Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abort
Abort (lat. abortus), həmçinin uşaqsalma — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq. Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir. Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır. == İstinadlar == == Xarici keçidlər == ICMA. "ICMA - Laws on Abortion - Azerbaijan". Chișinău, Moldova: International Consortium for Medical Abortion (ICMA). 2013.
Adobe
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Adolf
Adolf — kişi adı və təxəllüs. Adolf Hohenloh-İngelfingen - Prussiya zadəganı, hərbçi, siyasətçii. Adolf Andersen - alman şahmatçısı, Adolf Ledebur - alman metallurqu, Adolf Bastian - Alman etnoqrafı, səyyahı və filosofu, Adolf Disterverq -alman pedaqoqu, Adolf Eyxler - alman memarı, Adolf Qurviç - Alman riyaziyyatçısı, alim/ Adolf Pedan - Ukrayna rəssamı, rəssam-multiplikator. Adolf Hitler - 1933-1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). Adolf fon Bayer - Almaniyalı kimyaçı. Adolf Vindaus - Almaniya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı Adolf Leo Oppenheym - ABŞ şərqşünası.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
ADMP
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan Parlament seçimlərində mübarizə apardı. Nəticədə ADMP üzvü v ə partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan Parlament seçimlərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu. ADMP 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçimlərində mübarizə apardı, amma növbəti dəfə Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. Daha sonra ADMP 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçimlərində də mübarizə apardı.
ADPU
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir. Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir. İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir.
ADSP
Azərbaycan Demokratik Sahibkarlar Partiyası — 1994-cü ildə iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuş, Azərbaycan Milli Məclisinin I çağırışında 2 deputatla təmsil olunmuş, 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. == Tarixi == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 23 aprel 1994-cü il tarixində iş adamı Mahmud Məmmədov tərəfindən qurulmuşdur. Partiya rəsmi dövlət qeydiyyatına 17 may 1994 tarixində alınmışdır. Bir zamanlar Yasif Nəsirli, Mikayıl Mirzə, Mətləb Mütəllimli, Cümşüd Nuriyev, Hacı Əlikram, Zeynəddin Xasmətov kimi şəxslər partiya üzvü olmuşdur. 1990-cı illərin ortasında Eldar Əzizov partiya sədrinin birinci müavini olmuş və bir müddət partiyanın sədr əvəzi vəzifəsini yerinə yetirmişdir. 2 mart 2021-ci il tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası qurultay keçirmiş və qurultayda partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi qərara alınmışdır. 5 Mart 2021 tarixində Azərbaycan Demokratik Sahibkarlar Partiyası tərəfindən göndərilən birləşmə müraciəti Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında qəbul edilmişdir. Beləliklə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına rəsmi olaraq birləşmişdir. == Təşkilat == === Sədrlər === == Seçkilərdə == Azərbaycan Demokratik Sahibkarlar Partiyası 1995-ci il parlament seçkilərində həm proporsional, həm də tək mandatlı dairələr üzrə seçkilərdə iştirak etmiş, proporsional seçkilərdə 142 323 səs (ümumi səslərin 4%-i) toplayaraq 8%-lik səs həddini keçə bilməmişdir. Birmandatlı seçki dairələri üzrə Azərbaycan Demokratik Sahibkarlar Partiyası seçkilərə 38 namizədlə qatılsa da, onlardan yalnız 10-u rəsmi qeydiyyata alınmışdır.
ADİP
Azərbaycan Demokratik İstiqlal Partiyası
Adət
Adət-ənənə, adət və ya ənənə — bir cəmiyyət və ya qrup içərisində müəyyən keçmişə sahib olan, simvolik və ya xüsusi bir əhəmiyyət kəsb edən nəsildən nəsilə ötürülərək mədəni vərdişlər, məlumat, davranış və inanc toplusudur. == Adət-ənənə anlayışının məzmunu == Adət və ənənələr bəşəriyyətin təkamül prosesini özündə əks etdirir, bütün dövrlərdə cəmiyyətin sosial-mənəvi və mədəni tərəqqisinin göstəricilərindən biri kimi çıxış edir, Bir çox elmi ədəbiyyatlardan məlumdur ki, adət və ənənələrin təkamülü insan cəmiyyətinin üst poleolit dövründən başlamış, həyat tərzi, sosial qurumlar dəyişdikcə onlar da inkişaf etmiş, modernləşərək zənginləşmişdir. Keçmişdə yaranaraq bir nəsildən digər nəslə ötürülərək indiki dövrümüzə qədər gəlib çıxmışdır. Hər bir xalqın keçmişi, tarixi, psixologiyası, milli-mənəvi dəyərləri adətlərdə əksini tapır, onlar bizim üçün keçmişlə bağlı böyük bir informasiya mənbəyidir, burada insanların baxışlarını, zövqünü, həyat tərzini, əxlaqını, düşüncə tərzini, yaradıcılıq qabiliyyətini və.s görmək olar. Ənənə - özünəməxsus xalq yaddaşıdır. Bizim bütün həyatımız müəyyən qaydalar, nümunələr əsasında qurulur. Ənənə anlayışına ictimai elmlərin fərqli alt intizamlarının yanaşmaları ilə ənənəvi cəmiyyətlərin yüklədikləri mənalar arasında həm bənzərliklər həm də fərqliliklər mövcuddur. İctimai elmlər ənənəyə cəmiyyətlərin yaşadıqları coğrafiya, iqlim və s. kimi xarici şərtlərə uyğunlaşma təmin etmək məqsədiylə törədilmiş, bəşəri qaynaqlı "inşa"lar, "icad"lar olaraq baxarkən ənənəvi cəmiyyətlər öz ənənələrinin qaynağını mif, əfsanə, atalar, qəhrəmanlar və tanrı kimi müqəddəsdə görürlər. İctimai elmlərdə daha fenomenolojik bir yanaşma ilə ənənələri tam funksional xüsusiyyətləri istiqamətiylə görüb mənşələrini bu funksiyaya bağlayan şərhlərin yanında ənənələri müəyyən bir məna bütünlüyünü əks etdirən fenomenlər olaraq qiymətləndirən yazarlar da vardır.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmələrin struktur vahididir. Əhəmiyyətli biopolimerlərin – zülalların, nuklein turşularının (DNT, RNT), həmçinin bəzi vitaminlərin və hormonların tərkibinə daxildir. Havada azot həcmcə 78 % və kütləcə 75,50 % olur. == Azotlu birləşmələr == Daha çox məlum olan və geniş istifadə edilən azotlu birləşmələr aşağıdakılardır: N2 – azot; NH4Cl – ammonium xlorid; NH4OH – ammonium hidroksid, naşatır spirti; NH4NO3 – ammonium nitrat; NH3 – ammonyak. == Şoralar – azot gübrələri == NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. == Azot insan orqanizmində == İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan insanın bədənində 1,8 kq azot var. Qanda azotun miqdarı 3077 mq/l, tüklərdə 140000–157000 mq/kq, dırnaqlarda 146000–148000 mq/kq olur.
Dost
Dostluq — qarşılıqlı inam və qayğı üzərində qurulan şəxslərarası münasibət. Dostluqlar bizim şəxsi inkişafımıza əhəmiyyətli dərəcədə təsir edə biləcək mühüm komponentlərdir. Dostluqlar şəxsiyyətimizi, dünyaya baxışımızı və gələcəyimizi köklü şəkildə formalaşdıra bilən transformativ əlaqələrdir. Dostların təqdim etdiyi təcrübələr, məsləhətlər və imkanlar qərarlarımıza təsir edə və bizi müəyyən istiqamətlərə yönəldə bilər. Dostlar bizim güclü, zəif tərəflərimizi və potensialımızı əks etdirən güzgü rolunu oynayır. Dostluq həyatımızı müxtəlif yollarla formalaşdıra və zənginləşdirə bilən güclü qüvvədir. Dostluq fərdlərə emosional dəstək verməkdə əsas rol oynayır. Dostlar həyatın çətin anlarında ilk müraciət etdiyimiz insanlardır. Əsl dostluq ehtiyaca və ya mənfəətə əsaslanmır. Əsl dostluğun təməlində bir-birinə olan səmimi qayğı və şəfqət dayanır.
Adobe Dreamweaver
Dreamweaver ([drimvi'ver]) — Adobe şirkəti tərəfindən istehsal edilən HTML-WYSIWYG redaktoru. Proqram, 8-ci versiyasına qədər (2005-ci il) Macromedia şirkəti tərəfindən istehsal olunurdu. Növbəti versiyalar, Dreamweaver CS3-dən (2007-ci ildən) başlayaraq, Adobe şirkəti tərəfindən istehsal olunur. Zəngin alətlər dəsti, hər cür əlavələrin quraşdırılması, rahat interfeys və başqa xüsusiyyətlərinə görə Dreamweaver dünyanın ən məşhur HTML-redaktorlarından biridir. == Versiyalar == Proqramın məşhurluğu 2002-ci ildə Macromedia şirkəti tərəfindən buraxılmış MX versiyasından başlayaraq artdı. Əvvəlki 1 — 4 versiyaları 5 şirkət tərəfindən istehsal olunun. Proqramın 7-ci versiyası Dreamweaver MX 2004 adlandırıldı. 2005-ci ildə Macromedia Dreamweaver 8 istehsal olundu. 20 aprel 2007-ci ildə artıq Adobe şirkəti Dreamweaver CS3 adlı daha yeni versiyanı istehsal etdi. Dreamweaver CC versiyası cari ilin sonuncu versiyasıdır.
Adobe Flash
Macromedia Flash standartı və ya Adobe Flash 1996-cı ildə Macromedia şirkəti tərəfindən yaradılmışdır. Bu texnologiyanın əsas təyinatı yüksək keyfiyyətli interaktiv animasiyaların yaradılmasıdır ki, bu animasiyaları kiçik ölçülü fayl şəklində təqdim etmək olar. Macromedia Flash standartının köməyi ilə Veb-master müəyyən elementləri monipulyator vasitəsi ilə idarə olunan rəngarəng animasiyalı səhifələr, Veb səhifəyə daxil edilmiş mini oyunlar yaratmaq, multiplikasiyalı kliplər səsləndirmək olar. Başqa sözlə desək Macromedia Flash Java-nın tətbiqi ilə görülən bütün işləri görə bilir. Macromedia Flash poqramını digər Veb-texnologiyalardan üstün cəhəti ondan ibarətdir ki, Macromedia Flash həm piksel qrafikası , həm də vektor qrafikası ilə işləyə bilən yeganə standartdır. Digər bir üstün cəhəti - mətn Flash proqramına piksellərdən ibarət olan təsvir kimi deyil, bir simvol bir baytlıq informasiya kimi kodlaşdırılan mətn kimi gətirilir. Bu səbəbdən Flash faylları kiçik həcmli olurlar. Macromedia Flash standartında MP3 formatda səs və musiqi faylları da hazırlanır. Macromedia Flash poqramına Java dilini xatırladan və Java-ya nisbətən daha sadə olan xüsusi dil inteqrasiya edilib. Bu dil ilə yazılan proqram modulları sənədə applet kimi göndərilir və təsvirinin dinamik dəyişdirilməsi lazım gələn animasiyanın istənilən kadrına qoyulur.
Adobe Photoshop
Adobe Photoshop — Adobe Systems Incorporated tərəfindən inkişaf etdirilən və yayımlanan çox funksiyalı qrafik redaktor proqramıdır. Əsasən, rastr təsvirləriylə işləyir, ancaq bəzi vektor alətlərinə də malikdir. Photoshop, rastr təsvirlərin kommersiya alətləri vasitəsilə redaktəsi sahəsində lider olmaqla Adobe firmasının ən məşhur məhsuludur . Adobe Photoshop dizayn və qrafik proqramlar arasında liderlik edən çoxistiqamətli peşəkar proqramdır. Photoshop məhdudiyyətsiz imkan, yüzlərlə alət, minlərlə funksiya, milyonlarla effektlər deməkdir. Photoshop proqramının köməyilə müxtəlif açıqcalar, kollajlar, kitab, jurnal və s. üçün cild, veb-səhifələr üçün şablonlar, şəkillər üzərində retuş əməliyyatlarını yerinə yetirmək olar. 'Adobe Photoshop', piksel əsaslı görünüş, şəkil və fotoşəkil təşkil bir tək forma olan, Adobe Systems 'in ədədi Foto emal proqram idir. Vektorial əməliyyatlarda və yazı işləmə mövzusunda da bəzi qabiliyyətləri olmaqla birlikdə, bazar lideri olmasını təmin edən xüsusiyyəti bit şəkil işləmə funksiyasını də daşıyan Photoshop; şübhəsiz kompüter dünyasının ən qüvvətli yazılımlarındandır. Photoshop CS2 buraxılışına etibarən, "Smart Object" (Ağıllı Obyekt) adında inkişaf etdirilmiş, vektorial məlumatların keyfiyyəti pozulmadan Photoshop mühitinə köçürülməsini təmin edən bir sistem ilə istifadəçilərə böyük bir asanlıq təmin edilmişdir.
Adobe Systems
Adobe — Proqram təminatı hazırlayan ABŞ kompaniyası. Mənzil-qərargahı San-Xosedə (Kaliforniyada) yerləşir.
Adolf Adan
Adolf Adan (fr. Adolphe Adam; 24 iyul 1803[…] – 3 may 1856[…]) — Fransalı bəstakar.
Adolf Andersen
Karl Ernst Adolf Andersen (alm. Karl Ernst Adolf Anderssen ; 6 iyul 1818 - 13 mart 1879) — alman şahmatçısı, 1850-1860-cı illərin ən öndə gedən şahmat ustası. Ölməz Partiya və Həmişəyaşar Partiya oyunları ilə daha məşhurdur. == Həyatı == Andersen, 1818-ci il iyulun 6-da Breslavlda (indiki Vrotslav) yoxsul ailədə anadan olmuşdur. 9 yaşında ikən şahmatla tanış olmuş və ömrünük axırınadək bu qədim müdrik oyuna bağlanmışdı. O, xüsusilə, Stammın məsələləri ilə daha çox maraqlanırdı. Çox keçməmiş Andersen özü də şahmat məsələləri tərtib etməyə başladı. Adolf Andersen 1842-ci ildə çapdan çıxmış "Şahmatçılar üçün məsələlər" Kitabı Andersenə böyük şöhrət qazandırır. Düzdür, həmin illər o, zəif şahmatçı sayılırdı və bir qayda olaraq keçirdiyi görüşlərdə məğlubiyyətə uğrayırdı. Lakin bütün bunlar onu ruhdan salmadı.
Adolf Assal
Adolf Assal (fr. Adolf El Assal; 7 aprel 1981, İsgəndəriyyə) — Misir əsilli Lüksemburq rejissoru, ssenaristi və prodüseri. == Həyatı == Adolf Assal 7 aprel 1981-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olmuşdur. O, yeddi yaşında ailəsi ilə Lüksemburqa mühacirət etmiş, həmçinin həyatının ilk hissəsini Dubay və Londonda keçirmişdir. Assal 2002-ci ildə Birləşmiş Krallıqdakı Kinqston Universitetində ali təhsil almışdır. O, 2007-ci ildə jurnalistika üzrə bakalavr, sonra isə rejissorluq üzrə magistr dərəcəsi almışdır. Assal təhsilini maliyyələşdirmək üçün 2005-ci ildə qrup yoldaşı ilə "Bigtime Entertainments" adlı aşağı büdcəli istehsallarda ixtisaslaşan şirkət qurmuşdur. Beləliklə, şirkət əsasən inkişaf etməkdə olan sənətçilər üçün musiqi klipləri olmaqla təxminən otuz layihə istehsal etmişdir.
Adolf Bastian
Аdolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen – 2 fevral 1905[…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu. == Həyatı == Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Хalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian хarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psiхologiyaya, adi və хalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi.
Adolf Berje
Adolf Berje (rus. Адольф Петрович Берже; 28 iyul (9 avqust) 1828, Sankt-Peterburq – 31 yanvar (12 fevral) 1886, Tiflis) — Rusiya İmperiyası bürokratı, şərqşünası və qafqazşünası, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri (1864–1886). == Həyatı == Sankt-Peterburq şəhərində dünyaya gələn Adolf Berjenin atası fransız, anası isə alman idi. Adolf Berje Qafqaz və Şərq tarixinə, arxeologiya, etnoqrafiya və ədəbiyyatına dair əsərlərin müəllifidir. 12 cildlik "Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nın 11 cildi onun redaktəsi ilə çıxmışdır. Azərbaycan dilini bilmiş, XVIII–XIX əsrlər Azərbaycan şairlərinin əsərlərindən nümunələr əsasında tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə…" kitabını Leypsiqdə almanca müqəddimə ilə nəşr etdirmişdir (1868). "Azərbaycan dilində nəğmələr məcmuəsi" də (əlyazması) tərtib etmişdir. "Zaqafqaziya müsəlman şairləri haqqında bir neçə söz" məqaləsi var. Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"ni rus dilinə çevirmiş və müqəddimə ilə "Kavkaz" qəzetində dərc etdirmişdir. Mirzə Fətəli Axundovla dost olmuşdur.
Adolf Dassler
Adolf "Adi" Dassler (3 noyabr 1900, Herzoqenaurax[d], Bavariya – 6 sentyabr 1978, Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi. Pinəçi kimi fəaliyyətə başlamış, Birinci dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu. 1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı. 1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı. Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı. Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi.
Adolf Disterverq
Adolf Disterverq (29 oktyabr 1790[…], Ziqen – 7 iyul 1866[…], Berlin) — alman pedaqoqu. == Həyatı == Görkəmli alman pedaqoqu Fridrix Adolf Vilhelm Disterverq (1790–1866) 1790-cı ildə Zigen şəhərində məhkəmə məmuru ailəsində anadan olmuşdur. O, əvvəlcə xalq məktəbində, sonra isə latın məktəbində oxumuşdur. Təlimdə formalizm və sxolastika, şagirdlərin müstəqilliyinin və marağının boğulması, həyat üçün o qədər də zəruri olmayan, az əhəmiyyətli bilikllərin verilməsi A. Disterverqdə acı təəssürat yaratmışdı. 1808-ci ildə A. Disterverq bir vaxtlar Y. A. Komenskinin oxuduğu Herborn universitetinə daxil olmuş, bir ildən sonra Tyubingen universitetinə keçmişdir. 1811-ci ildə universitet təhsilini başa vuran A. Disterverq altı il sonra "Dünyanın sonu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. A. Disterverq hələ universitetdə oxuduğu zaman fəlsəfə, riyaziyyat və tarix elmləri ilə ciddi maraqlanmışdır. O, müstəqil olaraq çalışmağa üstünlük verir, J. J. Russonun, İ. Pestalossinin pedaqoji görüsləri ilə tanış olur. Bu da onun dünyagörüşünün formalaşmasında böyük rol oynayır. Universiteti bitirdikdən sonra A. Disterverq müəllimlik fəaliyyətinə başlayır.
Adolf Dukke
Adolf Dukke (port. Adolpho Ducke, 19 oktyabr 1876, Triest – 5 yanvar 1959, Fortaleza) — Braziliya botaniki və entomoloqu. == Əsərləri == Ducke, A. (1910). Explorações botânicas e entomológicas no Estado do Ceará. Rev. Trimestral do Instituto do Ceará, 24, 3—61. === Entomologiya üzrə nəşrləri === Ducke, A. (1897). Aufzahlung der bei Triest im Jahr 1896 von mir gesammelten Osmia-Arten und Beschribung einer neuen Art. Ent. Nachr., 23, 38—43.