Birinci Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Birinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Birinci Zobucuq qəsəbəsi mərkəz olmaqla Birinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Birinci Zobucuq | |
---|---|
39°32′53″ şm. e. 47°23′26″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 13 iyun 2008 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 994 26 |
Poçt indeksi | AZ1918 |
Nəqliyyat kodu | 19 |
Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.
Birinci Zobucuq qəsəbəsində 2019-cu ilin may ayına olan məlumata görə 1587 nəfər yaşayır.[3]
Birinci Zobucuq qəsəbəsində 9 şəhid ailəsi, 10 Qarabağ müharibəsi əlili vardır.
Birinci Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub.
Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.
Qəsəbədə kitabxana fəaliyyət göstərir. Dilağarda Poçt Şöbəsi Birinci Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1918.[4]
Qəsəbədə məktəb və uşaq bağçası fəaliyyət göstərir.
Birinci Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[5]
Qəsəbədə "26 № li tam orta məktəb" fəaliyyət göstərir.[6]
Qəsəbədə tibb məntəqəsi mövcuddur.
Füzuli rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |