Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş.
Amidin mühasirəsi | |||
---|---|---|---|
337–361-ci illərdəki Fars-Roma müharibələri | |||
Tarix | 359 | ||
Yeri | Amid, Mesopotamiya | ||
Nəticəsi |
Sasanilərin qələbəsi[1]
|
||
Ərazi dəyişikliyi | Sasanilər Amidi ələ keçirirlər. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
II Şapurun Romanın Şərq sərhədlərinə doğru yürüşə hazırlaşdığı vaxt Şərqi Roma İmperatoru II Konstantin general Sabinianı Şərqdəki Roma ordularının komandanı təyin edir. II Şapur Romaya qarşı hərbi səfərə 359-cu ildə başladı. Onun bu yürüşdə müttəfiqləri isə xionidlər, gelanilər, seqestanilər və albanlar idi. Alban döyüşçülərinin başında qədim Azərbaycan dövləti olan Albaniya hökmdarı Urnayr idi.
Sasani ordusu Amid şəhərinə kimi heç bir müqavimətə rast gəlmədi. Səbəbi isə o idi ki, amid şəhərinə qədərki bütün Roma şəhərləri sasanilərə təslim olmuşdu. Şəhərlərdəki Roma legionları isə Amid şəhərinə doğru qaçırdılar. Çünki, II Şapurun yürüşündən əvvəl İmperator II Konstansi tərəfindən divarları möhkəmləndirlən Amid şəhəri Sasanilərə təslim olmamışdı. Şəhəri mühasirəyə alan II Şapur əvvəlcə şəhərdəki Roma qarnizonuna könüllü şəkildə təslim olmalarını təklif etdi. Lakin romalılar onun təklifini qəbul etmədilər. Cavab olaraq şəhər qarnizonu sasaniləri ox yağışına tutmağa başlayırlar. Bu zaman sasanilərlə müttəfiq olaraq onlara yungül suvari dəstələrlə kömək edən Qrumbatın oğlu atılan oxlarla ölür. Oğlunun öldürülməsindən hiddətlənən Qrumbat romalılardan intiqam almaq üçün şəhərə hücum edir. Müttəfiqini itirmək istəməyən II Şapur da bu zaman hücuma keçir. İki gün ərzində sasanilər mühasirə qüllələrindən istifadə edərək şəhərə hücum etsələr də onların bu hücumu uğursuzluqla nəticələnir. Bu zaman şəhərdə vəba xəstəliyi də yayılmağa başlayır. Mühasirənin onuncu gününə kimi davam edən bu xəstəlik nəticəsində şəhərdəki roma qarnizonu ciddi itki verir. Sasanilər mühasirə qüllələri və digər mühasirə qurğuları ilə şəhərin divarlarına çıxmağa cəhd etsələr də, romalılar həmin mühasirə qurğularını yandırmağa müvəffəq olurlar. Bundan qəzəblənən sasanilər şəhər ətrafında olan kəndləri yağımalayır, əkin sahələrini viran qoymağa başlayırlar. Şəhər divarlarını bütövlükdə mühasirəyə alan sasanilər müttəfiqlərini qalanın müxtəlif istiqamətlərinə təyin edirlər. Belə ki, qalanın şərqinə xionidlər, cənubuna gelanilər, şimalına albanlar, qərbinə isə seqestanilər təyin edilir. Mühasirə zamanı sasanilər döyüş fillərindən də istifadə etmişdilər. 73 günlük mühasirədən sonra Amid şəhəri ələ keçirildi. Sasanilər və müttəfiqləri bu döyüşdə təqribən 30 min əsgər itirmişdilər. Bu qələbə nəticəsində Albaniyanın işğal olunmuş Arsak, Marlar ölkəsi (Naxçıvan) və Kaspiana vilayətləri geri alındı. Sasani qoşunları Ağrıdağ vilayətini tutdular. Amid döyüşü II Şapurun qələbəsi ilə başa çatdı.