Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kürüşnə
Kürüşnə (lat. Vicia ervilia) -Mərciməyəbənzər çölnoxudu, lərgə cinsinə aid bitki növü.
Kümişcə
Kümişçə — İranın İsfahan ostanının Bürxar şəhristanının Həbibabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,395 nəfər və 1,072 ailədən ibarət idi.
Krişna
Krişna (sanskr. कृष्ण, kṛṣṇaIAST) — Hinduizmdəki Tanrı formalarından biri olan Vişnunun səkkizinci avatarası, ən məşhur hind tanrılarından biri kimi təsvir olunur. Monoteist ənənədə Krişnaizm bütün avatarların mənbəyi olan Tanrının ali və orijinal forması kimi qəbul edilir. Hinduistlərin müqəddəs mətnlərinə görə, eramızdan əvvəl dördüncü minilliyin sonunda Krişna Matura şəhərində anadan olandan sonra mənəvi dünyadan yer üzünə gəlmişdir.
Somanahalli Mallaya Krişna
Somanahalli Mallaya Krişna (ing. Somanahalli Mallaiah Krishna, kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ; 1 may 1932) — Hindistan siyasətçisi. == Həyatı == 1 may 1932-ci ildə anadan olmuşdur. Hindistanın Karnataka ştatının Maysor şəhərində Maharaca kollecində incəsənət bakalavrı dərəcəsini aldıqdan sonra S. M. Krişna Banqalor şəhərində Hökumət Hüquq Kollecində hüquq üzrə ali təhsilini almışdır. ABŞ-nin Dallas şəhərində yerləşən Cənubi Metodist Universiteti və Corc Vaşinqton adına Universitetində təhsilini davam etdirmişdir. ABŞ prezidenti C. F. Kenedinin seçkiqabağı kampaniyasında iştirak etməklə S. M. Krişna siyasətə maraq göstərməyə başlamışdır. ABŞ-dən Hindistana qayıtdıqdan sonra Banqalor şəhərində Renukaçarya Hüquq Kollecində Beynəlxalq hüquq üzrə professor çalışmışdır. Banqalor şəhərini Hindistanın İT paytaxtına çevirdiyi üçün S. M. Krişnanı Banqalorun atası adlandırmışlar. Hindistan Milli Konqresinin üzvüdür.
Kuranə
Kuranə (Urmiya)
Mürine
Mürine (fr. Murinais) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38272. Kommunanın 2012-ci il üçün əhalisi 379 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 345 ilə 667 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 33 km şimal-qərbdə yerləşir.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kurse
Kurse (fr. Courçais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03088. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 294 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 186 yaşda olan (15–64 yaş arasında) 147 nəfər iqtisadi cəhətdən, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,0%, 1999-cu ildə 71,0%). Fəal olan 147 nəfərdən 133 nəfər (82 kişi və 51 qadın), 14 nəfər işsiz (2 kişi və 12 qadın) idi. 39 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Gran Turisme
Gran Turisme (İt: Gran Turismo) və ya qısaca GT ― uzun məsafəli sürüşlər üçün dizayn edilmiş yüksək performanslı bir avtomobildir. Hər hansı bir vasitə Gran Turisme kateqoriyasında adlandırıla bilər, lakin ümumi qəbul edilmiş olan qaydalara görə iki qapılı kupe gövdə və ya 2+2 oturacaqlı, 1991/1995 OBDI standartlarına görə 260Hp, 1996/1999 OBDII standartlarına görə 310Hp, 2004/2011 EOBD&HDOBD (OBD:On-board diagnostics) standartlarına görə 430Hp (HP: At gücü) olaraq qəbul edilir.
Kurtene (İzer)
Kurtene (fr. Courtenay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38135. Kommunanın 1999-cu il üçün əhalisi 739 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 219 ilə 375 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 45 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Pyotr Kurışko
Pyotr Kurışko (1894, Rusiya imperiyası – 1921, Dedoplistsğaro rayonu) — Sovet Rusiyasının hərbi xadimi, Rusiya vətəndaş müharibəsində və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı == 25 oktyabr 1894-cü ildə Don vilayətinin Ostradovka kəndində anadan olub. 3-cü sinifə qədər təhsil alıb. 1915-ci ildə orduya çağırılır və Yekatirinodarda yerləşən süvari hissələrinin birində xidmətə başlayır. 1917-ci ildə xidmətdən sonra öz kəndinə qayıdıb 1918-ci ildə Qırmızı ordunun Aleksandrovskiy eskadronunda xidmətə başlayır. 1919-cu ildə 400 atlısı olan süvari dəstəyə rəhbərlik edir. 13 iyul 1919-cu ildə onun dəstəsi I Kuban süvari alayı adlandırılır. 6 noyabr 1919-cu ildə döyüşlərdə fərqləndiyinə görə Qırmızı bayraq ordeni ilə təltif olunur. 18-ci süvari diviziyasının komandiri kimi o 1920-ci ildə Gəncə üsyanının yatırılmasında iştirak edir. Üsyan zamanı Yelenendorf istiqamətində yaralanır.
Karine Ğazinyan
Karine Ğazinyan — Ermənistan Respublikası xarici işlər nazirinin müavini (2009–2011). == Həyatı == Karine Ğazinyan 1955-ci ildə İrəvan şəhərində anadan olub. 1977-ci ildə İrəvan Dövlət Universitetinin alman dili fakültəsini bitirib. Təhsilini başa vurduqdan sonra 4 il Mozambikdə SSRİ səfirinin köməkçi-katibi, 1983–1988-ci illərdə Portuqaliyada SSRİ səfirinin köməkçisi vəzifələrində çalışıb. 1988–1992-ci illərdə Moskvada 31 nömrəli liseydə ingilis dili müəllimi, 1992–1994-cü illərdə İrəvan Dövlət Universitetində ingilis və portuqal dillərindən dərs deyib. Ermənistanın Rumıniyada və Almaniyada fövqəladə və səlahiyyətli səfiri olub. 2009-cu il mart ayından 2011-ci il sentyabradək Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini tutub. 2011-ci il sentyabr ayında Ermənistan Respublikasının Böyük Britaniya və Şimali İrlandiyadakı səfiri təyin olunub. Karine Ğazinyan 57 yaşında qəflətən Los-Ancelesdə müalicə olunduğu xəstəxanada əməliyyat zamanı vəfat edib. Ermənistan Respublikasının Mxitar Qoş medalı və Rumıniya Böyük Xaç Ordeni ilə təltif olunub.
Kuranə (Urmiya)
Kuranə (fars. ‎‎‎‎‎كورانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (99 ailə).
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Boduen de Kurtene
İvan Aleksandroviç Boduen de Kurtene və ya Yan Nesislav İqnati Boduen de Kurtene (pol. Jan Niecisław Ignacy Baudouin de Courtenay; 13 mart 1845[…] və ya 13 mart 1846, Varşava – 3 noyabr 1929[…], Varşava, Polşa və ya Varşava) – rus və polyak dilçisi. == Həyatı == İvan Aleksandroviç Boduen de Kurtene 13 mart 1845-ci ildə Varşavadan 25 km şimalda yerləşən Radzımində - Polşanın Rusiyanın tərkibinə daxil olan ərazisində anadan olmuşdur. İ.A.Boduen de Kurtene kral VI Lüdovik nəslinə aid fransız aristokrat mənsəbinə mənsubdur. Fransada Boduenlər nəsli 1730-cu ildə sona yetsə də, onun üzvlərindən bəziləri XVIII əsrin başlangıcında Polşaya köçüb orada məskunlaşmışlar. O, Varşavada gimnaziyada oxuduğu illərdə riyazi qabiliyyətinə görə müəllimlərin diqqətini özünə cəlb etmişdi. 1866-cı ildə Varşava Baş məktəbini bitirdikdən sonra Rus Xalq Maarifçilik Nazirliyinin xüsusi təqaüdçüsü kimi Praqa, Yena, Berlin və Laypsiq şəhərlərində ezamiyyətdə olur. Yenada A.Şlayxerin mühazirələrini dinləmiş, Berlində sanskrit dili mütəxəssis A.Veberin tələbəsi olmuşdu. Sankt-Peterburqda İ.İ.Sreznevskinin rəhbərliyi altında çalışsa da, onun dilçi deyil, filoloq olması üzündən ondan lazımınca faydalana bilməmişdi. İ.A.Boduen de Kurtene sanskrit və zend dilləri üzrə mütəxəssis K.A.Kossovoçin mühazirələrində də iştirak etmişdir.
Konca Kuriş
Konca Kuriş (1960 – 20 iyun 1999) — Türk-müsəlman feminist yazıçı. == Həyatı == Konca Kuriş evli və beş uşaq anası idi. 1998-ci ildə oğurlanmış, bundan sonra 20 iyun 1999-cu ildə 38 yaşında Konyada öldürülmüşdür. İddialara əsasən Konca Kuriş “Türk Hizbullah” təşkilatının keçmiş üzvlərindən olub. Lakin sonra təşkilat əlehinə çıxmış və “Quran”ın dogmatik şəkildə şərh olunmasını tənqid etmişdi. 1998-ci ildə yoxa çıxan Kuriş Hizbullah təşkilatının üzvləri tərəfindən 38 gün işgəncəyə məruz qalmış və öldürülərək dar bir məzarə basdırılmışdır. Qatillər yazıçıya edilən işgəncələri video lentə almışdır. Cəsədi 2000-ci ilin yanvar ayında Hizbullah sığınacaqlarına edilmiş əməliyyatlar zaman tapılmışdır. Türkiyə Hizbullah təşkilatı Konca Kurişin oğurlanılmasına, işgəncə edilməsinə və öldürülməsinə dair məsuliyyəti aşağıdakı cümlələri söyləyərək öz üzərinə götürmüşdür: “ İslam düşməni və yalançı feminist olan Konca Kuriş Allaha və Qurani Kərimə qarşı çıxdığı üçün Hizbullah döyüşçüləri tərəfindən oğurlanaraq sorğulanmışdır. Dinsiz Türk Cumhuriyyətinin rəsmi din açıqlamalrı ilə təlimatları ilə paralel şəkildə hərəkət edən və Sionistlərin də istifadə etdiyi Konca Kuriş müsəlmanları şübhəyə salacaq fəaliyyətlərə təşəbbüs etdiyi üçün cəzalandırılmışdır”.
Kuranə (Bəradost dehistanı)
Kuranə (fars. كورانه‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 504 nəfər yaşayır (89 ailə).
Yekaterina de Valua-Kurtene
II Yekaterina, həmçinin Valoalı Yekaterina və ya Tarantolu Yekaterina (fr. Catherine de Valois-Courtenay; ən tezi yanvar 1302 və ən geci aprel 1303, Siena, Toskana – oktyabr 1346, Neapol) — 1307–1346-cı illərdə Konstantinopolun Latın İmperatriçası, baxmayaraq ki, o, sürgündə yaşamış və Yunanıstanda yalnız Səlibçi Dövlətləri üzərində səlahiyyət sahibi idi. O, Axey və Tarantonun şahzadəsi, həmçinin 1332–1341-ci illərdə Axey regenti və 1341–1346-cı illərdə Kefaliniya qubernatoru idi. == Həyatı == O, 1303-cü ildə, aprelin 15-dən bir qədər əvvəl, Valua qrafı Karlın və I Yekaterinanın böyük qızı olaraq anadan olub. Şəhərin 1261-ci ildə Nikeya İmperiyası tərəfindən tutulmasına baxmayaraq, anası Yunanıstandakı latın dövlətləri tərəfindən Konstantinopol Latın İmperatorluğunun İmperatriçası kimi tanınıb. Yekaterina 11 oktyabr 1307-ci ildə imperatriça kimi iddialarını miras aldı və 1325-ci ildə atasının ölümünə qədər onun imperiyaya iddialarını idarə edən atasının himayəsində qaldı. 15 aprel 1303-cü ildə körpə ikən edilən Burqundiyalı Hyu ilə erkən nişandan 1312-ci ildə imtina edildi. === Neapol === 1313-cü ilin iyulunda Yekaterina Neapol Kralı Robertin kiçik qardaşı olan Albaniya Kralı və Axey şahzadəsi Taranto Kralı I Filipplə evləndi. O, ərini İmperator (II Filipp) kimi tanıdı və 23 dekabr 1332-ci ildə ölümündən sonra imperiyaya iddiasını saxladı. Sağ qalan ən böyük oğlu Robert 1331-ci ildə onun yerinə Taranto şahzadəsi oldu.