Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağlayıcı
Bağlayıcı — sözləri, cümlələri, mətinləri, abzasları bir-birinə bağlayan, onlar arasında qramatik əlaqə yaradan köməkçi nitq hissəsi. Bağlayıcılar sintaktik funksiyasına görə 2 yerə bölünür: Tabelilik bağlayıcısı və tabesizlik bağlayıcısı. Tabesizlik bağlayıcıları həmcins üzvləri və mürəkkəb tabesiz cümlələrin tərkib hissələrini bir-birinə bağlayır, tabelilik bağlayıcılar isə yalnız tabeli mürəkkəb cümlələrin tərkib hissələrini bir-birinə bağlayır.İlə həm bağlayıcı həm qoşma ola bilər == Tabesizlik bağlayıcıları == Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır. Mənaca növləri Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²). Və, ilə bağlayıcıları vergüllə işlədilmir. Və həm tabesiz cümləni, həm də həmcins sözləridə bir-birinə bağlayır. Məsələn: O gəldi və yemək hazırladı.(tabesiz cümlə). O qələm və dəftər aldı.(həmcins sözləri bağladı), lakin ilə isə yalnız həmcins sözləri bir-birinə bağlayır. Məsələn:O qələm ilə dəftər aldı. Həsən və Akif kəndə gedəcəklər.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Yağlayıcı materiallar
Yağlayıc materiallar - bərk, plastik, maye və qazşəkilli maddələr olub, avtomobil texnikası, sənaye maşınları və mexanizmləri, həmçinin məişətdə sürtünmə zamanı yaranan yeyilməni azaltmaq üçün tətbiq olunurlar. == Yağlayıcı materialların texnikada rolu == Hərəkətli mexanizmlərdə( mühərriklər, yastıqlar, reduktorlar və s.) sürtünməni və konstruksiya və digər materialların mexaniki emalında (yonma, frezləmə, pardaqlama və s.) sürtünməni azaltmaq məqsədilə yağlayıcı materiallardan müasir texnikada geniş istifadə olunur. Yağlayıcı materialların təyinatı və işləmə şəraitindən asılı olaraq onlar bərk halda (qrafit, molibden-disulfidi , kadmium-iodidi, volfram-diselini, bor nitridi,və s.), yarı bərk halda, yarı maye halda (ərinmiş metallar, solidol, konstalin), maye halında (avtomobil və digər maşın yağları), qazşəkilli (karbon qazı, azot, inert qazlar) olurlar. == Yağlayıcı materialların növləri == Sürtünən cütlərin materiallarının xassələrindən asılı olaraq yağlama üçün həm maye (məslən, minerallar, sintetik yağlar), həm də bərk maddələrdən istifadə olunur. Materialına görə yağlamalar bğlünürlr: mineral- onların tərkibi əsasən karbohidratlardan, neft emalından əldə olunan məhsullardan ibarətdir. sintetik- üzvi və qeyri-üzvi xammaların sintezindən əldə (məsələn: silikon yağlar) olunur. üzvi - bitki əsaslı olurlar (məsələn: palma yağı). Yağlayıcı maddələr əsasına görə kombinə edilə bilirlər. == Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar == Hidromexaniki və hidrohəcmli ötürücülər üçün yağlar – hidromexaniki ötürücülər mühərrikdən ötürülən fırlanma anının və fırlanma tezliyinin mütamadi dəyişilməsini təmin edirlər. ötürmə prosesi işçi maye ilə (aşağı özlülü yağla) doldurulan boşluq əmələ gətirən təkərli pərli nasosun və turbinin hesabına həyata keçirilir.
DNT bağlayıcı protein
DNT ilə əlaqəli zülallar, DNT ilə əlaqəli domenlərə sahib olan və bu səbəbdən tək və ya cüt telli DNT üçün spesifik və ya ümumi yaxınlığa malik olan proteinlərdir. Seriyaya xas spesifik DNT ilə birləşdirən zülallar, baza cütlüyünü müəyyənləşdirən daha funksional qruplar açdıqları üçün, B-DNA əsas yiv ilə tipik olaraq qarşılıqlı əlaqə qururlar. Bununla birlikdə, netropsin, distamisin, Hoechst 33258, pentamidine, DAPI ve başqaları kimi kiçik yivlərin DNT-bağlayıcı bəzi bilinən bağları var. == Nümunələr == DNT ilə əlaqəli zülallara transkripsiya prosesini modulyasiya edən transkripsiya faktorları, müxtəlif polimerazlar, DNT molekullarını parçalayan nükleazlar və hüceyrə nüvəsindəki xromosom qablaşdırmada və transkripsiyada iştirak edən histonlar daxildir. DNT-ni bağlayan zülallar, nükleik turşuya bağlanmağı asanlaşdıran sink barmaq, sarmal dönmə-sarmal və lösin fermuar (digərləri arasında) kimi sahələri əhatə edə bilər. Transkripsiya aktivatoruna bənzər effektorlar kimi daha qeyri-adi nümunələr də var. == Spesifik olmayan DNT-protein qarşılıqlı təsirləri == DNT-ni bağlayan struktur zülallar, spesifik olmayan DNA-protein qarşılıqlı təsirlərinin yaxşı başa düşülən nümunələridir. Xromosomlar daxilində DNT, struktur zülallarla komplekslərdə tutulur. Bu zülallar DNT-ni kromatin adlanan kompakt bir quruluş halına gətirir. Eukariotlarda bu quruluş, histonlar adlanan kiçik bir əsas zülal kompleksinə DNT bağlanmasını ehtiva edir.
Yağlayıcı-soyuducu mayelər
Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır. == YSM-lərin tətbiqi == Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.
Kipləşdirici-yağlayıcı plastik sürtkülər