Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həmilton
Həmilton (ş.german Hamiltoun, şot.kelt Baile Hamaltan) — Şotlandiyanın Cənubi Lanarkşir bölgəsində böyük bir şəhər.
Lyuis Həmilton
Lyuis Karl Devidson Hemilton (7 yanvar 1985[…]) — Britaniyalı idmançı, Formula-1 pilotu, 7 qat dünya çempionu (2008, 2014, 2015, 2017, 2018, 2019 , 2020). == Bioqrafiya == Lyuis Hemilton 1985-ci il yanvarın 7-də İngiltərənin Stiveneyc şəhərində anadan olub. Adının doqquzqat olimpiya çempionu olan amerikalı atlet Karl Lyuisdən götürüldüyü deyilir, lakin sürücünün özü bunu təkzib edib. Atası Əntoni Qrenada əsilli britaniyalı zənci, anası Karmen isə ağdərilidir. Lyuis Hemiltonun iki yaşı olanda valideynləri ayrılıb. Lyuis Hemilton anası və iki ögey bacısı – Nikola və Samanta ilə yaşayıb. Onun 12 yaşı tamam olduqda isə atasının yanına köçür, ögey anası Linda və ögey qardaşı Nikolas ilə birlikdə yaşayır. Nikolas da yarışçıdır, lakin serebral iflicdən əziyyət çəkdiyindən, onun üçün xüsusi modifikasiya edilmiş maşınlarla yarışır. 2007-ci ilin noyabr ayından Nikol Şerzinger ilə münasibətdə olan Lyuis 2010-cu ildə ondan ayrılır. Lakin sonradan dəfələrlə bir yerdə görünürlər.2013-cü ildə yenidən birlikdə olduqlarını bildirirlər, lakin 2015-ci ilin fevral ayında münasibətlərinə son qoyurlar.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Həmid
Həmid – kişi adı. Həmid Araslı – ədəbiyyatşünas.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Cəmil Adıgözəlov
Cəmil Əli oğlu Adıgözəlov (29 aprel 2002; Ramana, Sabunçu rayonu, Bakı, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 2008–2019-cu illərdə Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən tam orta məktəbi bitirmişdir. Subay idi. == Hərbi xidməti == Cəmil Adıgözəlov 2020-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəmil Adıgözəlov 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəmil Debbouz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. == Filmoqrafiya == Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı...
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. == Həyatı == Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır. 1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Cəmil Həşimli
Cəmil Əflatun oğlu Həşimli (11 avqust 1995, Kürdəmir – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Həşimli oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. == Həyatı == 1951-ci ildə Türkiyədə anadan olub. == Yaradıcılığı == Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Cəmil Lənbəranski
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. == Həyatı == Cəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Cəmil Müfidzadə
Cəmil Miryusif oğlu Müfidzadə (24 fevral 1934, Ordubad rayonu, Naxçıvan MSSR – 20 dekabr 2019, Bakı) — Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Cəmil Müfidzadə 24 fevral 1934-cü ildə Ordubadda anadan olmuşdur. O, ilk ixtisas təhsilini 1948-1955-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində almışdır. "Ümumittifaq sərgisinə eksponatların yola salınması" tablosu onun diplom işi idi. Rəssam daha sonra 1955-1956-cı illərdə Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini, 1959-1962-ci illərdə isə Xarkov Dövlət Rəssamlıq İnstitutunun "Qrafika" fakültəsini bitirmişdir. Cəmil Müfidzadənin növbəti diplom işi "Neft daşları" mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsi olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Qrafika" kafedrasına rəhbərlik etmiş Cəmil Müfidzadə "Ofort" adlı dərsliyin müəllifidir. Görkəmli rəssam 20 dekabr 2019-cu ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın işlədiyi "Doğma düzənlər" ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) "Qaldırıcı kranlar təmirdə" adlı ofort ilə iştirak etmişdir.
Cəmil Məmmədli
Cəmil Məmmədli (28 iyul 1999, İsmayıllı rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005–2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016–2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir. "Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhrəman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi." "Atıcılıq" — bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Cəmil Niftəliyev
Cəmil Niftəliyev (5 oktyabr 1968, Yardımlı – 29 mart 1992, Şelli, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfəqli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. == Döyüşlərdə iştirakı == Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il tarixdən onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz qoyurdu. Ağdamda rəşadətlə vuruşan Vətən oğlu tezliklə cəbhədə hörmət qazanmışdı.
Cəmil Nəcəfov
Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Cəmil Quliyev
Cəmil Quliyev (rejissor) — kino xadimi, rejissor, ssenari müəllifi, aktyor. Cəmil Quliyev (tarixçi) — akademik.
Cəmil Qurbanzadə
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Cəmil Səlimov
Cəmil Oqtay oğlu Səlimov (15 yanvar 1991, Əzizbəyov rayonu – 29 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Səlimov 1991-ci il yanvarın 15-də Xəzər rayonunun Binə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan hərbi tibb qulluqçusu Cəmil Səlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Cəmil Səlimov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Binə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cəmil Səlimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Cəmil Xələfov
Cəmil Fikrət oğlu Xələfov (25 fevral 1997, Quba rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu idi. 2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Cəmil Xələfov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Xələfov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Xələfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəmil Zeynalov
Cəmil Çiçək
Cəmil Çiçək (4 noyabr 1946, Yozqat) — Türkiyə Böyük Millət Məclisinin sədri. == Həyatı və fəaliyyəti == 1946-cı ildə Yozqatda doğulan Cəmil Çiçək İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Turqut Özalla bərabər Ana Vətən Partiyasının qurucularından olan Cəmil Çiçək bu qurumun hakimiyyəti illərində ailə məsələləri üzrə dövlət naziri vəzifəsini icra edib. TBMM-in 18, 20, 21, 22-ci çağırışlarında Ankaradan millət vəkili seçilib. 2002-ci ildə AKP-nin qurulmasında iştirak edən Cəmil Çiçək Rəcəb Teyyub Ərdoğan hökumətində ədliyyə naziri, baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışıb. Evlidir, 3 övladı var. == Türkiyə Böyük Millət Məclisinə sədr seçilməsi == 2011-ci il iyulun 4-də Türkiyə Böyük Millət Məclisinə sədr seçilib. Cəmil Çiçəklə bərabər sədrliyə AKP-dən Zelkif Kazdal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Tunca Toskay namizəd olublar. İlk turda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıb. Qələbə üçün millət vəkillərinin üçdə ikisinin (367) səsini almaq tələb olunduğundan ikinci tur keçirilib.
Cəmil Əhmədli
Əhmədli Cəmil Teymur oğlu (27 oktyabr 1931 – 9 fevral 2010) — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki seçilmişdir. == Həyatı == Cəmil Əhmədli 1931-ci il oktyabrın 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində Mirzə Teymur Əhmədli adlı bir müəllimin ailəsində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C. Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C. Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi, lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Cəmil Əhmədli 1953-cü ilin yayında SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına müsabiqə yolu ilə imtahan verərək qəbul edilmişdir. 1956-cı ildə Akademik Teodar Oyzermanın rəhbərliyi ilə "Azadlıq və zərurət" mövzusunda dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1960-cı ildə Bakıda nəşr edilən "Azadlıq və zərurət" (rus dilində) kitabı mövzuya dair keçmiş SSRİ məkanında ilk monoqrafiya idi. 1954–1956-cı illərdə Moskva Dövlət Universitetində, 1958–1962-ci illərdə Azərbaycan Sənaye İnstitutunda, 1963–1972-ci illərdə Bakı Ali Partiya Məktəbində, 1959–1974-cü illərdə Azərbaycan SSR EA-nın Aspiranturasında fəlsəfə kursundan dərs demişdir.
Cəmil Əhmədov
Əhmədov Cəmil Məhəmməd oğlu (1924, Cəbrayıl, Qaryagin qəzası – 2 sentyabr 1944) — Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == Cəbrayılın mərkəzində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir. Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir. Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbiristanlıq da dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir. Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır. Yazıçı Sabir Əhmədovun qardaşıdır. == Həmçinin bax == Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının siyahısı == Xarici keçidlər == 9may.az Arxivləşdirilib 2010-05-01 at the Wayback Machine "Qarabağın görkəmli şəxsiyyətləri:Cəmil Əhmədov". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.).
Cəmil Əlibəyov
Əlibəyov Cəmil Ədil oğlu — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984). == Həyatı == Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində təvəllüd tapmışdır. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar kulaka salınmış, təqib olunmuşdur. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır.
Cəmil Əliyev
Cəmil Əziz oğlu Əliyev (30 mart 1946, Bakı) — tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (2001), Əməkdar Elm xadimi (2000), Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru. == Həyatı == Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olmuşdur. 1968-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində "onkologiya" ixtisası üzrə "Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində "onkologiya" ixtisası üzrə "Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə "onkologiya" ixtisası üzrə professor elmi adı almışdır. Professor C. Ə. Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C. Ə. Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir. C. Ə. Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. C. Ə. Əliyev hal-hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Cemil Turan
Cəmil Turan (1 yanvar 1947, İstanbul) — Türkiyənin keçmiş milli futbolçusu. == Həyatı == Türkiyə futbolunun bombardirlərindən biri olan Cəmil Turan futbol texnikası, qəfil qaçışları və yayınmaları, nişanda qalma uğurları və topla rəftarı ilə tanınırdı.
Həmid Həmidli
Həmidli Həmid Əlisahib oğlu (28 iyul 1996, Milabad, Beyləqan rayonu – 19 sentyabr 2023, Xocavənd rayonu) — şəhid. == Həyatı == Həmidli Həmid Əlisahib oğlu 28 iyul 1996-cı ildə Beyləqan rayonunun, Milabad kəndində anadan olmuşdur. Atası İsgəndərov Əlisahib Həmid oğlu Beyləqan rayonunda yaşayır, işsizdir. Anası Vəliyeva Könül Təbriz qızı Beyləqan rayonu, V. Cəfərov adına Milabad qəsəbə tam orta məktəbində ingilis dili müəlliməsi işləyir. Həmid Həmidli, 2002–2010-cu illərdə Cəbrayıl rayonu 21 saylı ümumi orta məktəbdə, 2010–2013-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2013–2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəlidir, iki övladı var. === Ailəsi === Həmid Həmidli 22.12.2017-ci il tarixdə Günay Cəfərzadə ilə ailə həyatı qurmuşdur. Əli adında oğlu, Könül adında isə qızı var. == Hərbi xidməti == 2017-ci ildə leytenant rütbəsi alaraq təyinatı üzrə N saylı hərbi hissədə tank taqım komandiri vəzifəsinə, 6 ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyünün komandiri vəzifəsinə təyin olunub. 2019-cu ildə Azərbaycan Ordusunda "Ən yaxşı tank bölüyü" adı uğrunda keçirilən yarışda bölüyü ilə birlikdə l yer qazanıb.