Hadi (xəlifə)

Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi.

Əl-Hadi
ərəb. أبو محمد موسى الهادي
Əl-Hadi dönəminə aid dirhəmlər
Əl-Hadi dönəminə aid dirhəmlər
ƏvvəlkiƏl-Mehdi
SonrakıƏr-Rəşid
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (22 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, qubernator, Xəlifə
Atası Əl-Mehdi
Anası Əl-Xeyzuran bint Ata
Ailəsi Abbasilər
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir.[1] Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir.[2]

O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir. Güclü, qüvvətli və heybətli türklərdən təşkil edilən bu birliklər eyni zamanda İslamın paytaxt şəhərinə gələn yabançı elçiləri də heyrətdə qoyurdu. Onlar bu günün təbiri ilə bir şərəf bölüyü vəzifəsini görür beləcə imperiyanın həşmət və əzamətini əks etdirmiş olurdular. Hammad, isə əl-Mənsurun çevrəsində qısa zamanda özünü qəbul etdirən yetənəkli türklər arasında və ən güvəndiyi kimsələrdən biridir.[3]

Əl-Hadinin xəlifəliyi dövründə baş sərkərdə Mübarək ət-Türki Həzrət Əlinin nəvələrindən Hüseyn ibn Əli Mədinədə baş qaldırdığı zaman (169/786), əmrindəki Türk birlikləri ilə bu üsyanı yatırmağa göndərilmişdir.[4] Onun Abbasi dövlətinə xidməti sadəcə bundan ibarət deyildir. Daha sonra xəlifə onu üstün vəzifələrlə məiyyətiylə birlikdə Qəzvinə göndərmişdir. Mübarək burada dövlət nüfuzunu dirçəltməklə qalmamış, ayrıca bir qarnizon qurarak məiyətindəki türkləri bu qarnizona yerləşdirmişdir. Daha sonraları bura inkişaf etmiş, nəzarət altında məmur bir şəhər halına gəlmiş və bu yeni şəhər qurucusndan dolayı “Mədinə-i Mübarək” [5] və ya “əl-Mübarəkiyyə” [6] adıyla şöhrət tapmışdır.

Əl-Hadi 786-cı ildə vəfat edib.

  • Lübabə bint Cəfər – əmisi Cəfər ibn Əl-Mənsurla xalası Salsal bint Atanın qızıdır.
  • Übeydə bint Qitrif – dayısı Qitrif ibn Atanın qızıdır.
  • Əmətələziz – vəzir Rabi ibn Yunisin kölələrindəndir. Əl-Hadinin vəfatından sonra qardaşı Ər-Rəşidlə evlənmişdir.
  • Rəhimə – Cəfərin anasıdır.
  • Cəfər – əmisi xəlifə Ər-Rəşidin qızı Fatimə ilə evlənmişdir.
  • Abbas
  • Abdullah
  • İshaq
  • İsmayıl – əmisi xəlifə Ər-Rəşidin qızı Həmdunə ilə evlənmişdir.
  • Süleyman
  • Musa
  • Abbott, Nabia (1946). Two Queens of Baghdad: Mother and Wife of Hārūn Al Rashīd. University of Chicago Press. ISBN 978-0-86356-031-6
  • Bosworth, C.E., ed. (1989). The History of al-Ṭabarī, Volume XXX: The ʿAbbāsid Caliphate in Equilibrium: The Caliphates of Mūsā al-Hādī and Hārūn al-Rashīd, A.D. 785–809/A.H. 169–192. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-564-4
  • Lewis, Bernard (1986). "Ḥadīt̲a". In Hertzfeld, E (ed.). Encyclopaedia of Islam. Vol. 3 (Second ed.). BRILL. p. 29. ISBN 9789004081185
  1. əl-Tabəri, VIII, s. 103.
  2. əl-Yəqubi, Tarix, II, s.392.
  3. Zəkəriyyə Kitapçı, Orta Doğuda Türk əsgəri varlığının ilk zühuru, İstanbul,1987, səh.46.
  4. ət-Təbəri, VIII, s. 195.
  5. əl-Həməvi, V, s. 79.
  6. əl-Həməvi, V, s. 51.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]