Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köləlik
Quldarlıq — İctimai-iqtisadi formasiya. Quldarlar sinfinin qullar sinfini istismar etməsinə əsaslanmışdı. Qullar nəinki istehsal vasitələri üzərində hakimiyyətdən məhrum idilər, onlar hətta özləri istehsalın bir şərti, "danışan əmək aləti" kimi öz ağalarına məxsus idilər. Quldarlıq quruluşu ilk sinfi antaqonist formasiyadır. Bu quruluş özünün ən yüksək inkişaf pilləsinə Qədim Yunanıstan və Qədim Romada çatmışdır. O zamanlar Yunanıstan və Roma antik fəlsəfənin və demokratiyanın ən çox inkişaf etdiyi ölkələr idi. Buna baxmayaraq demokratiya qullara şamil edilmirdi. Nəticədə baş verən böyük üsyanlar (Qədim Romada Spartak üsyanı) və xaricdən olan müdaxilələr tezliklə quldarlığın başqa bir ictimai formasiya — Feodalizm ilə əvəz olunmasına gətirib çıxartdı. == Qul əməyi == Qul — bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul ; kölə sahibinə isə əfəndi və ya himayədar deyilir.
Azərbaycanda köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
ABŞ-da köləlik
ABŞ-də köləlik— ABŞ-də kölələrin, qulların əməyindən istifadə. == Tarixi == Avropa ticarətinin Afrika sahillərinin çevrəsindən keçməsi Amerikada qullaşdırılmış afrikalıların məskunlaşması ilə nəticələnmişdi. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur.
ABŞ-də köləlik

Azərbaycan mühitində köləlik
Azərbaycan mühitində köləlik — tarixən Azərbaycan linqvistik və mədəni mühitində və ondan kənarda türk və Azərbaycan mənşəli kölələrin istifadəsi. == Tarixi == === Türk və qıpçaq kölələri === Fələki Şirvani Şirvanda hökm sürən hərc-mərcliyi, ehtimal ki 1123–1125-ci il müharibələrini nəzərdə tutaraq, III Böyük Mənuçöhrün sülh dövrü ilə müqayisə aparırdı. Onun fikrincə, III Mənuçöhr Şirvanı gülüzlü türk və türkman qızları ilə bəzəmişdir. Səlcuqların Şirvan və Arranı işğal etməsi nəticəsində türk kölə və kənizləri bu ərazilərdə ucuz qiymətə satılırdı. XII əsrdə Dərbənd hakimi Nizami Gəncəviyə hədiyyə olaraq qıpçaq kənizi Afaqı göndərmişdir. Nizami onunla ailə qurmuşdur. Kölə türk qızları gözəllikləri ilə məşhur idilər. XII əsr ərəb həkimi Samuil əbu Nəsr ibn Abbas sevdikləri ilə yaxın münasibətdə olan dostlar üçün əyləncə bağı əsərini yazmışdır. Erotik mövzulu əsərdir. Samuilin bu əsərdə gözə çarpan, türk kölələri ilə bağlı biliyi ola bilsin ki, İran Azərbaycanındakı kölə bazarlarından irəli gəlir.
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü
Köləlik və Transatlantik Qul Ticarəti Qurbanlarının Beynəlxalq Anma Günü hər il martın 25-də köləlik və transatlantik qul ticarəti nəticəsində əziyyət çəkən və həlak olan milyonlarla insanın xatirəsini ehtiramla yad etmək üçün qeyd edilir. Bu gün həm də irqçilik və qərəzli münasibətin təhlükələri haqqında məlumatlılığı artırmaq, bərabərlik və insan hüquqlarına hörmət dəyərlərinə təşviq etmək məqsədi daşıyır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2007-ci ildə bu günü elan edərək, "tarixdə insan hüquqlarının ən pis pozulması" kimi adlandırılan transatlantik qul ticarətinin cəmiyyət, iqtisadiyyat, siyasət və mədəniyyətə geniş təsirləri olan bəşər tarixində faciəli nəticələrini önə çıxarır və transatlantik qul ticarətinin 4 əsrdən çox davam etdiyini və milyonlarla afrikalının Amerikaya, Karib dənizinə və dünyanın digər hissələrinə məcburi daşınması, burada qeyri-insani şəraitə və qəddar rəftara məruz qalması ilə nəticələnməsi ilə bağlı məlumat yaydı.
Kölgəlik kəpənəkçiçəyi
Kölgəlik kəpənəkçiçəyi (lat. Aconitum umbrosum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin kəpənəkçiçək cinsinə aid bitki növü.
Köbələk
Göbələk — makromiset göbələklərin meyvə gövdələri üçün gündəlik dildə istifadə olunan söz. Müasir bioloji təsnifata görə, göbələklər canlıların müstəqil aləmini (Fungi aləmi) təşkil edir. Böyük meyvə gövdələrini meydana gətirən göbələklər iki şöbənin fərqləndiyi ali göbələklərin (Dikarya) alt aləminə aiddir - ascomycetes (Ascomycota) və ya marsupiallar və basidiomycetes (Basidiomycota). Praktik baxımdan göbələk yeməli, yeyilməyən və zəhərli olaraq fərqlənir. Göbələk müxtəlif mikroorqanizmlərdən, əsasən maya (saxaromisetlər) və laktik turşu bakteriyalarından ibarət olan, fermentasiya yolu ilə içkilər əldə etmək üçün istifadə olunan, məsələn, kombuça, kefir göbələklərindən ibarət jelatinli kütlə adlanır.
Kölgәlik vaxtsızotu
Kökyumrulu soğanaqları dəyirmidir, diametri 1,5-2 sm-dir, uzun borucuğa keçən tünd-qəhvəyi rəngli qınla örtülüdür. == Yarpaq == Yarpaqları 3-5 ədəddir, neştərvarikəmərşəkilli olub, kütdür. == Çiçək == Çiçəkləri xırdadır, 1-5 ədəddir, payızda əmələ gəlir. Çiçəkyanlığının dilimləri ellipsvari əksinəyumurta-şəkillidir, bənövşəyi və ya solğunqırmızı rəngdədir. == Meyvə == Qutucuq ellipsvari-uzunsovdur,sivriləşmişdir. == Çiçəkləməsi == Avqust == Meyvə verməsi == Avqust-Sentyabr == Azərbaycanda yayılması == BQ (Quba). Orta dağ qurşağına qədər. == Yaşayış mühiti == Meşə kənarında, otlu yamaclarda və meşə içərisindəki çəmənlərdə rast gəlinir.
Kösəli Rus
Kösəli Rus (qaq. Köseli Rus) Moldovanın Qaqauziya muxtariyyətində bir kənddir. Kənd 735 nəfərdən ibarətdir, həmçinin 185 qaqauzdan.
Kəlik (Salmas)
Kəlik (fars. كاليك‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 330 nəfər. yaşayır (53 ailə).
Bir ailəlik bağ evi
Bir ailəlik bağ evi — tammetrajlı bədii filmi rejissor Yuli Qusman tərəfindən 1978-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı Rüstəm İbrahimbəyovun "Qum üzərində ev" pyesinin motivləri üzrə çəkilmişdir. Əsas rolları İqor Kvaşa, Firəngiz Şərifova, Larisa Xələfova, Süleyman Ələsgərov və Rasim Balayev ifa edirlər. == Məzmun == Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dənizin sahilində bütün ailəliklə bağ evi tikməyi qərara alırlar. Valideynlər fikirləşirlər ki, övladları, gəlinləri və nəvələri istirahət üçün buraya yığıla bilərlər. Lakin düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Nə oğlanlar, nə də qız heç cür vaxt tapıb valideynlərinə kömək etmək üçün bağa gələ bilmirlər. Onların başları həmişə qarışıqdır: gah kiminləsə görüşür, gah da iclasda, elmi şurada iştirak edirlər. Nəhayət yalnız böyük oğul Eldar (İqor Kvaşa) ana ilə atanı başa düşür...
Bir ailəlik bağ evi (film, 1978)

Xolerik
Xolerik — son dərəcə coşğun xarakter. Kəmhövsələdirlər. Çox nadir hallarda "susmaq lazım gələndə birinci ol" tövsiyəsinə riayət edirlər. Həmişə istənilən məsələyə birinci reaksiya verənlər sırasındadırlar. Bu xasiyyətləri ucbatından xolerik tipli insanların başı, həmişə, necə deyərlər, qeylü-qalda olur: ətrafı ilə asanlıqla yola getmir, tez-tez münaqişəyə girirlər. Ona görə də xoleriki adətən səbirsiz, tündməcaz insan kimi tanıyırlar. İnadkardırlar. Sanqvinikdən fərqli olaraq, maraqları sabit və davamlıdır. Başladıqları işi bir qayda olaraq sona çatdırırlar. İstənilən problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar.
Kolik
Kolik (yun. κωλικη (νόσος) — "bağırsaq sancıları/ağrıları", lat. cōlicus) — bir-birinin ardınca sancı şəkilli kəskin ağrılar. Qarın boşluğu üzvlərinə müvafiq öd kisəsi daş(lar)ının öd axacaqlarını tutması nəticəsində meydana çıxan qaraciyər və pankreas, böyrək daş(lar)ının sidik axarlarını tutması nəticəsində meydana çıxan böyrək, bağırsaq keçməzliyi nəticəsində meydana çıxan bağırsaq sancıları ya kolikləri mövcuddur.
Alyona Kolesnik
Alyona Kolesnik (29 yanvar 1995, Krivoy Roq) — Azərbaycanı təmsil edən qadın güləşçi. == Karyerası == Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu. Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Kiki Kogelnik
Kiki Kogelnik (alm. Kiki Kogelnik‎; 22 yanvar 1935, Qras – 1 fevral 1997, Vyana) — Avstriyalı rəssam, heykəltaraş, qrafika rəssamı. Avstriyanın cənubunda anadan olub, Vyana İncəsənət Akademiyasında təhsil alıb və 1961-ci ildə Nyu-Yorka köçüb. Kogelnik pop-art hərəkatının bir hissəsi olmasına baxmayaraq, Avstriyanın ən mühüm qadın rəssamı hesab olunur. == Həyatı == === 1960-cı illər === Kiki Kogelnik karyerasına 1961-ci ildə Vyanada "Nächst St. Stephan" qalereyasında abstrakt rəsmlərini nümayiş etdirməklə başlamışdır. Onun yaradacılığına Paris məktəbi nümayəndəsi Serj Polyakov ciddi təsir göstərmişdir. Lakin sonradan Kiki Nyu-Yorkda o zaman populyar olan pop-art hərəkatının təsiri ilə özünəməxsus janrını yarada bildi. Kiki Kogelnik avstriyalı abstrakt ekspressionist rəssam Arnulf Raynerlə nişanlı olub. Buna baxmayaraq, Kogelnik başqa bir mücərrəd ekspressionist amerikalı rəssam Sem Frensislə də yaxın münasibətlərdə olub.
Kolalı (Nəmin)
Kolalı (fars. گللو‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 610 nəfər yaşayır (127 ailə).
Kollin Ballincer
Kollin Ballincer (ing. Co lleen Ballinger; 21 noyabr 1986, Santa-Barbara, Kaliforniya) — amerikalı komediyaçı, aktrisa, müğənni və youtuber. O, yaratdığı uydurma internet personajı Mirana Sings ilə tanınır. == Həyatı == == İttihamlar == 2023-cü ilin iyun ayında Ballincerin yetkinlik yaşına çatmamış uşaqlarla yazışmaları ortaya çıxdı. Bu ekran görüntülərində onun 15 yaşlı uşaqlara əxlaqsız təkliflər etdiyi əks olunurdu. Ballincer bu ittihamlara cavab olaraq mahnılı bir video yerləşdirib səhv etdiyini etiraf etdi, lakin uşaqları pis yola çəkdiyi iddiası ilə razılaşmadı. O, bu ittihamları "yalan" və "uydurma" adlandırdı. Ballincer buna görə qınandı və tənqid olundu.
Sezar Meza Kolli
Cesar Daniel Meza Colli (5 oktyabr 1991, Asunson). Paraqvaylı peşəkar futbolçu. == Karyerası == === Keşlə === 2015-ci ilin yayında Keşlə ayrıldıqdan sonra, Kolli 22 yanvar 2016-cı ildə Keşlə ilə altı aylıq müqavilə imzaladı. Altı ay sonra Kolli Zirə FK ilə bir illik müqavilə imzaladı. 6 fevral 2018-ci ildə Keşlə FK , Kolli ilə 2017–18 mövsümünün sonuna qədər müqavilə imzaladığını açıqladı. 22 iyul 2019-cu ildə Keşlə FK , Kolli ilə bir illik kredit müqaviləsi imzaladığını elan etdi.18 sentyabr 2020-ci ildə Kolli, 2020–21 mövsümünün sonuna qədər müqavilə ilə Keşlə'yə qayıtdı. === Neftçi === 12 iyun 2021-ci ildə Neftçi Sezar Meza Kolli ilə iki illik müqavilə imzaladığını elan etdi. Neftçinin heyətində rəsmi matçlarda ilk dəfə Azərbaycan Premyer Liqasının 2021-ci ilin 12 sentyabrında keçirilən Neftçi-Qarabağ matçında çıxış edib. Həmin matçda 9 dəqiqə meydanda qalıb. İlk dəfə isə 90 dəqiqə meydanda Azərbaycan Premyer Liqasının 2021-ci ilin 2 oktyabrında keçirilən Səbail-Neftçi matçında qalıb.