Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həzrəti Fatimə
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Həzrəti Hüseyn
Hüseyn ibn Əli (ərəb. حسين بن علي‎; 9 yanvar 626, Mədinə, Əl-Mədinə[d], Səudiyyə Ərəbistanı – 12 oktyabr 680, Kərbəla) (tam adı: Hüseyn ibn Əli ibn Əbu Talib əl-Haşimi əl-Qureyşi) — Şiələrin 3-cü imamı, xəlifəsi və 5-ci məsumu; Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Hüseyn adı, Əbu Abdullah künyəsi ilə məşhurdur. Şiələrin üçüncü imamı, Kərbəla şəhidi, Kisa Səhabələrindən, Əli və Fatimənin ikinci oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsidir. Məhəmməd onu və qardaşı Həsən ibn Əlini cənnət gənclərinin ağası adlandırıb. Siffeyn, Cəməl və Nəhrəvan döyüşlərində atasının yanında olmuş və döyüşmüşdür. Qardaşı Həsənin imaməti və xilafəti dövründə onun yanında olmuş və Müaviyə həyatda olduğu müddətdə onun Həsənlə bağladığı sülh müqaviləsinə sadiq qalmışdır. 680-ci ildə Müaviyənin ölümüylə birlikdə Yezidə beyət etməyi qanuni bilməmiş və kufəlilərin dəvətinin ardınca Məkkədən Kufəyə doğru yola çıxmışdır. Kərbəlada kufəlilərin xəyanət və sədaqətsizlikləri səbəbilə Aşura günü Əməvi ordusu ilə baş verən döyüşdə, Hüseyn və aralarında qardaşı, oğlanları və qardaşı oğlunun da olduğu təxminən 72 tərəfdarı ilə birlikdə öldürülmüşdür. Sağ qalan yaxınları, ailəsi və tərəfdarları əsir alınaraq əvvəlcə Kufəyə və oradan da paytaxt Şama (Dəməşq) göndərilmişdir.
Həzrəti Həmzə
Həmzə ibn Əbdülmüttəlib (568, Məkkə – 22 mart 625) — Məhəmmədin əmisi. Uhud döyüşündə Əbu Süfyanın arvadı Hindin göstərişi ilə Vəhşinin atdığı nizə ilə öldürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Cavad Mühəddisi. "Seyyidüş-Şühəda Həmzə kimdir?" ( (az.)). islamazeri.com. 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-25.
Həzrəti Həsən
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Həzrəti Xədicə
Xədicə binti Xüveylid (VI əsr, Məkkə – 619, Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası. Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi. Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir.
Həzrəti Əli
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; təq. 600, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir.
Həzrəti-Zəhra məscidi
Həzrəti-Zəhra Məscidi – Naxçıvan şəhərinin Sarvanlar məhəlləsində ibadətgah və memarlıq ibadəsi. Xalq arasında "Heydər Məscidi" kimi tanınır. Məscidin heyətində qoyulmuş xatirə qraniti üzərindəki kitabədə onun tikilmə tarixi belə qeyd olunmuşdur: "Heydər Məscidi" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyərkən (1991-1993) möhtərəm Heydər Əliyevlə İran İslam Respublikasının "Bonyade Mostezəfan və Canbazane Enqelabe Eslami" fondunun prezidenti ağayı Mohsen Rəfiq Dust arasında 24 avqust 1992 il tarixdə Tehran şəhərində imzalanmış protokola əsasən Ayətulla Xamenei hyəzrətlərinin və Zati-aliləri Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi sah. – 6000 m²-dir. Məscidin böyük ibadət salonu (3300 m²) günbəzlə örtülmüşdür; hücrələri var. Bu möhtəşəm abidənin layihəsində Şərq Memarlıq ənənələrindən istifadə edilmişdir. Məscid binasının tikintisi, xaricə açılan dərin həcmli baştağ eyvanları, oyma bəzəkləri, şəbəkələri, xüsusilə minbərdə aparılmış bəzək işləri, həmçinin ümumi quruluşu memarlıq həllinə görə diqqəti cəlb edir. Bu müqəddəs ocaqda eyni vaxtda min nəfər dini ayinləri yerinə yetirə bilər. Burada müqəddəs Qurani-Kərim öyrədilir, islami dəyərlər təbliğ edilir.
Həzrəti Əli məscidi
İmam Əli məscidi — şiələrin ilk imamı, sünnilərin isə 4-cü xəlifəsi olan imam Əlinin Nəcəf şəhərində olan türbəsi. Əli bin Əbutalib 40-cı hicri qəməri ilində Əbdürrəhman bin Mülcəm (ərəb. عبد الرحمن بن ملجم‎) əliylə öldürülüb Kufə şəhərinin arxasında dəfn olunub və öz vəsiyyətinə əsasən qəbri gizli saxlanıldı. 2-ci hicri qəməri yüzilliyində Harun ər-Rəşid zamanında türbənin yeri bəllənmişdir. şiələrin inancına görə Adəm və Həvvanin qəbri Əli bin Əbutalibin qəbri yanındadır. == Türbənin keçmişi == Türbənin ilk binası Harun ər-Rəşid zamanında qızıl gül günbəzi ilə qaldırıldı. ondan sonra Dai Əlsəğir (ərəb. داعی الصغیر‎) Zeyd bin Əli bin Hüseyn törəmələrindən yenidən düzəldildi. bina son kəz Əzidüddovlə deyləmi Buyei zamanında 327 hicri qəməri ili hududunda yeniləndi. buna görədə türbənin əsas binası Ali Buyə zamanı memarlıq əsərlərindəndir.
Həzrəti Əli qalası
Həzrəti Əli qalası — Şəki rayonunun Baş Küngüt kəndində yerləşən qala. == Haqqında == Çay daşlarından tikilən, o qədər də böyük olmayan qala dairəvi planda inşa edilib. Qalanın ərəblərin Azərbaycanda hakimliyi dövründə gözətçi məntəqəsi kimi tikildiyi güman edilir.
Həzrəti Yusif (teleserial, 2008)
Həzrəti Yusif (fars. یوسف پیامبر‎, ing. Joseph, the Prophet, ing. Yousuf-e Payambar) – 2008-ci ildə çəkilən İran televiziya serialıdır. Serialda Yusifin atasından ayrı düşməsindən, qul olaraq satılmasından, Züleyxanın ona qarşı məhəbbətindən, kahinlərə qarşı mübarizə aparmasından, firon ilə görüşməsindən və sonda atası ilə görüşməsindən danışılır. Bu film Yusif peyğəmbərin qissəsinə tarixi-dini yanaşmaları əks etdirməklə, qədim Misirin Amarna tarixi dönəmində, IV Amenhotepin (Еxnaton, yaxud Axnatun) hakimiyyəti zamanı baş verən hadisələri canlandırır. Filmin çəkilib başa çatmasından sonra Həzrəti Yusif rolunu canlandıran Mustafa Zəmani TV kanalların mükafatlarını qazanmışdır. "Həzrəti Yusif" teleserialı Türkiyədə "Star TV" və "Kanal 7", Azərbaycanda isə Space TV və "İnterAz TV" kanallarında yayımlanmışdır. "Həzrəti Yusif" serialının istehsal müdiri Mühəmməd Sadiq Azildir. Serialın səs operatoru Əhməd Əmiri, səs rejissoru isə Rza Nərmizadədir.
Həzrəti Əli məscidi (Bakı)
Seyid Yəhya Murtuza məscidi və ya Həzrəti Əli məscidi — İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb. == Haqqında == Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yahya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var. Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.
Həzrəti Əli məscidi (İçərişəhər)

İçərişəhər Həzrəti Əli məscidi

Akaki Sereteli
Akaki Rostomoviç Sereteli (gürc. აკაკი წერეთელი; 9 (21) iyun 1840, Sxvitori[d], İmereti vilayəti[d], Rusiya imperiyası – 26 yanvar 1915, Saçxere, İmereti) — gürcü şairi, yazıçı, ictimai xadim. == Həyatı == Firudin bəy Köçərli yazır: "Akaki Sereteli məşhur İmeret knyazlarının nəslindəndir. Onun babaları sabiqdə İmeret padşahlarına müqərrib olub, vətənlərinə və millətlərinə böyük xidmətlər göstərmişlər. Knyaz Akaki anadan olubdur Kutais quberniyasının Şorapel uyezdində özünə mütəəlliq Saçxeri adlanan məhəldə, miladın 1840-cı sənəsində iyunun 9-da. Akakinin valideyni Qafqazın knyaz və nücəbaları arasında qədimdən işlənən adətə görə öz körpə balalarını tərbiyə üçün bir rəiyyət evində süd anasına tapşırıblar".
Akakiy Çereteli

Georgi Sereteli
Georgi Sereteli (gürc. გიორგი ვასილის ძე წერეთელი; 8 (21) oktyabr 1904, Tianeti, Tiflis quberniyası – 9 sentyabr 1973, Tbilisi) — Sovet alimi, Gürcüstan şərqşünaslıq elmi məktəbinin qurucusu, ərəbşünas, Tbilisi Dövlət Universitetinin (TSU) Şərq fakültəsinin təsisçisi, Gürcüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun təsisçisi və ilk direktoru, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan SSR əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1968). == Bioqrafiya == Georgi Sereteli 1904-cü ildə Tianeti (Şərqi Gürcüstan) kəndində anadan olmuşdur. Atası Şahzadə Vasili Sereteli (1862-1937) məşhur gürcü həkimi, jurnalist və xeyriyyəçi, əmisi isə Mixail Sereteli (1878-1965) görkəmli tarixçi idi. 1927-ci ildə Sereteli TDU-ni bitirir. 1928-1931-ci illərdə SSRİ Elmlər Akademiyasının aspirantı, 1931-1933-cü illərdə Leninqrad Dövlət Yaşayan Şərq Dilləri İnstitutunun dosenti olmuşdur. 1933-1973-cü illərdə Tiflis Dövlət Universitetində dosent (1933-1942) və professor (1942-1973) olur. 1933-1937-ci illərdə Gürcüstan Dövlət Muzeyində baş elmi işçi işləyir. 1940-1960-cı illərdə Sereteli Gürcüstan Elmlər Akademiyası Dilçilik İnstitutunda Şərq dilləri şöbəsinin müdiri olur.
Mixail Sereteli
Mixail Sereteli (gürc. მიხეილ გიორგის ძე წერეთელი; 23 dekabr 1878 – 2 mart 1965, Münxen, Bavariya, Qərbi Almaniya) — Gürcü şahzadəsi, tarixçi, filoloq, sosioloq, publisist və diplomat. == Bioqrafiya == Şahzadə ailədəndir. Vasili Sereteli onun kiçik qardaşıdır (1862-1937). Heidelberg Universitetini bitirir (1911). 1913-cü ildə namizədlik dissertasiyasını müdafiə edir. 1914-1918-ci illərdə Heidelberg Universitetində dərs demişdir. Eyni zamanda 1914-1917-ci illərdə Gürcüstanın İstiqlal Komitəsinin rəhbərlərindən biri olmuşdur. Bu vəzifədə gürcü menşeviklərinin lideri Noy Jordaniya ilə görüşmək üçün gizli olaraq Gürcüstana səfər etdi. 1918 -ci ildə Gürcüstanın müstəqilliyini elan etdikdən sonra Gürcüstan Demokratik Respublikasının İsveç və Norveçdəki səfiri olur.
Vasili Sereteli
Vasili Sereteli (gürc. ვასილ გიორგის ძე წერეთელი; 1862 – 1937) — Gürcü siyasətçi, həkim və jurnalist. == Bioqrafiya == Knayaz ailəsindəŞ anadan olmuşdur. Qardaşı Mixail Seretelidir (1878-1965). Orta təhsilini Kutaisidə alır, 1884-cü ildə Novorossiysk Universitetinin Təbiət Elmləri Fakültəsinə daxil olur. 1887-ci ildə universitetdən qovulur (Xalq İradəsi təşkilatının üzvü idi və Varlam Çerkezişvili ilə əlaqəli olduğundan). Gürcüstana qayıdaraq, təxminən beş il Batumidə yaşaır və çalışır, rusdilli "Çernomorski Vestnik" qəzetinin redaktoru olur. 1898-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirir. Məzun olduqdan sonra Çiatura, Tiflis və Tianesitdə həkim, 1908-ci ildən Kutaisidə Kutaisi poliklinikasının müdiri və Kutaisi gimnaziyasında gigiyena müəllimi işləmişdir. Bu illərdə fəal jurnalist fəaliyyəti ilə məşğul olur.
Zurab Sereteli
Zurab Sereteli — sovet və rus monumentalist rəsamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti; UNESCO-nun xoşməramlı səfiri., SSRİ xalq rəssamı.