrofenantren) təşkil edir. Qlikon isə müxtəlif cür şəkərlərlə: D-diqitoksoza, D-qlükoza, D-simaroza, D-ramonoza və s. təmsil olunur. Bəzən qlikon hissəyə sirkə turşusu qalığı birləşmiş olur. Kardiotonik effektə aqlikon hissəsinin malekulları malikdir. Ürək qlikozidləri asanlıqla fermentativ, turşu-qələvi hidrolizinə məruz qalırlar. Tibbi praktikada əsasən aşağıdakı bitkilərdən alınmış ürək qlikozidlərindən istifadə edilir: