Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qılınclı
Qılınclı (Laçın)
Qılınclı (Kəlbəcər)
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. == Tarixi == Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Qılınclı (Laçın)
Qılınclı — Azərbaycan Respublikasının Laçın rayonu Qarıqışlaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qılınclı kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi Qilıcdaş adlanan sahədə salındiğına görə belə adlanmışdır. Həqiqətən kəndin cənub-şərq hissəsində qilınca oxşadığına görə yerli tələffüzdə Qilicdaş adlanan dik, sivri qaya var. Kəndin butun əhalisi vaxtila Kəlbəcər rayonu ərazisinə köçüb eyniadli kəndi salmışdır. İndiki sakinlər isə sonralar yaxınlıqdakı Qarıqışlaq kəndindən köçən ailələrdir. Oykonimlərin etnotoponim olması ehtimalı var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın muxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını “qılıclı tayfasına məxsus yurd yeri” kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qılıçlı adlı obyektlərin olması da əsas verir.
Qılınclı (Urmiya)
Qılınclı (fars. قلينجلو‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (30 ailə).
Qılınclı (Duzluca)
Qılınclı — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır.
Zirincli
Zirincli yaşayış yeri — Sirab kəndindən şimalda, Sirabçayın sol sahilində dağ ətəyində yerləşən arxeoloji abidə.
Qılıçlı
Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiya == Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir. == Tarixi == Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Bilici
Bilici Qorğan — Şabran rayonunda kənd. Dağ Bilici — Şabran rayonunda kənd. Düz Bilici — Şabran rayonunda kənd.
Birinci Səmədxanlı
Birinci Səmədxanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Birinci Səmədxanlı kəndi Şərəfə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Etnotoponimdir. Əvvəllər Səmədxanlı adlandırılan bu kənddən sonralar başqa bir yaşayış məntəqəsi - İkinci Səmədxanlı ayrıldığı üçün kənd Birinci Səmədxanlı adlandırılmışdır. == Əhalisi == Əhalisi 922 nəfərdir.
Birinci Tiyaqani
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tiyaqanı
Birinci Tiyaqanı — Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 332 nəfərdir. == Toponimiyası == Toponimin ikinci komponenti tiyaqanı talış dilində "tikanlı" mənasındadır.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Birinci Varlı
Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı qəsəbəsi Varlı kəndi hesab edilmiş, Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Varlı kəndi Birinci Varlı kəndi adlandırılmışdır. Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Əhalisi == === Görkəmli şəxsləri === Əlirza Əlirzayev — hüquqşünas Rövşən Həsənov — hüquqşünas Çingiz Heydərov — hüquqşünas Xudabaxış Cəfərov — təhsil işçisi Əmirxan Nəzərov — təhsil işçisi Bəylər Heydərov — təhsil işçisi Ənvər Həsənov — təhsil işçisi Əlipənah Nəzərov — təhsil işçisi Mirsadıq Kərimov — təhsil işçisi Ramazan Niftiyev — dövlət xadimi Eldar Heydərov — dövlət xadimi Həsənağa Həsənov — hərbçi, zabit. == İqtisadiyyatı == 2016-cı ilin Avqustun 17-də Salyan rayonunun Birinci Varlı kəndinə yenidən təbii qaz verilib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əhalisinin sayı 1345 nəfər olan kənddə, 256 abonentlik kəndin qazlaşdırma işləri zamanı 21 min 152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.[mənbə göstərin] == Din == Kənddə I Varlı kənd məscidi dini icması fəaliyyət göstərir. Kəndin axundu Hacı Məhəmməd Hüseynovdur.
Birinci Yeddioymaq
Birinci Yeddioymaq — Azərbaycan Respublikasının Masallı rayonunun Yeddioymaq inzibati ərazi vahidində kənd. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində 124 evdə 462 nəfəri kişilər, 415 nəfəri isə qadınlar olmaqla 877 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Hazırda kənd əhalisinin sayı 1998 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Şahsevənlərin yeddioymaq qolunun Talış xanlığı dövründə burada məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Oykonimin birinci komponenti "baş, əsas, mənbə" mənalarını bildirir. == Tarixi == Məlumata görə ilk yaranışda Yeddioymaq kəndi, yeddi tayfadan ibarət olmuşdur. Son dövrlərə qədər də kənd yeddi tayfadan ibarət idi: bəylər, axundlu, rəcəbilili, korlar, abaslı, məşədirəhimli və tağılı. Bu tayfaların hər birinin tarixdə yeri və rolu olmuşdur.
Birinci Yeniyol
Birinci Yeniyol — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Yeniyol kəndi Dağətəyi ərazidədir. Keçmiş adı Nügədi (tatca “yeni kənd”) olub, 1935-ci ildə Yeni Yol qoyulmuşdur. Sonralar həmin kənddən ayrılmış ailələr tərəfindən yeni yaşayış məntəqəsi (İkinci Yeniyol) yarandıqda toponimin əvvəlinə birinci sözü əlavə edilmişdir. == Əhalisi == Əhalisi 414 nəfərdir ki onunda 210 nəfəri kişi, 204 nəfəri qadındır.
Birinci Yüzbaşılı
Birinci Yüzbaşılı — Azərbaycan Respublikasının Ağdam rayonunun Xındırıstan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Birinci Yüzbaşılı Ağdam rayonu-nun Xındırıstan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə Yüzbaşılı adlanan bu kənddən XIX əsrdə başqa bir yaşayış məntəqəsi (İkinci Yüzbaşılı) ayrıldıqdan sonra kənd Birinci Yüzbaşılı adlandırılmışdır.
Birinci Zobucuq
Birinci Zobucuq — Füzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Birinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb. Birinci Zobucuq qəsəbəsində 2019-cu ilin may ayına olan məlumata görə 1587 nəfər yaşayır. Birinci Zobucuq qəsəbəsində 9 şəhid ailəsi, 10 Qarabağ müharibəsi əlili vardır. == İqtisadiyyatı == Birinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub. 2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub. == Mədəniyyəti == Qəsəbədə kitabxana fəaliyyət göstərir.
Birinci imperiya
Birinci imperiya (fr. Le Premier Empire) — 1804-cü ildən 1815-ci ilə kimə Fransada mövcud olmuş Napoleon Bonapart imperiyası. == Tarixi == === İmperiyanın yaranması və ilk tədbirləri === 1804-cü ilin mayında Napoleon Bonapart I Napoleon adı ilə Fransanın imperatoru elan edildi. Tacqoyma mərasimini Roma papası keçirmişdi. 1807-ci ildə Tribunat ləğv edildi. Tribunat bonapartçı rejimdə müxalifətin mövcud olduğu yeganə orqan idi. Qanunverici Korpus isə nadir hallarda toplanırdı. Saray titulları bərpa, imperiya marşalı vəzifəsi təsis edildi, “vətəndaş” sözü lüğət fondundan çıxarıldı. 1802-ci ildə mühacir zadəganlara bəraət verilməsi haqqında qanun qəbul edildi. Napoleonun dövründə prefekt təyin edilənlərin yarısı köhnə zadəganların nümayəndələri idi.
Birinci minillik
Birinci minillik — bizim eranın 1 yanvar 0-cı ilindən 31 dekabr 999-cu ilinədək olan zaman.
Birinci İpək
Birinci İpək — Azərbaycan Respublikasının Laçın rayonu Bülüldüz kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. 1933-cü ildə ərazidə Birinci, İkinci və Üçüncü İpək adlı üç kənd qeydə alınmışdır. Sonralar iki kəndin adı dəyişdirilmiş, yalnız Birinci İpək toponimi olduğu kimi saxlanılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 50 nəfər olmuşdur. === Tanınmış şəxslər === Bəxtiyar Kavanlı — Şair, Qarabağ müharibəsi iştirakçısı. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. == Mədəniyyəti == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. == İqtisadiyyat == Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
Birinci Şıxlı
Birinci Şıxlı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd Şıxlı kəndinin tarixi qədim olsa da XIX əsrin əvvəllərində Birinci Şıxlı kimi adlandırılmışdır == Toponimikası == Birinci Şıxlı oyk, mür. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Kür çayının sağ sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin adındakı birinci komponent onu ərazidəki İkinci Şıxlı kəndindən fərqləndirmək üçün artırılmışdır. İkinci komponent isə qazaxların şıxlı qolunun adını əks etdirir. Mənbələrdə 1537-ci ildə Şəmkirdən köçüb Qazax mahalına gələn Ağdolaqlı Məhəmməd ağanın oğlu şıxı və onun övladları haqqında məlumat verilir. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 3414 nəfər əhali yaşayır. Əhalinin 1628 nəfəri kişilərdən, 1786 nəfəri qadınlardan ibarətdir. == Tanınmış sakinləri == Molla Vəli Vidadi – (1707–1809) görkəmli Azərbaycan şairi.
Birinci Əlicanlı
Birinci Alıcanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Alıcanlı Zərdab rayonunun Alıcanlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin sakinləri vaxtilə Ağsu rayonundakı Təklə kəndindən gəldiklərinə görə Təklə Alıcanlısı adı ilə də tanınır. Səpənkova adlanan bu yer XIX əsrdə Alıcan adlı ilxı sahibinə məxsus olmuş, sonralar bu ərazidə salınan yaşayış məntəqəsi də Alıcanlı adlandırılmışdır. "Birinci" komponenti isə oykonimi eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur.
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd.Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd. == Ümumi məlumat == Birinci Ərəbcəbirli Göyçay rayonunun İəhadət inzibati ərazi vahidində kənd. Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. 15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur.