Andrey Abrikosov

Andrey Lvoviç Abrikosov (1 (14) noyabr 1906[1], Simferopol21 oktyabr 1973[1], Moskva) — sovet rus kino və teatr aktyoru. Birinci dərəcəli Stalin mükafatı laureatı. SSRİ xalq artisti (1968).

Andrey Abrikosov
rus. Андрей Львович Абрикосов
Andrey Abrikosov 1935-ci ildə
Andrey Abrikosov 1935-ci ildə
Doğum adı Andrey Lvoviç Abrikosov
Doğum tarixi
Doğum yeri Simferopol, Rusiya İmperiyası
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1929–1973
Üzvlüyü
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı "Stalin" mükafatı
"Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
IMDb ID0009372
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andrey Abrikosov 14 noyabr (dig'ər mənbəyə görə 27 noyabr[2]) 1906-cı ildə Simferopol şəhərində aqronom ailəsində anadan olmuşdur. Erkən gəncliyi vaxtı vətəndaş müharibəsi illərində Rusiyanın cənubunda sərgərdan həyat keçirmişdir.

1924-cü ildə "Oktyabr İnqilabında həlak olanların xatirəsinə tikilmiş məktəbi" bitirmişdir. 1925-ci ildə Moskvaya dönmüş, bir müddət "Stroy radio" artelində işləmişdir. Paytaxtda Aleksandra Xoxlovanın kinematoqrafiya studiyasını bitirdikdən sonra tezliklə Konstantin Stanislavskinin bacısı Zinaida Sokolovanın yanına göndərilir.

1926–1929-cu illərdə Kiçik teatrın teatr-studiyası ilə əməkdaşlıq etmişdir. 1930-cu ildə çəkilmiş "Sakit Don" filmində oynadığı ilk rolu olan Qriqori Melehova rolu ilə aktyor fəaliyyətinə başlamışdır. Bu film 1931-ci ildə ekranlarda geniş şöhrət qazanmışdır. 1929–1930-cu illərdə "Soyuzkino" (indiki Mosfilm) kinostudiyasında aktyor olmuşdur.

1938-ci ildən Yevgeni Vaxtanq adına Moskva teatrında aktyor olmuşdur. 1953–1959-cu illərdə həmin teatrın direktoru olmuşdur.

SSRİ Kinematoqrafçılar İttifaqının[3]Sov. İKP-nın (1950-ci ildən) üzvü olmuşdur.

Andrey Lvoviç Abrikosov 21 oktyabr (bir mənbəyə görə 19[4], digər mənbəyə görə 21 oktyabr[5]) 1973-cü ildə Moskvada vəfat etmiş, Novodeviçiya qəbiristanlığında dəfn olunmuşdur.

Mükafat və adları

[redaktə | mənbəni redaktə et]
  1. Aleksandr Nevski (film, 1938)
  2. İlya Muromets (film, 1956)
  3. Karamazov qardaşları (film, 1968)
  4. Ruslan və Lyudmila (film, 1972)
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. "АБРИКОСОВ, АНДРЕЙ ЛЬВОВИЧ | Энциклопедия Кругосвет". 2018-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  3. "Абрикосов, Андрей Львович — RuData.ru". 2020-02-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-20.
  4. "Абрикосов Андрей Львович - Киносозвездие - авторский проект Сергея Николаева". 2016-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  5. "АБРИКОСОВ Андрей Львович, актер театра и кино. Известные персоны России". 2016-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]