Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çıxartmaq
Çıxartmaq – 1. müəyyən seçim qaydalarına əməl etməklə hər hansı böyük qrupdan sistemli olaraq elementlərin uzaqlaşdırılması və ya onların təkrarlanması. Proqramlaşdırmada çıxatmaq dedikdə, hansı simvolların uzaqlaşdırılmasını, hansıların isə saxlanmasını müəyyənləşdirən maskadan (şablondan) istifadə etməklə bir simvollar yığınından başqa birinin alınması nəzərdə tutulur. 2. Disketin və ya bənzər yaddasaxlama qurğusunun kompüterdən uzaqlaşdırılması. 3. Disketin, CompactFlash kartın, yaxud başqa yaddasaxlama qurğusunun uzaqlaşdırılması haqqında kompüterə göstəriş vermək. Eject əməli kompüterə verilənlərin qurğuya yazılmasını dərhal dayandırmağı bildirir. Bu zaman qurğu daşıyıcını fiziki olaraq çıxarda da bilər, çıxartmaya da. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Ağ ciyərin ödemi
Ağ ciyərin ödemi – arterial kapillyarlardan süzülən mayenin miqdarı venoz kapillyarlarla və limfa sistemi ilə çəkilən mayedən artıq olduqda baş verən xəstəlik. Ağ ciyərin ödemi qan dövranının sol mədəcik tipli pozulması, böyrəklərin bəzi zədələnmələri və s. səbəblərdən inkişaf edir. == Əlamətləri == Təngnəfəslik, xırıltılı tənəffüs. == Müalicəsi == Ağ ciyərin ödemini törədən səbəblərin aradan qaldırılması, ağır hallarda sidikqovucu dərmanların, ürək preparatlarının (strofantin, korqlikon və s.) tətbiqi.
Ağ ciyərin hava tutumu
Ağ ciyərin hava tutumu — dərin nəfəs aldıqdan sonra buraxılan havanın miqdarı. Normal tənəffüs zamanı alınan və buraxılan, maksimum nəfəsvermə zamanı əlavə buraxılan və maksimum nəfəsalma zamanı əlavə alınan havadan ibarətdir. Kişilərdə, adətən, 3,5–4,5 l, qadınlarda bundan təqribən 25% az, fiziki iş və idmanla məşğul olan adamlarda 6 l və daha çox olur. Sağlam insanda Ağ ciyərin hava tutumu fəaliyyət göstərən ağ ciyər toxumasının azalması — pnevmofibroz, pnevmoskleroz, atelektaz, pnevmoniyalar, abses, kista, şiş, ağ ciyər toxumasının zədələnməsi, kiçik qan dövranında durğunluq, ağ ciyərin tam açılmaması — kifoz, skolioz, döş qəfəsinin deformasiyası, plevra bitişmələri, ekssudativ plevrit, hidrotoraks, diafraqma və qarnın ön divarının hərəkətinin məhdudlaşması, ümumi əzələ zəifliyi nəticəsində baş verə bilər. == Təqdimat == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 146.
Çaxartaq
Çaxartaq (fars. چهارطاق‎) qübbəli və dörd tərəfində dörd tağlı kub formasında bir tikilidir. Sasanilər dövründə (III-VII əsrlər) meydana gəlmişdir. Çaxartağın prototipi hələ günbəzi olmayan tetrapilon ola bilər. Çaxartaq kəsilmiş daşdan tikilib və üstü suvaqla örtülmüşdür. Başlanğıcda Zərdüşt ibadətgahları çaxartaq şəklində idi; daha sonra İslam memarlığı çaxartaq məscid və məqbərələrin inşası üçün uyğunlaşdırmışdır. Xüsusilə İsfahan məscidinin təməli, kubik formadan yarım kürə günbəz formasına keçidin trompetin köməyi ilə əldə edildiyi çaxartaq formasında idi.
Cryptobia cyprini
Cryptobia cyprini (lat. Cryptobia cyprini )-Mastigophora tipinə aid olan növ. == Xarici quruluşu == Cryptobia cyprini Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Nisbətən uzunqamçılar iri, qısa və ya böyük kineto-plastın yaxınlığından başlanğıc götürürlər ki, o da adətən ön qurtaracağa yaxın yerləşir. Ölçüləri kəskin dəyişən nüvə çox vaxt bədənin ön hissəsində yerləşir, bəzən bədənin arxasında da olur. Kinetoplast intensiv rənglənir. Bədənin uzunluğu 12.0–28.5, eni 3.8–9.0, ön qamçının uzunluğu 9.4–16.5, arxa qamçının uzunluğu 6.2–15.7, nüvənin uzunluğu 3.5–6.0, kinetoplastın uzunluğu 3.0–8.0 mkm-dir. == Yayılması == Kür çayı, Araz çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Nohurqışlaq, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. == Həyat tərzi == Sahiblər: çəki, karp balıqlarıdır.
Kriptobiya cyprini

Günah çıxarma
Günah çıxarma (Barışma, etiraf) — Xristianlıqda, tövbəkarların günahlarını bir din adamının qarşısında etiraf edərək bağışlanması. == Günah çıxarma == Günah çıxarma nədir nədir? Televiziyada gördüyümüz kimi etiraf, bütün xristianların tətbiq etdiyi bir tətbiqdirmi? Bunun məqsədi nədir? Müqəddəs Kitaba yəni Qurani Kərimə görə günahları bağışlamaq yalnız Allahın işidir. Xristianlıqda günahları etiraf etmə prinsipinin Katolik Kilsəsi tərəfindən təsis edildiyini, yəni müəyyən forma şərtlərinə bağlı olduğunu bildirir. Fərqli olmasına baxmayaraq, bu etiraf institutu pravoslav və protestant məzhəblərində də baş verir. Protestantlar bunu "Tövbə və günahların bağışlanması" adlandırırlar. Allaha günahlarını etiraf etmək və Allahdan bağışlanmasını istəmək lazımdır. Ancaq qırdığımız və ya incitdiyimiz biri varsa, günahkar hərəkətlərimizi Allaha etiraf edərək bağışlanma diləmək kifayət deyil.
İnformasiya çıxarma
İnformasiya çıxarma (ing. information extraction, rus. извлечение информации, türk. bilgi çıkarma) – təbii (insan) dildə yazılmış sənədlərdən tanınabilən informasiyanın kompüter vasitəsilə çıxardılmasından ibarət hərəkət; məsələn, ingilis dilində hava haqqında məlumatı oxuyub, tarix və temperaturlar cədvəlinin qurulması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Arnavut ciyəri
== Tərkibi == 1 qoyun qaraciyəri, 1/2 stəkan un, 1 stəkan duru yağ, 1.5 şorba qaşığı qırmızı bibər, 2 soğan, 1 dəstə cəfəri, duz. == Hazırlanması == Ciyərin pərdələrini soyun. Yarım barmaq enində dilimlərə doğrayın. Yuyun və sularını süzün. Ciyərlərin suyu yaxşıca süzülüb quruyduqdan sonra una bulayın. Qızğın maye yağa düzərək gözləyin. 1 dəqiqyə qədər bişirin. Tavadan alın. Çıxarıb, üzərinə duz səpin. Tavadaki yağın üçdə birinə qırmızı bibəri səpin.
Ağızdan alov çıxarma
Ağızdan alov çıxarma — alov üzərində tez alışan maddə tökməklə yaranan şou xarakterli hərəkət. Alov adətən düz istiqamətdə və ya qol boyu çıxarılır. Ağızdan alov çıxarma sənətinin Hindistanda yarandığı ehtimal olunur.
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi
Abşeronneft Neft-Qaz Çıxarma İdarəsi — SOCAR "Azneft" İstehsalat Birliyinin neft və qaz çıxarma idarəsi. == Ümumi məlumat == Azərbaycanın neft sənayesi tarixində Pirallahı neftçilərinin, “Abşeronneft” NQÇİ-nin özüllərində yeni paylayıcı qurğular istismara verilməsində özünəməxsus yeri vardır. Pirallahı adasında eyni adlı yatağın əsasında 1936-cı ildə “Abşeronneft” NQÇİ yaradılmışdır. Ancaq burada neft hasilatının tarixi daha qədim dövrdən başlayır. == Tarixi == === XIX əsr === 1861-ci ildə Pirallahı adasında Azərbaycanda ilk dəfə olaraq Almaniyadan gəlmiş əcnəbi əczaçı Vitte tərəfindən kiçik neftayırma-parafin zavodu tikilmiş, orada kerosin və şam istehsal edilməyə başlanmışdır. Qeyd etmək lazımdır ki, bu zavodda xammal kimi adada olan qır və neftdən istifadə edilmişdir. Ümumiyyətlə, Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix vermişdir. O sübut etmişdir ki, adada zəngin neft ehtiyatı vardır. Bundan əlavə, geoloqlar Arxipov, Kraft və Sulukidzenin göstərdiyinə görə Pirallahı adasında hələ 1870-ci ildə neft istismar quyusu olmuşdur. Bu barədə tanınmış geoloq M.V.Abramoviç 1926-cı ildə “Azərbaycan Neft Təsərrüfatı” jurnalında belə yazırdı: “Geoloqlar Sulukidze, Kraft, və Arxipov deyirdilər ki, onlar 1870-ci ildə Pirallahı adasında işləyərkən orada dərinliyi 132 m olan quyudan neft çıxarılırdı.” Təəssüf ki, bu quyunun nə vaxt qazıldığı məlum deyil.
Viperini
Gürzəkimilər (lat. Viperidae) — heyvanlar aləminin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. == Sinonimləri == Viperae—Laurenti, 1768 Viperini—Oppel, 1811 Viperidae—Gray, 1825 == Yarımfəsilələri == Azemiopinae Liem, Marx and Rabb, 1971 Qurbağa gürzələr ?
Çiçerin
Georgi (Yuri) Vasilyeviç Çiçerin (rus. Гео́ргий (Ю́рий) Васи́льевич Чиче́рин; psevdonimləri: Ornatski, Batalin, Mixail Şaronov, Osvedomlennıy; 24 noyabr 1872[…] – 7 iyul 1936[…], Moskva) — Rusiya marksist inqilabçısı, sovet diplomatı, musiqişünası, RSFSR və SSRİ Xarici İşlər Xalq Komissarı (1918–1930), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin I, II, III IV və V çağırış deputatı, Sov.İKP MK deputatı (1925–1930). Çiçerinlər nəslinə bağlı bir ailədə anadan olan Çiçerin Sankt-Peterburq Dövlət Universitetinin Dil və Tarix fakültəsindən məzun olmuş və Rusiya imperiyası Xarici İşlər Nazirliyində işləmişdir. Bu dövrdə marksizmlə tanış olan Çiçerin sosialist qruplarla əlaqə quraraq Almaniya və Rusiyada siyasi fəaliyyət göstərmişdir. O, 1905-ci ildə Rusiya Sosial Demokrat İşçi Partiyasının menşeviklər fraksiyasına qoşulmuşdur. Çiçerin Birinci Dünya müharibəsi illərində bolşeviklərin müharibə əleyhdarı görüşlərini mənimsədiyi üçün siyasi təzyiqə məruz qalmışdır. O, müharibə əleyhinə təbliğat etdiyinə görə İngiltərədə həbs edilmişdir. Çiçerin 1917-ci ildə Rusiyada gerçəkləşən Böyük Oktyabr Sosialist inqilabından sonra ardından Xarici İşlər Komisarı Lev Trotskinin səyi nəticəsində sərbəst buraxılmış və Rusiyaya qayıtmışdır. O, SSRİ rəhbərləri – Vladimir Lenin və Lev Trotskinin qərarı ilə Xarici İşlər Komissarlığında işləməyə başlamışdır. Çiçerin Trotskinin vəzifəsindən istefa verməsindən sonra 1918-ci ilin mart ayında Xarici İşlər Xalq Komissarı olmuşdur.
Georgi Çiçerin

Çiçerin notaları
Çiçerin notaları — 1920-ci ilin yanvarından Aprel işğalınadək Rusiya adından xarici işlər komissarı G.V.Çiçerinin Denikine qarşı birgə mübarizə təklifi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə göndərdiyi notalar. Bu notalar Azərbaycana diplomatik təzyiq səciyyəsi daşıyırdı. == Birinci nota == 1920-ci il 2 yanvar tarixli birinci notada çar generalı Denikinin Azərbaycan və gürcü xalqlarının düşməni olduğu vurğulanır, onun qoşunlarına yubanmadan cənubdan zərbə endirmək təklif olunurdu. Nota amiranəlik və üstüörtülü hədə xarakteri daşıyır: Çiçerinin birinci notasını Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski yanvarın 6-da aldı. Həmin gün Nəsib bəy Yusifbəylinin sədrliyi ilə Dövlət Müdafiə Komitəsinin təcili iclası keçirildi və qərara alındı ki, cavab notasında Azərbaycan Cümhuriyyətinin azad və müstəqil dövlət kimi Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq üçün danışıqlara başlamağa hazır olduğu bildirilsin. F.X.Xoyski yanvarın 14-də G.Çiçerinə cavab notasında yazırdı: == İkinci nota == Çiçerin 1920-ci il yanvarın 23-də Fətəli xan Xoyskiyə ikinci notasını göndərdi. Azərbaycanın müstəqilliyi artıq Antanta dövlətləri tərəfindən tanınmışdı. Buna baxmayaraq, Çiçerinin ikinci notası birinci notaya nisbətən daha amiranə və daha təcavüzkar məzmuna malik idi. İkinci notada Azərbaycan Hökuməti Denikinlə əməkdaşlıqda ittiham olunur, F.X.Xoyskinin birinci notaya cavabı Denikinə qarşı mübarizədən imtina kimi qiymətləndirilir, Denikinin Azərbaycanın müstəqilliyi üçün təhlükə olmasından, milli müqəddəratın həllində sovet hökumətinin prinsiplərindən bəhs edilirdi. Notada Denikinə qarşı birgə mübarizə təklifi yenə təkrarlanır, lakin Azərbaycan Xalq Cümhuriyyətinin tanınması məsələsinin üstündən keçilirdi.
Yerini dəyişən göl
Yerini dəyişən göl (rus. блуждающeе озерo, ing. wandering lakes, divagation lake) — ildən-ilə öz yerini dəyişən göl. Materik daxili arid vilayətlər üçün səciyyəvi hadisə olub, əsasən illik axımın il ərzində qeyri-bərabər paylanması və böyük dəyişkənliyi, çöküntülərin (gətirmələrinin) bolluğu və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar baş verir mis: Lobnor gölünü qidalandıran, Qönçədərə və Tarım çaylarının aşağı hissəsinin daimi olmaması həmin gölün məsafədə yer dəyişməsinə səbəb olur.
Yerini dəyişən moren
Yerini dəyişən moren (rus. морена перемещаемая, ing. moving moraine) — buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın səthində səth, onun içərisində /daxili/ və aşağı hissəsində dib yerləşir. Çökdürülmüş morenlərə, daha doğrusu tam formalaşmış morenlərə qarşı qoyulur.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Görüş yerini dəyişmək olmaz (film, 1979)
"Görüş yerini dəyişdirmək olmaz" (rus. Место встречи изменить нельзя) — 1979-cu ildə SSRİ-də çəkilmiş beşseriyalı televiziya filmidir. Rejissor Stanislav Qovoruxinin bu filmi Vayner qardaşlarının "Mərhəmət erası" romanına əsaslanır. == Məzmun == Filmin hadisələri 1945-ci ilin avqust-noyabr aylarında cərəyan edir. Moskva cinayət axtarış idarəsinin əməkdaşları olan təcrübəli əməliyyat işçisi Qleb Jeqlov və İkinci dünya müharibəsinin cəbhəsindən dönərək idarəyə yenicə qoşulan Vladimir Şarapov "Qara pişik" adlı quldur dəstəsinə qarşı mübarizə aparır. Mübarizəni çətinləşdirən odur ki, müharibə ucbatından yüksək ixtisaslı işçilər azdır və milisionerlər eyni zamanda bir neçə cinayət üzərində istintaq aparmaq məcburiyyətindədir. Lakin quldurlar haqqında şayiələr Moskvada yayıldıqca, rəhbərlik idarəyə yalnız "Qara pişik"lə məşğul olmağa göstəriş verir. Filmdə bir çox gözlənilməyən hadisə baş verir. Belə ki, taqsırı demək olar ki, tam sübuta yetirilən Qruzdev günahsız çıxır, cinayət axtarış idarəsinin əməkdaşlarından biri qorxaqlıq və satqınlıq nümayiş etdirir, quldurların biri isə müharibə zamanı Şarapovla bir bölükdə döyüşübmüş. Filmin son seriyasında dəstə üzvləri həbs olunur, Şarapovun bölük yoldaşı Levçenko isə qətlə yetirilir.