Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rüqəyyə Kəbiri
Rüqəyyə Kəbiri - Şair və yazıçı. Öz əsərlərini Azərbaycan və Fars dillərində yazır. == Həyatı == Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlmişdir. Orta məktəbi doğulduğu şəhərdə bitirmişdir. Təbriz Universitetinin tibb fakültəsində təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət Salmas və Təbriz xəstəxanalarında işləmişdir. Yaradıcılığa erkən başlsa da, uzun müddət əsərlərini nəşr etdirməmişdir. Müəllifin bədii yazıları, şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalın¬mayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunmuşdur. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır.
Sürəyyə Babayeva
Sürəyyə Babayeva (tam adı: Sürəyyə Lətif qızı Babayeva; 1913, Qaradonlu, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 22 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1913-cü ildə Cavad qəzasının Qaradonlu kəndində (İndiki İmişli rayonuna aiddir) anadan olmuşdur. Həyat yoldaşı Müxlis Böyük Vətən müharibəsində itkin düşmüşdür; bu səbəbdən, oğlu Ərzulla və qızı Mirvarini özü böyütmüşdür. Son illərdə oğlu və onun ailəsi ilə birgə Biləcəri qəsəbəsində yaşamışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 22-də saat 17.25 dəqiqədə Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva aldığı yaradan yerindəcə həlak olmuşdur. Güllə sağ gicgah nahiyəsindən girmiş və sol gicgah nahiyəsindən çıxmışdır. Bina 5 dəqiqədən çox avtomat və pulemyotlardan atəşə tutulmuş, 76-cı mənzildə yaşayan Mürsəl Əsgərov da yaralanmışdır. Mənzillərdə avtomat və pulemyot güllələrinin yeri uzun müddət qalmışdır. İmişli rayonunda dəfn edilmişdir. == Ünvan == Bakı, Biləcəri qəsəbəsi, Tbilisi şosesi, ev 1a, mənzil 29.
Sürəyyə Bəylərbəyova
Sürəyya Bəylərbəyova (tam adı:Sürəyya Səfərəli qızı Bəylərbəyova; d.3 fevral 1897, Bakı — ö.14 mart 1977, Bakı) — tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == S.Bəylərbəyova 1897-ci ildə fevralın 3-də müəllim ailəsində anadan olmuşdur. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanır. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirir, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edir. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olmuş, burada ictimai əsasla işləmiş, həm də stenoqrafçı kursunda oxumuşdur. 1977-ci ildə martın 14-də vəfat etmişdir. == Fəaliyyəti == 1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edir. İlk tərcümələri A.Bartonun əsərləri olur. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayır. Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə etmiş, beləliklə, bədii tərcümə ustalarına kömək etmişdir.
Süməyyə Boyacı
Süməyyə Boyacı (türk. Sümeyye Boyacı; 5 fevral 2003, Əskişəhər) — Türkiyə üzgüçü-paralimpiyaçısı. == Bioqrafiya == 5 fevral 2003-cü ildə Əskişəhərdə anadan olmuşdur. O, omba displaziyası ilə doğulub və qolları yoxdur. O, doğma şəhərində xüsusi məktəbdə oxumuş, orada ayaqları ilə yazmağı öyrənmişdir. === Rəsmlığı === Dörd yaş yarım ikən ayaqları ilə rəsm çəkməyi öyrənib. O, Aleksandr Puşkinin "Balıqçı və balıq nağılı" əsəri üçün illüstrasiya çəkib. Türkiyənin baş naziri Abdullah Gül Rusiyaya səfəri zamanı bu rəsm əsərini özü ilə aparıb. 2009-cu ilin aprelində Boyacının akvarel rəsmləri Rusiyanın paytaxtı Moskvada fərdi sərgidə nümayiş etdirilib. 2010-cu ildə Boyacının rəsmlərindən biri Rusiya prezidenti Dmitri Medvedevin həyat yoldaşı Svetlana Medvedevaya təqdim edilmişdir.
Müzəyyən Şevqin
Müzəyyən Şevqin (1961, Adana) — geologiya mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Müzəyyən Şevqin 1961-ci ildə Adana ilində anadan olub. Çuxurova Universiteti Geologiya mühəndisliyi bölməsindən məzun olub. Həmin universitetdə magistr dərəcəsi və mühəndis geologiyası üzrə PhD dərəcəsi alıb. Geologiya mühəndisləri Palatasının Adana şöbəsinin sədri olub. Adana Şurası, Yüreğir Şurası, Mühəndis və Memarlar Palataları İttifaqı (TMMOB) Qadınlar Komissiyasında və Şəhər Problemləri Simpoziumlarında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2023-cü illərdə Adana ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27 və 28-ci çağırışlarda TBMM Sənayə, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar Komissiyasının üzvü olub. İngiliscə bilir.
Süməyyə Boz
Süməyyə Boz (1985, Muş ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Süməyyə Boz 1985-ci ildə Muş ilində anadan olub. Cümhuriyyət Universiteti Antropologiya Bölməsindən məzun olub. Van ilinin İpəyyolu ilçə bələdiyyəsində qadın məsələləri şöbəsində çalışıb, həmçinin bələdiyyə sədrinin müşaviri və bələdiyyənin gənclər və idman şöbəsinin müdiri vəzifələrində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Subaydır.
Qeyri-müəyyən inteqral
İbtidai funksiya (və ya qeyri müəyyən inteqral; törəmənin əksi) verilmiş aralığın bütün nöqtələrində F(x)=f'(x) bərabərliyini ödəyən funksiya. F(x) funksiyasına həmin aralıqda f(x) funksiyasının ibtidai funksiyası deyilir. Nümunə: Göstərək ki, F ( x ) = 3 x 4 {\displaystyle F(x)=3x^{4}} funksiyası ( − ∞ ; + ∞ ) {\displaystyle (-\infty ;+\infty )} aralığında f ( x ) = 12 x 3 {\displaystyle f(x)=12x^{3}} funksiyasının ibtidai funksiyasıdır. F ′ ( x ) = ( 3 x 4 ) ′ = 3 ( x 4 ) ′ = 3 ⋅ 4 x 3 = 12 x 3 = f ( x ) {\displaystyle F'(x)=(3x^{4})'=3(x^{4})'=3\cdot 4x^{3}=12x^{3}=f(x)} Doğrudan da aralığının istənilən nöqtəsində bərabərliyi ödənilir. Tutaq ki funksiyası verilmiş aralıqda kəsilməz funksiyasının ibtidai funksiyasıdır. Onda ixtiyarı sabitı üçün funksiyası da həmin aralıqda funksiyasının ibtidai funksiyasıdır. == Əsas xassələri == Qeyri müəyyən inteqralın (ibtidai funksiya) aşağıdakı xassələri var.1: Qeyri müəyyən inteqralın törəməsi inteqralaltı funksiya diferensialı isə inteqralaltı ifadəyə bərabərdir: ( ∫ f ( x ) d x ) ′ = f ( x ) {\displaystyle (\int f(x)dx)'=f(x)} d ( ∫ f ( x ) d x ) = f ( x ) d x {\displaystyle d(\int f(x)dx)=f(x)dx} İsbatı: Tutaq ki, F(x) funksiya ibtidai f(x)-sin funksiyasıdır: F(x)=f(x). Onda ∫ f ( x ) d x = F ( x ) + C {\displaystyle \int f(x)dx=F(x)+C} yaza bilərik. Bu bərabərliyin hər iki tərəfindən törəmə alsaq, ∫ f ( x ) d x = ( F ( x ) + C ) ′ = F ′ ( x ) + C ′ {\displaystyle \int f(x)dx=(F(x)+C)'=F'(x)+C'} , yəni ∫ f ( x ) d x = f ( x ) {\displaystyle \int f(x)dx=f(x)} . 2.Kəsilməz törəməsi olan F(x) funksiyasını törəməsinin qeyri-müəyyən inteqralı onun özündən sabit toplananla fərqlənir, yəni ∫ F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int F'(x)dx=F(x)+C} və ya ∫ d F ′ ( x ) d x = F ( x ) + C {\displaystyle \int dF'(x)dx=F(x)+C} .
Rüqəyyə binti Hüseyn
Ruqəyyə binti Hüseyn (676–680/681) — İmam Hüseynin qızı. Hüseyn və onun tərəfdarlarının kiçik bir qrupu Əməvi xəlifəsi Yezidin (r. 680-683) əmri ilə 680-ci ildə Kərbəla döyüşündə qətlə yetirildi. Daha sonra onların qadınları və uşaqları əsir götürülərək paytaxt Dəməşqə yürüş etdilər və burada deyilir ki, Rüqəyyənin üç yaşında, ehtimal ki, onu əsir götürənlərin düşmənçiliyi ucbatından dünyasını dəyişib. Dəməşqdəki Rüqəyyə ilə əlaqəli ziyarətgah şiə ziyarəti üçün məşhur yerdir.
Süməyyə binti Həyat
Süməyyə binti Həyat (ərəb. سمیة بنت خباط ‎, 550, bilinmir – 615, Məkkə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamı qəbul edən ilk qadınlardan biridir. == Bioqrafiya == Süməyyənin əri Yasir ibn Amir və qardaşları digər qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlir. Məkkədə qalaraq Əbu Huzeyfə ilə ittifaqa girir və Əbu Huzeyfənin qulu olan Süməyyə ilə evlənir. Əmmar dünyaya gəldikdən sonra Əbu Huzeyfə Süməyyəni azad edir. Daha sonra Süməyə əl-Haris ibn Kalyadanın xidmətçisi olan və Sələmə ibn əl-Əzraqın atası olan Yasir əl-Əzraq ər-Rumi ilə evlənir. Süməyyə və onun ailə üzvləri açıq şəkildə İslama etiqad etməyə başladıqdan sonra Məkkəli müşriklər İslamdan əl çəkməyə çalışaraq onlara istehza etməyə başlayır. Onları qızmar istidə səhraya çıxarıb zəncirləyirlər, lakin Süməyyənin ailəsi sınaqlara dözməkdə davam edir. Hətta əri Yasirin vəfatı da onu qıra bilmir və o, əl-Muqirə və Əbu Cəhlin ailəsinə qarşı sərt və itaətsiz davranmağa başlayır. Bir dəfə Əbu Cəhl Süməyyə deyir ki, o, «Məhəmmədin yalnız gözəlliyinə görə ona aşiq olduğu üçün ona inanıb!».
Uzaqdan müəyyən etmə
Uzaqdan zondlama — yerdə müşahidədən fərqli olaraq obyektlə fiziki təmasda olmadan obyekt və ya hadisə ilə bağlı informasiyanın əldə olunmasıdır. Məsafədən zondlama coğrafiya və bir çox Yer elmləri bölmələri (məsələn, hidrologiya, ekologiya, okeanoqrafiya, geologiya) daxil olmaqla çoxsaylı sahələrdə istifadə olunur; onun hərbi, intellektual, kommersiya, iqtisadiyyat, humanitar tətbiqietmələri də var. Müasir istifadədə bu termin Yerdə (həm yer səthində, həm də atmosfer və okeanlarda) təbliğ siqnalları (yəni elektromaqnit radiasiyası) vasitəsilə obyektləri müəyyən edib təsnifləşdirmək üçün aero sensor texnologiyalarının istifadəsini nəzərdə tutur. Uzaqdan müəyyən etmə iki cürə olur: passiv və aktiv. Obyektin buraxılan və ya əks olunan radiasiyanı müşahidə edən sensorlara passiv uzaqdan müəyyən etməsi deyilir. Beləliklə, buraxılan günəş şüaları passiv sensorlarla ölçülən radiasiyanın ən adi bir mənbəyidir. Aktiv sensorlar isə, tərsinə, buraxılan enerjini obyetktin öyrənməsi üçün istifadə olunur. Misal üçün, radar, obyekti aşkər edib, onun yerini, sürətini və istiqamətini müəyyən edir. Məsafədən zondlama vasitəsilə təhlükəli və çətin keçmə yerlərdən vizual və digər məlumatları toplamaq mümkün olur.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Bornun müəyyən edilməsi (film, 2002)
Bornun müəyyən edilməsi (ing. The Bourne Identity) — rejissor Duq Laymanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir. == Süjet xətti == İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır.
Sümeyye Aydoğan
Sümeyye Aydoğan (2 aprel 1999, İstanbul) — Türk Aktrisa və Müğənni. == Həyatı və kariyerası == Sümeyye Aydoğan 2 aprel 1999-cu ildə İstanbulda anadan olub. O, ilk kino təcrübəsini 2020-ci ildə "Aile Hükümeti" filmində və ilk televiziya təcrübəsini 2021-ci ildə "Kahraman Babam" serialında nümayiş etdirdi. Daha sonra həmin il "Sadakatsiz" serialında Ceren obrazını, "Geçen Yaz" filmində Oya obrazını canlandırıb. 2022-ci ildə ilk baş rolu olan "Duy Beni" serialında Melisa Gerçek obrazını canlandırıb. "Duy beni" serialından sonra 2023-cü ildə FOX-da yayımlanan "Taçsız Prenses" serialında İsmayıl Hacıoğlunun partnyoru olaraq Yağmur Elem obrazını canlandırıb. Sezon finalında serialdan ayrılmışdır. Daha sonra Kanal D-də yayımlanacaq olan "Dönence" serialının heyətinə daxil edilib. 2023-cü ildə 13 bölümdən ibarət olan "Akif" serialında rol alıb. Həmin ilin avqustunda işıq üzü görəcək "Magarsus" serialında Damla obrazını canlandıracaq.
Əhvali-ruhiyyə
Əhvali-ruhiyyə — davamlı psixi proseslər üçün emosional fon formalaşdıran, aşağı intensivliyə malik kifayət qədər uzunmüddətli emosional proses. Əhvali-ruhiyyə adətən affektlərdən, hisslərdən və duyğulardan fərqlənir. Emosional tona görə bərabər (eytimik), aşağı (hipotimik), yüksək ( hipertimik ), narahat və s. ola bilər. Əhval-ruhiyyə aydın şəkildə müəyyən edilə bilən hallar kimi də çıxış edə bilər: sıxıntı, narahatlıq, qorxu, kədər, iztirab və ya ehtiras, eyforiya, sevinc və s.). == Terminin mənası və sərhədləri == Əhval-ruhiyyə insanın bütövlükdə həyat vəziyyətinə münasibətini ifadə edən emosional proses kimi başa düşülür. Adətən əhval-ruhiyyə sabit və uzunmüddətli, eləcə də aşağı intensivlikdədir. Əks halda, bu, əhval pozğunluğunun əlaməti ola bilər. Mütəxəssislər “əhvali-ruhiyyə” anlayışı ilə “ duyğu ”, “ affekt ”, “ emosiya ” və “ yaşantı ” anlayışlarını fərqləndirirlər: Duyğulardan fərqli olaraq, əhval-ruhiyyənin obyektlə əlaqəsi yoxdur: onlar heç kimə və ya heç bir şeyə münasibətdə deyil, bütövlükdə həyat vəziyyətinə münasibətdə yaranır. Bu baxımdan, əhval-ruhiyyə hisslərdən fərqli olaraq ambivalent ola bilməz .
Əmir ibn Fuheyrə
Əmir ibn Fuheyrə (586, Məkkə – 625, ərəb. أبو عمرو عامر بن فهيرة التيمي‎) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri. 622-ci ildə Məhəmməd və Əbu Bəkr əs-Siddiqin gizli şəkildə Mədinəyə köçməsinə kömək etmiş şəxsdir. == Bioqrafiya == Əmir ibn Fuheyrə Afrika əsilli idi. Azdit tayfasının ixtiyarında qul kimi doğulmuşdu. Sonralar bu qəbilədən olan Əbu Bəkrin ögey oğlu ət-Tufeyl ibn əl-Harisə məxsus idi. O, Məkkədə yaşamış və Məhəmməd peyğəmbərin in təbliğ fəaliyyətinə başladıqdan sonra İslamı qəbul etmişdir. 614-cü ildən sonra o, bir çox Məkkə müsəlmanları kimi təqiblərə məruz qalır; onu inancından dönməyə məcbur etmək məqsədilə işgəncələrə məruz qoyulur. Onun təqibçisinin adı açıqlanmır; lakin Əbu Bəkr onu Tufeyldən fidyə alıb azad etdikdən sonra zülm dayanır. Əmir Əbu Bəkrin xidmətində qalır.
Muzeydə gecə (film, 2006)
Muzeydə gecə (ing. Night at the Museum) — Şon Levinin 2006-cı ildə rejissorluğu ilə çəkilmiş amerikan fentezi, komediya filmi. Film xorvatiyalı illustrasiyaçı Milan Trenkin 1993-cü ildə yazdığı eyniadlı uşaq kitabı əsasında çəkilib. Filmin rejissorları Robert Ben Qarant və Tomas Lennondur. Baş rolda Ben Stiller çıxış edir. Film Larrinin Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyində işləməyə başlaması ilə başlayır. Gecə düşən kimi Larri aşkar edir ki, muzeydəki tarixi şəxsiyyətlər, heyvanlar və artefaktlar, o cümlədən Teodor Ruzvelt, Attila və T-Rex kimi tanınan personajlar canlanır.