Andrey Bolkonski

Knyaz Andrey Nikolayeviç Bolkonski (rus. Андрей Николаевич Болконский) - Lev TolstoyunHərb və Sülh” romanının qəhrəmanı. Laura Jepsen qeyd edir ki, “yazıçının real həyatda prototipi olan bir çox qəhrəmanlarından fərqli olaraq Knyaz Andrey tamamilə uydurma bir obrazdır.”[1]

Andrey Bolkonski
rus. Андрей Болконский
Hərb və Sülh obrazı
Knyaz Andrey Bolkonski (Alan Dobi)
Yaradan Lev Tolstoy
Canlandıran Vyaçeslav Tixonov, Ceyms Norton[d]
Məlumat
Cinsi kişi
Milliyyəti rus

Romanın başlanğıcında, yaraşıqlı və intellektual Andreyin evlilik həyatından narazı olması təsvir edilir və o, bu həyatdan qurtulmaq üçün ideallarının əleyhinə olaraq Üçüncü Koalisiyanın tərkibində Napoleon Bonaparta qarşı müharibəyə gedir və hamilə arvadı Lizanı qoca atası və bacısı Mariyanın yanında qoyur.

Andrey Austerlits döyüşündə yaralanır. Müharibə Andreyin dünyaya baxışının dəyişilməsinə səbəb olur. Müharibədən qayıdan Andrey arvadının doğum zamanı ölməsinin şahidi olur. Lakin onun yeni doğulmuş oğlunun həyatı xilas edilir. Lakin günahsız arvadını tərk edib getməsi və onun ölümü Andreyin uzun sürən depressiyaya düşməsinə səbəb olur. Bundan sonra Andrey bir müddət evdə qalaraq övladının tərbiyəsi ilə məşğul olur və atasına xidmət edir.

1809-cu ildə Andreyi yenidən Peterburqa çağırırlar və burada o, ilk dəfə Nataşa Rostova ilə rastlaşır. O, Nataşa ilə evlənmək istəyir, lakin buna razılıq verməyən qoca knyaz Bolkonski, Andreyin yenidən evi tərk etməsinə səbəb olur. Andrey Avropaya gedir.

Andreyin yoxluğunda Nataşa Andrey Kuragin tərəfindən yoldan çıxarılır və onunla qaçmağa çalışır. Lakin onların bu planı Sonya və Marya Dmitriyevnanın maneə törətməsi ilə baş tutmur. Onlar sonradan, Pyer vasitəsiylə öyrənirlər ki, Anatol Kuragin əslində başqa qadınla evli olub.

Andrey Nataşaya olan bağlılığı itirdikdən qısa müddət sonra, atası qoca knyaz Bolkonskinin ölüm xəbərini alır. Bundan sonra, o, yenidən Napoleona qarşı müharibədə iştirak etmək qərarına gəlir. Borodino döyüşündə o, ciddi yara alır. Cərrahiyyə masasında olarkən Andrey ayağı amputasiya edilən Anatolu görür. Düşüncələrə dalan Andrey həm Anatolu, həm də Nataşanı etdiyi səhvlərə görə bağışlayır və hələ də Nataşanı sevdiyini etiraf edir.

Yaralı vəziyyətdə olan Andrey Moskvaya gətirilir və burada o, yaralı zabitlərə yardım edən Sonya tərəfindən tapılır. Daha sonra, Nataşa da onu tapır və onlar yenidən birləşirlər. Nataşa ona qulluq edərək sağaltmağa çalışır. Lakin bir müddət sonra Andrey Nataşanın və bacısı Mariyanın gözləri önündə ölür.

  1. Laura Jepsen, "Prince Andrey as Epic Hero in Tolstoy's War and Peace," South Atlantic Bulletin 34.4 (Nov., 1969): 5 Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine.