Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elburs
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Elburs anaptixiyası
Elburs anaptixiyası (Elmi adı - Anaptychia elbursiana) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir– VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Tallomu yarpaqvaridir, rozet formalı, 3-4(5) sm-qədər diametrdə soredilidir. Lövhəciklər yastı və yaxud qabarıqdır, yarılmış, eni 0,8-1(2) mm, bir-birilə sıxlaşmışdır. Lövhəciklərin üst hissəsi boz, bozumtul, nadi hallarda bozumtul –qəhvəyi rənglidir. Soredilər tünddür. Özəyi ağdır, alt hissəsi ağımtıldır. Bəzən mərkəzə doğru sarımtıl –qəhvəyiyə qədər bir qədər tündləşir. Soredilər qara rənglidir, lövhəciklərin qırağında yerləşirlər, Apotesilər məlum deyil. Piknidilər tünd qəhvəyi, talloma batırıblar.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Alabars
Alapars — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18 km cənub-qərbdə, Zəngi (Razdan) çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd XVIII əsrdə İrəvan xanlığının Dərəçiçək mahalının tabeliyində olmuş, xanlıq ləğv edildikdən sonra XIX əsrin əvvəllərində yaradılan İrəvan quberniyasının Yeni Bayazid qəzasının inzibati-ərazi bölgüsünə daxil edilmişdir. 1930-1964-cü illərdə Axta (Razdan) rayonunun tərkibində olmuş, 1964-cü ildə Sevan rayonunun tabeliyinə verilmişdir. Bir ildən sonra yenidən Axta (Razdan) rayonuna qaytarılmışdır. Toponim rəng bildirən ala sözü ilə bars türk etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur.
Alvars
Alvars (fars. الوارس‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,007 nəfər yaşayır (199 ailə).
Elbrus
Elbrus — kişi adı Bu adı olan tanınmış şəxslər Elbrus İsayev — tarix üzrə fəlsəfə doktoru. Elbrus Ərud — Azərbaycan Yazıçılar Birliyinin üzvü Elbrus Niftaliyev — Elbrus Əliyev — Digər Elbrus dağı — Qafqazda, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarının sərhəddində yerləşən dağ və dağ zirvəsi.
Elnarə
Elnarə — Azərbaycanlı qadın adı. Nar-alov mənasındadır, odlu qız deməkdir. Elnarə Xəlilova — Azərbaycan müğənnisi və aktrisası.
Elbis
Elbis Xan - türk və altay mifologiyasında döyüş ilahəsi. İlvis (ilbis, Elvis, Yilbis) Xan şəklində də tanınır. Elbis Kuha (İlbis Kığha) olaraq da xatırlanır. Mərhəmətsizdir və insanlara mərhəmətsizliyi təlqin edər. Döyüşcü bir xarakteri vardır. Şeytanı xüsusiyyətlərə malikdir. İslamın təsiriylə bu söz "İblis" halını almışdır. Lakin əslində türkcədə bir çox mənfi mənası saxlayan (Yal/Yel/Hal/Al/El) kökündən törəmişdir. Döyüşlərdən əvvəl çağırılır və adına mərasimlər edilər. Onun sayəsində düşmənin atdığı oxlar geri özünə dönər.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Elzas
Elzas (fr. Alsace, IPA: [al.zas]) Fransanın şimal-şərqində bir region, Almaniya və İsveçrə ilə həmsərhəddir. Paytaxtı Strasburq şəhəridir.
Elias
Elias — ad. Elias Kanetti — yəhudi əsilli Avstriya, Bolqarıstan, Böyük Britaniya yazıçısı Elias Mastokanqas — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi. Elias Kozas — Yunanıstan müğənnisi.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Deymon Albarn
Deymon Albarn (ing. Damon Albarn; 23 mart 1968, London) — İngilis-İsland musiqiçi, müğənni-bəstəkar. Blur və Gorillaz qruplarının yaradıcıdır. Stenvey məktəbində təhsil alan Albarn orada gitaraçı Qrem Kokson ilə tanış oldu, ikisi sonradan Blur qrupunu yaratdılar. Onların ilk albomu Leisure 1991-ci ildə buraxıldı. Albarn 1960-cı illərin Britaniya qruplarından ilham aldı. O, Modern Life Is Rubbish (1993), Parklife (1994) və The Great Escape (1995) albomlarını buraxdı. Hər üçü tənqidi bəyənmə qazandı və Blur Britaniyanın ən böyük qruplarından birinə çevrildi. Blur (1997), 13 (1999) və Think Tank (2003) kimi sonrakı albomlarında lou-fay, art rok, elektronika musiqi üslubundan istifadə etdi. Aradan keçən 12 il fasilədən sonra Blur-un studiya albomu olan The Magic Whip 2015-ci ildə işıq üzü gördü.
Dilşad Elbrus
Dilşad Talıbxan Elbrus (31 may 1916, Bakı – 11 aprel 1979, Türkiyə) — nüvə fizikası üzrə ixtisaslaşmış Azərbaycan əsilli türk alimi, professor. == Həyatı == Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olmuşdur. Atası Talıbxan bəy Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxıda, Qubada və başqa şəhərlərdə polis rəisi işləmişdir. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra Talıbxan bəyin bütün əmlakı müsadirə olunmuş, özü isə qətlə yetirilmişdir. Atası qətlə yetiriləndə Dilşad xanım 5 yaşında idi. O, anası Xeyrənnisə xanım, bacıları Qəmər, Sürəyya və dayısı Hüseyn bəy Mirzəcamalovun himayəsində Türkiyəyə köçərək, İstanbulda yerləşmişdir. == Fəaliyyəti == Dilşad Talıbxan Elbrus 1931-ci ildə İstanbul Qız Liseyini bitirmişdir. İstanbul Universiteti fənn fakültəsi fizika-kimya bölümündə ali təhsil almış, 1934-cü ildə qurtarmışdır. Təhsil aldığı fakültənin Təcrübi Fizika İnstitutunda 27 dekabr 1934-cü ildə assistent kimi əmək fəaliyyətinə başlamışdır. 5 iyun 1949-cu ildə dissertasiya müdafiə etmişdir.
Edqars Riters
Edqars Riters (6 iyun 1887 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Edqars Riters Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Edqars Riters birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Elbariz Məmmədli
Elbariz Məmmədli — şair, publisist. == Həyatı == Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir. 1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı kitabı 1993-cü ildə, "Mən savaşa çağırıram" kitabı 2006-cı ildə, "Dünya iki rəngdədir" kitabı 2010-cu ildə çap olunub.Sonrakı illərdə Vasif Sülüymanla birgə yazdığı, dəmiryolçuların fəaliyyətindən bəhs edən "Məxmər yolların sirri" , " Bitməyən ömür karvanı" və "Mənim nağıllı dünyam" (2023) kitabları nəşr olunub.
Elbrus Abbasov
Elbrus Abbasov (1 yanvar 1950, Ağdam – 14 dekabr 2020) — "Qarabağ" futbol klubunda oynayıb. == Həyatı == Elbrus Osman oğlu Abbasov 1950-ci ildə Ağdam şəhərində anadan olub. 1967-ci idən "Qarabağ" futbol klubunda oynayıb. Gəncənin "Dinamo" komandasının, "Neftçi" klubunun heyətində çəxəş edib. 1976-cı ildə rəqib qapısına 28 qol vurub. "Neftçi"nin güclülər dəstəsində böyük əməyi olub. Sonralar məşqçi kimi fəaliyyət göstərib. Bir müddət Ağdamın "Qarabağ" klubunu çalışdırıb.
Elbrus Allahverdiyev
Elbrus Allahverdiyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində anadan olub. 18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == Elbrus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərir və düşmənin xeyli zirehli texnikasını sıradan çıxarır. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlərlə susdurur. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur.
Elbrus Axundov
== Həyatı == Elbrus Maarif oğlu Axundov 1962-ci il sentyabr ayının 21-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi əla qiymətlə bitirdikdən sonra, elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (İndiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Memarlıq" fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə ilə bitirmişdir. Tələbəlik illərində eyni zamanda "Tələbə Elmi Konstruktor" sektorunda müəllimləri ilə birlikdə (prof. R.Əbdülrəhmanov, prof.M.Nəcəfov, akademik D.Axundov, prof. N.Rzayev, konstruktor E.Zərgərli, A.Aslanov) memarlıq və konstruksiya üzrə əsaslı təcrübə toplamaqla bir neçə real layihə işinin (Saatlı rayon mərkəzində "Şərq bazarı", Astara rayonunda filoteriya, avtovağzal, uşaq oyun meydançası və yay kinoteatrının) müəlliflərindən olmuşdur. Üniversiteti bitirdikdən sonra Latviya, Litva, Estoniya, Səmərqənd, Buxara, Urgənc, Nəvoi və respublikamızın bir sıra rayonlarında istehsalat təcrübələri keçdikdən sonra təyinatla Bakı Şəhər Soveti tabeliyində olan "Bərpaçı İnşaat və İstehsalat İdarəsi" tərkibində "Layihə" sektoruna göndərilmiş və iş fəaliyyətinə burada memar-mühəndis olaraq başlamışdır. 1990-cu ildə eyni qurumun Baş idarəsinin "Layihə" bürosuna keçirilmiş, 1990–1992-ci illər arasında burada 2-ci dərəcəli memar, 1-ci dərəcəli memar, inşaat müfəttişi və emalatxana müdiri vəzifələrində çalışmışdır. Bakı şəhərində bu illər ərzində 10 bərpa layihəsi, 125-dən artıq memarlıq layihələrinin müəliifi olmuşdur. 1992–1994-cü illər arası Elmi Tədqiqat Layihə İnsitutuna dəvət olunaraq burada aparıcı memar vəzifəsinə təyin edilmiş, daha sonra 1994–1995-ci illər arası "Azərb.Dizayn İnşaat və İstehsalat-Təsərrüfat" trestinin "Plan İstehsalat" şöbəsinin müdiri olmuşdur. 1993–1996-ci illərdə eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətində "Memarlıq və Tikinti" şöbəsində mütəxəssis və baş mühəndis vəzifələrində çalışmışdır.
Elbrus Bayramov
Elbrus Eyvaz oğlu Bayramov (1 dekabr 1986, Jdanov rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Elbrus Bayramov 1986-cı il dekabrın 1-də Beyləqan rayonunun Milabad qəsəbəsində anadan olub. 1994-2002-ci illərdə Milabad qəsəbə tam orta məktəbində, 2002-2005-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Elbrus Bayramov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Bayramov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı Qərvənd istiqamətində şəhid olub. Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub.
Elbrus Cəfərov
Elbrus Mahmud oğlu Cəfərov (1946, Kərkibaş, Basarkeçər rayonu) — İstanbul Texniki Universitetinin Aero-Kosmik fakültəsinin kafedra müdiri (1996 – indi), professor (1987). "Ən yaxşı ixtiraçı" (1981), Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü (1988), == Həyatı == Elbrus Cəfərov 1946-cı ildə Göyçə mahalının Kərkibaş (Şəfəq) kəndində kolxozçu ailəsində anadan olub. Çaxırlı kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olaraq 1969-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə o dövr üçün ən yüksək hesab olunan Lenin təqaüdçüsü olmuşdur. 1969-cu ildən 1984-cü ilə kimi SSRİ cihazqayırma sənayesinin neft-kimya avto-maşınqayırma institutunda baş texnikdən laboratoriya müdiri vəzifəsinədək yüksəlmişdir. Elbrus Cəfərov Azərbaycanda ilk dəfə olaraq "Dəyişən quruluşlu avtomatik sistemlər" laboratoriyasını yaratmışdır. 1972-ci ildə "Kəsilmiş prosessorların çoxquruluşlu sistemlərinin idarə edilməsi" mövzusunda namizədlik, 1980-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1996-cı illərdə Azərbaycan Texniki Universitetində Avtomatika və robot-texnika kafedrasına rəhbərlik etmişdir. Robottexniki sistemlər ixtisasını Azərbaycanda ilk dəfə Elbrus müəllim açmışdır. O, 1987-ci ildə SSRİ AK tərəfındən professor adını almış və bir il sonra Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü seçilmişdir.
Elbrus Hüseyinov
Elbrus Nadir oğlu Hüseyinov (4 mart 1991, Xanlar rayonu – 19 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elbrus Hüseyinov 1991-ci il martın 4-də Xanlar rayonunun Çaykənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş çavuşu olan Elbrus Hüseyinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elbrus Hüseyinov oktyabrın 19-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Hüseyinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Hüseyinov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elbrus Hüseyinov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elbrus Minkailov
Elbrus Minkailov (13 may 1955, Maqcan Cumabayev rayonu[d], Şimalı Qazaxıstan vilayəti – 11 may 2023, Qroznı) — Çeçen jurnalist, yazıçı, tərcüməçi, ədəbiyyatşünas, ədəbi tənqidçi, "Orqa" ədəbi-bədii jurnalının baş redaktoru, Rusiya Yazıçılar Birliyi və Rusiya Jurnalistlər Birliyinin üzvü, Çeçenistan Yazıçılar Birliyinin və Çeçenistan Jurnalistlər Birliyinin, Qafqaz Yazıçılar Klubunun üzvü, Çeçenistan Respublikasının əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == 13 may 1955-ci ildə Qazaxıstan SSR-in Şimali Qazaxıstan vilayətinin Bulaevski rayonundakı Çistovski taxılçılıq sovxozunda anadan olmuşdur. 1957-ci ilin may ayında ailəsi doğma Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Qrozni rayonu, Ken-Yurt kəndinə qayıdır. 1972-ci ildə orta məktəbi bitirir. 1979-cu ildə ÇİDU-nİn filologiya fakültəsinin Rus-Vaynax filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirir. Universitetdən sonra doğma məktəbinə qayıdır və 1979–1980-ci illərdə burada müəllim işləyir. 1980-ci ilin noyabrından universitetdə dərs demişdir. 1981–1983-cü illərdə Sovet Ordusunda xidmət edir. 1983-cü ildə universitetə müəllimlik fəaliyyətinə qayıdır və burada 2010-cu ilə qədər müxtəlif vəzifələrdə çalışır. 1980-ci illərdən etibarən jurnalistika və ədəbi araşdırma ilə məşğul olmağa başlayır.
Elbrus Paşayev
Elbrus Paşayev (tam adı:Elbrus Paşa oğlu Paşayev, d.1957,Gəncə) — Dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (VII) direktoru. == Həyatı == Elbrus Paşa oğlu Paşayev 4 fevral 1957-ci ildə Gəncə şəhərində, dövrünün tanınmış ziyalılarından biri, Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsində böyük əməyi olan Paşa Sirac oğlu Paşayevin ailəsində anaban olmuşdur. Bakı şəhərindəki 20 saylı orta məktəbi 1974-cü ildə bitirmişdir. 1974-1979-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Hidromeliorasiya fakültəsində hidrotexniki tikintilər ixtisası üzrə ali təhsil almışdır. 1979-cu ildə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində gənc mütəxəssis kimi mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Paşayev E.P. 19.11.1979-30.04.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olandan sonra 30.04.1981-30.01.1983-cü illərdə “Azərkəndtikintisuçəkiliş” Tikinti Birliyində mühəndis-hidrotexnik vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. E.P. Paşayev 31.12.1982-31.12.1985-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Qruntlar mexanikası, bünövrələr və özüllər” kafedrasının əyani şöbəsinin aspirantı olmuşdur. Aspiranturada təhsilini başa çatdırdıqdan sonra göndəriş əsasında AzMİU-nun “Hidrotexniki qurğular və hidravlika” kafedrasında assistent vəzifəsində pedaqoji fəaliyyətə başlamışdır. 1986-1991-ci illərdə assistent, 1991-1995-ci illərdə baş müəllim, 1995-ci ildən dosent vəzifəsində çalışır.
Kelbaş
Kelbaş Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. == Toponimkası == Kelbaş- Kutaisi quberniyasının Leçxum qəzasında dağ adı. Ərəbcə kela - "məbəd" və azərbaycanca baş "zirvə" sözlərindən ibarətdir. Azərbaycanda Kələki (Ordubad rayonu), Kellahi (Quba rayonunun Zıxır kəndində qala adı, "Əxilər kelyəsi" deməkdir) və Şamaxı rayonunda Gələşıxi ("Şeyxlərin kelyəsi" mənasında), Şamaxı rayonunda Kelaxana və b. toponimlərlə eynidir.
Əlburz
Əlburz dağları və ya Elburs dağları (fars. البرز‎ Əlborz) — İranın şimalında yerləşən dağ silsiləsi. Şimal-qərbdə Azərbaycan və Ermənistan sərhədlərindən başlanır və Xəzər dənizinin cənub sonuna qədər davam edir, şərqdə Türkmənistan və Əfqanıstan sərhədlərində bitir. İranın ən uca dağı olan Dəmavənd dağı bu dağ silsiləsində yerləşir.
Əxbar
Əxbar (ərəbcədir, xəbər sözünün cəmidir) — Məhəmməd, onun tərəfdarları (əshabələri) və davamçıları haqqında müsəlman rəvayətləri, sünnilərin daha üstün tutduqları hədis termininin sinonimidir. Əxbar termini yalnız Əlinin və onun sədaqətli tərəfdarlarının nüfuzuna əsaslanan rəvayətləri təsdiq edən şiələrdə daha çox işlənir. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.58.
Dizə (Əlburz)
Dizə (Əlburz) (fars. دیزج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 234 nəfər yaşayır (82 ailə).