Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rivers Of Belief
The Rivers of Belief – Enigma musiqi layihəsi adından, 1991-ci ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D albomundan olan dördüncü və sonuncu sinqldır. Mahnının girişində Baxın Toccata & Fugue in D minor əsərindən istifadə edilib.
The Rivers of Belief
The Rivers of Belief – Enigma musiqi layihəsi adından, 1991-ci ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D albomundan olan dördüncü və sonuncu sinqldır. Mahnının girişində Baxın Toccata & Fugue in D minor əsərindən istifadə edilib.
Belıe Kuçuqurı
Belıe Kuçuqurı — dil Ukraynanın Xerson vilayəti, Qolopristan rayonu ərazisində yerləşir. == Coğrafiyası == Dilin uzunluğu 6 km, sahil xəttində hündürlük isə 40 sm-dir. Dilin daxilinə doğru topaq yol gedir. Yaşayış məntəqəsi yoxdur. Şimalında qumluqlar və qamışlıqlar, cənubunda isə şoranlıq və quruyan göllər mövcuddur. Dil Qaradəniz biosfer qoruğu ərazisinə daxildir. == Mənbə == Топографическая карта. Лист: L-36–064. Издание 1979 года.
Belici
Belici (kənd) — Dağıstan Respublikasının Dərbənd rayonunda kənd. Belici (qəsəbə) — Dağıstan Respublikasının Dərbənd rayonunda qəsəbə. Belici (stansiya) — Dağıstan Respublikasının Dərbənd rayonunda stansiya.
Believe
Believe — Rusiyani 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən mahnıdır. 2008 Avroviziya Mahnı Müsabiqəsində ifa etdiyi "Believe" ("İnan") mahnısı ilə 26 yaşlı Dima Bilan Avroviziya Mahnı Müsabiqəsində 272 xal toplayaraq qalib gəldı.
Belişen
Belişen - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında kənd adı. [150, 360].
Relyef
Relyef (fr. Relief) — yer səthinin relyef formalarının cəminə deylir. Relyefin səciyyəsi onun genezisinin (tektonik, suffozion, buzlaq-akkumulyativ, buzlaq-erozion, eol formaları və s.) və formalarının (geomorfologiyasının) öyrənilməsinə əsaslanır. Relyefin torpaqəmələgətirən amil kimi öyrənilməsinə bir çox torpaqşünasların – V. V. Dokuçayev, N. M. Sibirtsev, Q. N. Vısotskiy, S. A. Zaxarov, S. S. Nestruyev, B. B. Polınov, V. R. Vilyams, İ. P. Gerasimov və başqalarının əsərləri həsr olunmuşdur. RELYEF- (rus. рельеф, ing. relief, topography) /lat.relevo, fr. relief- qaldırıram/- görünüşünə, ölçülərinə, mənşəyinə, yaşına və inkişaf tarixinə görə fərqlənən, yer səthinin nahamarlıqlarının /formalarının /məcmusu. R. yüksəklikləri əmələ gətirən müsbət və çökəkləri ifadə edən mənfi formalardan təşkil olunmuşdur. Miqyasına görə planetar, meqa, makro, mezo, mikro və nano formalara ayrılır.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Belen
Belen (Para) — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri. Belen xanım — türk mifologiyasında səyahət ilahəsi.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Eol relyef
Eppet-Belkey
Eppet-Belkey — Oqonnyor-Belkyoydere adalar qrupuna daxil olan və yaşayışı olmayan qumlu ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında, Oqonnyor-Kubata körfəzində yerləşir. Şimaldan Olenok körfəzi, cənubdan Ulaxan-Ues qolu onun sahillərini yuyur. Qonşu adalar: qərbdən — Oççuquy-Eppet-Arıta, cənubdan Oqonnyor-Arıta, cənub-şərqdən Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 2 metrdir.
Herold Belger
Herold Karloviç Belger (alm. Herold Belger‎, 28 oktyabr 1934, Engels, Volqa Alman Muxtar Sovet Respublikası, RSFSR, SSRİ — 7 fevral 2015, Almatı, Qazaxıstan) — Qazaxıstan tərcüməçisi, nasir, publisist, ədəbiyyatşünas. Qazax ədəbiyyatı klassiklərinin (Mailin, Musrepova, Nurpeisova və s.) rus dilinə tərcüməçisi, çoxsaylı roman, hekayə və ədəbi tənqidi əsərlərin müəllifidir. O, həmçinin Qazaxıstanda və Rusiyada almanların mövcud durumu və mədəniyyəti barədə də çox saylı araşdırma müəllifidir. Sülh və Ruhani Razılaşma üçün Prezident Mükafatı laureatıdır (1992). Herold Karloviç Belger Volqa almanları ailəsində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan az sonra İosif Stalinin əmri ilə, etnik alman olaraq, SSRİ-dəki bütün almanlar kimi Qazaxıstana sürgün edilmişdir. Gənc Heroldun ailəsi İşim çayının sahilindəki indiki Yskaka Ybırayeva (SKO) qəsəbəsi yaxınlığında qazax aulunda məskunlaşdı. Burada elə Herold qazax dilini mükəmməl mənimsəmişdir. Belger ilk təhsilini qazax orta məktəbində almış, sonradan Almatıdakı Qazaxıstan Pedaqoji İnstitutunun (indiki Abay Universiteti) filologiya fakültəsində oxumuşdur.
Hols relyef
Hols relyef (rus. гольцовый рельеф, ing. goletic relief) — mülayim-soyuq, subarktik və arktik iqlimə malik dağlıq relyef. H.r. qar xəttindən yuxarıda ərazinin soliflüksiya və şaxta aşınmasına məruz qalması ilə əlaqədar formalaşır və zirvələrin yastı olması ilə səciyyələnir.
Hüseynağa Baliev
Kuest relyef
Kuest relyef (rus. куэстовый рельеф, ing.
Ortadağlıq relyef
Ortadağlıq relyef (rus. среднегорный рельеф, ing. middle mountains) — yüksəklik qurşağı aydın seçilən, elüvi və aşınma qabığının geniş yayıldığı, bəzən düzəlmə səth­lərinin qalıqları saxlanılan, zir­və hissəsi oval formada olan dağlıq relyef. Heç vaxt qar xəttin­dən yuxarı qalxmaması və ya denuda­siyanın təsiri altında alçal­ması ilə əlaqədar olaraq buzlaşma izləri olmur. Coğrafi enlikdən və iqlim­dən asılı olaraq mütləq hündürlüyü dəyişir. Məs: Cənubi Ural, Karpat və s.
Palimpsest relyef
Palimpsest relyef (rus. палимпсестовый рельеф, ing. palimpsest relief) — palimpsest – qədim pozulmuş yazısı görünən perqamentlər – ekzogen proseslər vasitəsilə preparatlaşma zamanı əvvəllər basdırılmış struktur – petroloji xüsusiyyətləri aşkar edilən qədim relikt, qazılıb çıxarılmış və irsi relyef formalarını ifadə etmək üçün işlədilən, termin.
Qobulu relyef
Qobulu relyef (rus. балочный рельеф, ing. balka-relief) — yastı, dalğalı relyefi və sıx qobu şəbəkəsi ilə səciyyələnir. Meyilliyi suayrıcı sahəsində 1–1,50, yamacların yuxarı hissəsində 3–40, yamacların orta hissəsində 7–80-dən çoxdur.
Relikt relyef
Relikt relyef (rus. реликтовый рельеф, ing. relief landforms, past forms) — keçmiş geoloji dövrlərdə, başqa şəraitdə əmələ gəlmiş, relyef formaları. Məs: Şərqi- Avropa düzənliyində buzlaq relyef formaları.
Relyef tipi
Relyef tipi (rus. тип рельефа, ing. relief type, type of relief) — yer səthinin müəyyən sahəsində oxşar görünüşə, quruluşa, mənşəyə malik və qanunauyğun təkrarlanan relyef formalarının məcmu. Məs: təpəli-moren relyefi, dərə-qobu relyefi və s.
Relyef xəritələri
Relyef xəritələri (rus. карты рельефа, ing. maps of relief) — qurunun, dəniz dibinin və ya başqa fəza cismləri səthinin relyefini əks etdirir. Hipsometrik, batimetrik, geomorfoloji, morfometrik, fizioqrafik xəritələrə, eləcə də relyefin parçalanması və yer səthinin eroziyadan, deflyasiyadan və b. mənfi təbii və texnogen amillərdən mühafizə tədbirləri və s. xəritələrə ayırırlar.
Sent Helier
Sent Helier (bəzən Sent-Helyer deyə qeyd olunur; ing. Saint Helier, fr. Saint-Hélier, norm. Saint Hélyi, 49°11′ şm. e. 2°07′ q. u.) — şəhər və liman, Böyük Britaniya taxt-tac ərazisi olan Cersinin paytaxtı, onun iqtisadi mərkəzi. Cersinin on iki dairəsindən biri. Sent Helier Cersi adasının cənubundakı kiçik körfəzdə yerləşir. Ərazisi — 10,6 кm².
Tombolo (relyef)
Tombolo— materiki ada ilə birləşdirən ensiz, dəniz səviyyəsindən azca hündür olan, qumdan təşkil olunmuş bərzəxə deyilir. Zəifləmiş dalğanın təsiri ilə qumun bir yerə toplanması nəticəsində meydana gəlir. İlk əvvəllər dalğalar dayazlıq əmələ gətirsə də sonradan ada sahilə birləşir. Bəzən bir adanı iki tombolo sahilə birləşdirir. İki tombolo arasında laqun əmələ gəlir. Bar (relyef) Geology.
Zirehlənmiş relyef
Zirehlənmiş relyef (rus. бронированный рельеф, ing. armoured landforms) — uzun müddət aşınma və digər denudasiya amillərinə məruz qalan, altında yatan və aşınma proseslərinə qarşı davamsız süxurları aşınmadan qoruyan bərk süxur laylarının cilalanmış səthinə uyğun gələn, yayla, plato, ada şəkilli yüksəkliklər və zirvələr. Zirehlənmiş relyef bəzən inversiya nəticəsində yaranır sinklinal dağ silsilələri və s.
Bəlqər
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Bəlğəm
Bəlğəm (lat. sputum) — tənəffüsü təmin edən orqanların təmin etdikləri ağızdan çölə atılan sümüksüz maye.
Xəlifə
Xəlifə (ərəb. خليفة‎‎ — müavin, çanişin, varis, xələf) — Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icması və teokratik müsəlman dövlətinin (Xilafət) dini və dünyəvi başçısı. Xəlifələr əvvəllər Məhəmməd peyğəmbərin, Ələvilər dövründən isə Allahın yer üzündə canişini (müavini) hesab edilirdilər. Abbasilər xilafətinin süqutundan (XIII əsr) sonra Məmlük xilafəti (1250 - 1517) tarix səhnəsində öz yerini almışdır. Yavuz Sultan Səlimin Misiri fəth etməsilə (24 yanvar1517) xəlifə ünvanı İslamçı bütün ünsürlərin yetkin beyəti ilə Osmanlı xilafətinə (indiki Türkiyə Cümhuriyyəti) keçmişdir. Xəlifəlik ünvanına 1924-cü il Türkiyə Böyük Millət Məclisinin uyğun qərarı ilə xitam verilmişdir. İlk xəlifələr Əbu Bəkr (8 iyun 632-ci ildə xəlifə seçilib), Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib olmuşlar.
Belém
Belen — Braziliyada şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər. Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır.
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.