Andrey Melitonoviç Balançivadze (gürc. ანდრია მელიტონის ძე ბალანჩივაძე;19 may (1 iyun) 1906, Sankt-Peterburq[2] – 28 aprel 1992[1], Tbilisi) — Sovet, gürcü bəstəkarı, pedaqoqu, ictimai xadimi. Sosialist Əməyi Qəhrəmanı (1986). SSRİ xalq artisti (1968). İki dəfə Stalin mükafatı (1946, 1947) və Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı (1969) laureatı.
Andrey Balançivadze | |
---|---|
gürc. ანდრია ბალანჩივაძე | |
Ümumi məlumatlar | |
Doğum adı | ანდრია ბალანჩივაძე |
Doğum tarixi | 19 may (1 iyun) 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 28 aprel 1992[1] (85 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | gürcü |
Atası | Meliton Balançivadze |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, musiqi pedaqoqu, siyasətçi, pianoçu, film bəstəkarı |
Janrlar | teatr musiqisi[d], simfonik musiqi[d] |
Musiqi aləti | fortepiano |
Təhsili | |
Üzvlüyü | |
Elmi adı | |
Mükafatları |
|
Andrey Balançivadze 1906-cı il mayın 19-da (1 iyun) Sankt-Peterburqda (digər məlumatlara görə - 1905-ci ildə) bəstəkar Meliton Balançivadzenin ailəsində anadan olmuşdur.[3]
O, ilk musiqi təhsilini Sankt-Peterburqda almağa başlamışdır. 1918-ci ildə təhsilini Kutaisidə, atasının yaratdığı musiqi məktəbində davam etdirir.
Andrey Balançivadze 1921-1926-cı illərdə Tiflis Konservatoriyasında M. M.İppolitov-İvanovun (.N.Çerepnin və S.S.Barxudaryandan da musiqi təhsili alıb) və fortepianoda - İ.S.Aysberqin bəstəkarlıq siniflərində təhsil alıb. Eyni illərdə Gürcüstan Fəhlə Teatrı, Satira Teatrı, Tiflis Proletar Teatrı, Fəhlə Gənclər Teatrı və s. çalışıb.
1931-ci ildə Leninqrad Konservatoriyasını bitirib. Burda Balançivadze N.A.Rimski-Korsakov, A.M.Jitomirskinin və V.V.Şerbaçovun qruplarında musiqi təhsili alıb. Həmçinin M.V.Yudinanın fortepiano və bəstəkarlıq dərslərində iştirak edib.
1931-1933-cü illərdə Kote Marcanişvilinin dəvəti ilə Tbilisi Akademik Teatrının bəstəkarı və musiqi rəhbəri olub.
1941-1948 - Gürcüstan SSR Dövlət Simfonik Orkestrinin bədii rəhbəri vəzifəsini tutub.
1935-ci ildən Tbilisi Konservatoriyasında dərs demişdir. Andrey Balançivadze 1942-ci ildən - professor, 1962-ci ildən - bəstəkarlıq kafedrasının müdiri vəzifələrini tutub. Onun tələbələri arasında məşhur gürcü bəstəkarları - M.Ş.Davitaşvili, A.A.Kvernadze, R.İ.Lagidze, Ş.E.Milorava, A.İ.Çimakadze, A.V.Şaverzaşvili, O.L.Tevdoradze və N.L.Mamisaşvilini göstərmək olar.[4]
Andrey Balançivadze 1932-ci ildən Gürcüstan SSR Bəstəkarlar İttifaqının üzvüdür. O, 1953-cü ildən Gürcüstan SSR Bəstəkarlar İttifaqının sədri, 1956-1961-ci illərdə və 1968-1973-cü illərdə idarə heyətinin birinci katibi, 1973-1979-cu illərdə - fəxri sədri olub. Balançivadze 1957-ci ildən - Gürcüstan SSR Musiqili və Xoreoqrafiya Cəmiyyətinin fəxri sədri seçilib. 1957-1991-ci illərdə - SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərib.
I-V çağırış Gürcüstan SSR Ali Sovetinin deputatı və VIII-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1970-1974) olub.[4]
Andrey Balançivadze 1992-ci il aprelin 28-də Tbilisidə vəfat etmişdir. Didube panteonunda dəfn edilmişdir.
Andrey Balançivadze yaradıcılıq diapozonu geniş olmuşdur. Belə ki, o bəstəkarlıq fəaliyyəti ərzində - yeddi opera, üç balet, bir opera-balet, simfonik orkestr üçün üç, skripka və orkestr üçün bir, fortepiano və orkestr üçün 4 konsert (1936, 1947, 1952, 1968), fagot və orkestr üçün bir, simli orkestr və fortepiano üçün bir, fortepiano üçün on üç, xor üçün iki, iki romans, dörd mahnı və teatr tamaşaları üçün 40-dan çox, filmlər üçün 20-dən çox musiqi bəstələmişdir.