AD-AS modeli

AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir[1]. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir[2].

Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir[2]:

  • Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır.
  • Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir. İnvestisiya imkanları genişləndiyi üçün istehsal artır.
  • Xalis ixrac effekti. Hansı ölkədə ki, qiymətlər qalxırsa, onun məhsulları xarici məhsullar qarşısında daha az rəqabət qabiliyyətli olur və ixrac azalır. Daha az ixrac edən müəssisə daha az istehsal edir. Qiymətlər düşdükdə isə əksinə.

Məcmu təklif əyrisi isə aşağı istehsal səviyyələrində üfüqi (elastik) və bütün istehsal amillərinin tam istifadə olunduğu potensial istehsal nöktəsindən etibarən isə şaquli (qeyri-elastik) olur[3]. Nə qədər ki, istehsal öz potensial səviyyəsinə çatmayıb, Məcmu Tələbin genişlənməsi özü ilə daha yüksək qiymət və istehsal səviyyəsi gətirəcək. AD-AS diaqramı inflyasiya ilə bağlı müxtəlif makroiqtisadi hadisələri izah etmək üçün də istifadə edirlir. Həmçinin bu model müxtəlif makroiqtisadi siyasətlərin effektlərini izah etmək üçün geniş pedaqoji əhəmiyyətə malikdir.

Məcmu tələb (ing. aggregate demant- AD) iqtisadiyyatdakı bütün əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Əmtəə və xidmətlərin dəyər ölçüsündə toplanmasında səbəb iqtisadiyyatda olan bütün məhsulların fiziki olaraq toplamaq mümkün olmamasıdır. Bu şərt məcmu təklifə də aiddir. Məcmu təklif (ing. aggregate supply- AS) zaman çərçivəsinə görə, iki yerə ayrılır: uzunmüddətli məcmu təklif (LRAS – long-run aggregate supply) və qısamüddətli məcmu təklif (SRAS – short-run aggregate supply). Qısamüddətli dövrdə real ÜDM ilə potensial ÜDM arasında müəyyən tərəddüdlər olur.İqtisadiyyatda əsas məqsədlərdən biri istehsalın tam məşğulluq şəraitində həyata keçirilməsi, başqa sözlə əmək başda olmaqla bütün istehsal amillərindən tam istifadə etməkdir.

ADAS əyrilərinin kəsişdiyi nöktədə iqtisadiyyatda tarazlığı təmin edən qiymət səviyyəsi və istehsal həcmi müəyyən edilir. Bu iki əyridəki dəyişmələr səbəbindən qiymət və istehsal səviyyəsi dəyişir.

Məcmu tələb əyrisi açıq bir iqtisadiyyatda bütün xərclərin cəmi kimi ifadə edilir[4]:

AD= C+I+G+NX

  • C- istehlak xərcləri;
  • I- investisiyalar;
  • G- dövlət xərcləri;
  • NX- xalis ixrac, (NX= İxrac - İdxal).

Bu halda AD əyrisi hər qiymət səviyyəsində ev təsərrüfatlarının, firmaları və dövlətin almaq istədiyi əmtəə və xidmətlərin həcmini əks etdirəcək. Başqa sözlə, AD əyrisi yuxarıda göstərilən bütün istehlak, investisiya, xalis ixrac və dövlət xərclərini təmsil edir[4].

AD əyrisindəki dəyişmələrə səbəb ola biləcək amillər 3 qrupda əks olunur:

  • Gözlənmələr;
  • Xaricilərin gəlirləri və valyuta kursu;
  • Dövlət siyasəti.

Ev təsərrüfatları gələcəkdə gəlirlərində artım gözləyirlərsə, daha çox istehlak edəcəklər. Bu məcmu tələbin artmasına gətirib çıxaracaq və AD əyrisi sağa sürüşəcək. Bunun əksi olaraq gəlirlərin azalması gözlənilirsə, AD əyrisi sola doğru hərəkət edəcək. Bu hal firmalara da aiddir. Belə ki, firmalar gələcəkdə iqtisadiyyatda canlanma gözləyirlərsə, investisiya yönümlü xərclərini artıracaqlar. Bu məcmu tələbdə artışa və AD əyrisinin sağa doğru irəlləməsinə səbəb olacaq. Əks halda AD əyrisi sola sürüşəcəkdir.

Xaricilərin gəlirləri və valyuta kursu

[redaktə | mənbəni redaktə et]

Valyuta kursu yüksəldikdə, yəni milli valyuta xarici valyutalar qarşısında dəyər itirdikdə ölkə daxilindəki məhsullar xarici ölkələrə nisbətdə ucuzlaşır. Belə olan vəziyyətdə xalis ixrac və məcmu tələb yüksəlir. Bu da AD əyrisinin sağa doğru hərəkət etməsinə səbəb olur. Valyuta kursunun düşdüyü halda AD əyrisi sola sürüşəcəkdir. Xarici ölkələrin real gəlirləri çoxaldığda bu ölkələrin yerli məhsullara tələbi, yəni ixrac artacaqdır. Belə olan halda məcmu tələb artacaq və AD əyrisi sağa doğru hərəkət edəcəkdir. Diğər ölkələrdə iqtisadi durğunluq və böhran yaşanırsa, tələb əyrisi sola doğru sürüşəcəkdir[4].

Dövlət Siyasəti

[redaktə | mənbəni redaktə et]

A. Vergiləri və transfertlər. Dövlət iqtisadiyyata müxtəlif yollarla müdaxilə edə bilər. Bunlardan biri fiskal siyasətdir. Əgər dövlət büdcə xərclərini yüksəldərsə, bu məcmu tələbi artırar. Vergilər də fiskal siyasətdə istifadə edilən alətlərdəndir. Dövlət vergiləri aşağı endirdiyi halda əhalinin sərəncamında qalan vəsait artar və eyni dərəcədə istehlak da artar. Bu məcmu tələbin artmasına və AD əyrisinin sağa sürüşməsinə səbəb olar. Transfertlər əhaliyə verilən maliyyə yardımıdır. Əgər bunun həcmində artım olarsa, ev təsərrüfatlarının gəliri artar, bu da məcmu tələbdə artıma gətirib çıxarar. Vergilər artarsa və ya transfertlər azalarsa, əhalinin sərəncamında qalan gəlir azalar bu da xərcləri, eləcə də mənmu tələbi azaldar. Bu isə AD əyrisini sola doğru sürüşdürər.

B. Fazi dərəcəsi. Dövlət iqtisadiyyata müdaxilə etmək üçün monetar siyasətdən də istifadə edir. Mərkəzi banklar dövlətin iqtisadi siyasətinə uyğun qərar qəbul edən və fəaliyyət göstərən qurumlardır. Mərkəzi banklar iqtisadiyyata pulun miqdarı və faiz dərəcəsini tənzimləməklə təsir göstərirlər. Əgər iqtisadiyyatda faiz dərəcəsi endirilirsə, borc almaq xərci azalar və investorlar üçün əlverişli vəziyyət yaranar. İnvestisiyalardakı artım məcmu gəliri artırar və AD əyrisi sağa doğru hərəkət edər. Sərt valyuta siyasətinin tətbiqi ilə pul təklifindəki azalma yuxarıdakı nəticənin əksinə çevirər[4].

Məcmu təklif əyrisi hər qiymət səviyyəsində firmaların istehsal edib satmaq istədikləri əmtəə və xidmətlərin məcmu dəyərini əks etdirir. Məcmu təklif araşdırılanda dövr fərqlilikləri vacibdir. Qısamüddətli məcmu təklif əyrisi SRAS müsbət bir meylliliyə malikdir. Uzunmüddətli məcmu təklif əyrisi LRAS şaquli qəbul edilir. Çünki, uzunmüddətli dövrdə məcmu təklif qiymətdən deyil, digər amillərdən asılıdır[4]. Ümumiyyətlə, məcmu təkliflə bağlı amillər aşağıdakılardır:

  • Resurs qiymətləri;
  • Texnologiya;
  • Gözləntilər.

Resurs qiymətləri

[redaktə | mənbəni redaktə et]

İstehsal prosesini xammal və digər resusrlar olmadan təsəvvür etmək mümkün deyildir. Buna görə məhsul istehsal edən firmalar istifadə edəcəkləri resurların qiymətlərini araşdırırlar. Xammal qiymətlərindəki artım firmalar üçün xərcləri də yüksəltdiyindən müəssisənin istehsal miqdarı, eləcə də makroiqtisadi səviyyədə məcmu təlklif azalacaqdır.

Texnologiyadakı inkişaf müəssisələrin daha səmərəli fəaliyyət göstərməsinə, daha çox məhsul istehsal etməsinə və nəticədə məcmu təklifi artırmasına səbəb olur.

Firmalar həm istehsal amilləri bazarını (xammal, əmək, kapital və s.), həm də istehsal etdiyi məhsulun daxil olduğu bazarını tədqiq edirlər. Əgər firmalar gələcəkdə qiymət artımı gözləyirlərsə, gələcəkdə daha yüksək təklif irəli sürmək üçün bugünkü təkliflərini azaldacaqlar. Qiymət artımı xammal və digər istehsal amillərinin dəyərini yüksəltdiyindən firmaların xərcləri artacaq və həmin dövrdə istehsal azalacaq. Yəni gələcəkdə gözlənilən qiymət artımı hər iki halda məcmu təklifi azaldır.

Qısamüddətli dövr

[redaktə | mənbəni redaktə et]

Qısamüddətli dövrdə qiymət səviyyəsi artdıqca firmalar bunu daha çox gəlir mənbəyi hesab edirlər və istehsalı yəni təkliflərini artırırlar. Bu da bütövlükdə məcmu təklifi artımına səbəb olur. Başqa sözlə, qısamüddətli məcmu təklif əyrisi yuxarı doğru meyllidir[4].

İqtisadi nəzəriyyədə məcmu təklif əyrisinin üfüqi olduğu bir dövr vardır. Bu dövrdəki əyriyə “anlıq məcmu təklif əyrisi” deyilir. Anlıq ifadəsinin işlədilməsində məqsəd bu dövrün firmaların qiymət dəyişikliyinə təsir göstərə bilməyəcəyi qədər qısa olmasıdır. Bu zaman firmalar cari qiymətdə bazarın tələbinə uygun istənilən miqdarda məhsul təklif edirlər. Şərti qiyməti anlıq olaraq sabit qəbul edildiyindən ISRAS üfüqi xətti bizə bu qiymət səviyyəsində məcmu təklif əyrisini göstərir. Bu anlıq dövr firmaların fəaliyyət göstərdiyi sektorlara uyğun olaraq bir neçə gün və ya bir neçə ay ola bilər. Əsas məsələ, bu dövr ərzində müəssisələrin aldığı xammalın və satdığı məhsulun qiymətində dəyişikliyin olmamasıdır.

Qısamüddətli dövrdə məcmu təklif əyrisində sürüşmələrin səbəbləri

[redaktə | mənbəni redaktə et]

Qısamüddətdə məcmu təklifdə artma və ya azalmaya səbəb olan amilləri aşağıdakı 4 qrupda cəmləşdirmək olar[4]:

  • Əmək haqqı səviyyəsi;
  • Digər istehsal amillərinin qiymətindəki dəyişikliklər;
  • Məhsuldarlıqda dəyişikliklər;
  • Təklif şokları.

Əmək haqqındakı dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Qısa müddətli dövrdə firmalar fəaliyyət göstərərkən sərmayə miqdarının dəyişmədiyi fərz edilir. Bu zaman xərclərin artımına əmək haqqı faktoru təsir edir. Əgər firmada çalışan işçilərin əmək haqqısında artım baş verərsə, bu zaman firmaların xərci artacaq və istehsal azalacaq. Bu da qısamüddətli təklif əyrisini sola doğru sürüşdürəcək.

Digər istehsal amillərinin qiymətindəki dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

Hər nə qədər əmək fatorundan başqa digər xərclər nisbi sabit olsa da, onların qiymətlərindəki dəyişiklik məcmu təklifə təsir göstərir. Məsələn, neft qiymətlərinin azalması xərcləri aşağı endirəcək. Bu da istehsalın və məcmu təklifin artmasına səbəb olacaq.

Məhsuldarlığın dəyişməsi

[redaktə | mənbəni redaktə et]

Məhsuldarlıqdakı artım istehsalın daha səmərəli olmasına və xərclərin azalmasına səbəb olacaqdır ki, bu da istehsalı artıran bir amildir. Belə olduğu halda SRAS əyrisi sağa doğru hərəkət edəcəkdir.

Təklif şokları

[redaktə | mənbəni redaktə et]

Qısamüddətli təklif əyrisinin sürüşməsindəki səbəblərdən biri də təklif şoklarıdır. Bu şoklar yaratdığı iqtisadi təsirlərə görə, müsbət və mənfi şoklar olaraq iki yerə ayrılır. Müsbət təklif şoklarına iqlimdəki mülayimləşmə nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalındakı ani artım, mənfi şoklara isə bir çox ölkənin iştirak etdiyi müharibələr misal ola bilər. Müsbət təklif şokları SRAS əyrisini sağa, mənfi təklif şokları isə sola sürüşdürür.

Uzunmüddətli dövr

[redaktə | mənbəni redaktə et]

Uzunmüddətli dövrdə istehsal həm xammal və digət istehsal amilləri, həm də məhsul qiymətlərindən asılı deyildir. Uzunmüddətli dövr firma və sektordan asılı olaraq 1-2 həftə və ya bir neçə il ola bilər. Uzunmüddətli dövrdə məcmu təklif tam məşğulluq səviyyəsindədir. Bu dövrdə istehsal miqdarını istehsal amillərinin həcmi təyin edir. Məcmu təklif qrafikində bu dəyişənlər göstərilmədiyindən LRAS əyrisi şaqulidir. Yəni uzunmüddətli dövrdə məcmu təklif qiymətdən asılı deyil[4].

Qrafikdə uzunmüddətli məcmu təklif (LRAS) əyrisi potensial istehsal səviyyəsi kimi qəbul olunan nöktəsindən başlayaraq, qiymət (P) oxuna paralel düz xətt şəklində göstərilmişdir. Bütün resursların tam istifadə edildiyi üçün istehsal öz potensial səviyyəsinə yüksəlir. Texnalogiyadakı inkişaf və ya istehsal amillərindəki real artım ÜDM-in potensial səviyyəsini yüksəldir. Bu isə uzunmüddətli məcmu təklif əyrisinin yerini dəyişməsinə səbəb olur və əyrisi əyrininə doru sürüşür.

“AD-AS modeli” və makroiqtisadi tarazlıq

[redaktə | mənbəni redaktə et]

Ölkə iqtisadiyyatında bəzən iqtisadi artım, bəzən isə geriləmə müşahidə oluna bilər. İqtisadi durğunluq dövrü ağır keçdikdə bu geriləməyə səbəb olur. “AD-AS modeli” daha çox bu geriləmənin izah edilməsində istifadə edilir[4]. Tərəddüdlərin müşahidə olunmadığı makroiqtisadi tarazlıq Şəkil 8-da əks etdirilib.

İqtisadi tərəddüdləri əvvəlcədən müəyyən etmək mümkün deyildir. İqtisadçılar iqtisadiyyatdakı qısamüddətli tərəddüdləri izah etdərkən “Məcmu tələb- Məcmu təklif modeli”ndən istifadə edirlər.

İqtisadiyyatda deflyasiya baş verirsə, təşviq edici (tələb artırıcı) tədbirlər görmək lazımdır. İnflyasiya başverdikdə isə tələb azaldıcı addımlar atılmalıdır.

Şəkil 9-un (a)panelində deflyasiyanın baş verdiyi iqtisadi vəziyyət əks olunur.

Qısamüddətli milli gəlir səviyyəsi , potensial istehsal isə səviyyəsindədir. Bu onu ifadə edir ki, qısamüddətli dövrdəki istehsal potensial səviyyəsindən az olmuşdur, yəni qısamüddətli dövrdə tam məşğulluq səviyyəsinə çatılmamışdır. Potensial ÜDM ilə real ÜDM arasındakı belə fərqə deflyonist kəsr deyilir[4].

Deflyonist kərs zamanı potensial istehsal real istehsaldan çoxdur. Əgər qısamüddətli dövrdə potensial istehsal real istehsaldan çox olarsa, inflyansyonist kəsr yaranır.

İnflyansyonist kəsr (Şəkil 9-un (b)paneli) iqtisadiyyatdakı resurslardan həddən artıq istifadə olunduğunu göstərir. İşçi qüvvəsi baxımından yanaşdıqda, bu hal konyuktur işsizliyin olmadığı və təbii işsizliyin də aşağı düşdüyü halı xarakterizə edir. Amma resurslardan istifadənin artması onlara olan tələbin artırdığından resurs qiymətlərində artım baş verir. Resurs qiymətlərindəki artım maya dəyəri, dolayı olaraq məhsulun qiymətini artırır və inflyasiyaya səbəb olur

Durğunluq və geriləmə (resessiya)

[redaktə | mənbəni redaktə et]

İqtisadi dalğalanmalar uzunmüddətli tarazlıq səviyyəsi ətrafında əmələ gələn qısamüddətli tərəddüdlərdir. Bu tərəddüdlər iqtisadiyyatda durgunluğa səbəb ola və iqtisadi geriləməyə gətirib çıxara bilər[4].

İqtisadi geriləmə (resessiya)

[redaktə | mənbəni redaktə et]

Bu vəziyyətin aradan qalxması üçün ya bazarların buna cavab verməsini (uyğunlaşmasını) gözləmək ya da dövlətin müdaxiləsi lazımdır. Resessiya dövründə real ÜDM potensial ÜDM-dən aşağıda formalaşır.

Resesiya iki səbəbdən yarana bilər: mənfi tələb şoku və mənfi təklif şoku. Bu iki səbəb fərqli nəticələrə gətirib çıxarır.

Şəkil 10-də məcmu təklifdən irəli gələn geriləmə əks olunmuşdur. İlkin vəziyyətdə iqtisadiyyat A nöktəsində, həm uzunmüddətli, həm də qısamüddətli dövrdə tarazlıqdadır. Bu vəziyyət iqtisadiyyat baxımından optimal hesab edilir.

İndi fərz edək ki, məcmu tələbi azaldan bir hadisə baş verib. Məsələn, siyasi hakimiyyətə olan inam zəifləyib və bunun təsiri ilə ev təsərrüfatlarının investisiya qoyuluşuna meylliliyi azalıb.

Belə vəziyyətdə məcmu tələb əyrisi –dən -yə sürüşəcəkdir. Qısamüddətli SRAS əyrisi hələ ki, sabitdir. Bu vəziyyətdə iqtisadiyyat yeni tarazlıq nöktəsi olan B-yə doğru hərəkət edir və ölkədəki qiymət səviyyəsi -dən -yə geriləyir. İstehsal səviyyəsi isə -dən -ə geriləyir. Bu prosesə dövlət müdaxilə etməzsə, bir müddət sonra azalan istehsal səbəbindən işsizlik artar, əmək bazarında rəqabət artdığından əmək haqqları aşağı enər. Bu istehsal xərclərinin azalmasına və istehsal həcminin artmasına səbəb olar. Beləliklə, qısamüddətli məcmu təklif əyrisi sağa hərəkət edər. İstehsal tam məşğulluğa çatana qədər artar və C nöktəsində yenidən uzunmüddətli və qısamüddətli tarazlıq əldə olunar.

Belə vəziyyətdə iqtisadi geriləmənin milli gəlir üzərindəki təsiri aradan qalxar. Amma qiymətlərin ümumi səviyyəsi daha da aşağı səviyyəyə düşəcəkdir. Nəticə etibarı ilə, tələb şokuna məcmu təklif ilə cavab verilmişdir və tarazlıq yenidən əldə olunmuşdur amma iqtisadiyyatda deflyasiya baş vermişdir[4].

İqtisadi geriləməyə səbəb ola biləcək və qısamüddətli məcmu təklif əyrisinin sola sürüşməsinə gətirib çıxaracaq digər bir səbəb isə mənfi təklif şokudur. Təsəvvür edək ki, dünya enerji ehtiyatlarına yaranan problem qiymətlərdə artıma səbəb olur. Enerji qiymətlərindəki bu artım istehsal xərclərini artıracaq və SRAS əyrisini sola sürüşdürəcəkdir. Bu zaman baş verəcək hadisələrin necə formalaşacağını və nəticənin nə olabiləcəyini Şəkil 11-də görə bilərik.

İlkin vəziyyətdə A nöktəsində həm qısamüddətli, həm də uzunmüddətli tarazlıq təmin edilib. Dünya enerji qiymətlərində baş verən artım əyrisini əyrisinə doğru hərətək etməsinə səbəb olub. Beləliklə, qısamüddətli dövrdə yeni tarazlıq nöktəsi əldə olunmuşdur. Yeni tarazlıq nöktəsində ÜDM-in həcmi potensial ÜDM-dən azdır.Bu vəziyyətdə iqtisadiyyat B nöktəsindədir. Ölkə iqtisadiyyatı kiçilmişdir. Eyni zamanda qiymət səviyyəsi də -dən -ə yüksəlmiş, yəni inflyasiya baş verib. Ölkə iki problem ilə eyni anda üzləşib: həm iqtisadi geriləmə, həm də inflyasiya yaranıb. İqtisadi ədəbiyyatlarda bu hadisə “staqflyasiya” adlanır. Staqflyasiya iki yolla sona çatır: bazarın uyğunlaşması və dövlət müdaxiləsi. Fərz edək ki, dövlət büdcə xərclərini artırır və bu əyrisini əyrisinə sürüşür. Dövlət xərclərindəki artım məcmu tələbi artırır. Dövlət xərclərindəki artım potensial istehsalın təmin edildiyi tam məşğulluq əldə edilənə qədər artar və bu nöktədə dayanar. Ölkə iqtisadiyyatı yenidən uzunmüddətli və qısamüddətli tarazlığı bərpa edir.

İqtisadi geriləmə aradan qaldırılıb və istehsal yenidən öz potensial səviyyəsinə qayıdıb. təklif şokuna tələb yönlü müdaxilə bir problemi – iqtisadi geriləməni aradan qaldırmışdır, digər problemi – inflyasiyanı isə daha da böyütmüşdür[4].

  1. Healey, Nigel M. (2002). "AD-AS model". In Snowdon, Brian; Vane, Howard. An Encyclopedia of Macroeconomics. Northhampton, Massachusetts: Edward Elgar Publishing. pp. 11–18. səh 12
  2. 1 2 Healey, Nigel M. 2002. səh 13
  3. Healey, Nigel M. 2002. səh 12
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Arxivlənmiş surət". 2018-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-27.