Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bılina
Bılina (rus. были́на) — rus xalq ədəbiyyatında folklor janrıdır. Əsasən rusların IX-XIII əsrlər həyatını əks etdirir.rus xalq ədəbiyyatı janrı, qəhrəmanlıq və sosial-məişət məzmunlu epik nəğmə. Bılinalar bahadırlar və xalq qəhrəmanlarının simasında tarixi hadisələri əks etdirən, nağıl şəklində yaradılmış mahnı-poemalardır. Əsasən, 9–13 əsrlərdə naməlum nəğməkar-nağılçılar tərəfindən qoşulan Bılinalar nəsildən-nəslə keçmişdir. Bılinada folklora xas mifoloji ənənələr geniş yer tutur. Burada təsvir olunan aləm real olsa da, fantastik səhnələr çoxdur: bahadırlar divlər və əjdahalarla vuruşur, fövqəltəbii rəşadət göstərirlər. Bılinanın səciyyəvi xüsusiyyətlərindən biri də onun çoxqatlı olması, yəni müxtəlif dövr və yerlərlə bağlı ideya-mövzu əlamətlərinin və surətlərin üzvi surətdə birləşməsidir. Bılina, adətən, coşqun, təmtəraqlı əhvali-ruhiyyə ifadə edir. Təhkiyədə mübaliğə və təkrirə müraciət olunur.
Jilina
Jilina (slovak. Žilina, mac. Zsolna, alm. Sillein‎, pol. Żylina) — Slovakiyanın şimal-qərbində şəhər. Vaq çayına Kisutsa və Rayçyankanın töküldüyü yerdə yerləşir. Jilina bölgəsinin inzibati mərkəzidir. Əhalisi 86 min nəfərdir. == Baxımlı yerlər == Jilinanın köhnə şəhəri Bratislavadaki kimi çox böyük turist piyada zonasına çevrilib. == İqtisadiyyat == Jilinada Hyundai kompaniyasına məxsus Kia Motors Slovakia avtomobil zavodu yerləşir.
İrina
İrina — ad.
Anna Sajina
Anna Sajina — rəqqas. Azərbaycanı 2008 Avroviziya Rəqs Müsabiqəsində Eldar Cəfərov ilə birlikdə təmsil etmişdir. == Həyatı == Anna Sajina - 24 yaşlı bu xanım İrkutsk şəhərinin Sibir vilayətində anadan olub. Hələ erkən yaşlarında o, öz dövrünün mütləq çempionları olan atası Sergey və anası Olqanın rəqs şəkilllərinə baxırdı. O, balerina olmağı həmişə xəyal edib. Anna özünü idman və incəsənətin müxtəlif növlərində sınayıb. Bir neçə dəfə rəqs studiosuna qəbul olma cəhdi uğursuz alınıb. Bunun səbəbi isə özünə düzgün tərəf müqabili seçməməsi olub. Anna 12 yaşında "Lotos" rəqs klubuna yazılıb və burada Nataliya və Vladislav İnkijekovlarla tanışlıq onun həyatını dəyişib. Onlar bu sahədə Annaya böyük dəstək olublar.
Hibiya hadisəsi
Hibiya hadisəsi (日比谷焼打事件, Hibiya yakiuchi jiken) – Rus-yapon müharibəsini sonlandıran Portsmut sülh müqaviləsinə etiraz olaraq 5 sentyabr 1905-ci ildə Tokioda başlayan şəhər iğtişaşı. Yaponiya donanması Rusiya donanmasını Tsuşima döyüşündə məğlub etməsinə, Port-Arturu ələ keçirməsinə və Mukden döyüşündə qələbə qazanmasına baxmayaraq Yaponiya ordusu Mancuriyada çox qalmış və Yaponiya iqtisadiyyatı artıq müharibə xərclərinə görə geriləməyə başlamışdır. Aktual müharibə vəziyyətini qəbul etməyən aktivist qruplar Portmust müqaviləsinin onlara sərf etməyən şərtlərinə etiraz etmək üçün Tokionun mərkəzindəki Hibiya parkında yığışmışdırlar. Etirazçılar xüsusilə Lyaodun yarımadasının və Saxalin adasının yarısının Rusiyaya qaytarılmasını və Rusiyanın Yaponiyaya heç bir təzminat ödəməməsinə etiraz etmişdirlər. Etirazçılar Hibiya parkında 5 sentyabr 1905-ci ilin axşamında toplaşmağa başlamışdırlar, lakin polislər parkın darvazalarına barikadalar qurmuşdurlar. 30.000 nəfərlik izdiham parka daxil olmağa çalışsa da, polislər darvazaları açmaqdan imtina etmişdirlər. Kütlə iğtişaş çıxarmış, İmperiya sarayına yürümüş və iki gün boyunca şəhərdə iğtişaşlar törətmişdir. İğtişaş başa çatana qədər iğtişaşçı kütlə 350-dən çox tikiliyə zərər vermişdir. Bu tikililərə daxili işlər nazirinin iqamətgahı və şəhərdəki polis məntəqələrinin 70%-i daxildir. 17 nəfər öldürülmüş, 450-dən çox polis, 48 yanğınsöndürən və vətəndaş yaralanmış, yüzlərlə insan həbs olunmuşdur.
Jilina FK
Jilina FK – Slovakiyanı təmsil edən peşəkar futbol klubu. 1908-ci ildə yaradılan klub 1928 və 1929-cu illərdə Slovakiya çempionu olub. Daha sonra klub Çexoslavakiya liqasında çıxış edib. Müstəqillik əldə edildikdən sonra "Corqon liqa" adı altında yaradılan Slovakiya çempionatında 2001-02; 2002-03; 2004-05; 2006-07-ci illər mövsümündə 5 ildə 4 dəfə olmaqla ölkə çempionluğunu əldə edib. 2009-10; 2011-12-ci illər mövsümlərində də çempion olan klub bundan başqa 1 ölkə kuboku və 4 ölkə super kubokunun qalibidir.
Jilina bölgəsi
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Jilina diyarı
Jilina diyarı (slovak. Žilinský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Jilina şəhəridir. Sahəsi 6788 km², əhalisi isə 691 201 nəfər (2001) təşkil edir. Jilina diyarı Slovakiyanın şimal-qərbində yerləşir və Çexiya və Polşa ilə sərhədlənir. == İnzibati bölünmə == Jilina diyarı "okres" adlanan 11 rayona bölünür: Bitça rayonu Çadtsa rayonu Dolnı Kubin rayonu Kisutske Nove Mesto rayonu Liptovski Mikulaş rayonu Martin rayonu Namestovo rayonu Rujomberok rayonu Turçyanske Teplitse rayonu Tvrdoşin rayonu Jilina rayonu == Statistik məlumatlar (2001) == Diyarda əhalinin sıxlığı 102/km² nəfər təşkil edir. Diyarın innzibati mərkəzi Jilina şəhəri sayılır (almanca Sillein). Diyarın digər böyük şəhərləri: Martin, Rujomberok (Rosenberg) və Liptovski Mikulaşdır (Liptau-Sankt Nikolaus).
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Lüdmila Zıkina
Lüdmila Georgiyevna Zıkina (rus. Людмила Георгиевна Зыкина; 10 iyun 1929[…], Moskva – 1 iyul 2009[…], Moskva) — SSRİ və Azərbaycan SSR xalq artisti, Sosialist Əməyi Qəhrəmanı.
Nigina Şaripova
Nigina Şaripova (10 avqust 1995) — Özbəkistanlı sprinter. Nigina Şaripova Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Nigina Şaripova birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 2-ci təsnifat mərhələsində 11.68 saniyəlik nəticə ilə 5-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
Səbinə Mikina
Səbinə Kərimova (qızlıq soyadı: Mikina; 24 oktyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən qılıncoynadan. == Həyatı == Səbinə Kərimova 1987-ci il oktyabrın 24-də anadan olub. 2005-ci ildən idmanla məşğul olur. Ailəlidir. Bir oğlu var. == Karyerası == Səbinə Mikina birinci uğurlarına FIE Qran-Pri turnirinin Azərbaycan mərhələlərində imza atdı. 2009-cu ildə turnirin qalibi olan Səbinə Mikina 2010-cu ildə turniri gümüş medalla başa vurdu. Səbinə Mikina Azərbaycanı 2012-ci ilin avqustunda Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 1-də qadınların sablya turnirində çıxış edən Səbinə Mikina olimpiadanın 1/16 final mərhələsində Almaniya nümayəndəsi Alexandra Bujdoso ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səbinə Mikina rəqibi üzərində 15:14 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.
Tikina boğazı
Tikina boğazı (isp. Estrecho de Tiquina) — Titikaka gölünün Boliviya hissəsində, La Paz departamentində yerləşir. == Coğrafiya == Tikina boğazı Titikakanın iki hissəsini bir-birinə birləşdirir. Şimal-qərbdən cənub-şərqə doğru bir istiqamətə sahibdir. Boğazın cənub sahilində San Pedro de Tikina şəhəri, cənubunda isə San Pablo de Tikina yerləşir. Boğazın eni 800 metr, uzunluğu isə 4 kilometrdir. == Daşınma == Boğazdan davamlı olaraq sərnişin daşıyan bərə fəaliyyət göstərir. Bu bərə Boliviyanın La Pas və Kopakabana şəhərlərini birləşdirən magistral yolun bir hissəsidir. On illərdir ki, yerli sakinlər Kopakabana yarımadasını Boliviyanın qalan hissəsi, San Pedro de Tikina və San Pablo de Tikina şəhərləri ilə birləşdirmək üçün boğazda bir körpü tikməyi xahiş edirlər.
Yoşio Nişina
Yoşio Nişina (仁科 芳雄, Nişina Yoşio, 6 dekabr 1890 – 10 yanvar 1951) – Yaponiya fizikaçısı. İkinci dünya müharibəsi zamanı Yaponiyada atom bombası layihəsinə başçılıq etmişdir. Kosmik şüalar haqqında araşdırmaların qabaqcılı olmuşdur. "Yaponiyada nüvə fizikasının atası" hesab olunur. == Həyatı və karyerası == === 1890–1940 === Yoşio Nişina 1890-cı ildə Yaponiyanın Okayama prefekturasında bir kənddə doğulmuşdur. Okayamada yerləşən liseydə təhsil aldıqdan sonra Tokio Universitetinə daxil olmuş və 1919-cu ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olmuşdur. Mühəndislik işi təklifini qəbul etməyərək elektrokimya, daha sonra isə fizika üzrə təhsil almağa başlamışdır. Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda (RIKEN) tədqiqat köməkçisi olmuşdur. 1921-ci ildə RIKEN tərəfindən təhsil məqsədilə Avropaya göndərilmişdir. Kembricdə Kavendiş laboratoriyasında təhsil almış, Ernest Rezerfordun tələbəsi olmuşdur.
Evika Silina
Evika Siliņa (3 avqust 1975, Riqa) — Latviya siyasətçisi. 15 sentyabr 2023-cü ildən Avropa ölkəsi Latviyanın baş naziri. Silina əvvəllər Krişjanis Karinşin rəhbərlik etdiyi ikinci kabinetdə rifah naziri vəzifəsində çalışıb. == Həyatı == Silina 1993–1997-ci illərdə Latviya Universitetində hüquq təhsili alıb, burada hüquq üzrə bakalavr dərəcəsi alıb və hüquqşünas ixtisasına yiyələnib və Riqa Ali Hüquq məktəbində sosial elmlər, beynəlxalq hüquq və avropa hüququ üzrə magistr dərəcəsi alıb. Silinanın ana dili latış dilidir və o, ingilis və rus dillərini mükəmməl bilir. == Karyerası == 2003-cü ildən 2012-ci ilə qədər Silina beynəlxalq və milli kommersiya hüququ üzrə ixtisaslaşmış müstəqil hüquqşünas kimi çalışıb. Həmçinin bu müddət ərzində Silina ictimai elektron rabitə məsələlərinin (telekommunikasiya, internet) hüquqi xidmətlərində, eləcə də qeyri-hökumət təşkilatlarının yaradılmasında və məsləhətçiliyində çalışıb. == Siyasi karyerası == Evika Silina 2013-cü ilin yanvarından 23 yanvar 2019-cu ilə qədər Daxili İşlər Nazirliyində parlament katibi vəzifəsində çalışıb. 2019-cu il yanvarın 23-də Baş nazir Krişyanis Karinşin rəhbərlik etdiyi Nazirlər Şurasının təsdiqindən sonra o, baş nazirin ofisinə parlament katibi vəzifəsini tutdu. Silina 2022-ci ildə Latviya parlament seçkilərində Yeni Birlik partiyasından namizəd kimi iştirak edib və ölkənin qanunverici orqanı olan Seymanın 14-cü müddətinə deputat seçilib.
Karlos Kirina
Karlos Lozada Kirino (14 yanvar 1910 - 20 may 1999) filippinli tarixçi, yazıçı, bioqraf, hüquqşünas və jurnalist idi. Tarixi ədəbiyyat sahəsində xalq rəssamı. == Bioqrafiyası == Filippin Respublikasının altıncı prezidenti Elpidio Kirinonun qardaşı oğlu. Əlavə hüquq təhsili alıb və 1940-cı ildə Filippin Vəkillər Kollegiyasına qəbul olub. İkinci Dünya Müharibəsi veteranı, Batanda Uzaq Şərqdə (USAFFE) ABŞ Ordusu ilə döyüşüb. Yaponlara əsir düşüb. Batan yarımadasındakı Ölüm yürüşünün iştirakçısı olmuşdur. Karlos qaçıb Filippin partizan hərəkatına qoşulmağı bacardı. Müharibə bitdikdən sonra Ticarət Nazirliyində işləyib. 1961-ci ildə Milli Kitabxananın direktoru vəzifəsinə təyin olunub.
Viola vicina
Viola reichenbachiana (lat. Viola reichenbachiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viola silvatica subsp. reichenbachiana (Jord. ex Boreau) Syme Viola silvatica proles reichenbachiana (Jord. ex Boreau) Samp. Viola silvatica var. reichenbachiana (Jord. ex Boreau) Crép. Viola sylvestris subsp.
Liina Luik
Liina Luik (d. 14 oktyabr 1985) — Estoniya idmançısı. Olimpiadalar tarixində iştirak edəcək ilk üçəmin üzvü. Bacıları Leyla və Lili Luikdir. Liina bacıları ilə birlikdə 2016 Yay Olimpiya Oyunlarında idman yerişi (21,1 km) və 10 km məsafələrə marafon yarışında iştirak edəcəklər.
İrina Anastasiadi
İrina Anastasiadi — Yazıçı, tərcüməçi və publisist == Həyatı == 1968-ci ildə Tbilisidə anadan olub. Gürcüstanda "Xarici dillər" institutunu bitirib. 1993-cü ildə Yunanıstana miqrasiya edib. Hal-hazırda Sankt-Peterburqda bir neçə ədəbi qəzet və jurnallarla, həmçinin "Δρυίδες" (Drides) yunan qəzeti ilə əməkdaşlıq edir. Əsasən hekayə janrında yazır. O əsərlərini üç dildə yazır (yunan, rus, ingilis). İki kitabın müəllifidir. İrina Anastasiadinin "Günorta" hekayəsini Səid Əliyev tərcümə etmişdir.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. == Erkən həyatı == Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İrina Bekeşkina
İrina Bekeşkina (ukr. Ірина Ериківна Бекешкіна; 4 fevral 1952, İvdel, Sverdlovsk vilayəti – 20 mart 2020, Kiyev) – Ukraynalı sosioloq, siyasi və seçki sosiologiyası sahəsində mütəxəssis. 2010-cu ildən 2020-ci ilə qədər Demokratik Təşəbbüslər Vəqfinin direktoru idi. Ukrayna cəmiyyəti və siyasətinin öyrənilməsi sahəsində ixtisaslaşmışdı. Həm də tez-tez media şərhçisi və siyasət müdafiəçisi kimi çıxış edirdi. == Bioqrafiyası == Taras Şevçenko adına Kiyev Milli Universitetinin Fəlsəfə fakültəsini və Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə doktoru olmuşdur. "Fəlsəfi Düşüncə" jurnalının elmi redaktoru, Ukrayna SSR Elmlər Akademiyası Fəlsəfə İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1991-ci ildən Ukrayna Milli Elmlər Akademiyası Sosiologiya İnstitutunun elmi işçisidir. 1996-cı ildən Demokratik Təşəbbüslər Fondunun direktor müavini, 2001-ci ildən isə elmi məsləhətçisidir.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. == Karyerası == İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
İrina Bilık
İrina Bilık (d. 6 aprel 1970, Kiyev, SSRİ) — Ukrayna müğənnisi, Ukraynanın Xalq Artisti (2008). == Albomları == «Кувала зозуля» (1990) «Я розкажу» (1994) «Nova» (1995) «Так просто» (1996) «Фарби» (1998) «Ома» (2000) «Biłyk» (2002) «Країна» (2003) «Любовь.
İrina Bliznova
İrina Bliznova (6 oktyabr 1986, Krasnodar) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == İrina Bliznova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra İrina Bliznova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. İrina Bliznova Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
İrina Bokova
İrina Georgiyevna Bokova (d. 12 iyul 1952, Sofiya, Bolqarıstan) — Bolqarıstanın siyasi və ictimai xadimi, diplomat. 15 noyabr 2009-cu ildən UNESCO-nun Baş Direktoru. Bokova bu vəzifədə çalışan ilk qadındır.