Bornun müəyyən edilməsi (film, 2002)

Bornun müəyyən edilməsi (ing. The Bourne Identity) — rejissor Duq Laymanın çəkdiyi və Robert Ludlumun eyniadlı romanından ekranlaşdırılmış Amerika bədii filmidir. Film yaddaşını itirmiş keçmiş CIA zabiti və peşəkar sui-qəsdçi Ceyson Born haqqındakı pentalogiyanın ilk filmidir.

Bornun müəyyən edilməsi
ing. The Bourne Identity
Janr döyüş-triller[d], döyüş filmi, roman ekranlaşdırması[d], triller filmi, müəmma filmi[1]
Əsas mövzu Amneziya
Rejissor
Prodüserlər
İcraçı prodüserlər Frenk Marşall[d][2], Robert Ludlum[2]
Baş rollarda
Bəstəkar
İstehsalçılar Universal Pictures, The Kennedy/Marshall Company[d], Barrandov studiosu
Distribütor UIP-Dunafilm[d], Netflix
İlk baxış tarixi 6 iyun 2002, 26 sentyabr 2002[3], 6 iyun 2002[4], 12 iyun 2002[4], 14 iyun 2002[4], 2002
Müddət 118 dəq.
Büdcə 60.000.000 $
Gəlir 214.034.224 $[5], 121.661.683 $[6]
Ölkələr
Dil ingilis dili
Sonrakı film Bornun üstünlüyü (film, 2004)
Rəng rəngli
Çəkiliş yeri Praqa, Çexiya, Paris, İmperiya[d], Sürix, Roma, İsveçrə, Yunanıstan
IMDb ID0258463

İtaliyalı balıqçılar Aralıq dənizinin sularında huşsuz vəziyyətdə naməlum bir adam tapırlar. Göyərtəyə qaldırdıqları həmin şəxsin bədənində iki güllə yarası var, buduna isə İsveçrə bankındakı hesab nömrəsinin yazıldığı kapsula implantasiya olunub. Naməlum şəxs özünə gələn zaman kim olduğunu və başına nə gəldiyini yada sala bilmir. Lakin bir neçə dildə səlis danışa bilir və bir sıra digər inanılmaz bacarıqlara malikdir. Sürixdə kapsulda olan bank hesabından pul çıxardıqdan sonra, əsil adının Ceyson Born olduğunu öyrənir. Lakin bunun onun həqiqi adı olub olmadığını dəqiq bilmir. İtirilmiş “yaddaş zəncirlərini” bir-bir toplayan Born, Parisdə qaldığı mənzili tapır. Mənzilə ayaq basması böyük səhv olur. Çünki Bornu zərərsizləşdirmək əmri almış peşəkar qatil pusqudadır. Born nəyin nə yerdə olduğunu müəyyən etmək və kimlərin onun qətlində maraqlı olduğunu bilmək üçün mütləq keçmişi xatırlamalıdır. Bunun üçün təsadüfən tanış olduğu və ona kömək edən alman tələbə Merinin dəstəyinə ehtiyacı var.