Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.ar
.ar — Argentinanın internet kodu.
Ar
Ar (fr. are lat. area "sahə") - 100 m²-ə bərabərdir Аr ölçü vahidi kimi Birinci Fransa Respublikası tərəfindən 7 aprel 1795-ci ildə müəyyən edilib. Bu qanunda "ar" sözü də müəyyən edilib lat. area və fr. aire, «sahə, səth, çöl».
AR-1A
Çinin son dönəmdə bazara təqdim etdiyi RYAS-lar arasında daha çox diqqət cəlb edəni AR-1A sistemidir. A-100 RYAS–nin təkmilləşdirilmiş modeli olan AR-1A-nın seriyalı istehsalına 2009-cu ildə başlanılıb və həmin il ilk nümunələri Çin Xalq Azadlıq Ordusunun silahlanmasında qəbul edilib. Ermənistanın da adıçəkilən sistemdən açıqlanmayan sayda əldə etməsinə dair məlumatlar mövcuddur. Mütəxəssislər tərəfindən “Smerç”in “dəqiq əksi” adlandırılan AR-1A sisteminin istifadə etdiyi raketlərin işlənib hazırlanmasında Rusiyanın “Splav” Dövlət Elmi Tədqiqatlar İnstitutunun əməyi var. Sələfi A-100-lərdə olduğu kimi AR-1A kompleksi 10 buraxıcıdan ibarətdir. İstehsalçının məlumatına görə, sistemin yürüş halından döyüş halına gətirilməsi 5 dəqiqəyə mümkündür. Sistemin yaylım atəş vaxtı 60 saniyə təşkil edir. AR-1A sistemi üçün hazırlanmış kaset tipli BRE2 raketlərinin uçuş mənzili 60–130 km (döyüş başlığı –fuqas tipli, məhvedici elementlərlə) təşkil edir. Bu raketlərin döyüş başlığının çəkisi 190 kq, effektiv məhvetmə radiusu 100 metrdir. Kaset tipli BRE3 raketlərinin isə uçuş məsafəsi 20–70 km-dir.
Ar-nuvo
Modern (fr. moderne — müasir) — XIX əsrin sonu - XX əsrin əvvəllərində (Birinci Dünya Müharibəsi başlamazdan əvvəl) ən çox yayılmış memarlıq, dekorativ və tətbiqi incəsənət və sənətkarlıq sahəsində bədii istiqamət. Modernitənin fərqli xüsusiyyətləri daha təbii, "təbii" xəttlər, yeni texnologiyalara (məsələn, memarlıqda) maraq və düzəlişin tətbiqi sənətinin bərqərar olması üçün düz xətt və açılardan imtina edir. Müasir yaradılmış əsərlərin bədii və faydacı funksiyalarını birləşdirməyə, gözəllik sahəsində insan fəaliyyətinin bütün sahələrini əhatə etməyə çalışdı. == Termin == Müxtəlif ölkələrdə üslubda müxtəlif adları mövcuddur: Fransada — «ar-nuvo» (fr. art nouveau, hər. «yeni sənət») və ya «fin de siècle» (fr. «əsrin sonu»); İngiltərədə — «müasir üslub» (ing. modern style); Almaniyada — «yuqendştil» (alm. Jugendstil‎ — «gənc üslub» — 1896-cı ildə təsis edilmiş Jugend jurnalın adı altında ); Avstriyada, Çexoslovakiyada və Polşada — «setsession» (alm.
K'ar
𐕄 (səslənməsi: /k'/; transkripsiyası: Ḳ, ḳ) — Alban əlifbasının 21-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կա́ր (Kár) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərfin adındakı diakritik işarə əslində bu hərfin udlaqlaşmasını göstərir. Müasir Udi dilində əsasən K' hərfi kimi qalmışdır. Qrafem olaraq yunan əlifbasındakı Σ hərfi ilə bənzərdir.
Müjde Ar
Kamile Suat Ebrem (21 iyun 1954, İstanbul) — Türkiyə kino aktrisası. == Mənbə == Posta Gazetesi mühabiri Seral Cumalının röportajı: Sinemada tabuları yıkan kadın (Haberin yayınlanma tarihi: 08 Aralık 2013) Milliyet Haber’de: Müjde Ar’ın ikinci baharı (Haberin yayınlanma tarihi: 22. oktyabr 2008) Nefes alırken nefes kesen bir kadın: Müjde Ar Kadinlaricin.net sitesinde Müjde Ar Kimdir başlıklı sayfa Arxivləşdirilib 2014-04-15 at the Wayback Machine Güncel Haber Portalı — SacitAslan.com: Müjde Ar pes etmeyi düşünmüyor (Haberin yayınlanma tarihi: 22.
Müjdə Ar
Kamile Suat Ebrem (21 iyun 1954, İstanbul) — Türkiyə kino aktrisası. == Mənbə == Posta Gazetesi mühabiri Seral Cumalının röportajı: Sinemada tabuları yıkan kadın (Haberin yayınlanma tarihi: 08 Aralık 2013) Milliyet Haber’de: Müjde Ar’ın ikinci baharı (Haberin yayınlanma tarihi: 22. oktyabr 2008) Nefes alırken nefes kesen bir kadın: Müjde Ar Kadinlaricin.net sitesinde Müjde Ar Kimdir başlıklı sayfa Arxivləşdirilib 2014-04-15 at the Wayback Machine Güncel Haber Portalı — SacitAslan.com: Müjde Ar pes etmeyi düşünmüyor (Haberin yayınlanma tarihi: 22.
Q'ar
𐕍 (səslənməsi /q'/, transkripsiyası Q̇, q̇) — Alban əlifbasının 30-cu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Կա́ռ (Kár̄) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin əsl adı "Q'ar" olmalıdır, çünki diakritik işarə açıq-aşkar erməni əlifbasında olmayan səsi bildirir və bu, udlaqlaşmış fonemin göstəricisidir. Bundan əlavə, tərkibində bu hərf olan Qafqaz alban sözlərinin udi ekvivalentlərində q hərfinə çevrilmişdir. Qorxu mənasına gələn alb. 𐕍𐕞𐕡 (q̇üw) və udi q'ı̆, iyirmi mənasına gələn alb. 𐕍𐕈 (q̇å) və udi qo, sümük mənasındakı alb. 𐕆𐕞𐕡𐕍𐔴𐕎 (hüwq̇en) və udi ŭq'ĕn sözləri bu qanunauyğunluğun sübutudur. Erməni tədqiqatçı Aşot Abramyan isə səhvən bu hərfi Y hərfi ilə eyniləşdirirdi.
Ar-deko
Ar-deko və ya Deko — ilk dəfə 1910-cu illərdə (Birinci Dünya Müharibəsindən əvvəl) Fransada ortaya çıxmış və 1920-1930-cu illərin əvvəllərində ABŞ və Avropada çiçəklənmiş vizual incəsənt, memarlıq və sənaye dizaynı üslubu. Ar-deko böyük strukturlardan tutmuş kiçik obyektlərə, o cümlədən insanların görünüşünə (geyim, dəb və zərgərlik) kimi hər şeyin: körpülər, tikililər (göydələnlərdən kinoteatrlara qədər), gəmilər, qatarlar, avtomobillər, yük maşınları, avtobuslar, mebellər və radio və tozsoran kimi gündəlik əşyaların belə daxili və xarici üslub və dizaynına təsir etmişdir. Ar-deko müasir üslubları incə sənətkarlıq və zəngin materiallarla birləşdirdi. O, öz çiçəklənmə dövründə dəbdəbəni, cazibəni, coşqunu və sosial və texnoloji tərəqqiyə inamı təmsil edirdi. Nyu-Yorkun Empayr Steyt Bildinq və Kraysler binası da daxil olmaqla 1920-1930-cu illərdə inşa edilmiş göydələnləri bu üslubun daşıyıcılarıdır. == Xüsusiyyətləri == Ar-deko həm dəbdəbə, həm də müasirliyi ehtiva etdi, çox bahalı materialları və incə sənətkarlığı modernist formalarda birləşdirdi. Ar-dekoda heç nə ucuz deyildi, bu üslubdakı mebel nümunələri fil sümüyü və gümüş ornamentləri ehtiva etmiş, zərgərlik nümunələri isə almazı platin, mərcan və digər qiymətli materiallarla birləşdirmişdir. Üslub okean gəmilərinin, lüks qatarların və göydələnlərin birinci sinif salonlarını, həmçinin 1920-ci illərin sonu və 1930-cu illərdə bütün dünyada böyük kino salonlarını bəzəmək üçün istifadə edilmişdir.
Ar-Syur-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Ar-sür-Forman
Ar-sür-Forman (fr. Ars-sur-Formans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Reryo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. == Coğrafiyası == O, 35 km şimalda Lion və dəniz səviyyəsindən 226–281 metr yüksəklikdə yerləşir. == Əhalisi == 2010-cu ildə əhalinin sayı 1367 nəfər təşkil edirdi. == Tarixi == Ar kəndinin adı ilk dəfə 969-cu ilə aid sənədlərdə qeyd olunur. XI əsrdə zadəgan ailəsinə məxsus olan Ar, sonra bu torpaqları Lion yaxınlığındakı bir monastıra köçürdü. Təxminən 1409-cu ildə, dini müharibələr zamanı kənd tamamilə yandırıldı.
Beretta AR-70
Beretta AR-70 — İtaliyanın "Beretta" şirkəti tərəfindən istehsal olunmuş avtomat == Tarixi == 1968-ci ildə "Beretta" şirkəti 5,56×45 mm gilizi üçün nəzərdə tutulmuş yeni silahın konstruksiyasına başlayır. Nəzərdə tutulmuşdurki yeni silah yeni silah İtaliya ordusunda Beretta BM59-ın yerin alsın. 1972-ci ildə Beretta AR-70/223 adlı yeni avtomatlar xüsusi əməliyyatlar üçün nəzərdə tutulmuş qüvvələrə verildi. 2009-cu ildə silahlanmaya ARX-160 adlı yeni silah qəbul olundu və AR-70/90 nın yerini müəyyən qədər tutdu.
"Arqo" əməliyyatı (film, 2012)
Arqo (ing. Argo) — 2012-ci ildə ABŞ-də ekranlaşdırılmış siyasi triller. Filmin rejissoru Ben Afflekdir. Filmin ssenarisi Toni Mendezin "The Master of Disguise" və Coşua Biermenin "Wired" jurnalında çıxmış "The Great Escape" məqaləsindən götürülmüşdür. Filmdə əsas rolda Ben Afflek, Mendez rolunu canlandırır, ondan əlavə isə Alan Arkin, Brayan Krenston və Con Qudmen də filmdə yer alıblar. Filmin prodüserləri Ben Afflek, Qrant Heslov və Corc Klunidir. Film 85-ci Akademiya Mükafatı üzrə yeddi nominasiya alıb və üçündə laureat olub. Bu laureatların arasında Ən yaxşı film də var. Bundan əlavə beş Qızıl Qlobus mükafatına da nominasiya olmuş və bunlardan ikisini qazanmışdır. == Filmin xülasəsi == 4 noyabr 1979-cu ildə İran aktivistləri İran İslam İnqilabı zamanı ABŞ prezidenti Cimmi Karterin Şaha sığınacaq verdiyinə görə İrandakı ABŞ səfirliyinə hücum edirlər.
"Artek"in bütün qızılı (film, 1965)
"Artek"in bütün qızılı — qısametrajlı sənədli televiziya filmi. Rejissor Arif Babayev tərəfindən 1965-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır. == Məzmun == Film uşaqlar üçün nəzərdə tutulmuşdur. Kinolentdə "Artek"də öz işlərinə görə qızıl medallara layiq görülmüş Pionerlər sarayının dərnək üzvlərindən danışılır.
"Cavidşünaslıq" araşdırmalar toplusu
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı
"Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Azərbaycan Respublikasının "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması və dövlət sərhədlərinin mühafizəsi zamanı arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə fədakar əməyinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları təltif edilir. Maddə 2. Təltif edən orqan "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Maddə 3. Taxılma qaydası "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Vətən müharibəsi iştirakçısı" medalından sonra taxılır.
16 arzu
"16 arzu" (ing. 16 Wishes) — baş rolda Debbi Rayanın çəkildiyi orijinal Disney Channel filmidir. Film ilk dəfə 25 iyun 2010-cu ildə nümayiş etdirilmişdir. == Haqqında == Ebbinin 16 yaşı tamam olur. Heç bir zaman işləri düz gətirməyən bu qıza sehrli şəkildə 16 ədəd şam çatar. Belə ki, bu şamlar onun 16 arzusunu həyata keçirə bilər. O, qırmızı bir maşın, populyar olmaq, böyümək kimi şeylər arzu edər, lakin işləri yenə də düz gətirməz. Axırda Ebbi səhvinin nədə olduğunu başa düşər.
16 arzu (film, 2010)
"16 arzu" (ing. 16 Wishes) — baş rolda Debbi Rayanın çəkildiyi orijinal Disney Channel filmidir. Film ilk dəfə 25 iyun 2010-cu ildə nümayiş etdirilmişdir. == Haqqında == Ebbinin 16 yaşı tamam olur. Heç bir zaman işləri düz gətirməyən bu qıza sehrli şəkildə 16 ədəd şam çatar. Belə ki, bu şamlar onun 16 arzusunu həyata keçirə bilər. O, qırmızı bir maşın, populyar olmaq, böyümək kimi şeylər arzu edər, lakin işləri yenə də düz gətirməz. Axırda Ebbi səhvinin nədə olduğunu başa düşər.
1700-cü zenit-artilleriya alayı
388-ci atıcı diviziya — Böyük Vətən Müharibəsi və Sovet-yapon müharibələri dövründə SSRİ-nin hərbi birləşməsi. == Tarixi == 12 sentyabr 1944-cü ildə 6-cı tank ordusunun tərkibində yaradılıb. Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944), Umman-Botoşan (5 mart-17 aprel), Yassı-Kişinyov (20–29 avqust 1944) əməliyyatlarında iştirak edib. 9 avqust 1945-ci ildə 388-ci zenit-artilleriya qvardiya polkuna cevrilib.
1951 Aralıq dənizi Oyunları
1951 Aralıq dənizi Oyunları — 1951-ci ilin 5–20 oktyabr tarixləri arasında Misirin İsgəndəriyyə şəhərində keçirilmiş ilk Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 734 atlet iştirak etmişdir.
1955 Aralıq dənizi Oyunları
1955 Aralıq dənizi Oyunları — 1955-ci ilin 15–25 iyul tarixləri arasında İspaniyanın Barselona şəhərində keçirilmiş ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 10 ölkədən 1135 atlet iştirak etmişdir.
1958 Argentina Qran-Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1958 Argentina Qran Prisi
1958-ci il Argentina Qran-Prisi — Formula-1 avtoyarışının 1958-ci il mövsümünün ilk mərhələsi. Yarış 19 yanvar 1958-ci ildə Buenos-Ayres trasında reallaşdı. Stirlinq Moss Rob Walk Racing Team komandasının tərkibində Cooper T43 şassisinndə qələbə qazandı. Bu Formula 1-də şəxsi komandanın ilk qələbəsi idi.
1959 Aralıq dənizi Oyunları
1959 Aralıq dənizi Oyunları — 1959-cu ilin 11–23 oktyabr tarixləri arasında Livanın Beyrut şəhərində keçirilmiş üçüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 11 ölkədən 792 atlet iştirak etmişdir.
1963 Aralıq dənizi Oyunları
1963 Aralıq dənizi Oyunları — 1963-cü ilin 21–29 sentyabr tarixləri arasında İtaliyanın Neapol şəhərində keçirilmiş dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 13 ölkədən 1057 atlet iştirak etmişdir.
1967 Aralıq dənizi Oyunları
1967 Aralıq dənizi Oyunları — 1967-ci ilin 8–17 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş beşinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 12 ölkədən 1249 atlet iştirak etmişdir. Bu qadınların da iştirak etdiyi ilk Aralıq dənizi Oyunları idi.
1971 Aralıq dənizi Oyunları
1971 Aralıq dənizi Oyunları — 1971-ci ilin 6–17 oktyabr tarixləri arasında Türkiyənin İzmir şəhərində keçirilmiş altıncı Aralıq dənizi Oyunları. Bu oyunlarda 14 ölkədən 1362 atlet iştirak etmişdir. Oyunların keçirildiyi əsas məkan İzmir Atatürk stadionu olmuşdur.
1975 Aralıq dənizi Oyunları
1975 Aralıq dənizi Oyunları — 1975-ci ilin 23 avqust – 6 sentyabr tarixləri arasında Əlcəzairin eyniadlı şəhərində keçirilmiş yeddinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 15 ölkədən 2444 atlet iştirak etmişdir.
1983 Aralıq dənizi Oyunları
1983 Aralıq dənizi Oyunları — 1983-cü ilin 3–17 sentyabr tarixləri arasında Mərakeşin Kasablanka şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 16 ölkədən 2180 atlet iştirak etmişdir.
1987 Aralıq dənizi Oyunları
1987 Aralıq dənizi Oyunları — 1987-ci ilin 11–25 sentyabr tarixləri arasında Suriyanın Latakiya şəhərində keçirilmiş doqquzuncu Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2180 atlet iştirak etmişdir.
1991 Aralıq dənizi Oyunları
1991 Aralıq dənizi Oyunları — 1991-ci ilin 28 iyun – 12 iyul tarixləri arasında Yunanıstanın Afina şəhərində keçirilmiş on birinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 18 ölkədən 2762 atlet iştirak etmişdir.
1993 Aralıq dənizi Oyunları
1993 Aralıq dənizi Oyunları — 1993-cü ilin 16–27 iyun tarixləri arasında Fransanın Langedok-Russilyon regionunda keçirilmiş on ikinci Aralıq dənizi Oyunları. Bu oyunlarda 20 ölkədən 2598 atlet iştirak etmişdir.
1993 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları ilk dəfə 1993-cü ildə İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdi. Oyunlarda 10 ölkədən 407 idmançı, 46 komanda, 190 hakim və 2 beynəlxalq müşahidəçi iştirak etmişdilər.
2001 Aralıq dənizi Oyunları
2001 Aralıq dənizi Oyunları — 2001-ci ilin 2–15 sentyabr tarixləri arasında Tunisin eyniadlı şəhərində keçirilmiş on dördüncü Aralıq dənizi Oyunları. Bu oyunlarda 23 ölkədən 3041 atlet iştirak etmişdir. Bu oyunlar Tunisdə, həm də eyni şəhərdə 1967-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Beləliklə də Tunis şəhəri Aralıq dənizi Oyunlarına iki dəfə ev sahibliyi etmiş ilk və hələlik yeganə şəhər tituluna sahib olmuşdur.
2005 Aralıq dənizi Oyunları
2005 Aralıq dənizi Oyunları — 2005-ci ilin 24 iyun – 3 iyul tarixləri arasında İspaniyanın Almeriya şəhərində keçirilmiş on beşinci Aralıq dənizi Oyunları. Bu oyunlar İspaniyada 1955-ci ildən sonra ikinci dəfə keçirilmişdir. Bu oyunlarda 21 ölkədən 3214 atlet iştirak etmişdir.
2005 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları dördüncü dəfə 2005-ci il sentyabr ayında İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 45 ölkədən 1316 idmançı və 200 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışa 12 ölkədən olan 516 hakim və 15 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Bir çox ölkə budəfəki yarışa ilk dəfə qatılmışdır, o cümlədən ABŞ, Şərqi Asiya, Avropa və Afrikadan olan ölkələr. Ən çox medal qazanan 102 medalla ev sahibi İran oldu. == İştirakçı ölkələr == == İdman növləri == Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: atletika, badminton, basketbol, qılıncoynatma, futzal, qolf, gimnastika, həndbol, cüdo, karate, skvoş, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.
Doqquzuncu prospekt xətti, Ay Ar Ti
Doqquzuncu prospekt xətti, Ay Ar Ti (ing. IRT Ninth Avenue Line) — Manhetten və Bronks borolarında Ay Ar Ti şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş estakada xətti. 1870-ci illərdə inşa edilmiş, 1940-cı ildə demək olar ki tamamilə bağlanmışdır, nəhayət 1958-ci ildə tam bağlandı. Betteri Parkdan Kortland küçəsinə qədər olan ilk sahə 1868-ci ildə kanat tramvayı prinsipilə işləyən eksperimental birxətli xətt kimi istifadəyə verildi. Çoxsaylı texniki problemlər üzündən xətt 1870-ci ildə dayandırıldı və sonra yenidən satılaraq buxar dəmir yolu kimi yenidən quruldu. 1903-cü ildə xətt elektrikləşdirildi; elə həmin ildə mövcud sahədə elektrik liftləri olan xəttin ən yüksək (küçə səviyyəsindən 20 m yüksəklikdə idi) "110-cu küçə" stansiyası quruldu. 1917-ci ildə xətt üzərində ekspress qatarlar üçün üçüncü bir yol inşa edildi. Xətt 1940-cı ildə, şəhər rəhbərliyi metronun bütün hissələri birləşdirildikdən dərhal sonra bağlandı. 1958-ci ilə qədər işləyən son stansiya Polo Qraunds ("115-ci küçə" stansiyası yaxınlığında yerləşən o vaxt məşhur olan stadionun şərəfinə) adlanırdı.
Üçüncü prospekt xətti, Ay Ar Ti
Üçüncü prospekt xətti, Ay Ar Ti (ing. IRT Third Avenue Line) — Manhetten və Bronks borolarında "Ay Ar Ti" şirkəti tərəfindən idarə olunan Nyu-York metropoliteninin keçmiş stansiyası. 1878—1920-ci illərdə tikilmişdir, cənub hissəsi 1955-də, şimal hissəsi isə 1973-cü ildə bağlanmışdır. 1916—1917-ci illərdə xətt üzərində sürətli qatarlar üçün üçüncü bir yol inşa edildi. Yeraltı xətlərin çəkilməsinə başladıqdan sonra estakadalar köhnəlmiş elan edildi və söküldü. Bu xəttin digərlərindən daha uzun müddətdə fəaliyyətdə qaldı, çünki onu yeraltı İkinci prospekt xətti ilə əvəzlənməsi planlaşdırılırdı. Lakin bu yeraltı xəttin tikintisi maliyyə problemləri üzündən təxirə salındı ​​və nəticədə estakada xətti digərlərindən sonra söküldü. 1973-cü ilə qədər onun Bronksdaki şimal hissəsi Ay Ar Ti estakada xəttindən qalan fəaliyyətdə olan son hissə idi.
İkinci prospekt xətti, Ay Ar Ti
İkinci prospekt xətti, Ay Ar Ti (ing. IRT Second Avenue Line, digər adı İkinci prospektin estakada xətti) — 1878-1942-ci illərdə ABŞ-nin Nyu-York şəhəri Manhetten borosunda mövcud olmuş estakada dəmir yolu. 1940-cı ilə qədər "Interborough Rapid Transit Company" tərəfindən idarə olunsa da, daha sonra "IRT" (oxunuşu: Ay Ar Ti) keçdi. 57-ci küçədən şimal istiqamətində olan marşrut 11 iyun 1940-cı ildə bağlandı, xəttin qalan hissəsi isə 13 iyun 1942-ci ildə bağlandı. == Tarixi == 1875-ci ildə "Sürətli Tranzit Komissiyası" (ing. Rapid Transit Commission) "Gilbert Elevated Railway Company" şirkətinə Beteri Parkdan İkinci prospekt boyunca Harlem boğazınadək dəmir yolu çəkmək hüququnu verdi. Ayrıca komissiya "Gilbert Elevated Railway Company"-yə Altıncı prospekt xətti üzərində idarəçilik hüququnu verdi və qısa müddət sonra " Gilbert Elevated Railway" adını "Metropolitan Elevated Railway" olaraq dəyişdirdi. Təxminən 1900-cü ildə xətt elektrikləşdirildi. 1914-1916-cı illər arasında pik saatlarında xəttdə sürətli xidmətlər göstərmək üçün üçüncü yol inşa edilirdi. Ekspres xidmət 17 yanvar 1916-cı ildə başladı.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
ARM Cortex-A5
ARM Cortex-A5 — 2009-cu ilin sonunda ortalarında yaradılmışdır. ARM Holdings tərəfindən hazırlanmış və ARM v7-A təlimat dəsti arxitekturasını həyata keçirən mikroprosessor nüvəsidir. Cortex-A5 aşağı gücə malik əməliyyat sistemlərində yüksək səviyyəli virtual yaddaşın idarə edilməsini tələb edən proqramlar üçün nəzərdə tutulmuşdur. Prosessor geniş çeşidli cihazlar arasında yayılmışdır: smartfon və mobil telefonlardan tutmuş sənaye qurğularına qədər. == Xüsusiyyətləri == Kernel büdcə cihazları üçün ARM9 və ARM11 nüvələrini əvəz etmək üçün nəzərdə tutulub. Bu nüvələrlə müqayisədə Cortex-A5 daha yeni təlimat dəstinə malikdir (ARM9-da v4/v5 əvəzinə ARM v7 və ARM11-də v6) həmçinin VFPv4 və NEON genişləndirmələrini dəstəkləyə bilər. A5 nüvəsi müasir A8 və A9 nüvələri ilə uyğun gəlir və bu, OS və proqramları işə salmağa imkan verir: Android , Windows Embedded , Symbian , Ubuntu ; Adobe Flash , Java SE , JavaFX ==== Əsas xüsusiyyətləri ==== Yenidən sıralanmadan (sifarişlə) hər vuruş üçün birdən çox əmr icra üçün işə salınmır. Konveyer 8 pilləli uzunluqdadır. İsteğe bağlı olaraq, nüvəyə daxil ola bilər. NEON vektor uzantısı.
ARM Cortex-A8
ARM Cortex-A8 — ARMv7-A arxitekturasını həyata keçirən ARM Holdings tərəfindən lisenziyalaşdırılmış 32 bitlik prosessor nüvəsidir .ARM11 ilə müqayisədə , Cortex-A8 ikiqat buraxılışlı superskalyar dizayndır və hər dövrə üzrə təlimatları təxminən iki dəfə yerinə yetirir . Cortex-A8 istehlakçı cihazlarında geniş miqyasda qəbul edilən ilk Cortex dizaynı idi. == Xüsusiyyətləri == 600 MHz-dən 1 GHz-ə qədər və yuxarı tezlik. Superscalar ikili problemli mikroarxitektura. NEON SIMD təlimat dəsti uzantısı. 13 mərhələli tam boru kəməri və 10 mərhələli NEON boru kəməri. VFPv3 Üzən Nöqtə Vahidi. Thumb-2 təlimat dəstinin kodlaşdırılması. Jazelle RCT (ThumbEE təlimat dəsti kimi də tanınır). >95% dəqiqliklə təkmil filial proqnozlaşdırma vahidi.
ARM Cortex-A7 MPCore
2011-ci ilin oktyabrında ARM TechCon tərəfindən, inkişaf kod adı Cortex-A7 olaraq elan olundu. ARM Cortex-A7 MPCore, ARM v7 arxitekturasını həyata keçirən ARM Holdings tərəfindən hazırlanmış prosessor nüvəsidir. == Xüsusiyyətləri == Nüvənin iki əsas dizayn məqsədi var. ilk növbədə Cortex A8-i daha sürətli, enerjiyə qənaət edən və daha kiçik bir əvəzləyici ilə təmin etmək. İkinci məqsəd heterojen hesablama sistemində bir və ya daha çox Cortex A7 nüvəsini bir və ya daha çox Cortex A15 nüvəsini birləşdirərək həllərdə big. LITTLE arxitekturasından istifadə etməkdir. ==== Əsas xüsusiyyətləri ==== Qismən superskalyar ikitərəfli (tam əməliyyatlar üçün), dinamik budaq proqnozu ilə müntəzəm 8 mərhələli hesablama kəməri. İnteqrasiya edilmiş NEON SIMD bloku (64 bit geniş ALU ilə). VFPv4 Üzən Nöqtə Bloku. Thumb-2 təlimat dəsti.
ARM Cortex-A9 MPCore
ARM Cortex-A9 MPCore — 2007-ci ildə təqdim edilmişdir. ARM v7 təlimat dəstindən istifadə edərək 4-ə qədər kohrent və Cortex-A9 nüvəsini təmin edən 32 bitli çoxnüvəli prosessordur . == Xüsusiyyətləri == Sıradan çıxmış , spekulyativ , superskalar , dinamik budaq proqnozu hesablama boru kəməri . Dekoder bir dövrə 2 əmri emal edir, 32–40 əmr tutumlu təlimatların yenidən bölüşdürülməsi üçün bufer, tam boru kəmərinin dərinliyi 8 addımdır. Nüvə hər saatda dörd mikro-opu emal edir. Dəyişdirilə bilən tam registr faylı , 32 memarlıq registrinin 56 fiziki [ 3] ilə əlaqələndirilməsi . SIMD təlimatlarının NEON blokunu dəstəkləyin (isteğe bağlı) , hər təlimata 16 operand, vektor eni — 128 bitə qədər emal. İcra bloku fiziki olaraq 64 bit genişlikdədir, 128 bitlik vektoru iki dövrədə emal edir. NEON əmrlərinin icrası ardıcıldır. VFPv3 üzən nöqtə təlimat bloku üçün dəstək (isteğe bağlı).
.ac
.ac — Askension adasının ölkə internet kodu
.ad
.ad — Andorranın internet kodu
.ae
.ae — Birləşmiş Ərəb Əmirliklərinin internet kodu
.af
.af — Əfqanıstanın internet kodu
.ag
.ag — Argentinanın internet kodu.
.ai
.ai — Anqilyanın internet kodu.
.al
.al — Albaniyanın internet kodu.
.am
.am — Ermənistanın internet kodu.
Ağ at mağarası
"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m. == Ümumi məlumat == Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır.
Al və ağ qızılgül müharibələri
Al və ağ qızılgül müharibələri (ing. The Wars of the Roses) — İngiltərədə Plantagenetlər kral sülaləsinin iki qolu – Lankasterlər (1399–1461) və Yorklar (1461–1485) arasında 1455–1485-ci illərdə hakimiyyət uğrunda baş vermiş daxili müharibələr. Lankasterlərin gerblərində al qızılgül, Yorkların gerblərində isə ağ qızılgüı təsvirləri var idi. Lankasterlər iqtisadi cəhətdən geridə qalmış şimalın və Uelsin baronlarına, Yorklar isə inkişaf etmiş cənub-şərqin "yeni zadəganlar"ına arxalanırdılar. "Yeni zadəganlar" və varlı şəhər əhalisi ticarətin maneəsiz inkişafında maraqlı olduqları üçün Yorkları dəstəkləyirdilər. Mübarizə hər iki sülalənin məhvinə gətirib çıxardı və Lankasterlərdən olan VII Henri hakimiyyəti ələ aldı və Tüdorlar sülaləsinin (1485–1603) hakimiyyət dövrü başlandı.