Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Mustafa Çəmənli 1947-ci il sentyabrın 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində, daha sonra Mingəçevir şəhər məktəbində almışdır. Əmək fəaliyyətinə Mingəçevir maşın hissələri təmiri zavodunda qəlibçi kimi başlamışdır (1966–1969). Bakıda "Kommunist" nəşriyyatında çapçı köməkçisi, "Paris Kommunası adına gəmi təmiri zavodu"nda qəlibçi olmuşdur (1970–1972). ADU-nun jurnalistika fakültəsində təhsil almışdır (1972–1977). Təyinatla göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri (1978–1988), nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir (1988–1992). "Gənclik" nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır (1992–2006). Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. İlk hekayəsi "Ləpirlər" 1973-cü ildə "Mingəçevir işıqları" qəzetində çap olunmuşdur. Povest hekayə və radiopyeslər qələmə almışdır. "Layla" (1985) pyes ssenarisi klublara, xalq teatrlarına göndərilmişdir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə Mətbuat Fondunun "Dan ulduzu" (1993) mükafatına, ön cəbhədə çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna (1993), "Xallı Gürzə" tarixi romanına görə "Yaddaş" milli mükafatına, Milli Mədəniyyəti Təbliği Mərkəzinin "Uğur-2008", "Ölüm mələyi"[1]tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin "Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür. 2010-cu ildə prezident təqaüdçüsü olmuşdur.
Ədəbi bədii yaradıcılığı haqqında "Bir kitablıq söz" kitabı nəşr olunmuşdur (2017). "Mustafa Çəmənli: biblioqrafiya". Azərbaycan Milli Kitabxanasının nəşri, 2017.