Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Banka
Zagrebačka banka
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. == İtmiş şəhər == Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.
Banak
Banak — (ing. Bannack) — Amerika Birləşmiş Ştatlarının Montana ştatında yerləşən kabus şəhər. Şəhərin əsası 1862-ci ildə Erasmus Darvin Levet tərəfindən qoyulmuşdur. 1864-cü ildə şəhər ətrafında, qızılın kəşf edilməsi, qızıl həyəcanına səbəb olmuşdur. Şəhərdə üç otel, üç çörək dükanı, üç dəmir emalatxanası, iki bərbərxana və iki ət dükkanı vardı. XIX əsrin ortalarından sonra Montana ştatının ən önəmli şəhərlərindən olan Banakda, bir restoran və üç salonda fəaliyyət göstərirdi. Ətraf ərazilərdə qızıl ehtiyatlarının tükənməsindən sonra, şəhərdə əhalinin sayı sürətlə azalmağa başlamışdır. 1970-ci ildə şəhər tamamilə boşalmış və milli qoruq ərazisi elan edilmişdir.
Banda
Banda — iki və daha çox şəxsdən ibarət olub iştirakçıları arasında möhkəm təşkilati birlik olan, basqınlar etmək məqsədilə birləşən insanlar birliyi. Bəzi cinayətkar bandaların üzvləri özlərinin sadiq olduqlarını və adətən oğurluq və zorakılıq kimi cinayətləri törətməyə qadir olduqlarını sübut etməlidirlər. Bandanın üzvünə qanqster deyilir. Bir çox banda dəstələri tarix boyu böyük şöhrət qazanmışlar; məsələn, İtaliya mafiyası, rus mafiyası, irland mafiyası, yəhudi mafiyası, polyak mafiyası, alban mafiyası, Yaponiyada yakudza, Çində triada, Yeni ingiltərə bandaları, Yamaykada Duş Posse və Yardi, afroamerikalılardan ibarət Krips və Bludz, latinoların bandalarından Mara Salvatruça, ağdərili bandalardan Ari qardaşlığı və motosikletçilərdən ibarət banda olan Cəhənnəm mələkləri. == Mənası == Banda ingilis dilində "gang" sözü ilə ifadə olunur. "Gang" sözü qədim ingilis dilindəki "getmək" mənasına gələn "gan" sözünün feli sifət formasıdır. Bu isə qədim skandinav dilindəki "səfər, səyahət" mənasına gələn "gangster" sözü ilə eyniköklü sözdür. Ümumiyyətlə, söz bir qrup insan mənasına gəlir və işlənmə yerindən asılı olaraq neytral, müsbət və ya mənfi mənada istifadə edilə bilər. == Tarixi == Amerika tarixində banditizmin rolundan danışarkən Barrinqton Mur qeyd edirdi ki, qanqsterizm əhəmiyyətli dərəcədə qanunçuluğun olmadığı cəmiyyətlərdə peyda olur. O, Avropa feodalizmini "əsas etibarilə cəngavər anlayışı vasitəsilə hörmət qazanan qanqsterizm" kimi xarakterizə edirdi.
Banks
Banks (Banksın adası, ing. Banks Island) — Kanada Arktik arxipelaqının iri adalarından biri. İnzibati cəhətdən Kanadanı Şimal-Qərb əraziləri vilayətinə daxildir. == Tarixi == Ada 1820-ci Vilyam Parri tərəfindən Cozef Banksın şərəfinə adlandırılmışdır. Robert Mak-Klur bölgəni araşdırarkən (1850–1854) adanı xəritəsində "Berinq adası" adlandırmışdır. == Coğrafiya == Ada Viktoriya (ada)sından şərqdə Uels Şahzadəsi (boğaz), materikdən (cənub) Amundsen körfəzi ilə ayrılır. Onun qərb sahillərini Bofort dənizinin suları yuyur. Şimal-şərqdən Mak-Klur boğazı vastəsi ilə Şahzadə Patrik və Melvill adasından ayrılır. Ərazisi 70,028 km² təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasıda 24-cü yerdə gedir, Kanadanın isə 5-ci adasıdır.
Bankə
Bankə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində Bankə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Bankə özünəməxsus zəngin tarixi olan yaşayış məntəqəsi və keçmiş balıq sənaye mərkəzidir. Kür çayının sol sahilində, Cənub-Şərqi Şirvan düzündədir. Neftçalanın ən məşhur qəsəbəsi qara kürüsü ilə məşhurdur. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Tetçer, Qandi kimi dünya liderlərinə yollanıb. == Tarixi == Bankənin tarixi XIX əsrin I yarısından başlanır. XIX əsrdə qəsəbədə balıqçılığın inkişafına təkan verən amil yaxınlığındakı Tatar məhəllə kəndində əsası 1842-ci ildə qoyulan "Boji Promısel"-in yaranması olub. 1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində Neftçalanın yaşayış məntəqələri haqqında verilmiş qeydlərə əsasən 1859-cu ildə Şimali Şərqi Bankədə (əvvəlki adı) 1 ev mövcud olub. Bu evin sakinləri də 12-si kişi, 7-si də qadın olmaqla, ümumilikdə 19 nəfər olub.
Banqka
Banqka (ind. Pulau Bangka) — Sumatra adasından şərqdə, İndoneziya ərazisində yerləşir. Əhalisi (2010 il.) 960 692 nəfər təşkil edir. Sahəsi 11 910 km²-dir. == Coğrafiyası == Belitunq adası ilə birlikdə bir vilayətin ərazisinə daxildir. Sumatra adasından şərqdə eyni adlı Banqka boğazı ilə ayrılır. Şimaldan Cənubi Çin dənizi, cənubda isə Yava dənizi ilə əhatələnir. Belitunq adasından Qaspar boğazı ilə ayrılır. Reylefi əsasən hamar düzənliklərdən, bataqlıqlardan, hündür olmayan təpələrdən və qumsal çimərliklərdən ibarətdir. Adada Ağ istiot becərilir və olova çıxarılır.
Banya
Banya (rus. баня) — soba ilə buxar hamamıdır. Buxar və yüksək istilik hamamlarda tərləməyə səbəb olur.
Baçka
Baçka (serb. Бачка, mac. Bácska, sloven. Báčka, xorv. Bačka, alm. Batschka‎) — Mərkəzi Avropada, Ortadunay ovalığında, Tisa və Dunay çaylarının arasında yerləşən tarixi-coğrafi rayon. Regionun çox hissəsi Serbiyada yerləşən Voyevodina muxtar krayına düşür, az hissəsi isə Macarıstanın Baç-Kişkun medyesinə daxildir. == Tarix == Baçka bölgəsi son 4000 il ərzində insanlar tərəfindən məskunlaşmışdır. Onun ilk sakinlərini illirialılar təşkil edirdi. VI-VII əsrlərdə bölgədə artıq slavyanlar çoxluq təşkil edirdi.
Byanka
Byanka (əsl adı Tatyana Eduardovna Lipniskaya; 17 sentyabr 1985, Minsk) — R&B üslubunda belorus əsilli Rusiya müğənnisi.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Baçka Baçka-Palanka FK
Bačka futbol klubu — Serbiyanın futbol klubu. == Tarixi == Klub təsis edilmişdir 1945. rəsmi açılışı edilən 5500-ci, tutumu, 7il və Wawa Slavko Maletin 1951. il. "Bačka" vasitəsilə ilk dəfə İkinci Federal Liqa mövsümündə 1959/60 o ən böyük uğurlardan biri mövsüm 1988/89 ikinci federal liqada unikal giriş sayılır. Cəmi 16 keçirdi "Bačka" dir ikinci divizionda mövsüm . Həmçinin rübündə ən uğurlu "geri" və səhmlərin bir Yuqoslaviya Kuboku 1968-ci ildə /69-cu, zaman Hajduk Split yalnız 2 ilə mesai matçındakı : 1 keçid təmin edə bildilər. Klub milli kuboku özü final və son hissəsi isə 1993/94-cü ildə bir neçə dəfə iştirak edib "Bačka" nın finala ilə aradan zaman Nis İşçi.
Amblyseius wanka
Amblyseius wanka (lat. Amblyseius wanka) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius wanka Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Babka gymnotrachelus
Çapar xul (lat. Babka gymnotrachelus) — Babka cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizi hövzələrində yayılmışdır. Sonuncuda Neogobius gymnotrachelus macrophthalmus yarımnövü yaşayır. Şimal hissədə geniş yayılmışdır. Azərbaycan sahillərində Xaçmazdan Abşerona qədər azsaylı və seyrəkdir. == Morfoloji əlamətləri == D VI-VII I (14) 15-18, A I 12-15 (16)-dır. Əmgəyi, peysəri, boğazı, qəlsəmə qapaqlarının bir hissəsi çılpaqdır. Alt çənəsi qabağa çıxmır.Başı böyürlərdən sıxılmışdır və eni hündürlüyündən bir qədər çoxdur. Dodaqları, xüsusən, ağzın künclərində genişlənməmiş üst dodağı ətlidir.
Banda dənizi
Banda dənizi (ing. Banda Sea) — Sakit okeanının qərbində, Malay arxipelaqında yerləşən adalar arasında yerləşir. Adalar dənizin sərhədlərini təşkil edir. Şimalda Buru və Seram, cənub-qərbdə Timor, şərqdə Tanimbar və Aru adaları arasında yerləşir. Dənizin sahəsi 714,000 km², şimaldan cənuba eni 500 km, şərqdən qərbə uzunluğu 1000 km, ən dərin yeri 7440 m təşkil edir. Dəniz mərcan rifləri ilə zəngindir. Əsas limanı Ambondur. == Ədəbiyyat == Tomascik, Tomas. The Ecology of the Indonesian Seas. Oxford: Oxford University Press, 1998.
Banda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Banks itburnusu
Banks itburnusu (lat. Rosa banksiae) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Çindir. == Botaniki təsviri == Hündürlüyü 6–8 m olan həmişəyaşıl, budaqları nazik, tikansız dırmanan koldur. Yarpaqları 3–5, bəzi hallarda 7 ədəd olub, teli neştərşəkilli, yumurtavari və ya uzunsov, parıldayandır, əsas damar boyu tüklü yarpaqcıqları vardır. Saplağı nazik, uzunluğu 3 sm-dir. May ayından başlayaraq avqustun axırına qədər çiçəkləyir. Meyvəsi xırda, kürəkşəkillidir. == Ekologiyası == Şaxtaya az davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqazda təbii halda rast gəlinir.
Banks yarımadası
Banks yarımadası (ing. Banks Peninsula) — Yeni Zelandiyanın Cənub adasında yerləşən vulkanik mənşəlli yarımada. Yarımadanın sahəsi 1150 km² təşkil edir. Yarımada ətrafında çoxlu sayda havan, körfəz və buxta vardır. Cənub adasının ən böyük şəhəri olan Kraystçerç yarımadanın şimalında yerləşir. == Torpaq sahəsi == Araşdırmalar göstərir ki, təbii meşələr yarımadanın 98 % əhatə edirdi. Maopri və avropalıların təsərüffat fəaliyyəti sayəsində meşələrin sahəsi 2 % qədər azalmışdır. avropalılar özü ilə burta bir çox yeni ağac növləri gətirmişlər. Son zamanlar isə meşə örtüyünün bərpası işləri aparılır. Bu məqsədlə özəl Hinevai qoruğu təşkil edilmişdir.
Banks şamı
Banks şamı (lat. Pinus banksiana) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Şimali Amerikanın şərq şamıdır. Kanadadakı doğma silsiləsi şimal-qərb ərazilərindəki Makkenzi çayından Yeni Şotlandiyadakı Cape Breton adasına qədər qayalı dağların şərqində və ABŞ-nin şimal-mərkəzi və şimal-şərqində Minnesotadan Menə qədər, silsilənin ən cənub hissəsidir. Yalnız şimal-qərb İndiana və şimal-qərb Pensilvaniya daxildir. O, həmçinin boz şam və şam şamı kimi tanınır. Aralığının uzaq qərbində Pinus banksiana yaxın qohumlu şam şamı (Pinus contorta) ilə asanlıqla hibridləşir. Banksiana növ epiteti ingilis botanik Ser Cozef Banksın şərəfinədir. == Təsvir == Pinus banksiana hündürlüyü 9–22 m (30–72 fut) arasında dəyişir. Bəzi çam ağacları zəif böyümə şəraitinə görə kol ölçülüdür.
Banska-Bistritsa
Bаnskа Bistritsа (slovak. Banská Bystrica, alm. Neusohl‎, mac. Besztercebánya) — Slovakiyanın mərkəzində şəhər. Bаnskа Bistritsа bölgəsinin inzibati mərkəzidir. Əhali 83 min nəfərdir. == Demoqrafiya == 2005-ci ildə şəhərdə yaşayan əhali sayı 81,704 nəfər təşkil etdi.
Banska Ştyavnisa
Banska Ştyavnisa (slovak. Banská Štiavnica, alm. Schemnitz‎, mac. Selmecbánya) — Slovakiyanın mərkəzində, Ştyavnisa Vrxi dağ massivinin yaxınlığında yerləşir. Əhalisi 11 min nəfərdir. == Tarixi == Banska Ştyavnisada ilk təbii ehtiyatların çıxarılmasına b.e.ə III əsrdə keltlər tərəfindən başlanılmışdır. 1156-ci ildə Banska Ştyavnisa bir şaxtaçı şəhəri olması qeyd edilir. 1217-ci ildə şəhər ətrafında gümüş çıxarılması məlumatı vardır. 1238-ci ildə Banska Ştyavnisa şəhər statusu almışdır. XIII əsrdə Tirol və Saksoniyadan olan kolonistlər tərəfindən məskunlaşılmışdır.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.