Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Döyüşçü
Döyüşçü (film, 2011)
Qoçüstü
Qoçüstü- Naxçıvan şəhərinin şərqində, Naxçıvançayın sağ sahilində 11-18-ci əsrlərə aid yaşayış yeri. == Ümumi məlumat == Hаzırdа yаşаyış yеrinin ərаzisi "Yеni Nахçıvаn"ın müаsir tikintiləri ilə örtülmüşdür. Yаşаyış yеrində mədəni təbəqə tikinti işləri görülərkən dаğıdılmışdır. 1994-cü ildə yаşаyış yеrinin ərаzisində V.B.Bахşəliyеv və Ə.İ.Nоvruzlu tərəfindən аpаrılаn kəşfiyyаt işləri nəticəsində оrtа əsrlərə аid gil qаblаr аşkаr еdilmişdir. Tikinti zаmаnı əmələ gəlmiş kəsiklərdə mədəni təbəqə 0,5-1 m qаlınlığındа sахlаnmışdı. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrdаn ibаrət idi. Təbəqədə çiy və bişmiş kərpic qırıqlаrınа təsаdüf еdilirdi. Əldə еdilmiş tаpıntılаrа əsаsən Qоçüstü yаşаyış yеrini ХI-ХVIII əsrlərə аid еtmək оlаr.
Yolüstü
Yolüstü — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Əhali == Əhalisi 1587 nəfərdir.[mənbə göstərin] == İnfrastruktur == 17 sentyabr 2012-ci ildə 360 şagird yerlik Yolüstü kənd tam orta məktəbi fəaliyyətə başlamışdır. == Din == Kənddə Yolüstü kənd məscidi dini icması fəaliyyət göstərir.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. == Mənbə == Damüstü qurğular.
Doşulu
Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Doşulu oyk., düz. Cəbrayıl r-nunun Balyand i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Döyüşçü (İrəvani)
Döyüşçü — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir. Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir.
Muzdlu döyüşçü
Muzdlu döyüşçü (ing. Mercenary; rus. Наёмник) — Hər hansısa müharibəyə mənfəət əldə etmək üçün qatılan döyüşçü. Muzdlu döyüşçülər iştirak etdikləri döyüşlərin siyasi və ya iqtisadi nəticələri ilə maraqlanmayaraq onlara vəd edilən mükafatın əldə olunmasına maraqlı olurlar. Fərdi şəkildə muzdlu döyüşçülər olduğu kimi bu işlə qrup, tayfa və ya təşkilat formasında məşğul olma hallarıda tarixdə görülmüşdür. == Tarixi == Bir çox Yunan muzdlu döyüşçü Yunan-İran müharibələri zamanı Əhəmənilər İmperiyası tərəfindən döyüşmüşdür.
Qoçüstü nekropolu
== Coğrafi mövqeyi == Qoçüstü nekropolu, Qoçüstü yaşayış yeri yaxınlığında orta əsrlərə aid arxeoloji abidə. == Haqqında == Оrtа əsrlərə аid qəbirlər şərq-qərb istiqаmətinə yönəlmişdir. Qəbirlərdən bəzisinin üzərinə bоz və çəhrаyı dаşlаrdаn yоnulmuş qоç fiqurlаrı qоyulmuşdur. Qоç fiqurlаrı hələ kеçən əsrdə qırılıb dаğıdılmış, bir qismi isə nаməlum аdаmlаr tərəfindən аpаrılmışdır. 1926-cı ildə Nахçıvаndа оlаn V.M. Sısоеv burаdа sаlаmаt qаlаn bir qоç fiquru hаqqındа məlumаt vеrmişdir. Yеrli əhаlinin məlumаtınа görə sоn vахtlаrа qədər həmin dаş qоçun yеrləşdiyi ərаziyə və dаş qоçа sitаyiş оlunmuşdur. Uşаğı оlmаyаn qаdınlаr niyyət еdib bu dаş qоçun аltındаn kеçmişlər. Hаzırdа nеkrоpоlun ərаzisi tаmаmilə dаğılmışdır.
Aaxen döyüşü
Aaxen döyüşü — İkinci Dünya müharibəsi zamanı, 2–21 oktyabr 1944-cü il tarixlərində Aaxen vilayətində və şəhərin özü uğrunda ABŞ və Almaniya qoşunları arasında döyüş. == Döyüş == 7 oktyabrda Ziqfrid xəttinə qarşı döyüşlərdə Kortni Hocesin komandanlığı altındakı 1-ci ABŞ Ordusu Aaxen istehkamlarına hücum etmişdir. Bir sıra döyüşlərdən sonra şəhər 10 oktyabrda mühasirəyə alınmışdır ​​və üç gün sonra amerikalılar şəhərə daxil olmuşdur. Buna baxmayaraq, alman qarnizonu yalnız 21 oktyabrda təslim olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Aaxen döyüşü ilə əlaqəli mediafayllar var.
Adrianopol döyüşü
Adrianopol döyüşü — Qədim dünya tarixinin ən əhəmiyyət kəsb edən vuruşmalarından biridir. Döyüş 378-ci il avqustun 9-da Roma imperatoru Valentin ilə Fritxigernin komandanlıq etdiyi vestqotlar arasında baş vermişdir.. Döyüş Adrianopoldan (Türkiyənin Avropa hissəsində Yunanıstan və Bolqarıstanın sərhəddində yerləşən indiki Ədirnə şəhəri) 13 km şimalda olmuşdur. Romalılar döyüşdə məğlub olmuş, imperator Valentin öldürülmüşdü. Adrianopol döyüşü Roma imperiyasının süqutunu sürətləndirmişdir.
Afrin döyüşü
Əfrin və ya Ərz əl-Hatim döyüşü — 29 iyun 1149-cu ildə Raymond de Poitiers və Əli ibn Vəfanın komandanlığındakı birləşmiş Antioxiya knyazlığı və Xaşxaşilərin ordusu ilə Suriya atabəy bölmələrinin müttəfiq xaçlı ordusunu yox etdiyi, Antioxiyanı yağmaladığı və xristian knyazlığının şərq torpaqlarını işğaldan qurtardığı döyüşlərdən biridir. == Arxa plan == Atabəy Nurəddin Zənginin atası İmaməddin Zənginin 1146-cı ildə ölümündən sonra Raimund de Poitiers Hələb əyalətini işğal etdi. Bununla birlikdə, 1147-ci ildə Nurəddin Zəngi Hələbin nəzarətini geri aldı və Şamı xaçlılara qarşı uğurla müdafiə etdi. Bundan sonra, 1148-ci ilin sonunda Antioxiya knyazlığını işğal etdi və Apameanı mühasirəyə aldı. Raimund onu məğlub etdi və cəbhəxanasını ələ keçirdi. Atabəy bir neçə ay sonra Jaqra hücum etmək üçün geri döndüyündə Raimund onu yenidən Hələbə geri çəkilməyə məcbur etdi. 1149-cu ilin iyununda Nurəddin Zəngi Antioxiya knyazlığını yenidən işğaldan azad etdi və Şam hökmdarı Unur və türkmənlərin dəstəyi ilə İnab qalasını mühasirəyə aldı. Atabəyin çoxu at üstündə olmaqla, təxminən 6 min döyüşçüsü var idi. Raimund və qonşusu Edessa qrafı II Josselin 1146-cı ildən Raimundun Jesselinə yardım üçün qoşun göndərməməsindən sonra düşmən olmuşdular. II Josselin Raimonda qarşı Nurəddin Zəngi ilə ittifaqa belə girdi.
Aksi döyüşü
Aksi döyüşü — e.ə. 31-ci il sentyabrın 2-də Qədim Romada vətəndaş müharibəsi dövründə Aksi burunu yaxınlığında dəniz döyüşü. Oktavianın Aqrippanın komandanlığı altında döyüşən 260 gəmidən ibarət donanması həlledici vuruşda Antoni və Kleopatranın 230 gəmidən ibarət donanmasını əzmişdir. Döyüşün qızğın çağında savaşın uduzulduğunu zənn edən Kleopatra Misir donanmasına döyüşdən çıxmaq haqqında əmr verdi. Vuruşan gəmilər arasından sivişib qaçan 60 gəmi araya çaxnaşma saldı. Antoni Kleopatranın xəyanətinə inana bilmirdi. Antoni onun uğrunda vuruşub-ölən döyüşçüləri tərk edərək sürətli gəmiyə minib Kleopatranın ardınca getdi. Antoninin sərkərdəsiz qalmış donanması məğlubıyyətə uğradı və təslim oldu. Antoni ilə Kleopatra Misir İsgəndəriyyəsinə gəldilər.
Alacadağ döyüşü
Alacadağ döyüşü — 1877-1878 Rusiya-Osmanlı müharibəsi gedişatında baş tutan döyüş. Qarsın Diqor bölgəsində baş tutan döyüş rusların qələbəsi ilə başa çatmışdır.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Alaşkert döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. == Arxaplan == Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi.
Alaşəhər döyüşü
Alaşəhər döyüşü və ya Antioxiya ad Maeandrum döyüşü — Nikeya imperiyası ilə Anadolu Səlcuqlu dövləti arasında 1211-ci ildə baş vermişdir. Türklərin məğlubiyyəti, Kiçik Asiyanın Ege bölgəsinin sahilində İznik hakimiyyətini davam etdirdi. Səlcuqlu sultanı I Qiyasəddin Keyxosrov döyüş meydanında öldürüldü. Döyüş Aydının Quyucak bölgəsində olan modern Yamalak qəsəbəsi yaxınlarında baş vermişdir. == Arxa plan == İstanbulun IV Səlib yürüşü (1204) qüvvələri tərəfindən ələ keçirilməsinin və Bizans imperiyasının bölünməsinin ardından 1208-ci ildə imperator olan Teodoros Laskaris (1205-1222) qərbi Anadolunun köhnə Bizans torpaqlarında güc formalaşdırdı. Yeni hakimiyyət Nikeya imperiyası olaraq bilinəcəkdi. İznik Bizans imperiyasının mirasına haqq iddia edən başlıca rum varis dövlətlərindən biri idi, digər varis dövlətlər Epirus və daha sonra Yunanıstanın qərbindəki Selanik imperiyası idi. İznik xaçlılar tərəfindən qurulan yeni Latın imperiyası tərəfindən şimaldan və şərqdən Anadolu Səlcuqlu dövləti tərəfindən təhdid edilirdi. Səlcuqlular ilə edilən sülh 1211-ci ilin əvvəllərində köhnə Bizans imperatoru III Aleksiosun (1195-1203) Antalya limanına çatmasıyla pozuldu. Başda Səlcuqlu tərəfindəki Əli ibnül Əsir və Nikiforos Qriqoras adlı əsərləri olmaqla, yaxın çağdaş qanaqlar ilə digər əsərlərdə istinadlarla Nikitas Honiatis tərəfindən Teodoros Laskaris şərəfinə yazılan yazıda döyüş haqqında bəzi detallar mövcuddur.
Almaqulağı döyüşü
Almaqulağı döyüşü — 21 iyun 1503-cü ildə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut etdi. == Döyüş ərəfəsi == 1503-cü ilin yazında I Şah İsmayıl Qənbər ağa adlı müridini məktubla Sultan Muradın yanına göndərib, ondan itaət etməsini tələb etdi. Səfəvilərlə Ağqoyunluların qohumluq əlaqələrini xatırladan qızılbaş rəhbəri onun hakimiyyətini tanıdığı təqdirdə İraqi-Əcəmin bir hissəsini Sultan Murada təklif edirdi. Sultan Muradın cavabı mənfi oldu. Belə olduqda İsmayıl 12 min nəfərlik qoşunla Təbrizdən çıxaraq, Qızılüzən çayını keçdi və cənuba – Həmədana doğru hərəkət etdi. Sultan Murad 70 min nəfərlik böyük qoşun topladı. == Döyüşün gedişatı == Şah İsmayıl tərəfindən Xüləfa bəy və Mənsur bəy Qıpçaği irəlidə hərəkət etmək üçün başçı təyin edildilər. Qarapiri bəy Qacar isə 1500 süvari ilə ehtiyatda saxlanıldı. Qalan qızılbaş əmirləıri – Dədə bəy Talış (Əbdüləli bəy Dədə də odur), Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı, Bayram bəy Qaramanlı, Əbdi bəy Şamlı, Yeqan bəy Təkəli, Sarı Əli (möhrdar) cinahlarda, İsmayıl özü isə mərkəzdə mövqe tutdular.
Amara döyüşü
Amara döyüşü — 19 oktyabr ilə 20 oktyabr 2006-ci il aralığında keçirilmiş, Bədr Təşkilatının çoxsaylı üzvləri ilə Mehdi Ordusu və polislər arasında baş vermiş döyüşdür. == Arxa planda == Amara şəhəri nisbətən müharibə zamanı dinc şəhərlərdən idi. Həmin zamanlarda bu şəhərdə bir-birilə rəqabət aparan polis orduları, Bədr Təşkilatı və Mehdi Ordusu mövcud deyildi. Müharibənin əvvəllərində xeyli rəqib fraksiyalar arasında və məqsədli istiqamətində döyüşlər olub. Britaniya qüvvələri OMS polis ordusu ilə gündəlik təmasda olub. İraq minaatan atəşgahı ilə birlikdə ordu onların qərargahı idi. Britaniya qüvvələri 2006-cı ilin avqustunda Amaranı tərk etdi və İraq hökuməti şəhərə nəzarəti bərpa etdi. Oktyabrın ortalarında Amarada yol kənarında Bədr Təşkilatına məxsus bombanın partlaması nəticəsində Amaranın Polis Rəisi həlak oldu. Buna cavab olaraq, polis Mehdi Ordusunun üzvü olan və şübhəli bilinən terrorçunun qardaşını əsir götürdü. == Döyüş == Döyüşlər oktyabrın 19-da başladı.
Ambon döyüşü
Ambon döyüşü — Hiderland Ost-Hindi əməliyyatı çərçivəsində quruda baş vermiş döyüş. Döyüş Ambon adasında 1942-ci ilin 30 yanvarından 3 fevralına qədər davam etmişdir. Burada Hollandiya və Avstraliya qüvvələri müştərək şəkildə yaponlara qarşı müqavimət göstərmişlər. == Tərəflərin qüvvələri == === Müttəfiqlər === Müharibədən öncə bölgədə sayı 2800 çatan Molukk briqadasına sahib hollanlar və 2 batalyondan ibarət olan Avstraliya qüvvələri cəmləşmişdi. Avstraliya qüvvələri adaya 17 dekabrda gətirilmiş və sayları cəmi 1100 nəfərdən ibarət olmuşdur. Hollandların qüvvələri Kral holland ost-hind ordusu adlanırdı. Hollandların vəziyyəti bu ərəfədə hecdə ürək acan deyildi. Səbəb isə ölkənin avropa hissəsi nasist Almaniyası tərəfindən işğal olunması idi. === Yaponiya === İlk hücum yapon dəniz donanması tərəfindən həyata keçirilir. Hücum zamanı təyyarə daşıyan "Xiryo" və "Soryo", ağır kreyser "Nati" və "Mioko", üztəlik yükgül kreyser "Dzinsu" və 15 esmins iştirak etmişdir.
Amid döyüşü
Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. == Tarixi == II Şapurun Romanın Şərq sərhədlərinə doğru yürüşə hazırlaşdığı vaxt Şərqi Roma İmperatoru II Konstantin general Sabinianı Şərqdəki Roma ordularının komandanı təyin edir. II Şapur Romaya qarşı hərbi səfərə 359-cu ildə başladı. Onun bu yürüşdə müttəfiqləri isə xionidlər, gelanilər, seqestanilər və albanlar idi. Alban döyüşçülərinin başında qədim Azərbaycan dövləti olan Albaniya hökmdarı Urnayr idi. Sasani ordusu Amid şəhərinə kimi heç bir müqavimətə rast gəlmədi. Səbəbi isə o idi ki, amid şəhərinə qədərki bütün Roma şəhərləri sasanilərə təslim olmuşdu. Şəhərlərdəki Roma legionları isə Amid şəhərinə doğru qaçırdılar. Çünki, II Şapurun yürüşündən əvvəl İmperator II Konstansi tərəfindən divarları möhkəmləndirlən Amid şəhəri Sasanilərə təslim olmamışdı. Şəhəri mühasirəyə alan II Şapur əvvəlcə şəhərdəki Roma qarnizonuna könüllü şəkildə təslim olmalarını təklif etdi.
Ankara döyüşü
Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı. == Ümumi məlumat == Ankara Döyüşü, Teymurla İldırım Bəyazid arasında 20 iyul 1402-ci ildə Ankara ya 20 km. yaxınlıqdakı Çubuq Düzənliyində olmuşdur. Döyüş olmadan əvvəl Teymur, İldırım Bayezidə dörd məktub göndərmiş, İldırım Bəyazid dörd məktubla ona cavab vermişdir. Ancaq bu yazışmalar döyüşü önləyə bilməmişdir. Döyüşün qalibi Teymur olmuş, İldırım Bəyazid əsir düşmüşdür. Bu dörd məktub və cavablarının Türkcə surətləri, Konya Bələdiyyəsi Koyunoğlu Kitabxanası nr. 13435də qeydli olan əl yazması Münşeat və Mükatabatı Sultanıya məcmuəsində mövcuddur. == Döyüşün gedişi == Osmanlı sultanı I Bəyazid İldırımın 70 min ordusuna qarşı Teymurləng 150 minlik ordu və 32 fillə çıxdı.
Arazbar döyüşü
Arbedo döyüşü
Arbedo döyüşü — Milan hersoqluğu ilə İsveçrə konfederasiyası arasında 30 iyun 1422-ci ildə baş vermiş döyüş. == Zəmin == 1419-cu ildə Uri və Untervalden kantonları Bellinson qalasını Sakko baronlarından satın aldılar, lakin onlar qalanın müdafiəsini təmin edə bilmədilər. Belə olduqda, Milan hersoqluğu kantonlara hərbi cəhətdən möhkəmləndirilmiş şəhəri onlardan satın almağı təklif etdi, lakin kantonlar 1422-ci ildə bu təklifdən imtina etdilər. 1407-1419-cu illər arasında Uri və Untervalden Bellinson şəhərini və mahalını Saks baronlarından satın alana qədər, 1419-cu ilə qədər Bellinson Konfederasiya üçün dost şəhər hesab olunurdu. Bundan qısa müddət sonra kondotyer (muzdluların komandiri) Françesko Bussone da Karmanol başda olmaqla Viskonti ailəsinin qoşunları İsveçrə qarnizonunu qovdu və qalanı işğal etdi. Şəhəri geri almaq üçün isveçrəlilər 2500 əsgərdən ibarət böyük bir ordu topladılar və Sen-Qotarddan keçərək Bellinsona getdilər, lakin burada uğursuz hücumdan sonra şəhərin şimalında düşərgə saldılar. == Döyüş == 1419-cu il iyunun 30-da Karmanol İsveçrə düşərgəsinə qəfil hücum etdi. İsveçrəlilər tezliklə kvadrat şəklində düzülüb düşmənin bir neçə süvari hücumunu dəf etdilər. Bundan sonra Karmanyol öz süvarilərinə sürətlə İsveçrə meydanına əsas hücuma keçməyi əmr etdi. Milanlıların sayca üstünlüyü (16.000 əsgər, o cümlədən 5 min nəfər atlı) düşməni geri çəkilməyə vadar etdi.
Aslandüz döyüşü
Aslandüz döyüşü — 1812-ci il oktyabrın 10-da Rusiya-İran arasında Cənubi Azərbaycanda,Muğan ərazisində olan, Rusiyanın qələbəsi ilə nəticələnən döyüş. Bu ərazinin Azərbaycan tarixində xüsusi bir rolu vardı. Gülüstan müqaviləsinə yol, məhz Aslandüzdən keçirdi. Böyük Britaniya hökuməti qüvvədən düşmüş İran ilə Rusiya arasında barışığa yol verməməyə çalışırdı. 1810-cu ildə general Malkolm yenidən İrana gəlib çoxlu top və tüfəng gətirdi. 1811-ci ildə Ouzli Harvord Consun yerinə Tehrana böyük elçi göndərildi. O, 1809-cu il müqaviləsi üzrə nəzərdə tutulan pul yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 12 top,12 min mərmi,12 min tüfəng,12 min əsgərin geyimi üçün mahud göndərildi. 1810–1811-ci illərdə Türkiyə ilə savaşda Rusiyanın bəzi uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da Buxarest sülh müqaviləsi imzalandı.