Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Münhen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Münxen kindl
Münxen kindl (alm. Münchner Kindl‎; azərb. Münxen uşağı‎) - Münxen şəhərinin simvollarından biri. Münxen uşağı anlamına gələn Münxen kindl özünə məxsus kostyumu ilə diqqəti cəlb edən 15-16 yaşlarında oğlandır. Simvolun yaranması XIII əsrə təsadüf edir. XVI əsrdə simvol daha çox dini mərasimlərdə görünməyə başlansada sonrakı dövrlərdə Oktoberfest kimi bölgə üçün mühüm olan pivə festivallarında görünmüşdür. Münxen Kindl adətən, festival iştirakçılarının qarşısında getməklə onlara yol göstərir və şənləndirirdi.
Hindli
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Kindio
Kindio (isp. Quindío) — Kolumbiyanın departamentlərindən biri. Departament ölkənin qərb hissəsində And dağlarında yerləşir. İnzibati mərkəzi Armeniya şəhəridir. Departament əsasən qəhvə istehsalına görə tanınır. Ərazi qəhvə üzrə məşhur olan regionlar sırasının tərkibinə qatılmışdır. Bu səbəbdən Kolumbiya 2011-ci ildə YUNESKO tərəfindən Ümumdünya irsinin siyahısında tanındı.
Kondole
Kondole – Cənubi Avstraliya aborigenlərinin mifologiyasından bir personaj. Balinaya dönmüş sevimsiz və kobud insan. == Mif == Kondole haqqında əfsanə əsasən Enkanter-Bey bölgəsində yayqındır. Çox qızmar bir yay keçirdi, buna görə də bütün ayinlər gecə keçirilirdi. Ayinlərin aparılması üçün odun sönməməsinə nəzarət edəcək insan lazım idi. Odla bacara bilən yeganə insan Kondole idi, lakin o, ayinlərdə iştriak etmək istəmirdi və buna görə odu kolların içində gizlədir. Erkəklər onunla uzun müddət mübahisə edir, sonar isə onlardan biri Kondoleyə nizə atır və kəllə sümüyünü deşir. Bundan sonra bütün erkəklər kenquru, opossum, quş və digər heyvanlara çevrilirlər. Kondole isə balinaya dönür, kəllə sümüyündəki dəlik isə onun nəfəs borusu olur. Aborigenlər Kondoleni dünyanın ilk balinası sayırlar.
Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir. == Məşğuliyyəti == Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir. == Azərbaycanda kəndlilər == Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Mindel buzlaşması, Mindel
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi. Gözəl xəttatlığı ilə də məşhur idi və bir arada əl-Mütəvəkkil tərəfindən xəttatlıqla məşğul idi.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Dinle
Dinle (türk. Dinle) — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir. "Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur. Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
Con Lindli
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Jingle Bells
Jingle Bells – dünyanın ən məşhur milad mahnısıdır. 1822-ci il dekabr ayının 25-də Bostonda pastor Con Pyerpont (John Pierpont) və Meri Şeldon Lord (Mary Sheldon Lord) cütlüyünün ailəsində əlamətdar bir hadisə baş verməsəydi ― Ceyms Lord Pyerpont (James Lord Pierpont) dünyaya gəlməsəydi, ümumiyyətlə bu mahnı yaranmayacaqdı. 10 yaşında Ceymsi Nyu-Hempşirdə yerləşən internat məktəbinə göndərirlər. Oradan o, anasına yazdığı məktubların birində dekabrda qar üstündə xizəklə sürüşməsi haqqında yazır. Məktublarındakı romantik əhval-ruhiyyəyə baxmayaraq, gənc avanturist Ceyms 1836-cı ildə "Şark" gəmisinə minərək internatdan qaçır. 9 il ərzində praktiki coğrafiyanı mənimsədikdən sonra o, 1945-ci ildə Yeni İngiltərəyə qayıdır. Bu zaman onun atası Nyu-York ştatının Troy şəhərində pastor idi. Sonradan ailə atasının Unitar cəmiyyətin naziri seçildiyi Massaçusets ştatının Medfort şəhərində məskunlaşır. Çox düşünmədən Ceyms Millisent Kavi (Millicent Cowee) ilə evlənir. Onlarin bir oğul, bir qız övladı dünyaya gəlir.
John Lindley
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Kinderle mağarası
Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır. == Təsviri == Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür.
Klaus Kinkel
Klaus Kinkel (17 dekabr 1936[…], Metzingen, Vürtemberq azad xalq dövləti[d], Üçüncü Reyx – 4 mart 2019[…], Sankt-Avqustin[d], Şimali Reyn-Vestfaliya) — alman dövlət xadimi, siyasətçi, 1992-1998-ci illərdə Almaniyanın xarici işlər naziri.
Knidli Afrodita
Knidli Afrodita (yun. Κνίδια Αφροδίτη Πραξιτέλη) – Qədim Yunanıstan heykəltaraşı Afinalı Praksitelin (e.ə. IV əsr) ən məşhur əsərlərindən biridir. Açıq qasığını sağ əli ilə örtdüyünə görə əsər və onun kopyaları bəzən "Venera Paduika" (Təvazökar Venera) da adlandırılır. "Venera Paduika"nın ən məşhur variantları (əli ilə döşlərini örtmüş vəziyyətdə) Mediçi Venerası və Kapitoli Venerasıdır. == Orijinal heykəl == Heykəl, gözəlliyi ilə məşhurluq qazanmışdır. O, hər tərəfdən eyni dərəcədə gözəl görünməklə yanaşı, çılpaq qadın bədəninin həyati ölçüdə təsvir edildiyi ilk heykəldir. Əsər, məbəd üçün kult heykəli kimi sifariş edildiyinə görə, bu xüsusiyyətlər çox təəccübləndirici idi. Əsərdə təmizliyini (bakirəlik kimi başa düşülməməlidir) bərpa etmək üçün hamam ritualına hazırlaşan, bir əli ilə geyimini atan, digər əli ilə isə utancaqlıqla qasığını gizlədən ilahə Afrodita təsvir edilib. Onun hərəkət vəziyyətində təsvir edilmiş əlləri bir tərəfdən obrazın qadınlığını müdafiə etsə də, digər tərəfdən onun çılpaqlığına diqqət çəkir.
Knidli Evdoks
Knidli Evdoks (təq. e.ə. 408 – təq. e.ə. 355) — qədim yunan riyaziyyatçısı və astronomu; qədim "riyazi analizi" əsaslandırmış, nisbətin ümumi nəzəriyyəsini və tükəndirmə üsulunu yaratmışdır.
Kral Sindae
Kral Sindae (d. 89 – ö. 179) — Goguryeo krallığının səkkizinci kralıdır. 165-179-cu illərdə hökmdarlıq etmişdir. Hakimiyyəti Kral Çadaedan təhvil almışdır. Ondan sonra hakimiyyətə Kral Gogukçeon keçmişdir.
Kəndli ittifaqı
Kəndli ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış qeyri-hökumət təşkilatı. == Yaradılması == Əsası 1918-ci ilin yanvarında Bakı şəhər rəisliyi kəndlilərinin qurultayında qoyulmuşdu. 32 nümayəndənin iştirak etdiyi qurultayda ittifaqın idarə heyəti seçilmişdi: sədri Mahmud Quliyev, üzvləri Şirəli Zeynalov, Məmməd bəy Bakıxanov, Hacağa Babayev, Məşədi Ağarəşid Feyzizadə, Mirzə bəy Mahmudbəyov, Manaf Məhərrəmov, Seyid Mehdi Seyid Musa oğlu, Mir Həmdulla Zəkizadə, Molla Abbdulla Şahbazzadə idilər. İdarə heyəti "İsmailiyyə" binasında yerləşirdi. İttifaq kəndlilərin sosial-iqtisadi mənafelərəni müdafiə edən yeganə birlik idi. == Fəaliyyəti == Əsas məqsədi kəndlilərin birliyinə nail olmaq, kəndli bankı açmaq, kəndliləri Müəssislər məclisinə seçkilərə hazırlamaq, onların arasında maarif işini genişləndirmək (xalq məktəblərinin açılması) və s. olmuşdur. 1918-ci ilin martında daşnak-bolşevik quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı ittifaqın "İsmailiyyə" binasında yerləşən dəftərxanası və əmlakı yandırılmış və o, fəaliyyətini müvəqqəti dayandırmışdı. 1918-ci ilin sentyabrında yenidən işə başlayan İttifaqın fəaliyyəti bütün Bakı qəzasını (280 min nəfər əhalisi olan 76 kənd) əhatə edirdi. 1920-ci ilin əvvəllərində 1 2-ci kəndli qurultayının çağırılacağı elan olunmuşdu.
Lindley asırqalotu
Lindley asırqalotu (lat. Eupatorium lindleyanum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Lindley buddleyası
Lindley buddleyası (lat. Buddleja lindleyana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və cənub-şərqi Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m-ə qədər оlan yarpağı tökülən kоldur. Gövdəsi dikinə qalxan, çоx budaqlıdır. Yarpaqları оval və ya uzunsоv nеştərvari, еnsiz, ucu bizdir, uzunluğu 10 sm-ə çatır. 20 sm uzunluğunda tünd göy, parlaq çiçəkləri iri, düz dayanan, sıx, al qırmızı-bənövşəyi hamaşçiçəklərə tоplanmışdır. Qоca zоğların qabığı bоz, cavanlarınkı bоzumtul-yaşıl, оduncaqlaşmış zoğlarda isə açıq-qоnur rənglidir. İyul ayında çiçəkləyir, sеntyabr-оktyabr aylarında mеyvələri yеtişir. == Ekologiyası == Şaxtaya davamlıdır.
Samanta Randle
Mindel buzlaşması
Oskar Şindler
Oskar Şindler (Oscar Schindler; 28 aprel 1908[…], Svitavi[d] – 9 oktyabr 1974[…], Hildeshaym[d], Aşağı Saksoniya) — İkinci Dünya Müharibəsində, Polşada və bugünkü Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1200-ə qədər Yəhudini Holokostdan qurtaran alman iş adamı. == Həyatı == Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində, Zwittauda anadan olmuşdur. Zwittau bugünkü Çexiya Respublikasının vilayəti olub,"Svitanya" adlanır. Oskar Şindlerin valideynləri Hans Şindler və Anası Fransziska Luser, Roma katoliki idilər, ancaq onlar Oskar 27 yaşında olarkən boşandılar. Oskar bacısı Elfriede ilə çox yaxın idi. Məktəbdən sonra Bronada bir elektrik mühəndisliyi firmasında marketinq olaraq işləyirdi. 1930-cu ildə bir neçə dəfə iş dəyişdirdi. Ayrıca bir çox fərqli iş qurmağı sınadı ancaq həmin ildə olan Böyük Böhran səbəbi ilə bir çox iş adamları kimi o da iflas etdi. Çexoslovakiya vətəndaşı olmasına baxmayaraq Şindler Alman ordu kəşfiyyatı üçün çalışmağa başladı. 1938-ci ilin iyul ayında gördüyü işlərə görə həbsə atıldı, ancaq Münhen razılaşmasından sonra bir siyasi məhbus olaraq əfv edildi.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (1923, Təbriz – 24 may 1997) — Ədəbiyyatşünas və ictimai xadim, filologiya elmləri doktoru == Həyatı == Qafar Kəndli Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadiq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Xaqani Şirvaninin tədqiqatçılarındandır. "Xaqani Şirvani (həyatı, dövrü, mühiti)" adlı fundamental əsərin, "Xaqani Şirvaninin münşəatı" elmi məqaləsinin müəllifidir.
Hindcə
Hind dili (हिन्दी Hindi) — Hindistanın rəsmi dili, Hindistanda rəsmi istifadə olunan 24 dildən biridir. Pakistanda istifadə olunan urdu dili ilə birlikdə hindustani dilini əmələ gətirir.
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, "dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz" mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə "Mən onu bilirəm ki, heç nə bilmirəm" deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Hindcə Vikipediya
Hindcə Vikipediya — Vikipediyanın hind dilində olan bölməsi. == Tarix == 30 avqust 2011 - 100 000-ci məqalə.