Ağ at mağarası

"Ağ at "— Gürcüstanın qərbində, Abxaziya Muxtar Respublikasının, Qafqaz dağlarının Arabika massivində yerləşən mağara. Mağara inzibati baxımdan Qaqra rayonu ərazisinə aiddir. Mağaranın ümumi uzunluğu — 268 m, dərinliyi — 110 m, sahəsi — 4200 m², həcmi — 40.000 m³, mağara girişinin hündürlüyü — 2300 metrdir[1]. Bəzi mənbələrə görə mağaranın dərinliyi və uzunluğu daha çoxdur: 167 m və 600 m.

Ağ at
gürc. თეთრი ცხენი
Ümumi məlumatlar
Dərinliyi 110 m
Uzunluğu 268 m
Həcmi 40000 m³
Kəşf tarixi 1981
Mürəkkəblik kateqoriyası 2A
Yerləşməsi
43°24′35″ şm. e. 40°21′44″ ş. u.
Ölkə  Gürcüstan
Ağ at xəritədə
Ağ at
Ağ at

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Mağaraya giriş Joekvara çayının troq mənşəli dərəsinin yuxarı hissəsində yerləşir. Mağara Didvake şilsiləsinin şimal yamacında, su ayrıcı xəttə yaxın ərazidədir. Mağara meylli qalereyadan və onu açılan 70 metrlik bir quyudan ibarətdir. Ağ at mağarası əsasən əhəng daşlı, çökmə və karbonatlı süxurlardan təşkil olunub üst yura dövrünə aiddir. Mağara daxilindəki quyuya qar və buz uçqunları səbəbi ilə daxil olmaq mümkünsüz. Ana süxur ilə uçüun arasında illər keçdikcə dar keçid formalaşmışdır. Mağara qaleriyasının dibində uçqun məhsulları toplanıb. Əriyən buzla qidalanan kiçik çay mövcuddur. 1982-ci ilin avqust ayında aparılan tədqiqat nəticəsində mağara daxilində temperaturun +0,5 °C, nisbi rütubətin isə 100 % olduğu müəyyənləşdirilmişdir.[1] Mağaranın 167 metr dərinliyində daima axın mövcuddur. Bəzi mütəxəssislər ehtimal edir ki, su axını dar sifonlar vasitəsi ilə V.V.İlyuxin adına mağaralar sistemi ilə əlaqəlidir.[2]

Çətinlik kateqoriyası[redaktə | mənbəni redaktə et]

Ağ at mağarası çətinlik kateqoriyasına görə 2A-dır. Bu o deməkdir ki, mağara daxilində hərəkət etmək üçün bir neçə kəndir lazımdır ki, dırmanma və sürnmə hərəkətlərində lazım olacaq. Mağaraya ilk öncə avtomobillə: Sandrıpş-Mendeleevo-Gyuzle-Kuşon aşırımı-Gelgeluk marşrutu ilə, daha sonra isə piyada Xorxiyə kimi getmək lazımdır.

Tədqiqat tarixi[redaktə | mənbəni redaktə et]

Mağara ilk dəfə 1981-ci ildə kəşf olunub. İlk tədqiqat işləri 1982-1983-cü illərdə Moskvanın Perov turistlər klubunun speleologları tərəfindən aparılıb. 2011-ci ildə bir qrup speleoqlar mağaranın - 86 metr dərinliyinə enmiş. Mağara bu hissədən iki qola ayrılır. Birinci qolun maksimal dərinliyi - 143 m, ikinci qolun maksimal dərinliyi isə - 167 metrdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Крупные карстовые полости СССР. III. Спелеологические провинции Большого и Малого Кавказа". 2012-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
  2. "Белая Лошадь". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.