Adolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian; 26 iyun 1826[1][2][…], Bremen – 2 fevral 1905[3][1][…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu.[5]
Adolf Bastian | |
---|---|
alm. Adolf Bastian | |
Doğum adı | Philipp Wilhelm Adolf Bastian |
Doğum tarixi | 26 iyun 1826[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 fevral 1905[3][1][…] (78 yaşında) |
Vəfat yeri | |
Elm sahəsi | etnoqrafiya |
Elmi dərəcələri | |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Xalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian xarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psixologiyaya, adi və xalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi. Onun materializmdən və idealizmdən yüksəkdə durmaq ideyası sadəlövhlük olub о, digər təkamülçülərə nisbətən daha çox idealist xarakter daşıyırdı.