Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dizgah Məhəllə (Talış)
Dizgah Məhəllə (fars. ديزگاه محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 517 nəfər yaşayır (115 ailə).
Dizaği
Dizaği — təxəllüs.
Dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. === İşləmə prinsipi === Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. === Konstruksiyası === Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Pirqax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd.
Dippax
Dippax (lüksemb. Dippech) Lüksemburqun cənub-qərbində bir kommuna və kiçik bir şəhərdir. Lüksemburq bölgəsinin bir hissəsi olan Capellen kantonunun bir hissəsidir. Kommunanın inzibati mərkəzi Schouweilerdir. Alzettin qolu olan Mess çayı buradan qalxır. 2005-ci ildən etibarən, kommunanın şimal-şərqində yerləşən Dippach şəhərinin 790 əhalisi var. Kommunanın digər kəndləri arasında Bettange-sur-Mess, Schouweiler və Sprinkange də var.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Digah
Digah (Abşeron) — Azərbaycanın Abşeron rayonunda kənd. Digah (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Digah (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Digah (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd. Digah (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Yuxarı Digah — Azərbaycanın Quba rayonunda kənd.
Dizac
Dizac (Üskü)
Dizaq
Dizaq mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri. == Mahal haqqında qısa məlumat == Sahəsi - Əhalisi - Yaranması — 1737-ci il Paytaxtı— Tuğ kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı. == Tarixi == Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir.
Dizmar mahalı
Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal. == Tarixi == Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər.
Dizmar sancağı
Dizmar sancağı və ya Dizmar livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizmar idi. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.
Diznab (Bostanabad)
Diznab (fars. ديزناب‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 202 nəfər yaşayır (46 ailə).
Konstantin Lizqar
Konstantin Nikolayeviç Lizqar (1882 – 15 may 1920) — Azərbaycan Xalq Cümhuriyyətinin ərzaq naziri, Slavyan-Rus Cəmiyyətinin sədri. == Həyatı == Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuşdur. 1914-cü ildə leytenant rütbəsi ilə orduya sıralarına cəlb olunub. 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Aprel işğalından sonra Bakının Qorçakovski 14 ünvanında yaşayan, sabiq ərzaq naziri və Slavyan-Rus Cəmiyyətinin sədri Konstantin Lizqar ilk həbs edilənlərdən oldu. 1920-ci ilin mayın 2-də XI Qırmızı Ordu İnqilabi Şurası yanındakı Xüsusi Şöbə tərəfindən 292 saylı həbs vərəqi əsasında azadlıqdan məhrum edilib. Həbs vərəqində 38 yaşında olması, orta təhsilli, ixtisaslı zabit, neft sənayesi sahəsində çalışması, ailəliyi ilə bağlı qeydlər var idi. 1920-ci ilin mayın 15-də istintaqın çıxardığı qərar əsasında, yəni “1917-ci ildən əksinqilabi fəaliyyətə başlayan, Beynəlmiləlin yaxınlaşan təhlükəsinə qarşı 1918-ci ildə Slavyan-Rus Cəmiyyətini yaradan, sədr kimi onun Sovet Rusiyasına qarşı fəal mübarizəsinə rəhbərlik edən, bütöv, vahid, bölünməz Rusiyanın xilası uğrunda şüurlu mübarizədə Könüllü Ordu, İngiltərə və Amerikanın nümayəndələri ilə görüşən, əksinqilabi ideyalarını yaymaq üçün qəzet nəşr edən” Konstantin Lizqar XI Ordu Xüsusi şöbəsinin 15 may 1920-ci il tarixli qərarı ilə güllələndi. Konstantin Lizqar bolşeviklər tərəfindən güllələnən ilk Azərbaycan Xalq Cümhuriyyəti naziri olmuşdur.
Linckia diplax
Linckia guildingi (lat. Linckia guildingi) — heyvanlar aləminin dərisitikanlılar tipinin dəniz ulduzları sinfinin valvatida dəstəsinin ophidiasteridae fəsiləsinin linckia cinsinə aid heyvan növü.
Metalkəsən dəzgah
Dəzgah verilmiş hər hansı bir pəstahın alətlə emal etmək qabiliyyətinə malik olan maşınlara deyilir. Praktikada dəzgahlar materialları kəsmək, soyuq halda emal etmək və ya birləşdirmək üçün tətbiq edilir. === İşləmə prinsipi === Hissəyə forma verilməsi üçün dəzgah alət və pəstah arasında kinematik hərəkəti yerinə yetirmək üçün ötürmə sisteminə malikdir. Kinematik hərəkətdə əsas, yəni kəsici və köməkçi hərəkət, yəni boş gedişdəki hərəkətlər fərqlənirlər. Əsas hərəkət çox vaxt fırlanma ilə, köməkçi hərəkət isə verişlə xarakterizə olunur. Mətnin sındırılmasıMexaniki emalda tətbiq olunan dəzgahların əsas məqsədi pəstahı kəskilərlə yonaraq emal etməkdən ibarətdir. Soyuq halda emalda isə dəzgah metalların təzyiq altında deformasiya edərək ona lazımi formanı verir. Dəzgahların emal dəqiqliyi normal halda 1 mkm həddində, dəqiqliyi artırılmış dəzgahlarda isə 0,001 mkm olur. Tətbiq olunan alətlərin tilləri adətən bərk xəlitə, keramik, almaz və ya bornitrid əsaslı materiallardan hazırlanır. === Konstruksiyası === Dəzgahların hərəkətli hissələrini bir-biri ilə stabil birləşdirmək üçün çüqündan və ya polimerbetondan hazırlanmış ağır gövdədən istifadə edilir.
Toxucu dəzgah
Toxucu dəzgah — üfüqi istiqamətdə torpağa və ya döşəməyə uzadılan, yaxud şaquli istiqamətdə yuxarısı divara, aşağısı döşəməyə və ya torpağa dayanan parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah Qədim zamanlarda köçəri həyat sürən insanlar yeraltı qazmaları, damları, çadırları, tavanı alçaq kənd evlərini üçün xarakterik olduğundan xalça dəzgahlar üfüqi şəkilıdə qurulmuşdur. Ərişlərə lazım olan tarımlıq yerə bərkidilmiş ağacları oxlarla birləşdirən iplərin qısaldılması ilə verilmişdir. Buna görə də köçəri həyat sürən insanlar üçün üfüqi dəzgahlar əlverişsiz olmuşdur, çünki toxuma prosesində toxucu belini əydiyindən fiziki cəhətdən yorulmuş və əmək məhsuldarlığı aşağı düşmüşdür. Bu səbəbdən müəyyən müddət sonra üfüqi dəzgah təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür.
Yefim Dziqan
Yefim Lvoviç Dziqan (2 (14) dekabr 1898, Moskva – 31 dekabr 1981, Moskva) — Rus-sovet kinorejissoru, SSRİ xalq artisti. == Həyatı == Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. == Filmoqrafiya == Fətəli xan (film, 1947) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 383.
Zeynep Dizdar
Zeynep Dizdar (14 iyul 1976, İstanbul), Türk pop musiqiçisi, söz yazarı.
Üfiqi dəzgah
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Şaquli dəzgah
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Ece Dizdar
Ece Dizdar(13 may 1979 və ya 23 noyabr 1981, İstanbul) — O, Türk aktrisa və tərcüməçidir. == Həyatı == 23 noyabr 1981-ci ildə İstanbulda anadan olub. Atasının sualtı qayıqlarda işləməsi səbəbindən uşaqlıq illərində Türkiyənin bir çox şəhərlərində və Pakistan, Belçika, İngiltərə kimi ölkələrdə yaşayıb. O, ümumiyyətlə getdiyi yerlərdə DoDDS Amerika məktəblərində oxuyub. O, 12 yaşında Belçikada məktəb klubu musiqilərində oynayaraq aktyorluğa başlayıb. Orta məktəb illərində musiqili aktyorluq, səs və rəqs ixtisasları üzrə təhsil alıb, uşaq konservatoriyasının tərkibində 2 il səhnəyə çıxıb. Marmara Universitetinin Ünsiyyət fakültəsini bitirdikdən sonra Londona köçən aktrisa ARTSED aktyorluq akademiyasında təqaüdlə aktyorluq təhsilini tamamlayıb və peşəkar aktyorluq karyerasına qədəm qoyub. O, 2002-ci ildə "En Son Babalar Duyar" serialında adını açıqlayıb. İstanbulda "Esir Şehrin İnsanları", "Karakol", "Al Yazmalım", "Şubat", "Güneşi Beklerken" kimi bir çox televiziya layihələrində iştirak edib. Daha sonra rejissorluğu və ssenarisini Onur Ünlü olan "Beş Kardeş" serialında "Taverna şarkıcısı Şevval" obrazını canlandırıb.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — türk aktrisası. Kann və Qızıl Portağal kinofestivallarının "Ən yaxşı aktrisa" mükafatları da daxil olmaqla müxtəlif mükafatlara sahibdir. == Həyatı == === Karyerası === Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala 18 Mart Universitetinin Aktyorluq fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və "Craft Theatr"-da davam etdirir. İlk tammetrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə oynayıb. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. === Şəxsi həyatı === 2018-ci ildə ailə quran aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Bayramkənd (Dizak)
Bayramkənd - Yuxari Qarabagın Dizak nahiyəsində kənd adı. == Həmçinin bax == Qarabağ == Ədəbiyyat == Budaqov B.Ə. Azərbaycan toponimlərinin problemləri. “Azərbaycan onomastikası problemlərinə dair”. Bakı, 1986.
Digah (Abşeron)
Digah — Azərbaycan Respublikasının Abşeron rayonunun Digah qəsəbə inzibati ərazi dairəsində şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. == Tarixi == Digah Abşeron rayonunun Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşudur. Digər kəndlərdə oldugu kimi Digah kəndinində tarixi tam öyrənilməmişdir. Lakin bu ərazidə olan abidələr kəndin qədim olmasının göstəricisidir. Digahda tunc dövrünə aid göldə mövcuddur. Kənd əsasən Tərəkəmə türk tayfasından mövcuddur. Daha sonra isə kəndə müxtəlif ərazilərdən, o cümlədən Cənubi Azərbaycan-İrandanda insanlar gəlmişlər. Hal-hazırdada Digahda Şahsevərlər məhəlləsi mövcuddur. Aparılan araşdırmalar nəticəsində kənd ərazisində qədim dövrlərə aid heyvan sümükləri aşkar olunmuşdur.
Digah (Lerik)
Digah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lerik rayonunun Qosmalyan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.