Birinci Ərəbcəbirli

Birinci ƏrəbcəbirliAzərbaycan Respublikasının Göyçay rayonunun İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsində kənd.[1] Rayon mərkəzinə çox yaxın və ondan şimal- qərbdə, Bakı-Qazax şose yolu kənarında, Şirvan düzündə yerləşən kənd.

Birinci Ərəbcəbirli
40°38′53″ şm. e. 47°41′27″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Birinci Ərəbcəbirli xəritədə
Birinci Ərəbcəbirli
Birinci Ərəbcəbirli

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cu ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti ƏrəbŞamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir.

15 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Birinci Ərəbcəbirli, İkinci ƏrəbcəbirliMirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır[2].

Qədim tarixə malik olan bu kəndin ərazisindən müxtəlif dövürlərə aid materiallar (saxsı qablar, qırıq küp qəbirlər və s.) tapılmışdır. Kəndin ərazisindəın qədim və erkən orta əsrlərdə yaşayış məntəqəsi olmuşdur. Kəndin adı 1917-ci ildə Ərəb Cabirli, 1933-cü ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Birinci Ərəbcəbirli kəndin adı Ərəbşamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət olan ərəbcəbirli tirəsinin adı ilə əlaqədardır. Etnotoponimdir.

Əhalisi 2018nəfərdir

Məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən taxılçılıq, bağçılıq, və heyvandarlıqla məşğul olur.[3]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2005-ci il tarixli 892-IIQ saylı Qanunu". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
  3. Birinci Ərəbcəbirli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 35. ISBN 978-9952-34-155-3.