Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ekzosfer
Ekzosfer (q.yun. ἐκτός — "xarici", "kənar" və σφαῖρα — "sfera") — Yer səthindən 600–1000 km hündürlükdə başlayan və 10 000 km hündürlüyədək uzanan atmosfer təbəqəsi. Atmosferin ən üst təbəqəsidir. Ekzosferin aşağı və orta hissələrində oksigen və azot atomlarının, yuxarı hissələrində isə yüngül qazların, əsasən də ionlaşmış hidrogen atomlarının nisbi miqdarı artır.
Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir. Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir.
Geosfer
Geosfer (yun. γῆ — "Yer" və σφαῖρα — "kürə") — Yer kürəsini əmələ gətirən sferik qatların (bütöv və ya fasiləli) ümumi adı. Geosfer qatları bir-birindən kimyəvi tərkibinə, aqreqat vəziyyətinə və fiziki xüsusiyyətinə görə fərqlənir. Kənardan Yerin mərkəzinə doğru maqnitosfer, atmosfer, hidrosfer, litosfer (yer qabığı və substrat), mantiya və Yerin ayrılır. Həmçinin xüsusi təbəqələr — biosfer və coğrafi təbəqə ayrılır.
Mezosfer
Mezosfer (yun. μεσο — "orta" və σφαῖρα — "sfera") — atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi. Təqribən 50 km-dən 80–85 km-dək yüksəklikdə yerləşir.
Noosfer
Noosfer (yun. noos) – ağıl və (yun. sphaira) (rus. ноосфера, ing. noosphere, yun. νόος — şüur və σφαῖρα — sfera, dairə, təbəqə) — planetin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsidir. == Geomorfoloji termin == Noosfer məfhumu 1927-ci ildə fransız alimləri Elmə Teyyar de Şarden və E. Le-Rua tərəfindən gətirilmişdir. Vernadski isə bu anlayışı inkişaf etdirmişdir. Noosfer insanın kosmosa çıxması və planetdə dərin məsələlərin həlli sayəsində fasiləsiz olaraq genişlənmək meylinə malikdir. Noosfer çox zaman Antroposfer adlandırılır: Antroposfer — insan yaşayan və ya daxil olan yer sferi; Antroposfer — Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə və ya vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək hissəsi.
Pedosfer
Pedosfer (yun. πέδον "torpaq" + σφαίρα "kürə") — Yer kürəsinin torpaq örtüyü, torpaq, onun altında yerləşən torpaqəmələgətirən süxur və aşınma (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan), yerin torpaqəmələgəlmə prosesi gedən qatı, digər qatlara — geosferlərə (litosfer, hidrosfer, atmosfer) bənzər qat, litosfer, hidrosfer və yerin canlı qabığının birbirilə əlaqəli olan zonası.
Biosfer qoruğu
Biosfer qoruğu — müəyyən bir regionun təbii ekosistemlərini və genofondunu qorumaq, orada və ona bitişik ərazilərdə təbii mühitin öyrənilməsi və monitorinqi məqsədi ilə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazisidir. Biosfer qoruqları "UNESCO"un himayəsi altında beynəlxalq və milli proqramlar əsasında yaradılır. "UNESCO" təşkilatı 669 milli təbii biosfer qoruğunu vahid dünya şəbəkəsinə daxil etmişdir. 1974-cü ildə "UNESCO"nun "İnsan və Biosfer" (MAB) Proqramına uyğun olaraq Azərbaycan dünyada birinci olaraq (1975-ci il) Bakı şəhərində Binəqədi rayonu ərazisində, keçmiş Yaşıllaşdırma Trestinin yerində yaradılmışdır.
Aleksandra Ekster
Aleksandra Aleksandrovna Ekster (Александра Александровна Экстер) (6 yanvar 1882 - 17 mart 1949) - rus suprematist, kubist rəssam. == Həyatı == 6 yanvar 1882-ci ildə Rusiya imperiyasının Belostok şəhərində (indi Polşa ərazisi) varlı Belarus ailəsində anadan olub. Onun atası Aleksandr Qriqoroviç varlı Belarus iş adamı, anası isə yunan idi. Gənc Aleksandra dil, musiqi və özəl rəsm dərsləri aldı. Tezliklə valideynləri Kiyevə köçdü. O, Kiyev gimnaziyasında və Kiyev Rəssamlıq Məktəbində Aleksandr Boqomazov və Aleksandr Arxipenko ilə təhsil aldı. Onun müəllimləri arasında Mikola Pimonenko var idi. Aleksandra 1906-cı ildə Kiyev Rəssamlıq Məktəbini bitirmişdir. 1908-ci ildə Aleksandra Qriqoroviç əmisi oğlu Kiyev vəkili Nikolay Evqenieviç Ekster ilə evlənmişdir. 1908-1924-cü illərdə o fasilələrlə Kiyev, Sankt-Peterburq, Odessa, Paris, Roma və Moskvada yaşadı.
Martin Koster
Martin Gert Koster (1950, Dedemsvaart[d], Overijssel[d]) — Niderland aşağı sakson dilinin Drent ləhcəsində yazan və yaradıcılıq edən niderlandlı yazıçı. Əsasən nasir olan Koster, həm də şeirlər yazır və onları kitab şəklində çap edib. O, həmçinin niderland və ingilis dillərindən drent ləhcəsinə müxtəlif əsərləri və məqalələri tərcümə edir. Drent ləhcəsindəki Roet adlı ədəbi jurnalın yaradıcılarından biridir. 2021-ci ildə Niderland hökuməti, nəsli kəsilməkdə olan Drent ləhcəsini qorumaq və zənginləşdirmək üçün göstərdiyi səylərə görə, Kosteri Оran-Nassaus ordeni ilə təltif etdi.
Biosfer qoruğu (Bakı)
Karpat biosfer qoruğu
Karpat biosfer qoruğu (ukr. Карпатський біосферний заповідник) — Ukraynanın Zakarpatya vilayətində qorunan təbiət ərazisi. 1968-ci ildə yaradılmışdır. 1992-ci ildən UNESKO-nun Biosfer qoruqlarının ümumdünya şəbəkəsinə aid olunmuşdur. Ərazinin ümumi sahəsi 57880 hektardır. Qorunan ərazinin sahəsi isə — 31995 hektardır. Karpat biosfer qoruğu daxilində altı ayrıca massiv var. Massivlərdən başqa ərazidə dövlət əhəmiyyətli iki botanika yasaqlığı var: "Qara dağ" və "Yulevski dağı". Qoruq hündürlüyü dəniz səviyyəsindən 180 metrdən 2061 metrə qədər olan əraziləri əhatə edir. Ərazinin belə struktru qoruğun müxtəlif landşaft və biocoğrafiyaya malik olmasına səbəb olmuşdur.
İnsan və biosfer
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Şarl de Koster
Şarl Teodor Anri De Koster (fr. Charles-Theodore-Henri De Coster; 20 avqust 1827-ci il, Münhen – 7 may 1879-cu il, Brüssel) — Belçika yazıçısı, Belçika milli ədəbiyyatının banisi. == Həyatı == Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə Belçika ordusunun zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H. Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi".
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi
Biosfer qoruqlarının ümumdünya şəbəkəsi — davamlı inkişaf prinsipinin əməli tətbiqi formalarından biri, yəni mühafizə olunan ərazilərin elə tipidir ki, qoruqlardan və milli parklardan fərqli olaraq ətraf mühitin mühafizəsi ilə yanaşı ekoloji cəhətdən ciddi məhdudlaşdırılmış təsərrüfat fəaliyyəti də nəzərdə tutulur. Dünyanın müxtəlif ölkələrində artıq 553 biosfer rezervat fəliyyət göstərir ki, bunlar da əslində insanın ətraf mühitlə yeni qarşılıqlı əlaqələrinin həyata keçirildiyi "adacıqlardır". Biosfer rezervatların bəşəriyyətin gələcək inkişafı üçün böyük əhəmiyyəti ilə əlaqədar dünyanın müxtəlif ölkələrində bu məsələyə həsr olunmuş elmi-praktiki forumlar keçirilir.
Şimali Vidzeme Biosfer Qoruğu
Şimali Vidzeme Biosfer Qoruğu (latış. Ziemeļvidzemes biosfēras rezervāts‎) — Vidzemenin tarixi bölgəsində yerləşən, Latviyadakı yeganə qorunan təbii bölgə. Estoniya ilə sərhəd boyunca uzanır Qoruğa bir çox müxtəlif təbii və yarı təbii yerlər daxildir. İbtidai və ənənəvi landşaftların geniş ərazilərini əhatə edir. Əraziyə 25 təbiət qoruq, bir təbiət parkı və iki dəniz qorunan ərazisi daxildir. Şimali Vidzeme Biosfer Qoruğunun quru ərazisinin yarıdan çoxu meşələr və bataqlıqlar ilə örtülmüşdür. Buradakı 28 qorunan ərazidən 20-si meşələrin və bataqlıqların qorunması üçün nəzərdə tutulub. Şimali Vidzeme Biosfer Qoruğu ecazkar təbii dəyərləri ilə turistlər üçün cəlbedicidir. Buna mənzərəli Burtnieks gölündən tutmuş 95 kilometrlik məsafədə uzanan və Baltik dənizində bitən Salaca çayını göstərmək olar. == Tarixi == 1990-cı ildə Latviya hökuməti mövcud biosfer qoruğunun sərhədləri daxilində Şimal Vidzeme Regional Ətraf Mühitin Mühafizəsi Kompleksini qurdu.
Qara Dəniz Biosfer Qoruğu
Qara Dəniz Biosfer Qoruğu (ukr. Чорноморський біосферний заповідник) — Ukraynanın Xerson və Nikolayev vilayətlərinin ərazisində yerləşən biosfer qoruğudur. Qoruğun sahəsi 109254,8 hektardır. Ukrayna Milli Elmlər Akademiyasına tabedir. Qoruq idarəsi Xerson vilayətinin Qolaya Pristan şəhərində yerləşir. Qoruq Ukraynanın ən böyük qoruqlarından biridir. Qoruğun əsas məqsədi qışlayan, yuvalayan köçəri quşları, həmçinin qumlu arenaların və səhra çöllərinin unikal komplekslərini qorumaqdır. Qoruğun tərkibinə daxil olan Tendrovski körfəzi və Tendrovskaya adası Ramsar konvensiyasına əsasən, xüsusi mühafizə rejimi ilə beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazi statusuna malikdir. == Tarixi == 14 iyul 1927-ci ildə (1933-cü ildən qoruq statusu almışdır) qışlayan, köçəri və yuvalayan quşları və onların yaşayış mühitini qorumaq üçün yaradılmışdır. 1933-cü ildə müstəqil ekoloji və elmi tədqiqat müəssisəsi oldu.
İnsan və Biosfer Proqramı
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Ekoşəhər
== Haqqında == İqtisadiyyatın aparıcı amillərindən biri olan sənayenin inkişafı, hər bir dövlətin inkişafının dayağıdır. Amma bununla belə, bu inkişaf ətraf mühitin çirklənməsi ilə müşahidə olunur. İnsanların dialektikasında isə "ekoloji cəhətdən təmiz" kimi söz birləşməsi mühüm bir yer tapmışdır. Aşağıda gələn məqalə söylədiyimizin bir təsdiqidir. AB Elis" memarlıq bürosu Mirnıy şəhərində tikiləcək qeyri-adi eko-şəhərin proyektini hazırlayıb. "Eco-city 2020" proyektinə əsasən, bu nəhəng inşaat nümunəsinin insan fəaliyyətinin nəticəsi olan kraterin içində tikilməsi nəzərdə tutulub. Diametri 1 km və dərinliyi 550 m olan həmin krater dünyada olan ən böyük karxanalardan biridir. Eko-şəhər sərt iqlim şəraitinin əlverişsiz təsirlərindən qorunacaq. Layihəyə görə, şəhərdə 100 mindən artıq insanı yerləşdirmək olacaq. Eco-city 2020 yaşayış zonaları, istirahət və əyləncə zonaları ilə üç əsas hissəyə bölünəcək.
Koşer
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
“İnsan və biosfer” (ingil. “The Man and the Biosphere” MAB)