Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
AZ-CERT
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tədqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tədqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
Kert
Quzumkənd (əvvəlki adı: Kert, daha əvvəl: Quzumkənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd, Quzumkənd kənd inzibati ərazi dairəsinin mərkəzi. Oykonim quzum, yəni payızlıq əkin yeri, və kənd sözlərindən düzəlib, "payızlıq əkin yeri olan kənd" mənasını daşıyır. XIX əsrin əvvəllərində ermənilərin orada yerləşdirilməsindən sonra, Kert adlanmışdı. Kert isə hind-Avropa dillərində "şəhər", "qala", "kənd", "tikili", deməkdir. 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kəndin adı Kert kimi qeyd olunur. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır. 20-ci əsrin əvvəlinə aid rusdilli xəritədə kəndin adı Kuzumkend kimi göstərilir. Sovet vaxtında Azərbaycan SSR-nin 1977-cu il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsündə kənd o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Martuni rayonunun Kert kənd Sovetinin tərkibində və Kert kənd Sovetinin mərkəzi kimi göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
50 Cent
III Kertis Ceyms Cekson (d. 6 iyul 1975, Cənubi Yamayka[d], Nyu-York ştatı) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor. III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.
Bert Lankaster
Berton Stiven "Bert" Lankaster (ing. Burton Stephen "Burt" Lancaster; 2 noyabr 1913[…], Nyu-York, Nyu-York ştatı – 20 oktyabr 1994[…], Los-Anceles, Kaliforniya) — Amerika kino tarixinin ən müvəffəqiyyətli aktyorlarından biri. Oskar və Qızıl Qlobus (1961) mükafatları laureatı. == Filmoqrafiya == Bağışlanmamış (film, 1960) / ing.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Esra Sərt
Esra Sərt Köseoğlu(14 fevral 1976, Adapazarı[d]) — türkiyəli jurnalist, server. 1994-cü ildə Sakarya Atatürk Liseyindən məzun oldu. İstanbul Universiteti Ünsiyyət Fakültəsini bitirdi. 1999-cu ildə girdiyi NTV kanalında əvvəllər xəbər spikerliyi etmiş, daha sonra Yaxın Plan, Günün İçindən adlı gündüz qurşağı xəbər proqramlarını təqdim etmişdir. 2010-cu ildə NTV səhər xəbər qurşağı proqramı Günə Cihazın işə salınması aparıcılığını boynuna götürdü. Aprel 2011-də bu proqramdakı vəzifəsini təhvil edərək NTV-də nəşr olunan Seçkiyə Doğru proqramının aparıcılığını etmişdir. 2011-ci ilin son dövrlərində CNBC-də kamera arxasında başqa bir vəzifəyə təyin edilmişdir. Esra Sərt 2008-ci ildə evlənmiş, Ladin Köseoğlu adlı bir qız uşağı sahibidir. NTV-dən öz istəyiylə istefa edərək ayrılmış; Haber Türk qəzetində 2013-dən bu yana Ht Hayat adlı hissədə məqalələr dərc edir.
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Mert Tunco
Mert Tunco (17 may 1995-ci ildə anadan olub) — Türkiyəni təmsil edən kişi badmintonçu.
Mert Çelik
Mert Çelik (10 iyun 2000, İstanbul) bir azərbaycanlı futbolçu kimi oyanayır. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. 19 sentyabr 2020 ci ildə Neftçi Mert Çelik ilə müqavilə bağladı.
Pert (Şotlandiya)
Pert (ing. Pert, şot.kelt Peairt) — Böyük Britaniyaın Şotlandiya regionunda yerləşən şəhər, Pert və Kinross vilayətinin inzibati mərkəzi (1975-ci ilədək Pertşir qraflığının inzibati mərkəzi).
Qurtulan Bert
Qurtulan İsmayıl oğlu Bert (karaçay-balkarca:Гуртуланы Исмаилны жашы Берт,25 oktyabr (7 noyabr) 1910, Belaya Reçka (Kabarda-Balkariya), Kabardin-Balkariya – 12 fevral 2001, Kabardin-Balkar MSSR) — qaraçay-balkar şairi, yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü (1934), Kabardin-Balkar Respublikasının Xalq yazıçısı, Əməkdar mədəniyyət işçisi Bert Qurtulan 25 oktyabr (7 noyabr) 1910-cu ildə indiki Kabardin-Balkar Respublikasının Ağsu (qaraçay-balkarca: Акъ суу) kəndində yoxsul maldar ailəsində anadan olmuşdur. Pedaqoji Məktəbi bitirmişdir. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İkinci Dünya müharibəsində iştirak etmiş, siyasi bölmədə fəaliyyət göstərmişdir. 1944-cü ildə bütün balkar xalqı ilə birlikdə sürgün olunmuşdur. Vətənə döndükdən sonra Kabardin-Balkar Respublikası Yazıçılar Birliyində məsul katib və “Dostluq” («Шуёхлук») dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 12 fevral 2001-ci ildə doxsan yaşında vəfat etmişdir. Bert Qurtulanın yaradıcılığında İkinci Dünya müharibəsində sovet xalqının qələbəsi və kommunizm quruculuğu önəmli yer tutur. Onun şeir və poemaları həmçinin vətənpərvərlik ruhu ilə seçilir. Şairin poemaları qaraçay-balkar poeziyasının inkişafında mühüm rol oynamışdır.
Sərt dağnanəsi
Sərt disk
Bərk disklər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) — kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur. 13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi. Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7–20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur. Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi. Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur.
Sərt güc
Sərt güc — Siyasətdə digər siyasi təşkilatların davranışlarına və ya maraqlarına təsir etmək üçün hərbi və iqtisadi vasitələrdən istifadə etməkdir. Siyasi hakimiyyətin bu forması çox vaxt aqressivdir (məcburiyyət) və bir siyasi orqan tərəfindən daha az hərbi və/yaxud iqtisadi gücə malik olan digərinə tətbiq edildikdə ən təsirli vasitə olur. Sərt güc, diplomatiya, mədəniyyət və tarixdən gələn yumşaq güc ilə ziddiyyət təşkil edir. Cozef Naya görə, sərt güc "başqalarını sizin iradənizi yerinə yetirmək üçün iqtisadi və hərbi gücün yerkökü və çubuqlarından istifadə etmək bacarığını" əhatə edir. Burada "yerkökü" ticarət maneələrinin azaldılması, ittifaq təklifi və ya hərbi müdafiə vədi kimi stimulları ifadə edir. Digər tərəfdən, "çubuqlar" təhdidləri – o cümlədən məcburi diplomatiyadan istifadəni, hərbi müdaxilə təhlükəsini və ya iqtisadi sanksiyaların tətbiqini təmsil edir. Ernest Wilson sərt gücü "başqasını həmin qurumun başqa cür hərəkət etməyəcəyi şəkildə hərəkət etməyə məcbur etmək" qabiliyyəti kimi təsvir edir. Sərt gücün mövcudluğu uzun bir tarixə malik olsa da, bu terminin özü Cozef Nye suveren dövlətin xarici siyasətində yeni və fərqli güc forması kimi yumşaq gücü icad etdiyi zaman yaranmışdır. Beynəlxalq münasibətlər nəzəriyyəsində realist məktəbə görə, hakimiyyət müəyyən maddi sərvətlərə, o cümlədən əhaliyə, əraziyə, təbii sərvətlərə, iqtisadi və hərbi gücə və başqalarına sahib olmaq ilə bağlıdır. Sərt güc bir millətin və ya siyasi qurumun digər aktyorların davranışlarına təsir etmək üçün iqtisadi stimullardan və ya hərbi gücdən istifadə etmək qabiliyyətini təsvir edir.
Sərt pornoqrafiya
Sərt pornoqrafiya və ya Hardkor pornoqrafiya — XX əsrin ikinci yarısında meydana çıxmış; Cinsi məzmunlu filmlərdə və şəkillərdə qeyd-şərtsiz senzuranı müdafiə edən hərəkatdır. Bu cərəyan xüsusilə ABŞ və İngiltərədə yayılmışdır. Bu hərəkatın təsiri altında inkişaf etmiş əyləncə sənayesi formalaşmışdır. Bu, XX əsrin ikinci yarısından bəri yumşaq pornoqrafiyaya qarşı hazırlanmış bir üslubdur. Adətən jurnallarda fotoşəkillər və filmlərdə isə videolar şəklində olur. Hollivudda bu tip pornoqrafiya üçün xüsusi studiyalar mövcuddur. Bu üslub xüsusilə 1990-cı illərin əvvəllərindən etibarən internetdə yayılmağa başlanmışdır. Əvvəlcə bir çox ölkələrdə onun yayılması qadağan edilsə də, sonradan bir çox liberal demokratik ölkələrdə onun nəzarət altında yayılmasına icazə verilmişdir. Nəzarət məqsədləri üçün hər nə qədər yaş hədləri qoyulmuşdursa da, internet vasitəsi ilə geniş şəbəkəyə müraciət edən bu pornoqrafiya üslubu pornoqrafiyanın asanlıqla əldə edilə bilən formasına çevrilmişdir. Bir çox dövlətlər bu vəziyyətə qarşı tədbirlər görməyə çalışsalar da, bu tədbirləri effektiv olmamışdır.
Sərt quramat
Mert Kılıç
Mert Kılıç (24 aprel 1978, Mərzifon, Amasya ili) — türkiyəli aktyor. Kılıç modellikdən əvvəl Vanspor FK Edirnespor və Tekirdağspor da peşəkar futbol oynayıb. O 2002-ci ildə Ən Yaxşı Fotomodel seçilib.Aktyorluq təhsilini ABŞ-dəki Los Anceles Beverli Hills Aktyorluq Məktəbində alan Kılıç 1,91 metr boyundadır. "Şefkat Tepe" teleserialı ilə Samanyolu TV ekranlarına addım atan aktyor daha bir neçə serialda rol alıb. 2001–2002-ci illərdə azərbaycanlı müğənni Aygün Kazımova ilə təxminən bir il birlikdə olublar. 2002-ci ildə "Azərbaycanın ən yaxşı modeli 2002" müsabiqəsinin prezidenti vəzifəsində çalışan Aygün Kazımova müsabiqə bitdikdən sonra Mert Kılıçla yollarını ayırıb.
Sərt quramit
Sərt quramit (lat. Lolium rigidum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. Bu bitki 20-50 (60) sm hündürlüyündə taxıllar fəsiləsinin bir illik ot bitkisidir. Çox gövdəlidirlər, gövdələri nazik və dik qalxandırlar. Yarpaqları ensiz xətlidir. Aprel-may aylarında çiçəkləyirlər, iyunun əvvəlində meyvə verirlər. Efemerlik xüsusiyyətlərinə malik olub yovşanla fitosenoloji qruplaşma əmələ gətirirlər. Neftlə çirklənmiş torpaqların bioloji rekultivasiya mərhələsində yaxşı bitmə qabiliyətinə malik taxıl bitkisidir. Qara yonca ilə birlikdə sıx cəngəllik əmələ gətirməklə yüksək məhsuldarlığa (190 s/ha) malikdirlər.
Albert Fert
Albert Fert (7 mart 1938, Karkason[d]) – fransız fiziki, Paris Elmlər Akademiyasının üzvü, Nobel mükafatı laureatı. 1962-ci ildə Paris Ali Normal Məktəbini bitirmiş, 1963-cü ildə Paris Universitetində doktor dərəcəsini almışdır. Qrenobl və Parisdə işləmişdir. 1978-ci ildən Paris-XI Universitetinin professorudur. Əsas elmi tədqiqatları bərk cisimlər fizikası sahəsindədir. Alman fiziki Qrünberqdən asılı olmadan 1988-ci ildə dəmir və xromun növbələnən laylarında nəhəng maqnit müqaviməti effektini müəyyənləşdirmişdir. Elektronikanın yeni sahəsinin – spintronikanın yaranmasında iştirak etmişdir. 2003-cü ildə Fransanın Elmi Tədqiqatlar Milli Mərkəzinin Qızıl medalı ilə təltif olunmuşdur.
Şərt (proqramlaşdırma)
Şərt — müəyyən şərtin doğruluğundan asılı olaraq baş verən və ya baş verməyən hərəkət və ya əməliyyat haqqında işlədilən termin. Kompüter elmində qərarların idarə edilməsi üçün proqramlaşdırma dili əmrlərinə deyilir. Konkret olaraq, proqramçı tərəfindən müəyyən edilmiş Boolean şərtinin doğru və ya yanlış olaraq qiymətləndirilməsindən asılı olaraq şərtlər müxtəlif hesablamaları və ya hərəkətləri həyata keçirir. Nəzarət axını baxımından qərar həmişə hansısa şərt əsasında axının seçici şəkildə dəyişdirilməsi ilə əldə edilir. Dinamik göndərmə adətən şərti konstruksiya kimi təsnif edilməsə də, icra zamanı alternativlər arasında seçim etməyin başqa bir yoludur. Şərti ifadələr, vəziyyətə uyğun davranışı təyin edən proqramda nəzarət nöqtələridir. "Şərti deyim" termini adətən imperativ proqramlaşdırma dillərində istifadə olunur. Bunun əksinə olaraq, funksional proqramlaşdırmada "şərti ifadə" və ya "şərti konstruksiya" terminlərinə üstünlük verilir, çünki bu terminlərin hamısının fərqli mənaları var.
Vorms
Vorms (alm. Worms‎[ˈvɔɐ̯ms], pfals. Woms, Woams, salnamələrdə köhnə adı "Vernitsa" alm. Verniza, Vernica) — Almaniyanın cənub-qərbində, Reynland-Pfalz federal əyalətinin ərazisində, federal torpaq tabeliyində olan şəhər. Orta əsrlərdə bu şəhər Almaniyanın siyasi həyatının mühüm mərkəzi olmuşdur. Orada Reyxstaqlar toplaşmış və alman millətinin Müqəddəs Roma İmperiyasının imperatorları seçilmişdi. Vorms reformasiyanın başlanğıcı ilə bağlı burada baş verən tarixi hadisələrə, eləcə də hadisələrin çoxu Vormsda baş verən " Nibelunqenlilər " orta əsr qəhrəmanlıq eposuna görə xüsusi şöhrət qazanmışdır. Şəhər Reyn çayının sol sahilində yerləşir. 2000 illik tarixə malik olan bu şəhər Almaniyanın ən qədim şəhərlərindən biridir və onun ilk sakinləri keltlər olmuşdur. 5-ci əsrin əvvəllərində bir Alman qəbiləsi Bornholm adasından Avropaya köç etdi, üzvləri orijinal yaşayış yerlərinin adından sonra Burqundiona və ya Burqundiya adlandırıldı.
Vormsi
Vormsi (est. Vormsi, isv. Ormsö) — sahəsinə görə Saaremaa, Hiyumaa və Muhu adalarından sonra Estoniyanın dördüncü böyük adasıdır. İnzibati cəhətdən Lyaenes qəzası ərazisinə daxildir. Ada Moonzund arxipelaqına daxildir. Baltik dənizinin şərqində qərrlaşır. Qərbində yerləşən Hiyumaa adasından 12 km enə malik olan Muhu boğazı ilə ayrılır. Sahəsi 93 km² təşkil edir. Ada əttsfında 30 yaxın kiçik adalar vardır. Onlarla birlikdə sahəsi 109 km²-dir.
Vorsmi
Vormsi (est. Vormsi, isv. Ormsö) — sahəsinə görə Saaremaa, Hiyumaa və Muhu adalarından sonra Estoniyanın dördüncü böyük adasıdır. İnzibati cəhətdən Lyaenes qəzası ərazisinə daxildir. Ada Moonzund arxipelaqına daxildir. Baltik dənizinin şərqində qərrlaşır. Qərbində yerləşən Hiyumaa adasından 12 km enə malik olan Muhu boğazı ilə ayrılır. Sahəsi 93 km² təşkil edir. Ada əttsfında 30 yaxın kiçik adalar vardır. Onlarla birlikdə sahəsi 109 km²-dir.
Tommi
Tommi — ad. Tommi Li Volles — ABŞ kinorejisoru. Tommi Versetti — Grand Theft Auto: Vice City adlı oyundakı xəyali obraz. Tommi Şeridan — Həmrəylik partiyasının lideri və sosialist. Tommi Li Cons — Amerika aktyor və rejissoru. Tommi Qann — Amerika porno aktyoru.
Domı
Binə (əvvəlki adı: Domı) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Domı kəndi Binə kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Binə kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd 1992-ci ilədək Domı adlandırılmışdır. Domı sözü də binə sözünə yaxın "oturmaq, ayağını qatlayıb aşağı çökmək" mənaları ilə bağlıdır. Ərazisindən axdığı Domı çayın (hal hazırda çayın adı Binəçaydır) əyildiyi, burulduğu yerdə yerləşdiyi üçün yaşayış məntəqəsi bu adı almışdır. Binə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Binə kəndi dağlıq ərazidə, Qarabağ silsiləsinin yamacında, Binəçayın (Quruçayın sağ qolu) sol sahilində, rayon mərkəzi Xocavənd şəhərindən 45 km cənub-qərbdə, Hadrut qəsəbəsindən 50 km şimal-qərbdə yerləşir. İşğaldan qabaq kəndin əhalisi heyvandarlıq, bağçılıq və heyvandarlıqla məşğul idi, kənddə rabitə şöbəsi var idi, kəndin yaxınlığında mineral bulaq var. İşğaldan qabaq kənddə klub, kinoqurğu var idi, həmçinin Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdu.
Komi
Komi Respublikası (rus. Республика Коми, komi Коми Республика) — Rusiya Federasiyası subyektlərindən biri. Respublikanın ərazisi 415.9 min kvadrat kilometrdir .
Vəzi
Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir. Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.
Cəzmi Basqın
Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissoru. Daha çox "Akasiya dayanacağı" teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır. Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi. O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü.
Espinas-Vozel
Espinas-Vozel (fr. Espinasse-Vozelle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03110. Kommuna 1825-ci ildə Espinas və Vozel kommunalarının birləşməsi ilə yaradılmışdır. 2008-ci ildə əhalinin sayı 850nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 545 nəfər (15-64 yaş arasında) 414 nəfər iqtisadi cəhətdən, 131 hərəkətsiz (fəaliyyət göstərici - 76.0%, 1999-cu ildə 72.0%) olmuşdur. Fəal 414 işçidən 378 nəfəri (197 kişi və 181 qadın), 36 nəfəri işsizdir (18 kişi və 18 qadın).
Fadil Vokri
Fadil Vokri (d. 23 iyun 1960 – ö. 9 iyun 2018, Priştina, Kosovo) — Kosovo Futbol Federasiyasının keçmiş prezidenti. 2018-ci ilin iyun ayının 9-da 58 yaşında ikən ürək tutmasından dünyasını dəyişmişdir. Həmin gün səhər idmanı zamanı səhhətində problem yaranan Vokri Priştina şəhərindəki xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamışdı.
Heca vəzni
Heca vəzni (sillabik vəzn) — misralarda heca saylarının bərabərliyinə və ahəngdar bölgülənməyə əsaslanan şeir vəzni. Əksər dünya xalqlarının (türk, fars, rus, fransız, italyan və s.) şeirində işlənmişdir. Heca vəzninin ən mühüm şərti ölçüdür. Xüsusən kiçik ölçülü şeirlərdə (üçhecalıqlardan, səkkizhecalıqlaradək) hecaların sayının bərabərliyi heca vəznində yazılmış şeirlərin yeganə poetik göstəricisi kimi çıxış edə bilir. Azərbaycan milli şeir quruluşunda tələb olunan ən zəruri şərtlər ölçü, bölgü və qafiyədir. Bu üç əsas tələb şeir texnikasının ən vacib atributları olmaqla yanaşı, həm də şeiri nəsrdən fərqləndirən mühüm amillərdən biridir. Ölçü şeir texnikasında daha vacib yer tutur. Çünki məhz ölçüyə görə şeirin vəzni müəyyən olunur. Əslində vəzn şeirin ölçüsü, misraların həcmi deməkdir. Misraların həcmi dedikdə, hər şeydən əvvəl, oradakı hecaların sayı nəzərdə tutulur.
Keylum Vörti
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.
Kozmin burnu
Kozmin burnu — Şərqi Sibir dənizində, Çukot Muxtar Dairəsi ərazisinə yerləşən burun. Burun 1823-cü ildə Ferdinant Vrangel tərəfindən onun ekspedisiyasının üzvü olan Prokofiy Kozminin şərəfinə adlandırılmışdır. Burada işıqlı naviqasiya işarəsi qoyulmuşdur.
Nazmi Solok
Nazmi Solok (türk. Nazmi Solok; d. 1876, Balıkəsir ili, Osmanlı İmperiyası – ö. 1956, İstanbul, Türkiyə) — Türk əsgəri. 1896-ci ildə hərbi məktəbə daxil olmuş və 1899-ci ildə oranı bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 12 mart 1918-ci ildə Müstəqil 50-ci tümən komandiri kimi xidmət göstərdi. 27 mart 1918-ci ildə Bağdad döyüşündə əsir götürüldü və 12 iyun 1920-ci ildə əsirlikdən azad edildi. 2 oktyabr 1939-cu ildə təqaüdə çıxdı. 1956-cı ildə İstanbulda vəfat etdi.
Noemi Almonte
Noemi Almonte (3 fevral 1999-cu ildə anadan olub) — Dominikan Respublikasını təmsil edən qadın badmintonçu.
Noemi Tot
Noemi Tot (d. 7 iyun 1976) — İtaliyanı təmsil edən su poloçusu. Noemi Tot, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Noemi İyezzi
Noemi İyezzi (5 noyabr 1982) — İtaliyanı təmsil edən bədii gimnast. Noemi İyezzi İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Nozomi Hiroyama
Nozomi Hiroyama (d. 6 may 1977) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Nozomi Yamaqo
Nozomi Yamaqo (d. 16 yanvar 1975) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 96 oyun keçirib.
Revanten-Voqri
Revanten-Voqri (fr. Reventin-Vaugris) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Syud kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38336. Kommunanın 2006-cı il üçün əhalisi 1649 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 141 ilə 404 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.