Qılınclı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd.[1]
Qılınclı | |
---|---|
40°09′59″ şm. e. 46°08′29″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oykonimin etnotoponim olması ehtimali var. Bəzi mülahizələrə əsasən, qilicli (qilınclı) keçmişdə Azərbaycanın müxtəlif zonalarında yaşamış tayfalardan biridir. Odur ki, dağın adını "qilicli tayfasına məxsus yurd yeri" kimi mənalandırıb etnotoponim olduğunu qəbul etmək olar. Buna Azərbaycanın müxtəlif rayonlarında Qiliçli adlı obyektlərin olması da əsas verir.[2]
Yaşayış məntəqəsini Laçın rayonundaki Qilişli kəndindən köçmüş ailələr salmışlar.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Qılınclı kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Qılınclı Kəlbəcər rayonunun tərkibinə daxil edilmişdir.[4]
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
Kənd Tərtər çayının sahilində, sıldırım qayalıq üstündədir.[2]
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi Azərbaycan dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[7] "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 71 evdə 570 şiə kürd yaşayırdı.[8]
The towns' capture came at staggering human costs, creating 250,000 new Azerbaijani refugees. Civilians fled Kelbajar in April through high mountains still covered with snow. Refugees claimed that hundreds of people froze to death attempting to flee.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |