İçərişəhər Həzrəti Əli məscidi

Bu məqalə İçərişəhərdəki məscid haqqındadır. digər məscidlər üçün İmam Əli məscidi (dəqiqləşdirmə) səhifəsinə baxın.

Seyid Yəhya Murtuza məscidi və ya Həzrət Əli məscidi[1][2][3][4]İçərişəhərdə yerləşən XVII əsrə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi, məscid.

Həzrəti Əli məscidi
yoxdur[a]
Həzrəti Əli məscidinin ön tərəfdən görünüşü
Xəritə
40°21′53″ şm. e. 49°50′07″ ş. u.
Ölkə  Azərbaycan
Status Ölkə əhəmiyyətli abidə
Şəhər Bakı
Yerləşir Asəf Zeynallı küçəsi 18, İçərişəhər, Səbail
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Sifarişçi Seyid Yəhya Murtuza
Tikilmə tarixi XVII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Günbəzləri 1 ədəd
Vəziyyəti Restavrasiya olunub.
İstinad nöm.86
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Həzrəti Əli məscidi (İçərişəhər)
Həzrəti Əli məscidi
İçərişəhərin xəritəsində məscidin yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid yenidən fəaliyyət göstərməyə başlayıb.

Məscid XVII əsrdə İçərişəhərdə indiki Asəf Zeynallı küçəsində tikilib. Məscidi Seyid Yəhya Murtuza öz şəxsi vəsaiti hesabına tikdirib və özü din xadimi kimi məsciddə axund olaraq fəaliyyət göstərib. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir.[5][6] Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.[7]

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[8] Həzrət Əli məscidi də sovet işğalından sonra fəaliyyətini dayandırıb. Sovet dövründə məscidin binasında dülgər sexi fəaliyyət göstərib.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[9][10]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscidin qəzalı binası təmir edilib və məscid yenidən fəaliyyət göstərməyə başlayıb.

2018-ci ildə məscidlə üzbəüz şərab evinin açılması narazılığa səbəb olub.[11][12][13][14]

  1. Həzrəti Əli və ya Seyid Yəhya Murtuza məscidi kimi də tanınır
  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası (az.). Bakı: “Beynəlxalq əl-Huda”. 2001. səh. 48. ISBN 964-8121-59-1.
  2. Azərbaycan və Əhli-beyt irsi, Bakı, Elm və təhsil, 2013. ISBN 978-9952-809-89-9 . 96–97-ci səhifələr arasındakı şəkillərdə şəkil izahı
  3. ""Azərbaycan bayrağı–milli-mənəvi sərvətimizi və bizi xarakterizə edən atribut" layihəsi uğurla icra olunur" (az.)). scwra.gov.az. 2016-03-18. 2016-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-21.
  4. "İçərişəhər İmam Əli məscidi". Sirat.az (az.). 2022-08-23. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-04.
  5. "Seyid Yəhya Murtuza məscidi". icherisheher.gov.az. 2022-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  6. Fərhadoğlu, Kamil. İçərişəhər (az.). Bakı: Ş-Q və Çinar-çap. 2006. 140. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  7. ""Seyid Yahya Murtuza" məscidi". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi. 2013-09-25. Archived from the original on 2013-09-25. İstifadə tarixi: 2024-02-02.
  8. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  10. İbrahimov, Ramid. "İçəri Şəhərdəki sirli Dördbucaqlı qala haqqında nə bilirik?". www.anl.az. 2014-02-22. səh. 13. 2014-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-29.
  11. "Şəhərin mərkəzində məscidin qarşısında "şərab evi" açıldı – VİDEO". İslamazeri.com Xəbər Portalı (az.). 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-19.
  12. ""Az-Granata" dindarları təxribata çəkir? — Məscid önündə şərab ziyafəti (FOTOLAR)". Minval. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  13. ""İmam Əli" məscidinin inanclıları məscidin qarşısındakı "şərab evi"nin bağlanmasını istəyirlər – ƏTRAFLI, FOTO". İslamazeri.com (az.). 2024-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-19.
  14. "Bakının mərkəzində məscidin qarşısında olanlar dindarları qıcıqlandırdı – VİDEO". Minval. 2018-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]