Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. == "Süjet”, yaxud əvvəl hanı, son hanı? == Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kor qışlaq
Kor qışlaq-coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7-8 ay qışlaqda qorunub saxlanır, otarılır.Qışlaqların təxminən 6 min illik yaşı var. Onlardan indi də heyvandarlıq təsərrüfatında geniş istifadə edilir.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Kor qanun
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Kor həlqə sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor ilgək sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor məhəbbət (film, 2006)
Kor məhəbbət (Hind: फ़ना, Urdu: فناء, Rom: Fanaa) — Aamir Xan və Kajolun baş rollarda çəkildiyi 2006-cı il Bollivud filmidir. Filmin musiqi tərtibatçısı Jatin-Lalit, montaj rejissoru isə Ravi K. Chandran olmuşdur. == Süjet xətti == Zooni (Kajol) kor, lakin çox gözəl bir qızdır. Bir gün o, bələdçi Rehan (Aamir Khan) ilə tanış olur və ona aşiq olur. Gözündən əməliyyat olunarkən Rehanı itirir. O, Rehanın öldüyünü düşünür, lakin illər sonra bunun doğru olmadığını başa düşür. == Aktyorlar və rolları == Kacol ... Zooni Ali Beig Aamir Khan ... Rehan Qadri / Rehan Khan Rishi Kapoor ... Zulfikar Ali Beig Kirron Kher ...
Kor qanun (film, 1983)
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
"A" korpusu (TRTİ)
"A" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "A" korpusu Taqanroq şəhəri Çexov küçəsi, ev 22 ünvanında yerləşir. Binanın inşasına 1914-cü ildə ildə başlanılmışdır. Tikinti işləri 1916-cı ildə bitmişdir. Binada hazırda Taqanroq Radiotexnika İnstutunun korpusu yerləşir. == Tarixi == "A" korpusu Taqanroq Radiotexnika İnstutunun əsas korpusunu təşkil edir. Bina 1916-cı ildə Aleksandr Markoviç Qinzburqun layihəsi əsasında 1916-cı ildə inşa edilmişdir. Bina Alekseev qızlar gimnaziyası üçün inşa edilmişdi. Binanın təməlqoyma mərasimi 10 iyul 1914-cü ildə qoyulmuşfur. Binanın inşası zamanı böyük bil val qazılmasına ehtiyac yaranmışdır.
"D" korpusu (TRTİ)
"D" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "D" korpusu Taqanroq şəhəri Nekrakovski küçəsi, ev 44 ünvanında yerləşir. Binanın inşasına 1968-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1970-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur. == Tarixi == "D" korpusu binasının tikintisinə 1968-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "D" və "Q" korpus binası yaxınlığında yerləşdiriyindən sökülməli idi. Yeni dörd mərtəbəli təlim-laboratoriya binası 21 aprel 1969-cu ildə inşa işləri tam bitmişdir.
"Koroğlu" dənizdə (film, 1966)
"Q" korpusu (TRTİ)
"Q" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. "Q" korpusu Taqanroq şəhəri Mayakov meydanı, ev 1 ünvanında yerləşir. Binanın inşasına 1952-ci ildə ildə başlanılmışdır. Tikinti işləri 1958-ci ildə bitmişdir. Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir. Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur. == Tarixi == "Q" korpusu binasının tikintisinə 1952-ci ildə başlanılmışdır. Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir. 3 saylı orta məktəbin köhnə binası isə "Q" və "D" korpus binası yaxınlığında yerləşdirindən sökülməli idi. "Q" korpus binasının layihəsi Xalq təhsil Nazirliyi tərəfindən hazırlanmışdı.
"Qida" korporasiyası (film, 2008)
"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi. Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir. Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür. == Məzmun == Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir.
1-ci Ordu Korpusu (Azərbaycan)
1-ci Ordu Korpusu — Bərdə korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Silahlı Qüvvələrin ən təhlükəli və strateji qüvvəsi olaraq tanınır. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində yerləşirdi. Hal-hazırda korpusun rəhbərlik vəzifələrini icra edir general-mayor Bilal Çompuzov. == Tarix == Korpus 3 mart 1992-ci ildə Azərbaycanın 701-ci, 708-ci və 130-cu Motoatıcı briqadasından qurulur. Silahlı Qüvvələrin Baş Qərargah rəisi General Nəcməddin Sadıkov korpusun ilk komandiri olur. İştirak etdiyi əməliyyatlar arasında Kəlbəcər döyüşü də vardır. === İkinci Qarabağ müharibəsindəki əməliyyatları === İkinci Qarabağ müharibəsi zamanı korpus Suqovuşandakı qarşıdurmalarda iştirak edir. Kəndin 3 oktyabr tarixində Azərbaycan qüvvələri tərəfindən tutulmasında əsas rollardan birini oynayır. 9 dekabrda Prezident İlham Əliyev bu münasibətlə general Hikmət Həsənovun "Qarabağ" ordeni ilə təltif edilməsi haqqında bir sərəncam imzalayır.
13. SS Waffen Dağ Korpusu
13. SS Waffen Dağ Korpusu (alm. 13. Waffen-Gebirgs-Division der SS „Handschar“ (kroatische Nr. 1)‎) - Vaffen SS-in tabeliyində olan 38 korpsudan biri. Korpusun almancadan adı olan Handschar ifadəsi korpusun gerbində öz əksini tapıb. 13-cü Dağ Korpusu ölkədə yaşayan müsəlman boşnaklar və katolik xorvatlardan təşkil olnumuşdu. II Dünya müharibəsi illərində balkan yarımadasındakı kommunist paritzanlarla mübarizə aparmaqları üçün Qüds Baş Müftüsü Emin el-Hüseyninin dəstəyi ilə yaradılmışdır.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 33 metr
Kordon Dore 33 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Yalnız ilk üç yeri tutmuş olimpiyadaçının nəticələri məlumdur. Digər yerlərin sahiplərinin nəticəsi və topladığı xallar haqqında məlumat yoxdur.
1900 Yay Olimpiya Oyunlarında oxçuluq – Kordon Dore 50 metr
Kordon Dore 50 metr yarışları 1900 Yay Olimpiya Oyunlarının kamandan oxatma yarışlarının proqramına daxil idi. Ümumilikdə 3 üç ölkənin olimpiyadaçıları mübarizə aparıb. Təsnifat mərhələsi əvvəlcə keçirilib. Sonra isə səkkiz idmançının iştirakı ilə final mərhələsi təşkil olunub.
2-ci Ordu Korpusu (Azərbaycan)
2-ci Ordu Korpusu — Beyləqan korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Qarabağla təmas xəttində, xüsusən də Xocavənd rayonu və qismən Azərbaycan-İran sərhədində yerləşirdi. Hal-hazırda korpusa general-leytenant Mais Bərxudarov rəhbərlik edir. Diqqət çəkən hərbçiləri arasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da var. == Tarix == Korpus 3 mart 1992-ci ildə o dövrdə Azərbaycanın Müdafiə naziri general-mayor Tahir Əliyevin müvafiq əmri ilə qurulmuşdur. 90-cı illərdə sıralarında olan bölmələr arasında 161-ci motoatıcı briqadası da var idi. Qurulduqdan qısa müddət sonra cəbhəyə göndərilən hərbi hissə Birinci Dağlıq Qarabağ müharibəsi zamanı Füzuli rayonunun, eləcə də Qırmızı Bazar, Şişkaya və Qacarın müdafiəsində əsas zərbə qüvvəsi rolunu oynamışdı. Füzulidəki Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Şükürbəyli və digərlərini ermənilərdən almağa müvəffəq olur. 2013-cü ildə Müdafiə naziri Zakir Həsənov keçmiş nazir Səfər Əbiyevin "qalası" sayılan korpusa baş çəkir, bir çox rəhbərlik strukturlarında dəyişikliklər olduğunu, o cümlədən Əbiyevin dövründə vəzifədən kənarlaşdırılmayan 50-yə yaxın zabitin vəzifələndirildiyini elan edir. Korpus 2016-cı ildə Aprel döyüşləri zamanı strateji yüksəkliklərin ələ keçirilməsində böyük rol oynayır.
2016 Şimali Koreya nüvə sınağı
2019-nCoV koronavirusunun yayılması
Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası — 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin ilk aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Sonradan, Çin alimləri yeni koronavirus — 2019-nCoV ayırd edərək onun genomunun genetik ardıcıllığını təyin etdilər. Virus, şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna (atipik pnevmoniya kimi də tanınır) ən azı 70% genetik ardıcıllıqla bənzəyir. Yeni koronavirusun inkubasiya dövrü 2 gündən 10 günə qədər davam edir və son məlumatlara görə, xəstəlik simptomların başlamazdan əvvəl yoluxucu olur. 22 yanvar tarixindən etibarən Uhanda karantin rejimi tətbiq edilməyə başlandı. 24 yanvar tarixindən etibarən Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarına da karantin tətbiq edildi. Ümumilikdə 14 şəhərdən gediş məhduddur. Virus Çindəki bütün əyalət səviyyəsində inzibati vahidlərdə qeydə alınıb. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edildi.
2019–20 koronavirus pandemiyası verilənləri/Azərbaycanda tibbi hallar qrafiki 2021
3-ci Ordu Korpusu (Azərbaycan)
3-ci Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hal-hazırda korpusa polkovnik Oruc Abdullayev rəhbərlik edir. == Tarix == Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir. Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4-5 il həbs cəzası çıxarır. 2018-ci ilə qədər 3-ci Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər. Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Baş Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur. 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.
3-cü Ordu Korpusu (Azərbaycan)
3-ci Ordu Korpusu — Şəmkir korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Dağlıq Qarabağla təmas xəttində, Azərbaycan–Ermənistan sərhədi yerləşirdi. Hal-hazırda korpusa polkovnik Oruc Abdullayev rəhbərlik edir. == Tarix == Korpusun əsgərləri 2012-ci il Ermənistan-Azərbaycan sərhəd toqquşmalarında iştirak etmişdir. Gəncə Hərbi Məhkəməsi "2012-ci ilin iyun ayında Ermənistan Silahlı Qüvvələrinin beş Azərbaycan əsgərinin ölümünə səbəb olan təxribatda" günahlandırılan Azərbaycan Silahlı Qüvvələri Şəmkir Korpusunun altı komandirinə qarşı hökm çıxarır. 2012-ci il qarşıdurmaları zamanı itkilərə görə məhkəmə zabitlərə 4-5 il həbs cəzası çıxarır. 2018-ci ilə qədər 3-ci Ordu Korpusunun 707-ci Motoatıcı briqadasının qüvvələri Azərbaycan-Ermənistan sərhədinin Qazax sektorunu mühafizə etmişlər. Tovuz rayonunda 2020-ci ildə baş verən Tovuz döyüşləri nəticəsində 3-cü Korpusun Baş Qərargah rəisi general-mayor Polad Həşimov şəhid olur. 2020-ci il Dağlıq Qarabağ münaqişəsi zamanı korpus Azərbaycanın Qərb sektorunda toqquşmalarda iştirak edir.
37-ci ilin "Koroğlu"su (film, 2013)
37-ci ilin "Koroğlu"su qısametrajlı sənədli televiziya filmi rejissor Mirsadıq Ağazadə tərəfindən 2013-cü ildə çəkilmişdir. Film "Carçı film" (İctimai televiziya)də istehsal edilmişdir. Film dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Koroğlu" operasının yazılma tarixindən bəhs edir. == Məzmun == Film dahi bəstəkar Üzeyir Hacıbəyovun məşhur "Koroğlu" operasının yazılma tarixindən bəhs edir. Koroğlu» — beş pərdəlik operadır. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. «Koroğlu» operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub.
4-cü Ordu Korpusu (Azərbaycan)
4-cü Ordu Korpusu — Bakı korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Bakı və Abşeron yarımadasında yerləşir. Hal-hazırda korpusa general-mayor Münasib Babayev rəhbərlik edir. == Tarix == Korpus üç motoatıcı briqadadan ibarətdir. Digər hərbi korpuslardan fərqli olaraq, korpusun rolu əsasən strateji ehtiyat kimi xidmət etməkdir. Nəticə baxımından Quru Qoşunlarında olan ən kiçik korpusdur. 3-cü Ordu Korpusu kimi 1-ci Ordu Korpusu sıralarını doldurmaq üçün istifadə edilir. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin başlanğıcında Azərbaycan ehtiyatda olanlar səfərbər edilərək 4-cü korpusdan cəbhə xətti boyunca altı əlavə motoatıcı briqadası düzəldilir. Azadlıq meydanında keçirilən 2020-ci il Bakı Qələbə Paradında korpus polkovnik İlham Məmmədovun rəhbərlik etdiyi bir parad kontingenti ilə təmsil olunmuşdur.
5-ci Ordu Korpusu (Azərbaycan)
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi. == Tarix == Naxçıvanda Azərbaycan milli ordusunun yaradılmasına ötən əsrin 90-cı illərində Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi ­ 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılmış, 1992-ci il sentyabrın ­ 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilmişdir və Komitənin ilk sədri Elman Abbas oğlu Abbasov təyin edilmişdir. [mənbə göstərin] Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilmişdir. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan N saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmiş və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı N saylı hərbi hissəyə təhvil verilmişdir. Sonralar bu əsasda Azərbaycan Ordusunun V Ordu Korpusu yaradılmışdır. == Əlahiddə ümumqoşun ordusunun təşkili == Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. 14.05.2014-cü il tarixdən Əlahiddə Ümumqoşun Ordunun komandanı Kərəm Mustafayevdir.
5-ci mexanikləşdirilmiş korpus
5-ci mexanikləşdirilmiş korpus — 8 sentyabr 1942-ci ildə 22-ci tank korpusunun əsasında formlaşmışdır. 12 sentyabr 1944-cü ildə Ali Baş Komandanlığının № 0306 sərəncamına əsasən 5-ci mexanikləşdirilmiş korpus 9-cu 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir.
9-cu mexanikləşdirilmiş qvardiya korpusu
9-cu mexanikləşdirilmiş qvardiya korpusu — SSRİ silahlı qüvvələrinin tərkibində hərbi əməliyyat birliyi. == Tarix == Ali Baş Komandanlığının 12 sentyabr 1944-cü il № 0306 əmri ilə 5-ci mexanikləşdirilmiş korpus 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna çevrilmişdir. Ali Baş Komandanlığının əmri ilə 15 sentyabr 1944-cü ildə Ploeşti şəhəri uğurunda döyüşlərdə seçildiyinə görə Ploeştinskaya adlandırması verildi. Bu əmrə əsasən 10 oktyabr 1944-cü ildən etibarən 9-cu mexanikləşdirilmiş qvardiya korpusuna daxil olan hissə və birləşmələrdə qvardiya birləşmələrinə çevrildilər və yeni adlandirma və nömrə aldılar. 1945-ci ilin dekabrında 9-cu mexanikləşdirilmiş qvardiya diviziyasına çevrildi.
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
ABŞ-da koronavirus pandemiyası 2020
Amerika Birləşmiş Ştatlarında koronavirus infeksiyasının (COVID-19) ilk halları 2020-ci ilin yanvar ayında qeydə alınıb. Sonradan infeksiya halları Amerikanın Samoa və Şimali Marian adalarından başqa bütün 50 ştatında, Kolumbiya bölgəsində, ABŞ-nin bütün məskunlaşmış ərazilərində bildirildi. 26 mart 2020-ci il tarixinə qədər ABŞ, xəstələrin sayına görə Çin və İtaliyanı qabaqlayaraq dünyada birinci oldu. 2 yanvar 2021-ci il tarixinə ABŞ-nin Con Hopkins Universitetinə görə 20 milyondan çox yoluxma, 115,600 ölüm hadisəsi və ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə 1,981,000 təsdiqlənmiş hal qeydə alınmışdır. ABŞ-də COVID-19 yoluxmasının ilk hadisəsi 20 yanvar 2020-ci ildə, 5 gün əvvəl Çinin Uhan şəhərindən qayıdan 35 yaşlı bir kişidə təsdiqləndi. 29 yanvar 2020-ci ildə ABŞ prezidenti Donald Tramp, Ağ Evdə koronavirus Task Qüvvələrinin COVID-19 yayılmasını "izləmək, qarşısını almaq, qarşısını almaq və yumşaltmaq" üçün yaradıldığını elan etdi. İki gündən sonra Donald Tramp, səhiyyə vəziyyətində təcili yardım tətbiq olunduğunu elan etdi və Çindən ABŞ-yə gediş məhdudiyyətlərini elan etdi. Fevralın 26-da, Şimali Kaliforniyada, ABŞ-də "naməlum mənşəli" COVID-19 ilk hadisəsi qeydə alındı: bir şəxs "başqa bir yoluxmuş şəxslə səyahət etdikdən və ya yaxın əlaqə qurduqdan sonra virusa məruz qalma riski tapmamışdı". Dava ABŞ-nin Şimali Kaliforniyadakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən təsdiqləndi. ABŞ-də COVID-19 koronavirus infeksiyası üçün testlər yanvar ayında geri başladı, ancaq yavaş oldu: 28 Fevral tarixinə cəmi 4000 test tamamlandı.
ABŞ Ordusu Hava Korpusu
Amerika Birləşmiş Ştatları Ordusu Hava Qüvvələri (ing: United States Army Air Force; abr: USAAF) 1941–1947-ci illərdə ABŞ-nin hərbi hava qüvvəsi idi. Amerika Birləşmiş Ştatları Ordusu Hərbi Hava Qüvvələri 20 iyul 1941-ci ildə Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri Korpusundan (United States Army Air Corps) formalaşdırılmışdır. İkinci Dünya müharibəsində Qərb müttəfiqlərinin qələbə qazanmasında USAAF böyük təsir göstərdi. 26 iyun 1947-ci ildə Birləşmiş Ştatlar Ordusunun Hava Qüvvələrindən (United States Army Air Forces) Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri (USAF) yaradıldı.
ABŞ dəniz piyadaları korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
ABŞ dəniz piyadası korpusu
ABŞ-nin dəniz piyada korpusu (ing. United States Marine Corps (USMC)) ABŞ hərbi qüvvələrinin hissələrindən biridir. Hərbi-dəniz qüvvələrlə yanaşı amerikalı dəniz piyada korpusu ABŞ-nin hərbi-dəniz qüvvələr Departamenti görə əməliyyat aparılır. 2005-ci ildə korpus cəmi 210,000 əsgərlərindən ibarət olmuşdur. == Təşkilat == Korpusunun başçılıqı qoşulmuş döyüşçü komandirlər edirlər. Korpusunun baş zabiti dəniz piyada korpusunun komendanti (Commandant of the Marine Corps) adlanır. == Tarix == Amerika Birləşmiş Ştatları-ın dəniz piyada korpusu əvvəlcə Kontinental dəniz piyada kimi 1775-ci ilin noyabr ayının 10-da yaradılmışdır. İkinci dünya müharibəsində amerikalı dəniz piyada korpusu Sakit okean teatrında mühüm rol oynamışdır.
Kon-Kur-sür-Luar (rayon)
Kon-Kur-sür-Luar (fr. Cosne-Cours-sur-Loire) — Fransanın Burqundiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Nyevr. Suprefektura — Kon-Kur-sür-Luar. Rayon əhalisi 2006-cı ildə 45 407 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 32 nəf / km². Rayon sahəsi — 1403 km².
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Hor
Hor (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — XIII sülaləyə aid qədim Misirdə e.ə.1732-ci ildə firon (çar) olmuşdur. == Qəbiri == Hor Misir ehramlarından şimalda III Amenemhetin ehramı yerləşən ərazidə dəfn olunmuşdur. İlk dəfə 1894 cü ildə Jak de Morqan tərəfindən kurqan qəbirdə aşkar olunmuşdur. Horun mumiyası dekorasiyasız bir sarkofaqda və onun içidəki qızıl üzlüklü taxta tabutun içərisində yerləşmişdir. Burada qədim Misirin tanrılarından olan Kanın üzəri qızıl təbəqəsi ilə işlənmiş taxtadan hazırlanmış heykəli də tapılmışdır. Hazırda bu heykəl Qahirə misirşünaslıq muzeyinin ən qizmətli eksponatı sayılır.
KDR
Konqo Demokratik Respublikası (fr. République Démocratique du Congo) və ya Konqo DR, 1971—1997-ci illərdə — Zair, 1960-1964-cü illərdə Konqo Respublikası — mərkəzi Afrikada dövlət. Paytaxtı Kinşasa şəhəridir. == Tarix == Kongo Demokratik Respublikasi bu gün varlığını davam etdirdiyi torpaqların ilk yerlilərini indiki vaxtda yalnız çox kiçik bir sahədə həyatlarını davam etdirən Pigmey qəbilələri meydana gətirməkdə idi. Əsrlər boyunca burada yaşayan Bantu xalqları zaman içərisində əkinçilikdən, ovçuluğa qədər bir çox sahədə vacib olan birliklər yaradaraq həmin dövrdə bölgədə bir çox dövlət quruluşunu meydana gətirmişlər. Bu dövlətlər içərisində xüsusilə XIV əsrdə qurulan və Afrikada bu günə qədər qurulan ən güclü dövlət strukturlarında birini meydana gətirən Konqo Krallığı olmuşdur. XV əsrdə bölgəyə ilk gələn avropalılar olan portuqallar, Konqo çayının Atlas Okeanına töküldüyü yerdə yeni kəşflər etmiş, 1491-ci ildə isə ilk dəfə Konqo Krallığı ilə diplomatik əlaqə qurmuşlar. Bu dövrdə həyata keçirilən və inkişaf etdirilən diplomatik əlaqələr Konqo kralının dinini Xristian katoliki olaraq dəyişdirməsi ilə nəticələnmişdi. Amerikadakı koloniyalara qul göndərən ölkələrdən biri olan Konqo Krallığı bu səbəblə yaşayış səviyyəsini yüksəldərək Afrika sahillərində yeni liman şəhərləri qurmuşlar. XVI əsrdə padşahlıqda başlayan çöküş, 17-сi əsrdə xüsusilə Portuqaliya hakimiyyətinin bölgədə itməsi ilə birlikdə zirvəyə çatmış, kölə tacirlərinin və Portuqaliyadan sonra bölgəyə hakim olmağa çalışan Hollandiya və Böyük Britaniyanın ölkəni istismar etmək cəhdləri nəticəsində dövlət tamamilə ortadan qaldırılmışdır.
KFOR
KFOR (ing. Kosovo Force) və ya digər adı ilə Kosovo Qüvvələri — NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr. KFOR 11 iyun 1999-cu ildə, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinin qəbul edilməsindən iki gün sonra Kosovoya daxil oldu. Həmin vaxt Kosovo ərazisində Serbiya və Monteneqro qoşunları ilə Kosovo Azadlıq Ordusu arasında baş verən gündəlik toqquşmalar nəticəsində ağır humanitar böhran baş vermişdi. Bir milyona yaxın insan məcburi köçkün vəziyyətinə düşmüşdü. Hal-hazırda KFOR tədricən öz məsuliyyətini Kosovo Polisi başda olmaqla yerli təhlükəsizlik orqanlarına ötürür. 23 may 2016-cı ilə olan məlumata görə KFOR sülhməramlı qoşunlarının tərkibində 4600 nəfər hərbçi xidmət edir. == Məqsədləri == Burada NATO-nun ilkin vəzifələri aşağıdakılardan ibarət idi: Yuqoslav və serb qoşunları tərəfindən Kosovoya qarşı baş verə biləcək istənilən təhdidin qarşısını almaq; Kosovoda təhlükəsiz şərait yaratmaq və onu qoruyub saxlamaq; Kosovo Azadlıq Ordusunu hərbsizləşdirmək; Beynəlxalq humanitar yardıma dəstək vermək; Beynəlxalq mülki iştirakı koordinasiya etmək və dəstəkləmək. Hal-hazırda isə KFOR etnik mənsubiyyətindən asılı olmayaraq bütün mülki vətəndaşların təhlükəsizlik və sülh şəraitində yaşamağına dəstək olmaqla bərabər, beynəlxalq yardım, demokratiya və vətəndaş cəmiyyətinin tədricən inkişaf etməsinə kömək edir. KFOR-un əsas tapşırıqları aşağıdakı kimidir: Müharibə nəticəsində öz yaşayış yerini tərk edən əhalinin geri qayıtmasına kömək etmək; Yenidən qurma və minasızlaşdırma fəaliyyətinin təşkili; Tibbi yardım; Təhlükəsizlik və ictimai asayişi təmin etmək; Etnik azlıqlar arasında təhlükəsizliyi təşkil etmək; Sərhəd təhlükəsizliyi; Sərhəd keçməklə silah qaçaqçılığına qarşı mübarizə aparmaq; Bütün Kosovo ərazisində silahların, mərmilərin və partlayıcı maddələrin amnistiyası proqramının tətbiqi; Silahların məhv edilməsi; Mülki institutların, hüquq-mühafizə, konstitusiya və cəza sistemi, həmçinin siyasi, iqtisadi və sosial həyatın müxtəlif aspektlərinin yaradılmasına dəstək göstərmək.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
Koa
Koa — Hindistan yarımqitəsinə məxsus süd məhsulu. Əsasən Hindistan, Nepal, Banqladeş və Pakistanda tədarük olunur. Qurudulmuş yağlı süddən və ya ağzı açıq dəmir tavada isidilərək qatılaşdırılmış süddən hazırlanır. Sululuq səviyyəsi tipik təzə pendirlərdən (məsələn, rikottadan) daha aşağıdır. == Hazırlanması == Koa istehsalında südün qatılığının 1/5 miqdarda olması kifayətdir. Koa bir sıra Hindistan şirniyyatlarının hazırlanması zamanı təməl inqrediyent kimi isifadə olunur. Hindistanda hər il təxminən 600,000 metrik ton koa istehsal olunur. Koa həm inək, həm də camış südündən hazırlanır. Koa tam yağlı südün böyük və dayaz dəmir qazanda bir neçə saat orta dərəcədə qaz üzərində qaynadılması ilə əldə edilir. Tərkibindəki suyun tədricən buxarlanması bərkimiş süd qalıqlarının qalması ilə nəticələnir.
Kob
Kobus kob (lat. Kobus kob) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Kod
Kod – [lat. codex – qanunlar külliyatı] – şərti ixtisarlar sistemidir. Kod sözü digər mənalarda da işlənə bilər: Şərti siqnallar sistemi; Əmtəələrin, əşyaların onlar haqqında informasiyaya malik şərti, qısaldılmış işarəsi, adlanması, onların şifri, rəmzi təsviri Hesablama texnikasında informasiyanın qəbul olunmuş şərti işarələr sistemindəki təsviri (ifadəsi) İstənilən növ informasiyanı müəyyən məsafəyə ötürmək, yaxud da mexanikləşdirilmiş və avtomatlaşdırılmış əməliyyatlardan keçirmək üçün ona əlverişli forma vermək məqsədi ilə yaradılan şərti işarələr və ya siqnallar sistemi; Hərbidə texniki rabitə vasitələri ilə hərbi xarakterli məxfi məlumatları gizli şəkildə vermək üçün şərti işarələr sistemi. Mənbə kodu Açıq kod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Koi
Koi (Cyprinus carpio) — Çəkilər fəsiləsinə aid balıq növü. Koi, böyük bir akvarium balığıdır. İlk Yaponiyada evcilləşdirilən koinin yabanı atası Karpdır. Koi sözcüyü Yaponcada "Karp" mənasını verən (コイ) sözündən gəlir. Koilər Karp kimi yaşıl deyil. Onun yerinə qırmızı, ağ, qara və ya gümüşü ola bilər. Ancaq koi bahalı bir balıqdır və onları pişik , tülkü və porsuq kimi heyvanlardan qorumaq üçün xüsusi hovuz lazımdır. Bu balıqlar çox böyüdüklərindən məncə akvariumlarda bəsləmək heyvana işgəncə etməkdir bu bir hovuz balığıdır bu balıqları akvariumda bəsləyəcəksinizsə çox böyük bir akvariuma ehtiyacınız var deməkdir balığın boyunun 7-8 bərk/qatı uyğundur üzmə sürəti və yaddaşına görə balıq kiçik akvariumda asan stressə girərlər bu stressin səbəbi ümumiyyətlə sürakli eyni şeyləri görməkdir akvariumun boyu balığın yaddaşını yeniləyə biləcəyi qədər olmalıdır.
Kol
Kol — budaqlanması torpağın səthindən başlayan çoxillik bitki. Hündürlüyü 0,8–6,0 m-ə çatır. 10–20 il, bəzən 40–50 il yaşayır. Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ zonasına qədər hər yerdə yayılmışdır. == Növləri == Azərbaycanda 290-a yaxın kol növü vardır.
Kom
Kom dağı — Bolqarıstanda dağ. Kom FK — Monteneqronun paytaxtı Podqoritsanın peşəkar futbol klubu.
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir. Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir. Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar. Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir.