Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gürcülü
Gürcülü — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Ehtimala görə burada mülkədarlar gürcü əsirlərini öz torpaq sahələrində işlətmiş, sonralar onlar burada məskunlaşdıqdan sonra, kənd Gürcülü adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Gürcülü kəndi Bərgüşad silsiləsinin yamacında yerləşir. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Gürcülü kəndində 18 evdə 92 şiə kürd yaşayırdı. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh.
Gürcülü türbəsi
Gürcülü türbəsi — Qubadlı rayonunun Gürcülü kəndi ərazisində yerləşən XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur. Türbənin əsas diqqətçəkən xüsusiyyəti onun əsas memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memar, stalaktit formasını əsas götürmklə tromp formalı orijinal konstruksiya yaratmağa müvəffəq olmuşdur. Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir. == Tarixi == Abidə üzərində heç bir kitabə saxlanılmamış və ola bilsin ki türbə ümumiyyətlə kitabəsiz olmuşdur. Buna görə də, abidəni öyrənən tədqiqatçılar onun tarixini müəyyənləşdirərkən əsasən memarlıq xüsusiyyətlərinə istinad etmişlər. Ə. Salamzadənin fikrincə türbənin tarixinə işarə edən əsas elementlərdən biri, giriş hissəsinin kiçik relyef portalı şəklində həll edilməsidir. Bu cür yanaşma, əsasən XVII əsr Azərbaycan türbələri üçün xarakterikdir. Portalı tamamlayan tağın forması da məhz həmin dövr üçün xarakterikdir.
Hind küncütü
Hind küncütü (lat. Sesamum indicum) - küncüt cinsinə aid bitki növü.
Şərq küncütü
Hind küncütü (lat. Sesamum indicum) - küncüt cinsinə aid bitki növü.
Künclü acıçiçək
Palıd cücüsü
Kürçülü
Kürçülü (əvvəlki adı: Kürd Çullu) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsi tərkibindəki Kürd Çullu kəndi Kürçülü kəndi adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Kürçülü kəndi Kürkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kürçülü kənd inzibati ərazi vahidi yaradılmışdır.
Muncuqlu
Muncuqlu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Muncuqlu (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçulu
Quşçulu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-şərqdə, Oxçu çayının sağ sahilində, Xustup dağının cənub-şərq ətəyində yerləşir. Toponim qədim türk tayfası olan quşçu etnonimi əsasında əmələ gəlmişdir. -lu mənsubluq bildirən şəkilçidir. "Quşçu tayfasına mənsub kənd" deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kəddə 1831-ci ildə 38 nəfər, 1873 - cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144 nəfər, 1904 - cü ildə 400 nəfər, 1914 - cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir.
Muncuqlu (Laçın)
Muncuqlu — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Muncuqlu (Tovuz)
Muncuqlu — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrdə bu kənd quşçu tayfa­sının icmasına məxsus kiçik məntəqələrdən biri olmuşdur. Kənd qədim qəbristan yerindən bəzək əşyalarının tapılması ilə əlaqədar Muncuqlu adlanan yerdə salın­dığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murğuz silsiləsinin ətə­yində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Muncuqlu kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Muncuqlu kənd tibb məntəqəsi yerləşir.
Muncuqlu tikmə
Muncuqlu tikmə (rus. вышивка бисером) - toz (xırda) və rəngarəng muncüqlarla işlənilən tikmə növü. == Texnika == Muncuqlu tikmənin geniş yayıldığı yerlər Şuşa, Gəncə, Qazax, Naxçıvan, Bakı və Təbrizdir. Muncuqlar xüsusi saplara düzülür, sonra isə pul kisəsinin, daraq qabının və yaxud digər əşyaların üzərinə tikilib bərkidilir. Təsvirlər müxtəlif formada və kompozisiyada işlənilirdi. Məxmər, qanovuz, şal və qismən kətan parçalar üzərində işlənirdi. İstənilən bir naxış motivini parça üzərinə keçirmək üçün ilk növbədə onun ümumi mühit xətti qeyd edilir, sonra düzülmüş hazır saylı muncuqları götürüb, lazımi yerə bənd edirlər. Muncuqlar iki üsulla, ya təkbətək, ya da düzüm halında sıra ilə parça üzərinə bənd edilirdi. Ən geniş yayılan motivlər güllər, çiçəklər, yarpaqlar idi. Belə tipli tikmələrdə mirvaridə istifadə edilirdi.
Nəzər muncuğu
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu. == Xüsusiyyətləri == Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər. == Tarixçə == Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir.
Tək oyunçulu
Tək oyunçulu oyunlar (İngilis dilində: single-player) — videooyunlarda yalnız bir oyunçunun daxil ola bildiyi və daha çox oyunçunun girməsinə imkan vermədiyi vəziyyət tək oyunçulu oyun adlanır. “Tək oyunçulu oyun” oyunu yalnız bir adamın yönləndirə biləcəyini izah etmək üçün istifadə olunur; “Tək oyunçu formatı” oyun oynamanın multiplayer (ən azı iki oyunçu) olma seçimini gətirir. Tək oyunçu formatı ikiyə bölünür: Virtual rəqiblərə (botlar) qarşı tək oyunçu formatı. Virtual rəqiblər (botlar) və ya oyunçunun özündən başqa real oyunçu yoxdur. Videooyun tarixinin ilk mərhələlərində oyunlar tək oyunçulu idi. İki oyunçu oyunları əvvəlcə fərdi kompüterlərdə görülmüşdür. Beləliklə, çoxnəfərli oyunların da əsası qoyuldu. 1990-cı illərin əvvəllərində lokal şəbəkələr və sıfır modemlərlə real mənada çoxnəfərli oyunlar ilə qarşılaşdıq. Doom, bu tip oyunların ən yaxşı nümunələrindən biridir. Tək oyunçulu oyunların böyük satış rəqəmlərini tuta bilməsi, maraqlı hekayələrində, təsirli qrafikalarında və real personaj detallarında gizlədilmişdir.
Çunçyu dövrü
Çunszu dövrü ya Yaz-Payız dövrü (çin. sadə. 春秋時代, pinyin: Chūnqiū Shídài, hərfi mənası: "Çunszu Şiday") — Çin tarixində Çunszu səlnaməsinə əsasən e.ə. 722 - e.ə. 481 illəri əhatə edən bir dövr.Bu dövr Şərqi Çjou sülaləsinin başlanğıcına aid edilir.
Kürçülü yaşayış yeri
Kürçülü yaşayış yeri — Eyniadlı kəndin ərazisində yerləşir. Yaşayış yerinin ərazisi müasir tikintilərlə örtülmüşdür. Hazırda kəndin bəzi qismlərində möhrədən tikilmiş binaların, о cümlədən məscidin qalıqları qalmaqdadır. Kəndin içərisində köhnə tikintilərin ətrafında çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatına rastlanır. Keramika məmulatı inkişaf etmiş və Son Orta əsrlər dövrü üçün хarakterikdir. Ehtimal ki, yaşayış yerinin adı Qorçulu olmuş, sonradan isə leksik dəyişikliyə uğramışdır. Arxеoloji materiallara əsasən Kürçülü yaşayış yerini XV–XVIII əsrlərə aid etmək olar.
Çeşmə Canqulu (Bicar)
Çeşmə Canqulu (fars. چشمه جان قلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 105 nəfər yaşayır (28 ailə). Əhalisini kürdlər təşkil edir.