Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlahəddin Mamedov
İlahəddin Dilamuddinoviç Mamedov (2 iyul 2001, Xaçmaz, Azərbaycan — 12 oktyabr 2020, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlahəddin Mamedov 2 iyul 2001-ci ildə Xaçmazda anadan olub. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İlahəddin Kəlbəcər, Cəbrayıl, Füzuli və Hadrutun azad edilməsində savaşıb. 2020-ci ildə oktyabr ayının 12-si Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub. Şəhidimiz Xaçmaz Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "İgidliyə görə" ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlahəddin Mamedov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Səlahəddin Bahəddin
Səlahəddin Məhəmməd Bahəddin Sadiq (ərəb. صلاح الدين بهاء الدين‎; 1950, Hələbcə) — kürd siyasətçi. O, Kürdüstan İslam Birliyinin qurucusu və indiki lideridir. == Həyatı == Səlahəddin Məhəmməd Bahəddin Sadiq 1950-ci ildə Hələbcə şəhərində anadan olmuşdur. O, 1971–1981-ci illərdə müəllim işləmişdir. Səlahəddin Bahəddin İraq ordusunda xidmət etməkdən imtina etdikdən sonra vəzifəsindən azad edilmişdir. O, BƏƏS Partiyasına qoşulmaqdan imtina etdikdən sonra işgəncələrə məruz qalmışdır. Səlahəddin Bahəddin ardınca İraqı tərk edərək 10 il İran, Türkiyə və Körfəz ölkələrində yaşamışdır. O, daha sonra 1991-ci ildə İraqa qayıtmışdır. Səlahəddin Bahəddin 6 fevral 1994-cü ildə Kürdüstan İslam Birliyinin təsisçilərindən biri olmuşdur.
Səlahəddin
Səlahəddin — ad. Səlahəddin Əyyubi — Əyyubilər sülaləsinin ilk hökmdarı. Səlahəddin Xəlilov — AMEA-nın müxbir üzvü (2007). Səlahəddin Paşalı — Türkiyə aktyoru. == Həmçinin bax == Səlahəddin Qartalı — əsasən şərqdə bir çox ölkələrdə işlənin heraldik qartal şəkilidir.
Salahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Zaqatala – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Zaqatala rayonu Qass (indiki Dağlı) kəndində dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur. Baş leytenant S.Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir. 1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir. Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi 196 ünvanındakı binaya baralyefi vurulmuşdur. == İstinadlar == == Xarici keçidlər == 9may.az. Qəhrəmanlar.
Səlahəddin (el)
Səlahəddin mühafəzəsi - İraqın Respublikasının inzibati ərazi vahidi. Səlahəddin mühafəzəsinin ərazisi 24.751 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 904.432 nəfər, inzibati mərkəzi Samərra şəhəridir. Səlahəddin mühafəzəsində 804 yaşayış məntəqəsi vardır.
Səlahəddin Bitar
Salahəddin Bitar (ərəb. صلاح الدين البيطار‎; 5 may 1912, Dəməşq – 21 iyul 1980[…], VIII arondisman (Paris)) — Suriya siyasətçisi. O, 1940-cı illərin əvvəllərində Mişel Əfləq ilə Ərəb Bəəs Partiyasını qurmuşdur. Onlar 1930-cu illərin əvvəllərində Parisdə təhsil alan tələbələr olaraq, milliyətçilik və sosializm aspektlərini birləşdirən bir doktrina formalaşdırmışdılar. Bitar daha sonra Suriyada bir neçə erkən Bəəs hökumətində baş nazir vəzifəsində çalışmış, lakin partiya daha radikallaşdıqca oradan uzaqlaşmışdır. O, 1966-cı ildə ölkədən qaçmış, daha çox Avropada yaşayıb və 1980-ci ildə sui-qəsdə uğrayana qədər siyasi fəaliyyətini davam etdirmişdir. == Əsərləri == Onun yazılarına aşağıdakılar daxildir: Al-Siyasah al-Arabiyah bayn al-Mabda wa al-Tatbiq (Prinsip və təcrübədə ərəb siyasəti). Beirut: Dar al-Taliah, 1960. Nida al-Ba'th (Bəəs mübarizəsi). Beirut: Dar al-Taliah, 1963–1965.
Səlahəddin Eyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin Səlahəddin kürd ailəsindən sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. == Həyatı == Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kurd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. == Ailəsi və mənşəyi == əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları: əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎) Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) === İlk illəri === Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
Səlahəddin Kazımov
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Zaqatala – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı == Həyatı == Zaqatala rayonu Qass (indiki Dağlı) kəndində dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur. Baş leytenant S.Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir. 1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır. Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir. Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi 196 ünvanındakı binaya baralyefi vurulmuşdur. == İstinadlar == == Xarici keçidlər == 9may.az. Qəhrəmanlar.
Səlahəddin Paşalı
Səlahəddin Paşalı (2 fevral 1990, Bodrum, Muğla ili) — Türkiyə aktyoru. == Həyatı == Paşalı 2 fevral 1990-da Muğla, Bodrumda anadan oldu. 14 yaşında Darüşşafaka İdman Klubuna transfer olmuşdur. İnfrstruktut müddətində komanda başçısı olmuşdur. Təhsilini Budapeştdə Sənət İdarəsi oxuyaraq bitirib. Sonra Craft Emalatxanada aktyorluq təhsili alıb. İlk aktyorluq karyerasına 2017-ci ildə Show TV-də verilən "Ürək Döyüntüsü" serialı ilə başladı. Sonra 2018-ci ildə "Bir Ümid Kifayət Edər" serialında rol aldı. 2019-cu ildə isə Kanal D-də verilən "Ləkə" serialında rol aldı. 2020-ci ildə baş rollarda Halit Ergenç və Ozan Güvenin olduğu "Babil" serialı ilə karyerasına davam etdi.
Səlahəddin Quliyev
Səlahəddin Məlik oğlu Quliyev (13 iyun 1958, Səfikürd, Qasım İsmayılov rayonu – 9 sentyabr 2022) — 1994–2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, "91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalılardan biri == Həyatı == Quliyev Səlahəddin Məlik oğlu 13 iyun 1958-ci ildə Azərbaycan Respublikası Goranboy rayonu Səfikürd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965–1966-cı il tədris ilində Tatarlı kənd səkkizlik məktəbində 1-ci sinifə daxil olmuş, 1975-ci ildə Goranboy rayonu 2№ li şəhər orta məktəbini, 1969–1974-cü illərdə Goranboy şəhərində 1№li musiqi məktəbinin tar şöbəsini bitirmişdir. 1975–1976-cı illərdə Səfkürd kəndində kalxozda işləmiş, 1976–1978-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1978–1980-ci illərdə kalxozda işləmişdir. 1980–1985-ci illərdə Bakı Slavyan Universitetində və Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil almışdır. Təhsil illərində Bakı və "Bakı axşam" qəzetlərində ədəbi işçi işləmişdir. İnstitutu bitirdikdən sonra təyinatla həmin qəzetdə işləmişdir. 1989–1991-ci illərdə Respublika Teatr Cəmiyyətində işləmişdir. 1991–1993-cü illərdə Azərittifaqda işləmişdir. 1993–2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinə rəhbərlik etmişdir.
Səlahəddin Xəlil
əl-Məlikül-Əşrəf Səlahuddin Xəlil ibn Kalavun əl-Əlfi əs-Salihi (1262–1293) — Məmlük sultanı (1290–1293). == Həyatı == Xəlil ibn Kalavun 1262-ci ildə doğulmuşdu. Məmlük sultanı əl-Məlikül-Mənsur Seyfəddin Kalavunun oğludur. Böyük qardaşı əl-Məliküs-Salih Əlaəddin Əlinin ölümü üzərinə (1288) vəliəhd oldu. Əslında Sultan Kalavun əxlaq və davranışlarından xoşnud olmadığı üçün Xəlili vəliahd təyin etmək istəmirdi. Qazı Fəthuddin İbn Əbdüzzəhir, Xəlilin vəliahd təyiniylə ilgili bəlgəni imza etməsi üçün ona arz etdiyi zaman onu müsəlmanların idarəsini üstlənəcək vasıfdə görmədiyini söyləyərək imzalamamışdı. Niyəti kiçik oğlu Məhəmmədi vəliahd təyin etməkdi. Başda naib-i saltanat Hüsaməddin Torumtay olmaqla, əmirlər də Xəlili sevmir və böyük qardaşı Əlaəddini onun zəhərlədiyini iddia edirdilar. Ancaq Kalavun bu işi Xəlildən daha yaxşı yapacak başqa bir oğlu olmadığından onun vəliahd olmasına razı olmuş, Trablusşam səfərinə çıxarkən də Misirdə onu naib olaraq buraxmışdı (1289). əl-Məlikül-Əşrəf Xəlil, Kalavunun Aqqa səfəri sırasında xəstələnməsi və qısa bir müddət sonra ölümü üzərinə Məmlük taxtına keçdi (11 noyabr 1290).
Səlahəddin Xəlilov
Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir. Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur. == Ailəsi == Evlidir, oğlu və 2 qızı var. == Elmi-pedaqoji fəaliyyəti == 1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır. 1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir. 1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
Səlahəddin mühafazası
Səlahəddin mühafəzəsi - İraqın Respublikasının inzibati ərazi vahidi. Səlahəddin mühafəzəsinin ərazisi 24.751 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 904.432 nəfər, inzibati mərkəzi Samərra şəhəridir. Səlahəddin mühafəzəsində 804 yaşayış məntəqəsi vardır.
Səlahəddin mühafəzası

Səlahəddin mühafəzəsi

Səlahəddin Özdəmir
Səlahəddin Özdəmir (türk. Selahattin Özdemir; 1963, Adana – 27 avqust 2019, Mersin) — türk arabesk musiqi sənətkarı. Özdəmir, qardaşının gənc yaşlarında dinlədiyi və daha sonra sənət aləminə girdiyi Orxan Gəncəbayın musiqilərindən xeyli təsirlənmişdir. 1982-ci ildə ilk musiqisini buraxan sənətçi 2019-cu ildə sənət dünyasını tərk etmişdir. Mersində idarəçilik edərək keçinən Səlahəddin, 56 yaşında Mersində ürək tutması nəticəsində xəstəxanada bir müddət müalicə aldıqdan sonra vəfat etmişdir. 2000-ci illərdə irəli sürdüyü ingilis dilli arabesk musiqi layihəsi o qədər də diqqət çəkməmişdir. Səlahəddin Özdəmir, Adana Dövlət Təhlükəsizlik Məhkəməsinə gəncliyində oxuduğu 4 mahnıdan peşman olduğunu bildirmiş və bu mahnıların kasetlərindən çıxarılmasını və radiolarda çalınmamasını istəmişdir. Gəncliyinin verdiyi həyəcan ilə onları oxuduğunu söyləmiş, lakin indi bu mahnıların çalındığına görə peşman olduğunu bildirmişdir. Bu mahnılar ayrılıq və sevgidən bəhs edən "Yanlış Yerde Doğmuşum", "Yaşamam Artık", "Esrar Perdesi" və "Hem Yaratıyorsun Hem Unutuyorsun"dur. Sənətçi 27 avqust 2019 tarixində Mersində ürək tutması nəticəsində 56 yaşında vəfat etmişdir.
Səlahəddin Əyyubi
Səlahəddin Əyyubi (1138, Tikrit – 4 mart 1193, Dəməşq) — Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin Səlahəddin kürd ailəsindən sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı. == Həyatı == Səlahəddin Əyyubi 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf etmişdir. Səlahəddin müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur. Ailəsinin kurd əsilli olduğu güman olunur. Əyyubilər sülaləsindən idi. == Ailəsi və mənşəyi == əl-Məlik əl-Mənsur Əsəd əd-Din Əbül-Haris Şirkuh ibn Şadi ibn Mərvan əl-Məlik əl-Əfdal Nəcm əd-Din Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك ألأفضل نجم الدين أيوب بن شاﺬي بن مروان‎) və Məsudə Xatun binti Tokuş un övladları: əl-Məlik əl-Müəzzəm Şəms əd-Dövlə Fəxr əd-Din Turanşah ibn Əyyub ibn Şadi ibn Mərvan əl-Məlik ən-Nasir Saləh əd-Dünya və-d-Din Əbül-Müzəffər Yusif ibn Əyyub ibn Şadi ibn Mərvan (ərəb. الملك الناصر أبو المظفر يوسف بن أيوب بن شاﺬي بن مروان‎) Arvadı: İsmət əd-Din Xatun (ərəb. عصمة الدين خاتون‎) === İlk illəri === Səlahəddin təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulmuş, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilmişdir. Onun atası Nəcməddin Əyyub, Baalbek əyalətinin əmiri idi.
İmadəddin Nəsimi
İmadəddin Nəsimi (tam adı: Şeyx Əli ibn Seyid Məhəmməd İmadəddin Nəsimi) 1369, Şamaxı, Təbriz, Bağdad, Hələb, Şiraz və ya Diyarbəkir – 1419, Hələb) — Azərbaycan şairi, mütəfəkkir. "İmadəddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada,Urmiyada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şeirlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı məlumdur.
İmadəddin Qəzvini
İmadəddin Qəzvini(azərb. Əbu Məhəmməd Ömər ibn Məhəmməd əl Məkki əl-Qəzvini‎) — qazı == Həyatı == XIII əsrin ikinci yarısında Naxçıvan qazısı olmuşdur. 1267-1268-ci illərdə Təbrizdə onunla rastlamış və haqqında yazmış məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin məlumatına görə,İmadəddin Qəzvini "qazılar,ədalətli qanunşünaslar və ləyaqətli rəislər nəslindən" idi. == Yaradıcılığı == Ədəbiyyatı, şeir sənətini dərindən bilir və tədris edirdi. Mənbədəki məlumata görə, şəhər hakimi Şəmsəddin Məhəmməd İbn Məhəmməd əl-Cüveyni ədəbiyyat elmini və ərəb müəllifi ər-Həririnin "Məqamat"ını ondan öyrənmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 211.
İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
İmadəddin İsfahani
İmadəddin Məhəmməd ibn Hamid əl-Katib əl-İsfahani (1125-20.6.1201) — İran tarixçisi. == Həyatı == İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdur. İlk təhsilini Kaşanda almışdır. Daha sonra Bağdadda fiqhi oxudu. 1156-cı ildə Bağdadı İraq Səlcuqlu dövlətinə qarşı bacarıqla müdafiə edən Abbasi xəlifəsi Müktəfini (hökmdarlığı 1136–1160) təbrik etmək üçün yazdığı qəsidəylə vəzir İbn Hübeyrnin sevgisini qazandı. Onun tərəfindən naib olaraq Vasıtə göndərildi. Bu vəzifəsi İbn Hübeyrənin ölümünə (1165) qədər davam etdi. Bir müddət sonra Zəngilər sülaləsindən Nurəddin Zənginin (hd 1146–1174) katibi olan İmadəddin, onun öz adına tikdirdiyi mədrəsəyə müdərris olaraq göndərildi, amma Nurəddin Zenginin ölümündən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Homsu alan Səlahəddin Əyyubini öymək üçün bir şeir yazdı. Bununla Əyyubinin yaxınlığını qazandı və bütün səfərlərinə qatıldı.
İzaməddin Bağırov
İzaməddin Zeynal oğlu Bağırov (d. 6 aprel 1967) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == İ.Bağırov 1990-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Kütləvi tamaşalar rejissoru" fakültəsini bitirmişdir. 1991-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru və rejissoru vəzifələrində işləyir. Quruluş verdiyi tamaşalardan A.Kamyunun "Ağlasığmaz faciə", Ş.Qurbanovun "Milyonçunun dilənçi oğlu", C.Cabbarlının "Solğun çiçəklər", C.Məmmədovun "Kişi", Y.Həşimovun "Həkimlər nobata gedir" və Ə.Qiyasın "Cəhənnəm ekspresi" kimiləri qeyd etmək olar. İ.Bağırov tərcümə ilə də məşğul olur. Onun tərcümə etdiyi bir neçə pyes Akademik Milli Dram Teatrının, Sumqayıt və Dərbənd Dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Kefli İsgəndər və Naçalnik (C.Məmmədquluzadə "Ölülər", "Danabaş kəndinin əhvalatları", Dövlət bəy, Aydın və Bəhram (C.Cabbarlı "Aydvn", "Solğun çiçəklər"), Yan(A.Kamyu "Anlaşılmazlıq"), İmran (S.S.Axundov "Tamahkar"), Məsi (Ə.Qiyas" Qarışqa yuvası"), Qarakişi (İ.Məlikzadə "Gəl qohum olaq"), Şahbaz (M.F.Axundov "Müsyo Cordan və Dərviş Məstəli şah"), Sədrəvəzi (A.Babayev "Xilaskar"), Albert (A.İvaşenko "Uşağa bir üç yazın"), Qazan xan (F.Məhərrəmov (Oğuzlar", Müstəntiq (N.Dumbadze "Ağ bayraqlar"), Cəfərqulu xan (Y.Kevr "Xacə şah") və s. göstərmək olar. İ.Bağırov özünü kino sənətində də yoxlamış və "Yük"-də Dərviş, "Təxribat"-da Səfil və "Biriya"-da Məhəmməd Biriyanın obrazlarını yaratmışdır.
Səlahəddin Demirtaş
Səlahəddin Dəmirtaş (10 aprel 1973-cü ildə anadan olub) türk siyasətçisi, yazar və solçu kürd yönümlü Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədridir. O, kürdlərin sülh və ədalət uğrunda mübarizəsinin simvoludur və onun həbsi insan haqları qrupları və beynəlxalq hökumətlər tərəfindən geniş şəkildə pislənib. Dəmirtaş Türkiyənin Elazığ vilayətinin Palu rayonunda kürd ailəsində anadan olub. 1998-ci ildə Ankara Universitetinin Hüquq fakültəsini bitirib, 2004-cü ildə siyasətə başlamazdan əvvəl bir neçə il hüquqşünas kimi çalışıb. Demokratik Xalq Partiyasının (DEHAP) üzvü olaraq Diyarbəkir İl Şurasına seçilib, 2007-ci ildə isə Sülh və Demokratiya Partiyasının (BDP) üzvü olaraq Türkiyə Böyük Millət Məclisinə seçilib. O, 2011 və 2015-ci illərdə yenidən bu vəzifəyə seçilib. 2014-cü ildə Dəmirtaş Figen Yüksekdağla birlikdə HDP-nin həmsədri seçilib. HDP Türkiyədə kürdlərin hüquqlarını və demokratiyasını müdafiə edən kürdpərəst bir partiyadır. Dəmirtaş HDP-nin həmsədri kimi Türkiyə siyasətində tanınmış sima olub, mötədil və barışdırıcı ritorikası ilə tanınıb. O, Türkiyə hökuməti ilə kürd azlığı arasında potensial körpü qurucusu kimi görünürdü.
Səlahəddin Dəmirtaş

Səlahəddin Ülkümən
Səlahəddin Ülkümən (türk. Selahattin Ülkümen; 14 yanvar 1914, Antakya, Hatay ili – 7 iyun 2003 və ya 7 iyul 2003, İstanbul) — Türkiyə diplomatı. Ülkümən 1943-cü ildə Rodosun Baş Konsulu vəzifəsinə təyin edilib. Holokost zamanı o, adada yaşayan yəhudilərin Rodosdan deportasiya edilməməsi üçün onlara Türkiyə vətəndaşlığı verərək onların həyatını xilas etməsi ilə tanınır. Bu hərəkətinə görə, o, 1989-cu ildə Yad Vaşemdə İsrail tərəfindən Dünya xalqları ədalətliləri medalı ilə mükafatlandırılıb. O, ali təhsilini başa vurduqdan sonra 1936-cı ildə Xarici İşlər Nazirliyində işə başlayıb. 1943-cü ildə Rodosun baş konsulu təyin edilib. İkinci Dünya müharibəsi zamanı Yunanıstan nasistlər tərəfindən işğal edildi. Rodosu da ələ keçirən almanlar burada olan yəhudiləri həbs düşərgələrinə göndərmək qərarına gəldilər. Lakin o zaman Rodosda işləyən Ülkümən 2000 yəhudi icmasından 50-yə yaxın insanın həyatını xilas etdi.