Səlahəddin Xəlilov (Səlahəddin Sədrəddin oğlu Xəlilov; təxəllüsü; Əbu Turxan; 22 fevral 1952, Marneuli) — fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007).[1]
Səlahəddin Xəlilov | |
---|---|
Doğum tarixi | 22 fevral 1952 (72 yaş) |
Doğum yeri | |
Elm sahəsi | Fəlsəfə |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
Elmi adı | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü |
Üzvlüyü | |
Mükafatları |
Səlahəddin Xəlilov 22 fevral 1952-ci ildə Borçalı mahalında, Sarvan qəsəbəsində (indi, Gürcüstan Respublikasının Marneuli şəhərində) anadan olmuşdur. 1968-ci ildə orta məktəbi qızıl medalla bitirərək, BDU-nun fizika fakültəsinə daxil olmuşdur. 1973-cü ildə BDU-nun fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinat üzrə universitetin molekulyar fizika kafedrasında saxlanmışdır. Elmi fəaliyyətini fəlsəfə ixtisası üzrə aspiranturaya qəbul olunmaqla davam etdirmişdir.
Özəl "Azərbaycan" universitetini qurmuş, universitetin təsisçiliyindən çıxana qədər onun rektoru olmuşdur.
Evlidir, oğlu və 2 qızı var.
1976-cı ildə “Elmi-texniki tərəqqinin sistem-struktur təhlili” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi (PhD) dərəcəsini almışdır.
1990-cı ildə “Elmi-texniki tərəqqinin məntiqi-qnoseoloji tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, ADPU-nun fəlsəfə kafedrasının professoru və müdiri vəzifəsinə seçilmişdir.
1991-ci ildə Azərbaycanda özəl təhsil sisteminin əsasını qoymuş, ilk ingilisdilli özəl gimnaziyanı, humanitar liseyi və ilk özəl universitetlərdən biri olan Azərbaycan Universitetini təsis etmişdir.
1994-cü ildə Şərq-Qərb Tədqiqat Mərkəzinin əsasını qoymuşdur.
1997-ci ildə “İpək Yolu” beynəlxalq elmi və ictimai-siyasi jurnalını təsis etmiş və 2005-ci ilə qədər onun baş redaktoru olmuşdur.
2002-ci ildə Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) İdarə Heyətinin sədri seçilmişdir.
2003-cü ildən “Fəlsəfə və Sosial-siyasi elmlər” jurnalı nın baş redaktorudur.
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür.
2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür [2].
2009-cu ildən AMEA-nın Fəlsəfə, Politologiya və Sosiologiya elmləri üzrə Problem Şurasının sədridir.
Elmşünaslıq, idrak nəzəriyyəsi, Şərq və Qərb sivilizasiyaları, fəlsəfi komparativistika, Əbu Turxan fəlsəfəsi, fenomenologiya.
1987-ci ildə “Elmi-texniki tərəqqi: problemlər, perspektivlər” adlı kitabına görə Ümumittifaq Bilik Cəmiyyətinin mükafatı.
1992-ci ildə Yusif Məmmədəliyev adına mükafat.
1996-cı ildən Beynəlxalq Rektorlar Şurasında (International Association of University Presidents - IAUP Azərbaycanı təmsil edir.
1997-ci ildən Rusiya Ekologiya Akademiyasının üzvü seçilmişdir.
1999-cu ildə Beynəlxalq “Who is who?” ensiklopediyasına daxil edilmişdir.
2000-ci ildə Avropa Ali Təhsil Cəmiyyətinin (The European Higher Education Society - EAIR) üzvü seçilmişdir.
2000-ci ildən Amerika Fəlsəfə Assosiasiyasının (The American Philosophy Association - APA) üzvüdür.
2004- cü ildən Beynəlxalq Hüsserl və Fenomenoloji Tədqiqatlar Cəmiyyətinin (International Husserl and Phenomenological Research Society) üzvüdür.
2009-cu ildən Amerika Siyasi Elmlər Assosiasiyasının (American Political Science Association — APSA) üzvüdür.
2009-cu ildən Mühiyəddin İbn Ərəbi Cəmiyyətinin (Muhyiddin Ibn 'Arabi Society, Oxford) üzvüdür.
2009-cu ildən Avropa Elm fəlsəfəsi Assosiasiyasının (European Philosophy of Science Association - EPSA) üzvüdür.
2010-cu ildən Elm, Mühəndislik və Texnologiya Beynəlxalq Akademiyasının (World Academy of Science, Engineering and Technology - WASET) Humanitar və sosial elmlər üzrə ekspertidir.
2012-ci il 22 fevralda Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Prof.Dr. S.Xəlilov həmçinin İSESKO-nun İslam Dünyası Universitetləri Federasiyasının (FUIW) təmsilçisi, bir sıra xarici ölkə Akademiyalarının üzvü, ABŞ-da təsis olunmuş “Şərq-Qərb: fəlsəfələr arasında körpü” beynəlxalq təşkilatının həmsədridir. Azərbaycanda və xarici ölkələrdə 39 kitabı və 400-dən çox elmi məqaləsi nəşr olunmuşdur. Dəfələrlə ölkəmizi Dünya fəlsəfə konqreslərində, Beynəlxalq Metafizika konqreslərində, Elmin tarixi, məntiqi və metodologiyası üzrə beynəlxalq forumlarda təmsil etmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |