Abort (lat.abortus), həmçinin uşaqsalma[1] — embrionun və ya fetusun çıxarılması ilə hamiləliyin dayandırılması. Hamiləliyin heç bir tibbi müdaxilə olmadan öz-özünə yarıda sonlanması düşük və ya spontan abort adlanır, bu hamiləliklərin təxminən 30-40%-də baş verir. Qadınların əksəriyyəti planlaşdırılmamış hamiləliyi bitirmək üçün abort edirlər. Abort etdirməyi seçməyin başqa səbəbləri də var, buna daxildir: sağlamlıq problemləri, uşaq böyütmək üçün imkanın olmaması, məişət zorakılığı, gənc yaş, təhsil və karyera planları, zorlama və ya insest əlaqəsi nəticəsində həmilə qalmaq.[2][3]
Abort düzgün aparıldığı zaman tibbdə ən etibarlı prosedurlardan biridir.[4][5][6]
Abort üçün müasir metodlar — dərman və ya cərrahi əməliyyat sayılır.[7]
↑Faúndes, Anibal; Shah, Iqbal H. "Evidence supporting broader access to safe legal abortion". International Journal of Gynecology & Obstetrics. World Report on Women's Health 2015: The unfinished agenda of women's reproductive health. 131. 1 October 2015: S56–S59. doi:10.1016/j.ijgo.2015.03.018. ISSN0020-7292. PMID26433508. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2021. A strong body of accumulated evidence shows that the simple means to drastically reduce unsafe abortion-related maternal deaths and morbidity is to make abortion legal and institutional termination of pregnancy broadly accessible. ... criminalization of abortion only increases mortality and morbidity without decreasing the incidence of induced abortion, and that decriminalization rapidly reduces abortion-related mortality and does not increase abortion rates.