Həzrəti Əli məscidi (İçərişəhər)

Bu məqalə İçərişəhərdəki məscid haqqındadır. digər məscidlər üçün İmam Əli məscidi (dəqiqləşdirmə) səhifəsinə baxın.

Həzrəti Əli məscidi[1][2] və ya Seyid Yəhya Murtuza məscidi[3][4]İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.[5][6]

Həzrəti Əli məscidi
Həzrəti Əli məscidinin ön tərəfdən görünüşü
40°21′53″ şm. e. 49°50′07″ ş. u.
Ölkə  Azərbaycan
Status Ölkə əhəmiyyətli abidə
Şəhər Bakı
Yerləşir Asəf Zeynallı küçəsi 18, İçərişəhər, Səbail
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi Seyid Yəhya Murtuza
Tikilmə tarixi XVII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Günbəzləri 1 ədəd
Vəziyyəti Restavrasiya olunub.
İstinad nöm.86
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Həzrəti Əli məscidi (İçərişəhər)
Həzrəti Əli məscidi
İçərişəhərin xəritəsində məscidin yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında[redaktə | mənbəni redaktə et]

Həzrəti Əli məscidində Məhərrəmlik dini mərasimi

Orta əsr karvan ticarət yolu üzərində yerləşən məscid XVII əsrin əvvəllərində inşa edilmişdir.[4] Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.[6]

Dövrün görkəmli şəxsiyyətlərindən biri olmuş Seyid Yahya Murtuza bu məscidi öz şəxsi vəsaiti hesabına tikdirmişdir. O, dini ruhani xadim kimi, məsciddə axund olaraq fəaliyyət göstərmişdir. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir.[6]

Məscid Azərbaycan SSR dövründə dülgər emalatxanası kimi fəaliyyət göstərmişdir.

1990-cı illərdən sonra İçərişəhər Cümə məscidinin tabeçliyinə verilən məsciddə hal-hazırda Həzrəti Məhəmməd məscidi dini icması fəaliyyət göstərir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan və Əhli-beyt irsi, Bakı, Elm və təhsil, 2013. ISBN 978-9952-809-89-9 səh. 96-97
  2. 1 2 ""Azərbaycan bayrağı–milli-mənəvi sərvətimizi və bizi xarakterizə edən atribut" layihəsi uğurla icra olunur" (az.)). scwra.gov.az. 2016-03-18. 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-21.
  3. ""Seyid Yahya Murtuza" məscidi" (az.)). scwra.gov.az. 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 Aprel 2018.
  4. 1 2 "İÇƏRİ ŞƏHƏRİN DİNİ MEMARLIQ ABİDƏLƏRİ" (az.)). icherisheher.az. 2018-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 Aprel 2018.
  5. "Məscid" (az.)). mct.gov.az. 2015-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.
  6. 1 2 3 "MƏSCİD" (az.)). icherisheher.gov.az. 2015-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-18.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Fərhadoğlu, Kamil. İçərişəhər. Bakı: Şərq-Qərb nəşriyyatı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu. 2006. səh. 140.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]