Həzrəti Xədicə

Xədicə binti Xüveylid (VI əsr[2], Məkkə619[3][2], Məkkə) — Məhəmmədin ilk və sağlığında yeganə həyat yoldaşı. Fatimənin anası.

Xədicə
ərəb. خديجة بنت خويلد بن أسد بن عبد العزى[1]
ərəb. خديجة بنت خويلد
Doğum tarixi VI əsr[2]
Doğum yeri
Vəfat tarixi 619[3][2]
Vəfat yeri
Dəfn yeri
  • Cənnətül-müəlla[d]
Həyat yoldaşları
Uşaqları
Atası Xuveylid ibn Əsəd
Fəaliyyəti Tacir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xədicə, Məhəmmədin ilk xanımı və ilk Müsəlman qadındır. Ümmül Möminin adıyla məşhurdur. O, Qüreyş əşrəflərindən Xüveylid ibn Əsəd ibn Əbdülüzza ibn Kusayın qızıdır. Anası Əmir ibn Lüeyin övladlarından Fatimə binti Zaidətül-Üsamdır. Cahiliyyət dövründə ona "Tahirə" deyilirdi. Məhəmməd ona "Kübra" ləqəbini vermişdir. Xədicə besətdən əvvəl Məhəmmədlə evləndi.[8] Məhəmmədin İbrahim xaricindəki bütün uşaqları ondan dünyaya gəlmişdir. Oğlan uşaqları; Qasım və Abdullah (Tahir və Tayyib, Abdullahın ləqəblərindəndir, başqa uşaqlarının adları deyil) qız uşaqları; Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimədir.[9]

Xədicə bütün qadınlardan əvvəl İslamı qəbul edərək iman etmişdir. Sərvəti İslam dini və nübuvvətin inkişaf etməsinə səbəb olmuşdur. Məhəmməd daim onu tərifləyər, mədh edər və belə buyurardı: "Mən (qadınlar içində) Xədicədən daha artığına nail olmamışam, bütün insanlar inkar edərkən, o mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən çəkinmədi. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır". Xədicə Hicrətdən üç il əvvəl, altmış beş yaşında ikən, Məkkədə vəfat etdi.[10] Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənlədi və Məkkənin "Hücun dağı" ətəklərindəki Mualla məqbərəsində torpağa verdi.[11]

İslamdan öncə

[redaktə | mənbəni redaktə et]
İslam haqda məlumat

Məhəmmədin zövcələri

Xədicə binti Xuveylid

Sudə binti Zəmə

Aişə binti Əbu Bəkr

Həfsə binti Ömər

Zeynəb bint Hüzeymə

Ümmü Sələmə binti Əbu Ümeyyə

Zeynəb binti Cəhş

Cüveyriyə binti Haris

Reyhanə binti Zeyd

Səfiyyə binti Hüyey

Rəmlə binti Əbu Süfyan

Mariya binti Şəmun

Meymunə binti Haris

Mənbələr, Xədicənin İslamdan əvvəlki vəziyyəti barədə hər hansı bir bəyanat verilməmişdir. Yalnız yüksək məqamı, fəzilət sahibi biri olduğu və ticarət ilə məşğul olduğu qeyd edilmişdir. Mənbələrdə Xədicənin İslamdan əvvəlki həyatı haqqında sərvət sahibi olduğu və malını mudaraba şəklində və bəzi şəxslərin məşğulluğu ilə qazanc əldə edərək qazandığından bəhs edilməkdədir.[12][13]

Yenə mənbələrdə yüksək sosial statusuna, şərəf və nəsil sahibi olduğuna işarə edilmişdir. İbn Seyyidünnas bu mövzu haqqında belə yazır: "O, şərif və iradəli bir xanım idi. Allah ona xeyir və kəramət vermişdir. Ərəb nəsilləri arasında orta sinif, ancaq böyük şərəf sahibi və varlı bir qadındı ".[13] Bəlazuri isə onun haqqında belə yazır: "Vaqidi sənədində belə deyib: Xədicə Bint Hüveylid, alicənab və nəsil sahibi zəngin bir tacirdi ".[14]

Birinci evliliyi

[redaktə | mənbəni redaktə et]

Xədicənin evlilik məsələsi Şiə və Sünni mütəfəkkirləri arasında ixtilaf mövzusu olmuşdur. Əhli sünnə Xədicənin Məhəmmədlə evlənmədən əvvəl iki dəfə evləndiyi və hər evliliyindən bir uşaq sahibi olduğuna inanır. Əhli sünnə tarixi mənbələrinin əksəriyyəti, Xədicənin əvvəlki evliliklərini qəbul etmiş və evləndiyi şəxslərin və övladlarının adlarını zikr etmişdir. Nümunə olaraq aşağıdakı qeydlərə baxıla bilər: 1. Bəlazuri, Ensabul-Əşrəf adlı kitabında "Əbu Halə" künyəli "Səfvan ibn Muhrizi tanıdarkən belə yazır: "…o, Xədicənin Məhəmməddən əvvəlki həyat yoldaşı idi ".[15] 2. İbn Həbib də "Əl-Munammak" kitabında "Əbu Halə" künyəli Nəbbaşı tanıdarkən onun Xədicənin Məhəmməddən əvvəlki həyat yoldaşı olduğunu yazmıştır.[16] 3. İbn Həbib eyni şəkildə "Əl-Munammak" adlı kitabından sonra yazdığı "Əl-Muhabbər" kitabında üç dəfə evlənən şəxslərin adlarını qeyd edərkən Xədicənin də adını yazmışdır. Xədicənin "Əbu Halə ən-Nəbbaş əl-Useydi" və "Atik ibn Abid ibn Abdullah ibn Ömər ibn Mahzum" adlı şəxslərlə Məhəmməddən əvvəl evləndiyinə dair məsələyə toxunmuşdur.[17] Buna qarşı, Şiə mütəfəkkirləri məsələnin bütün aspektlərini daha ciddi bir şəkildə araşdırdıqdan sonra, Xədicənin əvvəlki evlilikləri haqqında şübhəyə düşmüş və Xədicənin əvvəldən heç bir evlilik etmədiyinə və ilk izdivacının Məhəmmədlə olduğuna inanır. Xədicənin Məhəmməddən əvvəl heç evlilik etmədiyinə dair dəlillər bu şəkildə yekunlaşdırıla bilər: 1. İbn Şəhri Aşub, Seyid Mürtəzanın "Şəfi", Şeyx Tusinin "Talhis" adlı kitablarında Xədicənin Məhəmmədlə evlənəndə "Azra" olduğuna işarə etmişlər. Əlbəttə, bu insanlar "Ruqiyyə" və "Zeynəb" adlı uşaqların Xədicənin bacısı Halədən olduqlarına inanmaqdadırlar.[18] Belə çıxır ki, bu fikirdə bəzi səhvlər var. Çünki tarixi mənbələrdə Xədicənin "Ruqiyyə" və "Zeynəb" adlı uşaqlarının əvvəlki ailələrindən deyil, şəxsən Məhəmməddən olduğunu qeyd etmişdir.[19] 2. Xədicənin yüksək mövqe və məqamı, Qüreyşin irəli gedən bir çoxunun evlilik təklifini rədd etməsi də Xədicənin Məhəmməddən əvvəl evlilik etmədiyinə başqa bir sübutdur. Qəbilə fanatizminin hakim olduğu Hicazın düşüncə və mədəniyyət atmosferində Qüreyşin adlı –sanlı böyüklərindən olan Xədicə kimi bir qadının Təmim və Mahzum qəbilələrindən iki Ərəblə evləndiyi necə qəbul edilebilər?[20] 3. Xədicənin Məhəmmədlə evlənmədən əvvəl ərə getmədiyinə dair digər bir dəlil isə ondan ibarət ola bilər. Məhəmməddən sayılan Xədicəyə nisbət verilən bu iki uşaq, aparılan araşdırmalarda Xədicənin uşaqları deyil, əksinə Xədicənin bacısı Halənin uşaqları idi. Hələ ilk olaraq Mahzum qəbiləsindən bir adamla evləndi və ondan bir uşağı olmuşdu. Sonra Temimli başqa biri ilə evləndi və ondan da Hind adlı başqa bir uşağı oldu. Xədicə Halənin həyat yoldaşının ölümündən sonra Halə və iki uşağının qayğısını üzərinə götürdü. Ərəblərin adətlərində olan Rabiyynin (yoldaşdan qalma uşaqlar) uşaqları doğma oğul kimi qəbul edildiyindən onları Məhəmmədin uşaqları kimi saymışlardır.[21]

İkinci evliliyi

[redaktə | mənbəni redaktə et]
Məhəmmədin bütün yoldaşlarına Quranda verilmiş Ümmül-möminin (Möminlərin anası) ifadəsinin ərəbcə yazılışı

Bütün mənbələr Məhəmmədin ilk həyat yoldaşının Xədicə olduğunu yazıb və bunların çoxu Xədicə ilə evlənəndə Məhəmmədin yaşının 25 olduğunu qeyd etmişdir. İbn Əbdülbirr, Xədicənin Məhəmmədin ilk xanımı olduğuna və onunla yaşadığı müddət ərzində başqa bir qadınla evlənmədiyinə inanmaqdadır.[22] Eyni şəkildə Xədicə ilə evlənəndə yaşının 25 olduğu və Fil ilindən iyirmi altı il sonra olduğunu qeyd etmişdir.[23] Eyni şəkildə Zühridən nəql etdiyi bir rəvayətə görə Məhəmməd Xədicə ilə evlənəndə yaşının 21 olduğunu qeyd etmişdir.[23] Məsudi də Xədicənin Məhəmmədin ilk xanımı olduğuna inanır.

Bəzi mənbələrdə[24] eyni şəkildə bu məsələyə təkid edilmiştir.[25][26] İbn Əsir, Xədicənin Məhəmmədin ilk xanımı olduğuna işarə edərək bu evliliyin Besətdən əvvəl olduğuna inanmaqdadır.[27] İbn Əsir isə Xədicə ilə evlənəndə Məhəmmədin yaşının 21, 22, 25, 28, 30 və 37 olduğunu bildirən müxtəlif fikirləri bildirmişdir.[27] Xədicənin Məhəmmədlə evlənəndə neçə yaşında olduğu mövzusunda da mənbələr eyni fikirdə deyil. Mənbələrdə 25 yaşından 46 yaşına qədər yaş fərqləri qeyd edilmişdir. Mənbələrin çoxu, Xədicənin Məhəmmədlə evlənəndə yaşının 40 olduğu yönündədir.[28][29][30][14][31] Məsudi isə bu yaşdan başqa yaşlarda ola biləcəyi ehtimalının başqalarından nəql etmişdir.[32] Bəzi mənbələr yaşının 25 olduğu[33][34][35][36] və başqa mənbələrdə isə yaşının: 28,[14] 30,[37][38][39][40] 35,[41] 44,[42] 45,[43][44] və 46,[14] olduğu qeyd edilmişdir. Xədicənin Məhəmmədlə evlənəndə neçə yaşında olduğunu müəyyən etmək bir qədər çətindir. Məhəmməd Xədicə ilə birlikdə 25 il yaşamışdır (15 il Besətdən əvvəl və[45] 10 il Besətdən sonra), digər tərəfdən Xədicə vəfat edəndə yaşı 65 və ya Beyhəqinin üstünlük verdiyinə görə 50-dir. Buna görə də Xədicənin Məhəmmədlə evlənəndə yaşının 25 və ya 40 olması lazımdır. Əgər Xədicə, Məhəmmədlə evlənəndə yaşı 25 olsa, vəfatında yaşının 50 olması lazımdır, çünki evlənəndə yaşı 25-dir. Bu fikrə bəzi tədqiqatçılar üstünlük vermişdir.[33][46] Bu fikir mənbələrdə geniş olmadığından, bu fikirin qəbul edilməsi bir qədər çətindir, ancaq Məhəmmədin Xədicədən olan uşağı Qasımın Besətdən sonra vəfat etməsinin[47] mənası odur ki Qasım Xədicədən dünyaya gələndə Xədicənin yaşının 55 və ya daha çox olması lazımdır ki, bu da mümkün deyil və qəbul edilə bilməz. Bu məsələ Şiə üləmalarının fikirləri ilə mənbələrə əsaslandırıldıqda Xədicənin Məhəmmədlə evlənəndə "Azra" olduğu[48] və Xədicə kimi mövqe sahibi bir xanımının 40 yaşına qədər Qüreyşdə ailə qurmaması uzaq bir ehtimal kimi durur. Beləliklə, Xədicə evlənəndə yaşının 25 və ya 28-dən daha böyük olmaması lazımdır.[46]

Evlilik zamanı və ya əvvəlki yaş və ildən daha əhəmiyyətli olan şey, bu müqəddəs mövzudakı məqsəd və niyyətdir. Mənbələrdə Məhəmməd ilə Xədicənin bu istiqamətdəki məqsədlərinin ilahi olması və müqəddəs niyyətləridir. Xüsusilə bu məsələ Xədicəni Məhəmmədin istiqamətinə itmişdir. İbn Kəsir, İbn İshaqdan belə nəql edir: Xədicə Məhəmmədin doğruluq, düzgünlük, əmanətə riayət edən və əxlaqi xüsusiyyətlərini tanıyanda, onu malının əmini qərar vermiş və Şam ticarət səfərindən qayıdanda və Meysərənin (Xədicənin köləsi) Məhəmmədin xüsusiyyətlərini açıqlamasından sonra Məhəmmədə evlənmək təklifi etdi.[27] İbn Seyyidunnas da Xədicənin Məhəmmədin əxlaqi xüsusiyyətləri və sədaqətinin ona evlilik təklif etməsinə səbəb olduğunu bildirmiş və Xədicənin Məhəmməddə olan sədaqət, əmanətə riayət, düzgünlük və əxlaqi xüsusiyyətlərindən dolayı ona evlilik təklif etdiyini qeyd etmişdir.[49] İbni Əsir də bu amillərin eynisini Usdul-Qabə kitabında bildirmişdir.[30]

Məhəmmədin yanındakı mövqeyi

[redaktə | mənbəni redaktə et]
XX əsrin əvvəllərində Səudiyyə sülaləsi tərəfindən dağıdılmış Müəlla məzarlığındakı Xədicə türbəsi

Xədicənin Məhəmmədin həyatında əhəmiyyətli bir yer və mövqeyi vardır. Xədicənin Məhəmmədin yanındakı mövqeyi haqqında çoxsaylı məlumat nəql edilmişdir. Belə ki, hətta Xədicənin vəfatından illər sonra belə onun əvəzsiz və bənzərsiz bir qadın olduğu Məhəmməd tərəfindən dilə gətirilir və ona o sənin üçün yaşlı bir qadından başqa bir şey deyildi deyəndə belə buyurmuşdur: "Mən Xədicədən daha üstününü görməmişəm, bütün insanlar inkar edərkən, o, mənə inandı, hamı məni təkzib edərkən o "sən doğrusan çəkinmə davam et" dedi. Hər kəs məni tənhalığa tərk edərkən o mənə yalnız imanı və sevgisi ilə deyil malı ilə də dəstək oldu. Bu yolda maddi varlığını fəda etməkdən geri durmadı. Mənə hər şərtdə sahib çıxdı. Üstəlik, uşaqlarımın anasıdır ".[50] Xədicə Məhəmmədlə evləndikdən sonra onun üçün ən yaxşı həyat yoldaşı olmuşdur. Sadiqliklə və məhəbbətlə Məhəmmədə qadınlıq etmiş, evlilərin müştərək həyatlarında bir-birilərinə təmin etmələri lazım olan rahatlıq və xoşbəxtliyi Məhəmməd üçün hazırlamış və bu yolda Allahın razılığı xaricində heç bir məqsəd daşımamışdır. Bundan dolayı, Məhəmməd Xədicə həyatda olduğu müddətcə başqa bir evlilik etməmiş və özünə həyat yoldaşı seçməmişdir.[51] Məhəmmədin Xədicə haqqında dediyi bəzi sözlər ona nə qədər dəyər verdiyini ortaya qoyur. Bəlkə də bəzi mənbələrdə Xədicə üçün istifadə edilən ən münasib təbir onun ən üstün və ən sadiq vəzir və müşavir olduğu, Məhəmmədin əmin-amanlıq və aram mənbəyi olduğuna dair söylənən təbirlərdir.[52][53]

Mənbələr Xədicənin vəfatının Besətin onuncu ilində, yəni Məhəmmədin Məkkədən Mədinəyə hicrətindən 3 il əvvəl olduğunu qeyd etmişdir.[24][54][55][56][57] Mənbələrin çoxu, Xədicənin vəfat edərkən yaşının 65 olduğu yönündədir[56] İbn Abdulbirr, Xədicənin vəfat edərkən yaşının 64 və 6 ay olduğunu zikr etmişdir.[58] Başqa mənbələr isə Xədicənin vəfatının Əbu Talibin vəfatı ilə eyni il olduğunu, ancaq bir az da gec baş verdiyini bildirmişdir.[54][56] İbn Sad, Xədicənin vəfatının Əbu Talibin vəfatından 35 gün sonra olduğuna inanmaqdadır.[59] O və başqa bəzi tarixçilər, Xədicənin vəfatının dəqiq olaraq Besətin onuncu ilində Ramazan ayında olduğuna inanmaqdadır.[60] Məhəmməd ilk öncə öz cübbəsi ilə daha sonra cənnət cübbəsi ilə Xədicəni kəfənləmiş və Məkkədəki "Hücun dağı"nın ətəklərindəki Muəlla məzarlığında dəfn etmişdir.[61]

Xədicənin ən çox yaşamış övladı Fatimənin adının ərəbcə yazılış forması

Xədicə və Məhəmmədin birgə həyatlarının nəticəsi olaraq 7 və ya 8 uşaq dünyaya gəlmişdir. Digər başqa mənbələrə görə isə 6 uşaq dünyaya gəlmişdir. İbn Kəsirin, İbn İshaq və İban Hişamdan nəql etdiyi bir rəvayətə görə Məhəmmədin Xədicədən 7 uşaq sahibi olduğu və bunların adlarını bir-bir saydıqdan sonra Məhəmmədin İbrahim xaricindəki bütün uşaqlarının Həzrət Xədicədən olduğunu bəyan etməkdədir.[29][62] Yunus ibn Bukeyrdən nəql etdiyi bir rəvayətdə Məhəmmədin Xədicədən olma 6 uşağının adlarını saymaqdadır.[29][63] İbn Əsir, Zübeyr ibn Bekardan nəql etdiyi bir rəvayətdə Məhəmmədin uşaqlarının Tayyib və Tahir adlandırılmasının səbəbi bu uşaqların Məhəmmədin peyğəmbərliyindən sonra dünyaya gəlmələrindən ötrü olduğu istiqamətindədir.[64] Digər mənbələr də Məhəmmədin İbrahim xaricindəki bütün uşaqlarının Xədicədən dünyaya gəldikləri istiqamətindədir.[65][66] İbn Əsir Xətib, Zübeyr ibn Bekar nəql etdiyi bir rəvayətdə Məhəmmədin 8 uşağının olduğunu zikr etmişdir.[67]

Belə çıxır ki, Məhəmmədin Xədicədən olma uşaqlarının sayı haqqındakı münaqişələrin səbəbi, uşaqların adları ilə ləqəblərinin qarışdırılmasından irəli gəlir. Beləliklə, Məhəmmədin Xədicədən olma uşaqlarının sayı 6-dır. Qasım və Abdullah (Tahir və Tayyib, Abdullahın ləqəblərindəndir, başqa uşaqlarının adları deyil) adlı iki oğlu və Zeynəb, Rüqəyya, Ümmü Gülsüm və Fatimə adlı dörd qızı vardır.[68]

İslam dinində yeri

[redaktə | mənbəni redaktə et]

Ümmü Hind[69] künyəli Xədicə bint Xüveylid ibn Əsəd ibn Abdulüzza ibn Kusay əl-Qüreyşi əl-Əsədi, Ümmül Möminin, Məhəmmədin ilk xanımı və Məhəmmədə iman gətirən ilk qadındır.[70] Məkkədə dünyaya gəlmiş və orada həyatını itirmişdir. Dəqiq olaraq hansı tarixdə dünyaya gəldiyi məlum deyil. Öz qövm və müttəfiqləri Bəni Abduldar ibn Kusay tərəfindən hörmət edilən atasının evində böyümüşdür.[71] Şərif bir xanım, zəngin və öz zamanında etibar sahibi bir insandı.[72] Cabir ibn Abdullah Ənsarinin rəvayət etdiyi bir hədisdə Məhəmməd dünya qadınlarının ən üstünləri olaraq Xədicə, Fatimə, Məryəm və Asiyəni tanıtmıştır.[73] Yenə Məhəmməd Xədicəni kamil qadınlardan saymış[73] və onu ən üstün qadınlardan biri olaraq tanıtmıştır.[74][75][76] Mənbələrdə: Tahirə, Zəkiyyə, Mərziyə, Siddiqə, Seyyidə Nisau-Qüreyş (Qüreyş qadınlarının ən üstünü),[77][78] Hayrunnisa (qadınların ən xeyirlisi)[79] və üstün sifətli qadın ləqəbləri ilə anılmaqdadır.[80] Həmçinin Ümmül Möminin və Ümmü Zəhra künyələri ilə də anılmaqdadır.[81]

  1. الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 2. S. 302.
  2. 1 2 3 4 Zeidan A. Khadījah // Encyclopædia Britannica (ing.).
  3. 1 2 الطبري م. ب. ج. تاريخ الرسل والملوك (ərəb.): تاريخ الطبري.
  4. 1 2 3 4 5 Али-заде А. Хадиджа бинт Хувайлид (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  5. Али-заде А. Фатима бинт Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  6. Али-заде А. Рукайя бинт Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  7. Али-заде А. Умм Кульсум бинт Мухаммад (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  8. Dəhudda, 1377. səh. 7/? Hayrat Həsən c.1 səh. 111-dən nəqlən
  9. Zərkuli, 1989. səh. 1/302
  10. Dəhudda, 1377. səh. 1/111
  11. Əbülhəsən Bəkri, "Əl-Ənvərus", s. 735.
  12. İbn Kəsir, 1986. səh. 2/293
  13. 1 2 İbn Səid ən-Nas, 1993. səh. 1/63
  14. 1 2 3 4 Bəlazuri, 1996. səh. 1/98
  15. Bəlazuri, 1996. səh. 15/65
  16. İbn Həbib, "əl-Münəmmaq", səh. 247
  17. ibn Həbib, "Əl-Muhabbər", səh. 452
  18. İbn Şəhri Aşub, "Mənaqib", c.1, səh. 159
  19. İbn Əsir Cəzri, 1989. səh. 4/641
  20. Amuli, "Əs-Səhih", c. 2, səh. 123, "Əl-İstiğasə" c.1, səh. 70-dən nəqlən
  21. Amuli, "Əs-Səhih", c.2, səh.125
  22. İbn Əbdülbirr, 1992. səh. 1/25
  23. 1 2 İbn Əbdülbirr, 1992. səh. 1/35
  24. 1 2 Məsudi, "Murucuz-Zəhəb", c. 2, səh. 282
  25. Bəsva, "Əl-Mərifət", c. 3, səh. 267
  26. İbn Əsir, "Əl-Kamil", c.2, səh. 307
  27. 1 2 3 İbn Kəsir, 1986. səh. 5/293
  28. İbn Əsir, "əl-Kamil", c.2, səh. 39
  29. 1 2 3 İbn Səd, 1990. səh. 8/174
  30. 1 2 İbn Əsir Cəzri, 1989. səh. 1/23
  31. Təbəri, 1968. səh. 2/280
  32. Məsudi, "Murucuz-Zəhəb", c. 2, səh. 287
  33. 1 2 Beyhəqi, "Dəlailun-Nübuvvə", c. 2, səh. 71
  34. "Siyrətül-Hələbiyyə", c. 1, səh. 140
  35. "Əl-Bidayə", c. 2, səh. 294
  36. Bəlazuri, "Ənsabul-Əşrəf", c.1, səh. 98
  37. Amuli, "Əs-Səhih", c. 2, səh. 115
  38. "Əs-Siyrətul", c. 1, səh. 140
  39. "Təhzib Tarix-Dəməşq", c. 1, səh. 303
  40. "Tarixul-Hamis", c. 1, səh. 264
  41. İbn Kəsir, 1986. səh. 5/295, İbn Kəsir, "Əs-Siyrətun", c. 1, səh. 265
  42. Vaqidi, "Müxtəsər Tarixi-Dəməşq", c.1, səh. 303
  43. Vaqidi, "Müxtəsər Tarixi-Dəməşq", c. 1, səh. 275
  44. "Təhzibül-Əsma", c. 2, səh. 342
  45. İbn Kəsir, 1986. səh. 5/295, Beyhəqi, "Dəlailun-Nübuvvə", c. 2, səh. 72
  46. 1 2 Amuli, "Əs-Səhih", c. 2, səh. 114
  47. İbn Kəsir, 1986. səh. 5/294
  48. İbn Şəhri Aşub, "Əl-Mənaqib", c. 1, səh. 159
  49. İbn Səid ən-Nas, "Uyunul-Əsər", c. 1, səh. 63
  50. İbn Əbdülbirr, 1992. səh. 4/1824
  51. İbn əl-İmrani, "Əl-Ənbai", səh. 46
  52. İbn Kəsir, 1986. səh. 5/61
  53. İbn Əsir Cəzri, 1989. səh. 1/26
  54. 1 2 İbn Səid ən-Nas, 1993. səh. 1/151
  55. İbn Əbdülbirr, 1992. səh. 4/1817
  56. 1 2 3 Təbəri, 1968. səh. 11/493
  57. İbn Səd, 1990. səh. 8/14
  58. İbn Əbdülbirr, 1992. səh. 4/1818
  59. İbn Səd, 1990. səh. 1/96
  60. İbn Səd, 1990. səh. 1/14
  61. Əbülhəsən Bəkri, "Əl-Ənvərus", səh. 735
  62. İbn Kəsir, 1986. səh. 2/294
  63. İbn Kəsir, 1986. səh. 2/94
  64. İbn Əsir, "Əl-Kamil", c. 2, səh. 307
  65. İbn Əsir, "Əl-Kamil", c. 2, səh. 302
  66. İbn Kəsir, 1986. səh. 5/306
  67. İbn Əsir Cəzri, 1989. səh. 6/81
  68. Zərkuli, 1989. səh. 2/302
  69. İbn əl-Cəvzi, 1992. səh. 3/18
  70. İbn Əsir Cəzri, 1989. səh. 6/78
  71. İbn Səd, 1990. səh. 8/11
  72. Təbəri, 1968. səh. 2/281
  73. 1 2 İbn Kəsir, 1986. səh. 2/129
  74. Muqrizi, 1999. səh. 15/60
  75. Zəhəbi, "Tarixul-İslam", c.1, səh.239
  76. İbn əl-Cəvzi, 1992. səh. 1/346
  77. İbn Kəsir, 1986. səh. 3/15 (İbn Kəsir, vəhyin başlanğıcı mövzusunda bu ləqəblə Hz. Xədicəyə (s.ə) işarə etməkdədir)
  78. Beyhəqi, "Dəlailun-Nübuvvə", səh. 16
  79. İbn Əsir Cəzri, 1989. səh. 6/83
  80. Məclisi, "Biharul-Ənvər", c.100, səh.189
  81. Əbülhəsən Bəkri, "Əl-Ənvarus", səh.7

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]