Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çeçeni̇stan Milli Kitabxanası
Çeçeni̇stan Milli Kitabxanası — 1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir.
Çeçencə
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Çəmənli
Çəmənli (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Çəmənli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Çəmənli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Çəmənli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Çəmənli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Çəmənli (Maku) — Aşağı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli — Azərbaycanın Beyləqan rayonunda kənd.
Çeçen
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Aleksandr Çeçenski
Aleksandr Nikolayeviç Çeçenski — Çeçen mənşəli Rusiya general-mayoru, 1812 -ci il Vətən müharibəsinin iştirakçısı, dördüncü və altıncı koalisiyaların müharibələri, bir çox rus ordeni sahibi. == Həyatı == === Uşaqlıq və gənclik illəri === Çeçenski uşaq ikən, çar qoşunlarının Şeyx Mənsurun doğma Aldı kəndinə basqınlarından birində əsir alınmışdı. Milliyətcə çeçendir, doğum adı Əlidir. Anası Rəhmət doğuş zamanı ölmüşdür. Atası Alxazur kəndləri işğal edilən zaman döyüçdə həlak olmuşdur. On altı yaşlı podporuçuk daha sonra məşhur general olan Nikolay Nikolaeviç Rayevski tərəfindən oğulluğa götürülmüşdü. Gənc çeçen oğlana Aleksandr Nikolayeviç Çeçenski adı verildi. Kiçik Rusiyadakı Kamenka malikanəsində Nikolay Rayevskinin anası Yekaterina Nikolayevnanın himayəsində tərbiyə edilmişdir. O, Moskva Universitetində təhsil almışdır. == Xidmət illəri == Aleksandr Çeçenski 1794-cü ildə qəyyumunun komandir olduğu Nijni Novqorod atlı alayında Kizlyarda vaxminster rütbəsi ilə xidmətə başladı.
Aşağı Çəmənli
Aşağı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun Aşağı Çəmənli kəndi Çəmənli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Aşağı Çəmənli kənd Soveti yaradılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, kəndi Ağdam rayonundakı Çəmənli kəndindən ayrılmış ailələr salmışlar. Bəzən Araz Çəmənlisi də adlanır. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Kənd əhalisinin sayı 1143 nəfərdir (2009).
Mustafa Çəmənli
Mustafayev Mustafa Şura oğlu (Mustafa Çəmənli) — nasir, publisist, Əməkdar mədəniyyət işçisi (2018), 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979). == Həyatı == Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966-1969). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970-1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988-1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992-2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur.
Yuxarı Çəmənli
Yuxarı Çəmənli — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd.
Çəbənli (Meşkinşəhr)
Çəbənli (fars. چبنلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 81 nəfər yaşayır (16 ailə).
Çəmənli (Ağdam)
Çəmənli — Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Çəmənli hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənlinin əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır. Hatəmxan ağanın nəslindən sonra Hacı Tahirin köç yerinin əhalisi Çəmənlinin sakinlərindəndir. Yaşayış məntəqəsi türkdilli xələclərin çəmənli tirəsinin adını əks etdirir. Etnotoponimdir. XIX əsrin ortalarında 59 ailədən ibarət, Mil-Qarabağ düzlərində maldarlıqla məşğul olmuş çəmənlilər sonralar oturaq həyat keçirərək bu ərazidə Qara Çəmənli, Aşağı Çəmənli, Yuxarı Çəmənli kəndlərinin əsasını qoymuşlar. Çar Rusiyası zamanında Çəmənli Yelizavetpol quberniyasının, Şuşa qəzasının, Kəbirli mahalının kəndi idi. Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır.
Çəmənli (Bərdə)
Çəmənli (əvvəlki adı: Dilənçilər) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Yeni Daşkənd kənd Sovetinin Dilənçilər kəndi Zümürxaç kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsini keçmiş Çıraqlı Qərvənd kəndindən köçmüş ailələr 1860-cı ildə xəzinə torpağına məxsus Dilənçilər yeri adlı ərazidə saldığına görə əvvəllər Dilənçilər adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir.
Çəmənli (Cəlilabad)
Çəmənli, Təzəkənd (?-2015) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Xanəgah kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur. Çəmənli kəndinin əhalisi türksoylu Moran tayfasından ibarətdir. Moranlar 19-cu əsrdə Şahsevən tayfa ittifaqına mənsub idi. 29 may 2015-ci ildə Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Çəmənli kəndi adlandırılmışdır.
Çəmənli (Maku)
Çəmənli (fars. چمنلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhçik kəndistanında, Siyahçeşmə qəsəbəsindən 24 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (7 ailə).
Çəmənli (İsmayıllı)
Çəmənli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqəsi Çəmənli kəndi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Əhalisi 290 nəfərdir ki onunda 143 nəfəri kişi, 147 nəfəri qadındır.
Çəmənli (Şərur)
Çəmənli (əvvəlki adı: Keştaz) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Keştaz kəndi Çəmənli kəndi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Qara Həsənəli və Sovetabad kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == Əhalisi == Əhalisi 973 nəfərdir.(2009 - cu il) == Təhsil == Kənddə orta məktəb binası 1980-ci ildə tikilmişdir. 2017-ci il Fevralın 1-də Çəmənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. 3 mərtəbəli və 380 şagird yerlik binada 3-ü elektron lövhəli olmaqla 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, şahmat otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və həyətdə açıq idman qurğuları vardır. Məktəbdə kitabxana işinin təşkili diqqətdə saxlanılır. Hazırda kitabxananın fondunda 4514 kitab vardır. == Kənd mərkəzi == 2017-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çəmənli kənd mərkəzinin açılışını edib. Mərkəz binasının birinci mərtəbəsində rabitə evi, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, kitabxana və feldşer-mama məntəqəsi yerləşir.
Çəmənli bələdiyyəsi
Ağdam bələdiyyələri — Ağdam rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çəmənli oymağı
Çəmənli oymağı — Qarabağın tarixi oymaqlarından biridir. == Tarixi == Qarabağ xanlığının qurucusu Pənahəli xanın rəqiblərinə qarşı apardığı mübarizədə inandığı, etibar etdiyi tayfalar, oymaqlar sırasında Kəbirli tayfasının Çəmənli oymağı da var idi. Çəmənli oymağı hər zaman görkəmli şəxsiyyətlər yetirmiş nəsilləri ilə tanınmışdır. Hatəmxan ağa nəsli Çəmənli oymağının əsasını təşkil edir. Nəsil öz adını Hatəmxan ağanın adından almışdır. Çəmənlidə Orduqayalı, Nurular, Balağışlaq, Sarı hüseynli, Böyük qışlaq, Sarı hacılı, Zülfülər, Çuxur məhlə adlı 8 məhlə bu günə kimi öz adını qoruyub saxlamaqdadır. == Şəxsiyyətləri == Hatəmxan ağa XVIII əsrdə yaşamış, 1698-ci ildə anadan olmuş, uzun illər Çəmənli oymağının başında durmuşdur. Sələflərindən xələflərinə ötürülən məlumata görə, o, yüz il ömür sürmüş, qeyri-adi bacarığa malik, hazırcavab, qonaqpərvər insan kimi tanınmış, Qarabağda mahir at çapması ilə yaddaşlarda qalmışdır. Hatəmxan ağa Qarabağ xanlığının qurucusu Pənahəli xanın, onun oğlu İbrahimxəlil xanın hakimiyyətləri dövründə Qarabağın hörmətli, qoçaq, ədalətli insanlarından sayılmışdır. Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində müxtəlif illərdə aparılmış əhalinin siyahıya alınması sənədləri saxlanılır. Həmin sənədlərə görə, Çəmənlidə bəylərin siyahısı ayrıca aparılmış, 30 nəfərdən ibarət dörd evin olması qeyd olunmuşdur.
Ferenç Seçeni
Ferenç Seçeni (mac. Széchényi Ferenc; 28 aprel 1754 və ya 29 aprel 1754 – 13 dekabr 1820, Vyana) — Budapeştdə Macarıstan Milli Kitabxanasının və Milli Muzeyinin təsisçisi. Kitabxana onun şərəfinə Milli Seçeni Kitabxanası adlandırılmışdır. İştvan Seçeninin atasıdır.
Kol çərəni
Kol çərəni == Təbii yayılması == Dərbən və Kür çayı arasındakı ərazidən təsvir edilmişdir.Qafqazda,Avropada,Orta Asiyada təbii halda bitir. == Botaniki təsviri == 20-60 sm hündürlüyündə,geniş şaxələnmiş,boz rəngli kolcuqdur.Çiçəkyanlığının yarpaqcıqları demək olar ki, tamamilə sərbəstdir,çiçəkləyəndən sonra sıxlaşır.May ayında çiçəkləyir.Noyabr ayında isə meyvə verir.Toxumları ovalşəkilli,qara rəngli,xırda nöqtəli,parıldayandır. == Ekologiyası == Duzadavamlı bitkidir.Şoranlıqlarda və şoranlaşmış gilli yamaclarda dağınıq və qrup halda bitir. == Azərbaycanda yayılması == Xəzər və Kür-Araz ovalıqlarında,Qobustanda,Naxçıvan düzənliyində,aranda,dağ ataəyində,səhra və yarımsəhralarda geniş yayılmışdır. == İstifadəsi == Potaş hazırlamaq üçün xammal kimi istifadə edilir.Qış otlaqlarında payızın axırlarında və şaxtalar düşdükdən sonra dəvələr və xırdabuynuzlu mal-qara tərəfindən yeyilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Mustafa Ceceli
Mustafa Ceceli (2 noyabr 1980, Ankara) — pop müğənnisidir. Mustafa Ceceli 2003-cü ildə musiqi karyerasına başladıqdan sonra onun musiqi tərtibatları böyük rəğbət qazanıb. 2007-ci ildə Enbe Orkestrinin albomunda qonaq sənətçi olaraq Sezen Aksunun Ünütamam mahnısını ifa etdi. 2008-ci ildə Ceceli "Limon Çiçəkləri" adlı ilk sinqlı ilə tamaşaçılarla görüşdü. 2009-cu ilin noyabrında Mustafa Ceceli adlı öz adlı albomunu buraxdı və albom MÜ-YAP-dan qızıl rekord mükafatı aldı. == Həyatı == Mustafa Ceceli 1980-ci noyabrın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olub. 8–9 yaşlarında "Kənd həkimi" teleserialına çəkilib. Tibb məktəbindən məzun olsa da musiqi alətlərinə olan marağı onu müğənniliyə meylləndirib. Sinem ilə evlənib. Bu evlilikdən Arin adında bir oğlu var.
Vəcəni (Əhər)
Vəcəni (fars. وجني‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 337 nəfər yaşayır (77 ailə).
Çəçini (Təbriz)
Çəçini — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsində, Səriskənd qəsəbəsindən 9 km cənubdadır.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İştvan Seçeni
İştvan Seçeni (mac. István Széchenyi, 21 sentyabr 1791, Vyana – 8 aprel 1860, Döblinq) Macar dövlət xadimi və yazıçısı. O, 1848-ci ildə baş vermiş macar inqilabının 4 liderindən biri olmuşdur. Seçeninin bir vaxtlar ictimai və iqtisadi həyatda başladığı proseslər macar cəmiyyətində dərin izlər buraxmışdır. Elə buna görə də o, hər nə qədər özünü Macar millətinin "qulu" adlandırsa da, Macar tarixində "Ən böyük Macar" (ing. The Greatest Hungarian) adına layiq görülmüşdür. == Həyatı == İştvan Seçeni 1771-ci ildə Vyanada macar əsilzadə olan qraf Ferens Seçeni ilə Yuliyana Festetiç de Tolnanın ailəsində anadan olmuşdur. Seçeni ailəsi Macarıstanın ən qədim və soylu ailələrindən biri idi. Seçeninin atası Macarıstan Milli Muzeyinin qurucularından idi . Seçeni öz uşaqlığını Vyanada və Nadçenkdə keçirtmişdi.
Aşağı Çəmənli bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.