Cəmil Məmmədli

Cəmil Məmmədli (28 iyul 1999, İsmayıllı rayonu15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cəmil Məmmədli
Cəmil Habil oğlu Məmmədli
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyul 1999(1999-07-28)
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 2020(2020-10-15) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi əsgər
Vəzifəsi atıcı
Döyüşlər
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022 "Vətən uğrunda" medalı — 2020 "Cəsur döyüşçü" medalı — 2020 "Xocavəndin azad olunmasına görə" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005–2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016–2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir.

"Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhrəman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi."

"Atıcılıq" — bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.

Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı Cəmil Habil oğlu Məmmədli (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[1]

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]

İrsi və xatirəsi

[redaktə | mənbəni redaktə et]
  • 2022-ci ildə Cəmil Məmmədli haqqında "Elə bir ömür yaşayacağam ki…" sənədli filmi çəkilmişdir.[5]
  • 2023-cü ilin mayında Bakının Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Məktəbli" küçəsinin adı dəyişdirilərək şəhid Cəmil Məmmədlinin adı verilib.[6]
  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". 18.12.2020. 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
  5. Baku TV. ""Elə bir ömür yaşayacam ki..."" (az.). Youtube.com. 28.11.2022. 2022-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-29. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  6. "Bakının bu küçələrinə şəhidlərimizin adı verildi". 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-19. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  7. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 05.11.2022. 2022-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.11.2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]