Səlahəddin Ülkümən

Səlahəddin Ülkümən (türk. Selahattin Ülkümen; 14 yanvar 1914[1], Antakya, Hatay ili7 iyun 2003[2] və ya 7 iyul 2003[3], İstanbul) — Türkiyə diplomatı.

Səlahəddin Ülkümən
türk. Selahattin Ülkümen
Doğum tarixi 14 yanvar 1914(1914-01-14)[1]
Doğum yeri
Vəfat tarixi 7 iyun 2003(2003-06-07)[2] (89 yaşında) və ya 7 iyul 2003(2003-07-07)[3] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti diplomat
Mükafatları Dünya xalqları ədalətliləri medalı (1989, İsrail tərəfindən)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ülkümən 1943-cü ildə Rodosun Baş Konsulu vəzifəsinə təyin edilib. Holokost zamanı o, adada yaşayan yəhudilərin Rodosdan deportasiya edilməməsi üçün onlara Türkiyə vətəndaşlığı verərək onların həyatını xilas etməsi ilə tanınır. Bu hərəkətinə görə, o, 1989-cu ildə Yad Vaşemdə İsrail tərəfindən Dünya xalqları ədalətliləri medalı ilə mükafatlandırılıb.

O, ali təhsilini başa vurduqdan sonra 1936-cı ildə Xarici İşlər Nazirliyində işə başlayıb. 1943-cü ildə Rodosun baş konsulu təyin edilib. İkinci Dünya müharibəsi zamanı Yunanıstan nasistlər tərəfindən işğal edildi. Rodosu da ələ keçirən almanlar burada olan yəhudiləri həbs düşərgələrinə göndərmək qərarına gəldilər. Lakin o zaman Rodosda işləyən Ülkümən 2000 yəhudi icmasından 50-yə yaxın insanın həyatını xilas etdi.

Arxa plan[redaktə | mənbəni redaktə et]

Yəhudilər 1917-ci ilə qədər Osmanlı, 1943-cü ilə qədər isə İtaliya işğalı altında Rodosda firavan yaşayıblar. 1943-cü il alman işğalı zamanı adadakı yəhudilərin sayı təxminən 1700 nəfər idi.[4] Onların arasında bir çox Aralıq dənizi ölkələrindən türklər, yunanlar, italyanlar və yəhudilər var idi.

Alman işğalından sonra türk və yunan yəhudiləri Korfudan toplanaraq ölüm düşərgələrinə göndərildi; lakin Türkiyənin Rodosdakı Baş Konsulu vəzifəsində çalışan Səlahəddin Ülkümən 1700-ə yaxın yəhudi icmasından 42 nəfərin həyatını xilas etdi.[5]

Ülkümənin yəhudiləri xilas etmək səyləri[redaktə | mənbəni redaktə et]

19 iyul 1944-cü ildə Gestapo, adadakı bütün yəhudilərin öz bazalarında toplaşmalarını əmr etdi. Səbəb onların müvəqqəti olaraq daha kiçik adaya göndəriləcəklərini bildirsələrdə, əslində isə onlar Auşvitsdəki qaz kameralarına göndəriləcəkdilər.

Ülkümən qərargaha gedərək general Klimana Türkiyənin müharibədə bitərəf olduğunu xatırladıb. O, yalnız türk yəhudilərinin və onların həyat yoldaşlarının azad edilməsini istəyirdi ki, onların da bir çoxu italyan və yunanlar idi. Bu tələbi rədd edən Kliman cavabda: "Nasist qanunlarına görə, yəhudilər yəhudidir və onların hamısı həbs düşərgələrinə getməlidir. Ülkümən də cavab olaraq; “Türkiyə qanunlarına görə, bütün vətəndaşlar bərabərdir. Biz vətəndaşları dini fərqlərinə görə biri-birindən ayırmırıq” - deyə o bildirib.[6] Ülkümən həmçinin bildirib ki, yəhudilər azad olunmassa, Türkiyə hökumətinə vəziyyəti xəbərdar edəcək və bu məsələnin də, beynəlxalq böhrana səbəb olacağına görə Kliman onların azadlığa buraxılmasını qəbul edib.[7]

Rodos Baş Konsulu Ülkümənin rəftarı nasistlərdə qisas hissi oyandırdı. Türkiyə müttəfiqlərin tərəfini tutaraq alman ittifaqına müharibə elan edən kimi Almaniya Türkiyənin Rodosdakı konsulluğunu bombaladı. Bombardman Ülkümənin hamilə həyat yoldaşı Mihrinnisə xanım və iki zabitin ölümünə səbəb oldu.[8] Mihrinnisə xanım ölümündən öncə sağlam oğlan uşağı dünyaya gətirmişdi. Beləliklə, Səlahəddin bəyin tək övladı Mehmed dünyaya gəlmişdi. 1944-cü ilin avqustunda nasist rəhbərliyi tərəfindən Rodosdan qovulan Ülkümən [9] müharibənin sonrakı dövrlərində Pireydə həbsdə saxlanılıb.[10]

İkinci Dünya müharibəsi sonrası[redaktə | mənbəni redaktə et]

1945-ci ildə almanların təslim olmasından sonra Səlahəddin Ülkümən Türkiyəyə qayıda bildi. İkinci Dünya müharibəsindən sonra o, diplomatik fəaliyyətini davam etdirib. BeyrutQahirədə baş konsulluq, SENTO-da baş katibin müavini vəzifələrində çalışıb. 1979-cu ildə təqaüdə çıxdıqdan sonra həyatını İstanbulda davam etdirib.[11]

Ülkümənə, 13 dekabr 1989-cu ildə İsrail dövləti tərəfindən Rodosda Baş Konsul olduğu vaxtda faşistlər tərəfindən Holokosta məruz qalan yəhudiləri xilas etdiyi üçün, müharibə zamanı göstərdiyi qəhrəmanlıq və fədakarlıqlara görə "Beynəlxalq ədalətlilər" fəxri adı verilmişdir.[12] O, bu mükafatı alan ilk müsəlmandır.[13]

1990-cı ildə Türkiyə Baş Ravvinliyi tərəfindən keçirilən mərasimdə ona təşəkkür lövhəsi təqdim olunub. 2001-ci ildə Səlahəddin Ülkümən, Namık Kamal Yolqa və Necdət Kent ilə birlikdə "Nasist soyqırımı zamanı yəhudilərə kömək etdiyinə görə" Xarici İşlər Nazirliyinin Fəxri Xidmət lövhəsi ilə təltif edilib.[14]

Xatirələrini "Bilinməyən tərəfləri ilə bir dövrün Xarici İşlər naziri" (1993) adlı kitabında toplayan Ülkümən tənəffüs yolu xəstəliyindən 7 iyun 2003-cü ildə İstanbulda vəfat edib. Onun cənazəsi Zəncirliquyu qəbiristanlığında torpağa verilib.

1998-ci ildə İsraildə Ülkümən də daxil olmaqla yəhudilərin həyatını xilas edənlərin portretlərinin əks olunduğu bir sıra poçt markaları satışa çıxarılıb.[15]

2004-cü ildə Almaniyanın Köln şəhərində qurulan Türk-Yəhudi Dostluq Cəmiyyəti Ülkümənin və XV əsr yəhudi dindarı İsaq Sərfatinin xatirəsinə Ülkümən-Sərfati adlandırılıb.[16]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 http://www.telegraph.co.uk/news/obituaries/1436384/Selahattin-Ulkumen.html.
  3. 1 2 Ülkümen Selahattin (1914 - 2003 ) // The Righteous Among the Nations Database (ing.).
  4. Rodos’ta Başkonsolos Ülkümen’e saygı
  5. Türk Schindler’i Rodos’ta anıldı / Şalom gazetesi
  6. Stanford J. Shaw, Turkey and the Holocaust: Turkey's Role in Rescuing Turkish and European Jewry from Nazi Persecution, 1933-1945, New York: New York University Press; London, MacMillan Press, 1993
  7. Ibid
  8. "'Çaresiz saatler'de mucize yaratan Türkler" (Türkçe). (#archive_missing_date) tarixində arxivləşdirilib. (#first_missing_last)
  9. "Yorgo Kırbaki, Rodos'ta Türk Schindler'e Saygı, Hürriyet Gazetesi 19.07.2008". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  10. "The Telegraph Gazetesi Ölüm İlanı, 18 Haziran 2003". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  11. "Ödüllü Diplomat Ülkümen Toprağa Verildi, Hürriyet Gazetesi, 09.06.2003". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  12. "Righteous Among the Nations Honored by Yad Vashem". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  13. Tom Lanton'un Ülkümen'e Soykırım Müzesi tarafından verilecek ödül hakkında ABD kongresinde 08.10.2004 tarihli konuşması
  14. "Özge Turul, Yaşama Vurulan Damga, Radikal Gazetesi, 21.05.2001". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  15. "Samuel Zwetchkenbaum'ın İsrail pulları sayfası". (#archive_missing_date) tarixində arxivləşdirilib.
  16. "Ülkümen-Sarfati Cemiyeti Web Sitesi". (#archive_missing_date) tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • [1] - Xilasedicilər: Rodosda Səlahəddin Ülkümən  (ing.)
  • [2] – Holokostda yəhudilərin həyatını xilas etmək üçün onun fəaliyyəti, Yad Vaşem saytında  (ing.)