Quşçulu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]
Quşçulu | |
---|---|
Ölkə | Ermənistan |
Rayon mərkəzindən 12 km şimal-şərqdə, Oxçu çayının sağ sahilində, Xustup dağının cənub-şərq ətəyində yerləşir.
Toponim qədim türk tayfası olan quşçu etnonimi[2] əsasında əmələ gəlmişdir. -lu mənsubluq bildirən şəkilçidir. "Quşçu tayfasına mənsub kənd" deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kəddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144 nəfər, 1904-cü ildə 400 nəfər, 1914-cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 109 nəfər, 1926-cı ildə 126 nəfər, 1931-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır[3]. 1950-ci ildə kənd ləğv edilmişdir.