Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eynulla Ağayev
Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Eynulla Lətifov
Eynulla Niyətulla oğlu Lətifov (8 sentyabr 2001, İkinci Nügədi, Quba rayonu – 20 oktyabr 2020, Xocavənd) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Lətifov Eynulla Niyətulla oğlu — 8 sentyabr 2001-ci ildə Quba rayonu İkinci Nügədi kəndində doğulub. Uşaq yaşlarından hərbi sahəyə böyük maraq göstərib. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 44 günlük müharibədə Füzuli və Cəbrayıl rayonlarındakı döyüşlərdə iştirak edib. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. == Təltifləri == Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 noyabr 2022, 17:28 Sərəncamı ilə III dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir.
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" Bakı, 2011, "XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" Bakı, 2017, "İranda Azərbaycan tarixi məsələləri" Bakı, 2020, "Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili" Həmmüəllif, Bakı, 2020. "Heydər Əliyev-İlham Əliyev: Azərbaycançılığın zəfər yolu" Bakı, 2021, "Tarix və tarixşünaslıq məsələləri" Bakı, 2022. == Mükafatları == Azərbaycan Respublikası diplomatik xidmətinin 90 illiyi yubiley medalı (2009). 2014-cü ildə Azərbaycan ilə Ukrayna arasında humanitar münasibətlərin inkişaf etdirilməsi, dərinləşdirilməsi və genişləndirilməsində xidmətlərinə görə "İlin adamı" proqramının Ali Akademik Şurasının qərarına əsasən diplomatiya sahəsində beynəlxalq mükafata layiq görülüb.
Eynulla Əliyev
Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı. == Həyatı == Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır. 2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir. == Yaradıcılığı == Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir. Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır.
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cümhuriyyəti Baş Nazirinin Avrasiya məsələləri üzrə müşaviri. == Həyatı == Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Aknazar (Xaybulla)
Aknazar kəndi (başq. Aknazar) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyulov kənd sovetliyinə daxil olan kənd. == Adı == 10 sentyabr 2007-ci ilə qədər Qadel ferması adlanırdı. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Aknazar kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Qəliəhməd): 13 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 104 km. Samara çayının sağ sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Aktaş (Xaybulla)
Aktaş kəndi (başq. Аҡташ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu İvanov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Aktaş kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 62 km., kənd sovetliyindən (İvanov): 11 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 99 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Akyul (Xaybulla)
Akyul kəndi (başq. Аҡъюл) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyul kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Akyul kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 71 km., kənd sovetliyindən (Qaliəhməd): 10 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 127 km. Ərazisində Yılayır çayı Samara çayına tökülür. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Bakalı (Xaybulla)
Bakalı kəndi (başq. Баҡалы) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tanalık kənd sovetliyinə daxil olan kənd. == Adı == 10 sentyabr 2007-ci ildək Bakalı ferması adlanırdı. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bakalı kəndinin milli tərkibi: başqırdlar 82 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 32 km., kənd sovetliyindən (Podolsk): 8 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Bayğusqar (Xaybulla)
Bayğusqar (başq. Байғусҡар) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Tatır Uzyak kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Bayğusqar kəndinin milli tərkibi: başqırdlar 99 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 26 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 86 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Beydulla Musayev
Musayev Beydulla Ağaəli oğlu (10 avqust 1907, Ucar – 23 iyun 1979, Bakı) — azərbaycanlı tərcüməçi, 1942-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Beydulla Musayev 1907-ci il avqustun 10-da Azərbaycanın Ucar şəhərində toxucu ailəsində anadan olub. İbtidai təhsili Ucarda alıb, Bakıda Pedaqoji Texnikumu bitirib. Mahaçqalada dil və ədəbiyyat müəllimi kimi əmək faliyyətə başlayıb. "Dağıstan füqərası" qəzetində və "Yeni yol" jurnalında çalışdığı illərdə (1926–1939) ilk hekayələri mətbuatda dərc olunub. Moskva Dövlət Universitetinin Ədəbiyyat fakültəsində təhsilini davam etdirərkən tərcüməçilik sənəti ilə yaxından maraqlanmağa başlayıb. Sonralar Bakıda Pedaqoji Texnikumda ədəbiyyat müəllimi, "Ədəbiyyat qəzeti"ndə şöbə müdiri və məsul katib, eyni zamanda bədii ədəbiyyat şöbəsində tərcüməçi və redaktor vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin Tərcüməçilər bölməsinə rəhbərlik edib. 30-a yaxın kitabı, o cümlədən dünya ədəbiyyatı klassiklərinin onlarla əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib. Anatol Fransın "Mələklərin üsyanı" (1933), Aleksandr Dümanın "Üç müşketyor" (1949), Covanni Bokkaççonun, "Dekameron" (1966), Artur Konan Doylun "Baskervillərin iti" (1980), Viktor Hüqonun "Səfillər" (1988), Rafaello Covanyolinin "Spartak" (1970) və s.
Burebay (Xaybulla)
Burebay (başq. Бүребай) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Burebay kənd sovetliyinə daxil olan qəsəbə. 2004-cü ildə şəhər tipli qəsəbə statusu almışdır. Ufa şəhərindən 509 cənub-şərqdə, Xaybulla rayon mərkəzi olan Akyardan 15 km şimalda yerləşir. Zaural düzənliyində, Tanalık çayının sahilində yerləşir. == Tarixi == Kənd Sabir kəndindən gələnlər tərəfindən salınmışdır. Ərazi canavarlarla bol olduğundan belə adlandırılmışdır (baş. "bure" — canavar, "bay" — zəngin). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 12 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 66 km. == Tanınmış şəxsləri == Barıy Qaleeviç İlyasov (13 iyun 1939) — Mühəndis-elektromekanik, Başqırdıstan Elmlər Akademiyasının müxbir üzvü (2006), texniki elmlər doktoru (1983), professor (1985), Rusiya Federasiyasının (1994) və Başqırdıstan (1990) Elm və Texnologiya üzrə əməkdar elm xadimi , Rusiyanın ali peşə təhsilinin əməkdar əməkdaşı (2007), SSRİ (1985) və BMSSR-nin əməkdar ixtiraçısı (1980).
Buzaulık (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Hamar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Buzaulık kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 25 km., kənd sovetliyindən (Hamar): 7 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 83 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Feyzulla (Baymak)
Feyzulla (başq. Фәйзулла, rus. Файзуллино) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Tatlıbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 14 km, kənd sovetliyindən (Tatlıbay): 24 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 17 km.
Feyzulla Qasımzadə
Feyzulla Qasımzadə (22 fevral 1898, Mərdəkan, Bakı qəzası – 29 mart 1976, Bakı) — ədəbiyyatşünas, pedaqoq, Azərbaycan EA-nın həqiqi üzvü (akademik), filologiya elmləri doktoru (1955), professor (1957), Azərbaycanın Əməkdar elm xadimi (1958) və Əməkdar müəllimi (1943). == Həyatı == Feyzulla Qasımzadə 22 fevral 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Ali təhsilini əvvəlcə 1923-1925-ci illərdə Azərbaycan Pedaqoji Unistitutunda, daha sonra 1926-1929-cu illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. 1929-1931-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == Feyzulla Qasımzadə əmək fəaliyyətinə 1916-cı ildən Abşeron kəndlərində və Bakı şəhərinin məktəblərində müəllimliklə başlamışdır. O, 1928-1929-cu illərdə Bakı Pedaqoji Texnikumunda 1929-1931-ci illərdə APİ-də müəllim kimi fəaliyyət göstərmişdir. 1931-1938-ci illərdə Xalq Maarif Komissarlığında metodist-təlimatçı vəzifəsində çalışmışdır. Feyzulla Qasımzadə SSRİ EA Azər­bay­can Filialı­nın Dil və Ədə­biy­yat İns­titutunda baş elmi işçi, Azərbaycan Pe­daqoji İnstitu­tunda do­sent, kafedra müdiri, Bakı Dövlət Universitetində kafedra mü­di­ri, 1959-cu ildə Azərbaycan Pedaqoji İnstitu­tun­da Ədəbiyyat ka­fed­ra­­sının müdiri kimi fəaliyyət göstərmişdir. == Elmi fəaliyyəti == Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsil onun dərslikləri ilə təhsil almışdır. Feyzulla Qasımzadə ədə­biy­­yat tarixçisi kimi tanı­nan ilk alim­lə­rdən biri olmuşdur.
Feyzulla Quliyev
Feyzulla Ağasəfər oğlu Quliyev (2 fevral 1940, Arbatan (Salyan), Salyan rayonu – 7 avqust 2023) — Azərbaycan Respublikasının əməkdar memarı.[mənbə göstərin] == Həyatı == Feyzulla Quliyev 2 fevral 1940-cı ildə Salyan rayonunun Arbatan kəndində anadan olmuşdur. Çingiz İldırım adına Azərbaycan Politexnik İnsitutunun memarlıq fakultəsini bitirmişdir. Beş ilə yaxın Kazaxıstanda memar kimi fəaliyyət göstərmişdir. Bu müddət ətzində Qaraqanda vilayətində Abay, Şaxtnski və Saran şəhərlərinin master planlarını hazırlamış, Qaraqanqa şəhərinin bir sıra yaşayış rayonlarının müfəssəl planlarının, o cümlədən bağlı buz örtüklü idman qurğusunun, pioner və məktəblilər sarayı kimi layihələrin müəllifi olmuşdur. Uzun müddət Bakı Dövlət Layihə İnstitutunda məsul vəzifədə fəaliyyət göstərmişdir. SSRİ dövründə tərtib edilmiş Bakı şəhəri Baş Planının yeganə azərbaycanlı müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il 2485 №-li sərəncamı ilə ona Azərbaycanda memarlığın inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adı verilmişdir. Hazırda Dünya Bankının dəstəyi ilə həyata keçirilən Böyük Bakının regional inkişaf planının hazırlanmasında şəhərsalma üzrə məsləhətçidir. Həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentidir. == Ailəsi == Ailəlidir.
Feyzulla Əliquluzadə
[mənbə göstərin] Feyzulla Əliquluzadə — Azərbaycan şairi, "Azərbaycan" qəzetinin ilk naşiri və redaktoru. == Həyatı == 1891-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Daha sonra Şuşa Real məktəbi bitirib. Bir müddət müəllimliklə məşğul olub. Rusiya İmperiyası dağıldıqdan sonra, ilk "Azərbaycan" adlı qəzetin naşiri və redaktoru olmuşdur.
Fyodorovka (Xaybulla)
Fyodorovka kəndi (başq. Фёдоровка) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Fyodorovka kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Fyodorovka kəndinin milli tərkibi: başqırdlar (55 %), ruslar (42 %). == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 13 km., ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 69 km. Tırqamış çayı Taşla çayı ilə birləşdiyi ərazidə yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Hakmar (Xaybulla)
Hakmar kəndi (başq. Һаҡмар) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Samar kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Hakmar kəndinin milli tərkibi: ruslar (54 %), başqırdlar (44 %) == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 18 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 76 km. Tanalık çayının sahilində yerləşir. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Heybullah Əsdiyev
Heybullah Məzahir oğlu Əsdiyev (14 oktyabr 1993; Qaysa, Balakən rayonu - 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Heybullah Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Heybullah Əsdiyev 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Heybullah Əsdiyev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Komsomolsk (Xaybulla)
Komsomolsk kəndi (başq. Иҫәнгилде) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Komsomolsk kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):48 km., kənd sovetliyindən (Selin): 19 km ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Makan (Xaybulla)
Makan kəndi (başq. Маҡан) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Makan kəndinin milli tərkibi: başqırdlar 98 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar):15 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 94 km. == Tanınmış şəxsləri == Pavel Nikolayeviç Çumaçenko — Böyük Vətən müharibəsi qəhrəmanı. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.