Somanahalli Mallaya Krişna (ing. Somanahalli Mallaiah Krishna, kann. ಸೋಮನಹಳ್ಳಿ ಮಲ್ಲಯ್ಯ ಕೃಷ್ಣ; 1 may 1932, Somanahalli, Maysur, Hindistan) — Hindistan siyasətçisi.
1 may 1932-ci ildə anadan olmuşdur. Hindistanın Karnataka ştatının Maysor şəhərində Maharaca kollecində incəsənət bakalavrı dərəcəsini aldıqdan sonra S.M.Krişna Banqalor şəhərində Hökumət Hüquq Kollecində hüquq üzrə ali təhsilini almışdır. ABŞ-nin Dallas şəhərində yerləşən Cənubi Metodist Universiteti və Corc Vaşinqton adına Universitetində təhsilini davam etdirmişdir. ABŞ prezidenti C.F.Kenedinin seçkiqabağı kampaniyasında iştirak etməklə S.M.Krişna siyasətə maraq göstərməyə başlamışdır. ABŞ-dən Hindistana qayıtdıqdan sonra Banqalor şəhərində Renukaçarya Hüquq Kollecində Beynəlxalq hüquq üzrə professor çalışmışdır. Banqalor şəhərini Hindistanın İT paytaxtına çevirdiyi üçün S.M.Krişnanı Banqalorun atası adlandırmışlar. Hindistan Milli Konqresinin üzvüdür.
23 may 2009-cu ildən Xarici İşlər Naziri təyin edilmişdir. Evlidir. İki qızı var.