Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Androsid
Androsid ( q.yun. ἀνήρ "kişi" + lat. -cide "qətl") — kişi cinsinə mənsubiyyət prinsipi ilə kişilərin, oğlanların, oğlan yeniyetmələrin sistemli şəkildə öldürülməsini ifadə edən termin. Androsid insan cəmiyyətlərində düşmənin hücum imkanlarını zəiflətmək üçün qəsdən hədəf ola bilər . Androsid həm də qədim yunan mifologiyasında ədəbiyyatın xarakterik xüsusiyyətlərindən biri idi == Müasir gender diskursunda == Androsid, cəmiyyətin bütövlükdə hərbi xidmətə çağırış zamanı kişilərin və gənclərin böyük bir hissəsinin məhv edilməsi ilə məşğul olduğu və ya buna icazə verdiyi vəhşiliyə bənzədilib. Feminizmi tənqid edən bəzi təşkilatlar, eləcə də bəzi nəşriyyatlar kişilərin təqib edilməsini müasir müharibə məsələsi olduğunu iddia edirlər. Androsid, cinslər arasında fikir ayrılıqlarının olduğu hipotetik vəziyyətlərdə də nəzərə alınır (mizandriya).
Andrey
Andrey — yunan kişi adı. Həvari Andrey — İsanın on iki həvarisindən biri. Andrey Fedçuk — Ukraynalı boksçu. Andrey Kolesnikov — futbol məşqçisi. Andrey Kuptsov — məşqçi Andrey Markov — professor, akademik, Rusiya riyaziyyatçısı. Andrey Stepanov — Estoniya futbolçusu, Andrey Vlasov — SSRİ generalı.
Androsov yemişanı
Androsov yemişanı (lat. Crataegus androssovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Türkmənistan, Kopetdağ qoruğu, Qarağac dərəsində təbii halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 4-6 m-dək olan, enli oval çətirli ağac və ya koldur. Gövdəsinin qabığı tünd boz, budaqlarda isə qonur-bozdur; cavan zoğları sıx, xırda tükcüklü, payızda isə az tükcüklü olub, bozumtul-qonurdur. Yarpaqları açıq yaşıl, qalıntəhər, dərili, üstü və kənarları tükcüklü, alt tərəfi çılpaq və ya damarcıqlarda tükcüklü; alt yarpaqları pazşəkilli və ya pazşəkilli - əksyumurta-vari, ucunda iri dişlidir. Uzunluğu və eni 4-4,5 mm, dərin 3-5 (7) kəsikli, enli-pazşəkilli bünövrəlidir; oyuqları iti, əyri, yuxarıya istiqamətlənmiş, hissələri uzunsov, uzunluğu enindən 2 dəfə çoxdur, ucu azsaylı iti dişlidir. Çiçək qurupları 6-12 (13) çiçəkdən ibarət, azçiçəkli yarımçətirlidir. Çiçəklərin diametri 1,5-1,8 sm, enli-üçkünc, kasayarpaqlarının uzunluğu təxminən 3 mm, ucu daralmış, yuxarı hissəsində və kənarlarında tükcüklüdür. Çiçək zoğu sıx xırda tükcüklüdür, hipatilərin aşağı hissəsi və çiçək saplaqları ağ tükcüklüdür.
Andrássy University
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Andrey Abrikosov
Andrey Lvoviç Abrikosov (1 (14) noyabr 1906, Simferopol – 21 oktyabr 1973, Moskva) — sovet rus kino və teatr aktyoru. Birinci dərəcəli Stalin mükafatı laureatı. SSRİ xalq artisti (1968). == Həyatı == Andrey Abrikosov 14 noyabr (dig'ər mənbəyə görə 27 noyabr) 1906-cı ildə Simferopol şəhərində aqronom ailəsində anadan olmuşdur. Erkən gəncliyi vaxtı vətəndaş müharibəsi illərində Rusiyanın cənubunda sərgərdan həyat keçirmişdir. 1924-cü ildə "Oktyabr İnqilabında həlak olanların xatirəsinə tikilmiş məktəbi" bitirmişdir. 1925-ci ildə Moskvaya dönmüş, bir müddət "Stroy radio" artelində işləmişdir. Paytaxtda Aleksandra Xoxlovanın kinematoqrafiya studiyasını bitirdikdən sonra tezliklə Konstantin Stanislavskinin bacısı Zinaida Sokolovanın yanına göndərilir. 1926–1929-cu illərdə Kiçik teatrın teatr-studiyası ilə əməkdaşlıq etmişdir. 1930-cu ildə çəkilmiş "Sakit Don" filmində oynadığı ilk rolu olan Qriqori Melehova rolu ilə aktyor fəaliyyətinə başlamışdır.
Andrey Adrianov
Andrey Vladimiroviç Adrianov (rus. Андре́й Влади́мирович Адриа́нов; 2 yanvar 1964, Danilov, Yaroslavl vilayəti) — Rusiya zooloqu, Rusiya Elmlər Akademiyasının akademiki (2006), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2003-cü ildən). O, onurğasızların müqayisəli morfologiyası və taksonomiyası sahəsində mütəxəssisdir. == İstinadlar == == Xarici keçidlər == Биография на сайте Института биологии моря им.
Andrey Alşan
Andrey Alşan (rus. Андре́й Альша́н; 18 mart 1960) — Sovet qılıncoynadanı, Olimpiya oyunlarının gümüş mükafatçısı, altıqat dünya çempionu. SSRİ-nin Əməkdar İdman Ustası, "Şərəf nişanı" ordeni laureatı. == Karyerası == Andrey Alşan Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarında Sablya ilə komanda yarışında Sergey Mindirqasov, Mixail Burtsev, Georgi Poqosov və Sergey Koryajkin ilə birlikdə gümüş medala sahib olub. Sablya ilə fərdi yarışda isə 9-cu olub. Sablya ilə komanda yarışında altıqat dünya və ikiqat SSRİ çempionudur. "Drujba-84" yarışlarının çempionu və gümüş mükafatçısıdır. 1994-cü ildən 2004-cü ilədək qılıncoynatma üzrə İtaliya milli yığmasının məşqçisi olub. 2004-cü ildən 2010-cu ilədək qılıncoynatma üzrə Rusiyanın qadınlardan ibarət yığmasına rəhbərlik edib. Beynəlxalq dərəcəli hakimdir.
Andrey Artsruni
Andrey (Andreas) Yeremeyeviç Artsruni (rus. Андрей (Андреас) Еремеевич Арцруни; 15 (27) noyabr 1847[…], Tiflis – 22 sentyabr 1898[…], Bad-Honnef[d], Prussiya[…]) — Rusiya və Almaniya mineraloqu, İmperator Sankt-Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1895). O, Qriqor Artsruninin qardaşı olmuşdur. == Həyatı == Andrey Artsruni 15 noyabr 1847-ci ildə Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, Ermənistanda və Bizansda böyük siyasi rol oynamış Artsruni zadəgan erməni ailəsindən gəlirdi. Atası Qafqaz ordusunun general-mayoru Yeremiya Georgiyeviç Artsruni idi. Artsruni uşaqlıqda Almaniyada böyümüşdür. O, 1863-cü ildə Tiflis gimnaziyasında kurs bitirmişdir. Artsruni Sankt-Peterburq və Derpt universitetlərində mühazirələrdə iştirak etmiş, kurs bitirmiş, daha sonra Heydelberq və Berlin universitetlərində təhsilini başa vurmuşdur. == İrsi == Onun adını daşıyır: Artsrunit mineralı.
Andrey Arşavin
Andrey Arşavin (rus. Андре́й Серге́евич Арша́вин; d. 29.5.1981, Sankt-Peterburq, Rusiya SFSR, SSRİ) — futbol üzrə Rusiya yığmasının keçmiş kapitanı, Rusiyanın Zenit Sankt-Peterburq klubunun oyunçusu. == Həyatı == Andrey Arşavin Sankt Peterburqda doğulub. Atası həvəskar futbolçu olub. == Ailəsi == Alisa evli olub və iki uşağı var. Cütlük Londonda hələ Arşavin Arsenalda oynadığı vaxtda tanış olublar. Onlar birgə basketbol oyununda paparazzilərin kamerasına tuş gəliblər. May ayının sonlarında futbolçu yeni sevgilisi ilə birgə Mayaminin tanınmış çimərliklərindən birində görünüb. Arşavin həyat yoldaşı ilə boşanıb.
Andrey Babayev
Andrey Avanes oğlu Babayev — 27 dekabr 1923-cü ildə Azərbaycan SSR Martuni (Xocavənd) rayonunun Msmna kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinifini bitirmişdir. 1958-ci ildə Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. "Oktyabr" (1947), "Partiya haqqında mahnı" (1954), "Qartal qalası" (1957), "Bağdasar dayı" (1964) kantatalarının, bir çox simfonik əsər və mahnıların, Azərbaycan xalq çalğı alətləri orkestri üçün 2 süitanın, kinofilmlərə musiqinin və s. əsərlərin müəllifidir. Andrey Babayevin yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanır. "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnılar yazmışdır. O, Tacik, Türkmən, Hind və b. xalq melodiyaları da işləmişdir. 21 oktyabr 1964-cü ildə Moskvada vəfat etmişdir.
Andrey Babiş
Andrey Babiş (çex. Andrej Babiš; 2 sentyabr 1954[…], Bratislava) — 2017-ci ilin dekabrından Çex Respublikası Baş naziri, 2012-ci ildən isə ANO 2011-in qurucu lideri olan çex siyasətçi. Slovakiyada doğulub böyüyən Babiş Məxməri inqilabdan sonra Çexiyaya köçdü. Uzun iş fəaliyyəti ərzində "Bloomberg"-ə görə təxminən 4.04 milyard dollar sərvəti ilə Çexiyanın ən zəngin ikinci adamı oldu. Bu sərvətin böyük hissəsi Çexiyanın ən böyük iki qəzetinə, "Mladá fronta DNES" və "Lidové noviny"-ə sahib olan "Agrofert Group"-un rəhbər və sahibi olduğu dövrdə gəldi. Babiş 2012-ci ildə ANO 2011-i quraraq siyasətə girdi. Yeni partiya olmasına baxmayaraq, ANO 2011 2013-cü il seçkilərində güclü çıxış edərək lider ÇSDP-dan cəmi 3 yer geridə qaldı. Baş nazir Bohuslav Sobotka tərəfindən Baş nazirin müavini və Maliyyə Naziri təyin edildi. 2017-ci ilin may ayında Sobotka Babişin "Agrofert"-in baş direktoru olarkən vergi ödəməkdən yayındığı iddialarından qaynaqlanan böhrandan sonra Babişi istefaya göndərdi. 2017-ci il seçkilərindən sonra, ANO 2011 potensial koalisiya tərəfdaşlarının zəif iştirakı səbəbindən mütləq çoxluq yaratmasa da, asanlıqla çoxluq partiya oldu.
Andrey Balançivadze
Andrey Melitonoviç Balançivadze (gürc. ანდრია მელიტონის ძე ბალანჩივაძე;19 may (1 iyun) 1906, Sankt-Peterburq – 28 aprel 1992, Tbilisi) — Sovet, gürcü bəstəkarı, pedaqoqu, ictimai xadimi. Sosialist Əməyi Qəhrəmanı (1986). SSRİ xalq artisti (1968). İki dəfə Stalin mükafatı (1946, 1947) və Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı (1969) laureatı. == Həyatı == Andrey Balançivadze 1906-cı il mayın 19-da (1 iyun) Sankt-Peterburqda (digər məlumatlara görə - 1905-ci ildə) bəstəkar Meliton Balançivadzenin ailəsində anadan olmuşdur. O, ilk musiqi təhsilini Sankt-Peterburqda almağa başlamışdır. 1918-ci ildə təhsilini Kutaisidə, atasının yaratdığı musiqi məktəbində davam etdirir. Andrey Balançivadze 1921-1926-cı illərdə Tiflis Konservatoriyasında M. M.İppolitov-İvanovun (.N.Çerepnin və S.S.Barxudaryandan da musiqi təhsili alıb) və fortepianoda - İ.S.Aysberqin bəstəkarlıq siniflərində təhsil alıb. Eyni illərdə Gürcüstan Fəhlə Teatrı, Satira Teatrı, Tiflis Proletar Teatrı, Fəhlə Gənclər Teatrı və s.
Andrey Batt
Andrey Batt (rus. Андрей Батт, tam adı: Andrey Sergeyeviç Batıçko; 6 avqust 1985, Tallin) — Rusiya aktyor, repçisi, prodüser, rejissor. Keçmiş basketbolçu. == Həyatı == Andrey Batt 6 avqust 1985-ci ildə Tallində doğulub. 2009-cu ildə aktyor çəkilişlərinə başlayıb. 2013-cü ildə musiqi əsərləri buraxmağa başladı. 2016-cı ildən o, özünün "Rəssamın macərası" realiti-şousunu nümayiş etdirir.
Andrey Bednyakov
Andrey Bednyakov (ukr. Андрій Бідняков; d. 21 mart 1987, Mariupol, Ukrayna SSR, SSRİ) — ukraynalı artist və teleaparıcı, daha çox "Oryol i Reşka" (rus. Орёл и решка) verilişinin aparıcısı kimi tanınmışdır. == Bioqrafiya == Andrey Bednyakov 21 mart 1987-ci ildə Ukrayna SSR-nin Mariupol şəhərində anadan olub. Məktəbi bitirəndən sonra üç il ərzində İliç adına Mariupol metallurgiya kombinatında elektrik işləyib. Zavodda işlədiyi müddətdə o, Xarkov daxili işlər universitetində qiyabi ali təhsil almışdır. Buranı bitirdikdən sonra Kiyevə köçüb. Ukrayna yüksək Şən və Hazırcavablar Klubu (KVN) liqasında çıxış edib. 2011-ci ildən 2013-cü ilədək "İnter" telekanalında yayımlanan "Oryol i Reşka" verilişinin aparıcılarından biri olub.
Andrey Bolkonski
Knyaz Andrey Nikolayeviç Bolkonski (rus. Андрей Николаевич Болконский) - Lev Tolstoyun “Hərb və Sülh” romanının qəhrəmanı. Laura Jepsen qeyd edir ki, “yazıçının real həyatda prototipi olan bir çox qəhrəmanlarından fərqli olaraq Knyaz Andrey tamamilə uydurma bir obrazdır.” == Romanda == Romanın başlanğıcında, yaraşıqlı və intellektual Andreyin evlilik həyatından narazı olması təsvir edilir və o, bu həyatdan qurtulmaq üçün ideallarının əleyhinə olaraq Üçüncü Koalisiyanın tərkibində Napoleon Bonaparta qarşı müharibəyə gedir və hamilə arvadı Lizanı qoca atası və bacısı Mariyanın yanında qoyur. Andrey Austerlits döyüşündə yaralanır. Müharibə Andreyin dünyaya baxışının dəyişilməsinə səbəb olur. Müharibədən qayıdan Andrey arvadının doğum zamanı ölməsinin şahidi olur. Lakin onun yeni doğulmuş oğlunun həyatı xilas edilir. Lakin günahsız arvadını tərk edib getməsi və onun ölümü Andreyin uzun sürən depressiyaya düşməsinə səbəb olur. Bundan sonra Andrey bir müddət evdə qalaraq övladının tərbiyəsi ilə məşğul olur və atasına xidmət edir. 1809-cu ildə Andreyi yenidən Peterburqa çağırırlar və burada o, ilk dəfə Nataşa Rostova ilə rastlaşır.
Andrey Burke
Andrey Burke (rum. Andrei Burcă; 15 aprel 1993, Bakeu) — Rumıniya futbolçusu, futbol üzrə Rumıniya çempionatında çıxış edən "ÇFR Kluj"un müdafiəçisi. == Beynəlxalq karyera == Andrey Burke 7 sentyabr 2020-ci ildə, UEFA Millətlər Liqası çərçivəsində Avstriya ilə oyunda Rumıniya milli futbol komandasında debüt etmişdir. Matç Denis Alibec, Draqoş Qriqor və Aleksandru Maksimin vurduğu qollardan sonra 2:3 hesabı ilə Rumıniya komandasının xeyrinə başa çatmışdır.
Andrey Danilko
Verka Serduçka (ukr. Вєрка Сердючка), doğum adı Andriy Mıhaylovıç Danilko (ukr. Андрі́й Миха́йлович Дани́лко; d. 2 oktyabr 1973, Poltava, Ukrayna, USSR, SSRİ) — Ukrayna müğənnisi, aktyoru, yumorist, parodist, 2008-ci ildən Ukraynanın xalq artisti. O, daha çox Verka Serduçka ləqəbi ilə drag queen artist kimi tanınır. == Həyatı == Andriy Danilko 2 oktyabr 1973-cü ildə Ukraynanın Poltava şəhərində anadan olmuşdur. Atasi Mixail Semenoviç Danilko sürücü kimi çalışırdı. Andrey yeddi yaşında olanda 1980-ci ildə ağciyər xərçəngindən vəfat etdi. Anası Svetlana İvanovna Volkova (1937-2020) - rəssam və fabrik işçisi olmuşdur. Məktəb dövründə KVN komandasının kapitanı olmuşdur və hər il yay uşaq düşərgəsində səhnədə çıxış etmişdir.
Andrey Faminsın
Andrey Faminsın (29 iyun (11 iyul) 1835, Moskva – 8 dekabr 1918, Petroqrad) — rus botaniki, ictimai xadim. Peterburq Elmlər Akademiyasının akademiki (1884). == Fəaliyyəti == Peterburq Elmlər Akademiyasının bitki anatomiyası və fiziologiyası laboratoriyasının təşkilatçısı(1890) və direktoru(indiki Rusiya EA K.A.Timiryazev adına Bitki Fiziologiyası İnstitutu) olmuşdur.Peterburq bitki fizioloqları məktəbinin banisidir. İlk bitki fiziologiyası dərsliyinin müəllifidir. Əsas tədqiqatı bitkilərdə fotosintez və maddələr mübadiləsinə həsr edilmişdir. İlk dəfə (1867 O.V. Baranetski ilə birgə) şibyələrdən yosunların yaşıl hüceyrələrini ayırmışdır. Simbiogenez nəzəriyyəsini inkişaf etdirmiş, rus botanikləri cəmiyyətinin prezidenti (1915) olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Андрей Сергеевич Фаминцын. Жизнь и научная деятельность. Ленинград.
Andrey Fayt
Andrey Andreyeviç Fayt (16 (29) avqust 1903, Nijni Novqorod – 16 yanvar 1976, Moskva) — SSRİ aktyoru. == Həyatı == Andrey Andreyeviç Fayt 29 avqust 1903-cü ildə Rusiyanın Nijni Novqorod şəhərində anadan olub. 1812-ci ildə Rusiyaya köçmüş alman tacir ailəsinin üzvüdür. Onun atası Andrey Feyt həkim olub, siyasətlə də fəal məşğul olub, eserlərin Kommunist Partiyasının üzvü olub, bir neçə dəfə həbs edilərək Şərqi Sibirə göndərilib. Andrey Faytın atası 1905-ci ildə öz pasiyentlərinin köməyi ilə Fransaya qaçıb. Sonra arvadı və iki oğlu da onun yanına gediblər. Paris yaxınlığındakı ruslar üçün olan düşərgədə yaşayıblar, balaca Andrey orada liseydə oxuyub. Sonradan anası uşaqları ilə birgə Moskvaya qayıdıb, bir qədər keçmiş ataları da onların yanına gəlib. Andrey Fayt "Ke-Ke-Si" adlanan dram dərnəyinə gedib. Həmin dərnəyin təşkilatçılarının beşi də şeir yazır, rəsm çəkir, aktyorluq edirdilər.
Andrey Fedçuk
Andrey Fedçuk (Ukraynaca: Андрій Васильович Федчук; 12 yanvar 1980 – 15 noyabr 2009) — Ukraynalı boksçu. == Həyatı == Andrey Fedçuk bizneslə məşğul olub və Kolomıy şəhərinin deputatı kimi fəaliyyət göstərib. == Uğurları == Andrey Fedçuk 1998-ci ildə gənclər arasında dünya çempionatının bürünc mükafatçısı olub. Sidney olimpiadasında isə o, 81 kq çəki dərəcəsində bürünc medal qazanıb. 2004-cü ildə Fedçuk Avropa çempionatının bürünc medalına yiyələnib. 2004-cü il Afina Yay Olimpiya Oyunlarında isə o, 9-cu olub. Bir neçə il öncə Fedçuk həvəskar boksu tərk etsə də, peşəkar boksa keçməyib.
Andrey Karaulov
Andrey Viktoroviç Karaulov (rus. Андрей Викторович Караулов) — Rusiya jurnalisti. == Həyatı == Andrey Karaulov 10 sentyabr 1958-ci ildə Kalininqradda anadan olub. QİTİS-də teatrşünaslıq fakültəsində təhsil alıb (1981). "Teatr həyatı" jurnalının redaktoru (1983-1985), "Oqonyok" jurnalının yumor şöbəsinin rəhbəri (1985-1988), "Naşe nasledie" almanaxında (1988-1990), "Rodina" jurnalında şöbə rəhbəri (1990), "Nezavisimaya qazeta"da ədəbiyyat və incəsənət şöbəsinin rəhbəri (1991), 1992-ci ildən NTV-də "Russkiy Vek", TNT kanalında "Vorovannıy vozdux", "Moment istinı" və "Russkie lyudi" verilişlərinin aparıcısı və müəllifidir. 2000-ci ildən "Moment istinı" və "Russkiy Vek" verilişləri ТВЦ kanalında yayımlanır.
Andrey Karlov
Andrey Karlov (rus. Андрей Геннадьевич Карлов; d. 4 fevral 1954, Moskva, RSFSR, SSRİ – ö. 19 dekabr 2016, Ankara, Türkiyə) — Rusiya Federasiyasının Koreya Xalq Demokratik Respublikasında (9 iyul 2001 – 20 dekabr 2006) və Türkiyə Respublikasındakı səfiri (12 iyul 2013 – 19 dekabr 2016). == Vəfatı == 19 dekabr 2016-cı ildə Ankarada Müasir Sənətlər Mərkəzindəki bir rəsm sərgisinin açılışı zamanı silahlı basqına məruz qalan Andrey Karlov elə həmin gün vəfat etmişdir. Səfiri 5 güllə ilə qətlə yetirən qatil şəxs Çevik Polis Alayının əməkdaşı Mərd Altındaş olmuşdur.
Andrey Kolesnikov
Andrey Kolesnikov (Андрей Колеснико) - futbol məşqçisi. == Həyatı == 2000-ci ildə Donesk Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. 2002-ci ildən 2005-ci ilədək "Metallurq" Futbol Klubunda fiziki hazırlıq üzrə məşqçi vəzifəsində çalışmışdır. 2005-ci ildən 2006-cı ilədək "Krivbass" Futbol Klubunda məşqçi-metodist vəzifəsində işləmişdir. 2007-ci ildən "İnter" PİK-də çalışır.
Andrey Kolkutin
Andrey Kolkutin (rus. Андрей Колкутин 1957), 1957-ci il Smolyaninovo, Primorsk | Smolyaninovo doğulan bir rus sənətçidir. 1982-ci ildə Leninqradda iştirak edən Repin Academy of Arts-dən məzun olmuşdur. Hal-hazırda cənub qərb Rusiyada Türkiyə yaxınlarında yaşayır. Kolkoutine, ümumiyyətlə rəsm üzərinə yağlıboya işləri etsə də heykəl və qrafik işləri də etmişdir. Rusiya xaricində, Danimarka, Almaniya, Fransa və digər Avropa ölkələrində olduğu kimi Amerika Birləşmiş Ştatlarında sərgilər açmışdır. == Üslub == Kolkutin, öz arakteristik üslubunu 1980-ci illərin sonunda diqqətə çarpan olmuşdur. Bu üslub ənənəvi rus simvollarının, Malevich suprematizmi, kübizm və naif sənəti ilə birləşməsindən meydana gəlir Suprematist işçiləri figüratif elementləri ilə birləşdirilmişdir Əsərlərində əyri binalar oyun kartları və kiril hərfləri müşahidə edilir. Fərqli rəng və motivləri əhatə edən çərçivə və əksəriyyətlə əyrilər vardır.
Andrey Kolmoqorov
Andrey Nikolayeviç Kolmoqorov (rus. Андре́й Никола́евич Колмого́ров, 25 aprel, 1903 – 20 oktyabr, 1987) — Rusiya və Sovet riyaziyyatçısı; ehtimal nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi üzrə elmi məktəblərin yaradıcısı; funksiyalar nəzəriyyəsi, riyazi məntiq, topologiya, diferensial tənliklər, funksional analiz, ehtimal nəzəriyyəsi və informasiya nəzəriyyəsi üzrə fundamental əsərlərin müəllifi.