Adolf Dassler

Adolf "Adi" Dassler (3 noyabr 1900[1], Herzoqenaurax[d], Bavariya Krallığı6 sentyabr 1978[1], Herzoqenaurax[d], Bavariya) — alman idman geyimləri şirkəti Adidasın təsisçisi.

Adolf Dassler
Doğum tarixi 3 noyabr 1900(1900-11-03)[1]
Doğum yeri
Vəfat tarixi 6 sentyabr 1978(1978-09-06)[1] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti sahibkar, siyasətçi, dəb dizayneri
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pinəçi kimi fəaliyyətə başlamış, Birinci dünya müharibəsindən dönəndən sonra isə özünün yeni idman ayaqqabılarını anasının çamaşırxanasında hazırlamağa başladı. Onun ayaqqabı fabrikində işləyən atası Kristof və Zehlein qardaşları, Dassleri öz biznesini qurmağında dəstəklədi. 1924-cü ilin 1 iyulunda böyük qardaşı Rudolf Dassler, "Dassler qardaşları" ayaqqabı fabrikinə qoşuldu.

1928 yay Olimpiya oyunlarında Dassler bir çox idmançıları öz şirkətinin məhsulları ilə təmin etdi. Berlində keçirilmiş 1936 yay Olimpiya oyunları ərzində, Dassler ABŞ idmançısı Cessi Ouensi idman ayaqqabıları ilə təmin etdi. Cessi Ouensin geyindiyi Adidas idman ayaqqabıları, onun 4 qızıl medal qazanmasında mühüm rol oynadı.

1930-cu illərdə Adolf Hitlerin hakimiyyətə gəlməsi ilə, Dassler qardaşları Nasist partiyasına üzv oldular, daha çox Rudolf qatı nasional-sosialist olması ilə tanınmışdı.[2] Rudolf ayaqqabıların layihəsini hazırlayar, Adolf Vermaxt üçün ayaqqabılar istehsal edərdi, lakin sonralar Nasist partiyasından uzaqlaşdı.[3] Müharibə, qardaşlar arasında fərqləri kəskinləşdirdi. Rudolf, amerikan hərbi qüvvələri tərəfindən SS üzvü kimi şübhəli şəxs qismində tutuldu, məlumat guya qardaşı Adolfdan başqa heç kim tərəfindən çatdırılmamışdı.[4]

1948-ci ildə, Rudolf qardaşı ilə yollarını ayıraraq, Puma şirkətinin əsasını qoydu və Adolf Dassler öz şirkətinin adını ləqəbinə (Adi Dassler) uyğun olaraq, Adidas adlandırdı.

1973-cü ildə, Adolf Dasslerin oğlu Horst Dassler üzgüçülük ləvazimatları istehsalı üzrə Arena şirkətinin əsasını qoydu. 1978-ci ildə Adolf Dasslerin vəfatından sonra, Horst və həyat yoldaşı Katya idarəetməni öz üzərilərinə götürdülər. Horst 9 il sonra, yəni 1987-ci ildə vəfat etdi. Adidas, 1989-cu ildə məhdud məsuliyyətli cəmiyyətə çevrildi, lakin 1995-ci ildə öz səhmlərini satana qədər ailənin mülkiyyətində qaldı.

2006-cı ildə, Herzogenaurax şəhərində Adi-Dassler-Stadionunda onun heykəlinin açılışı oldu. Bu heykəl, rəssam-heykəltaraş Jozef Tabaçnuk tərəfindən ərsəyə gətirilmişdi.[5]

  1. 1 2 3 4 Adolf (Adi) Dassler // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  2. Kirschbaum, Erik. "How Adidas and Puma were born". The Journal. 2005-11-08. 2008-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-14.
  3. Brennan, Carole. "Adidas". St James Encyclopedia of Pop Culture. 2002-01-29. 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-14.
  4. James, Kyle. "The town that sibling rivalry built, and divided". Deutsch Welle. 2006-07-03. 2012-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-18.
  5. "Arxivlənmiş surət" (PDF). 2013-10-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-06-07.